Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə8/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   4   5   6   7   8   9   10   11   ...   101

 
17 
torbasına. Məhərrəmin də, Mehdinin də ciblərini doldurub qoz-fındıqla. Bəs 
biz? Heç bir şeyə gümanım gəlmir. 
Alo  demisinə  tənbəki  basıb  cibindən  çaxmaq  daşı  və  qov  çıxartdı.  Qovu 
çaxmaq  daşının  üstünə  qoyub  toqqasından  asılmış  uzun  satılı  bircə  dəfə  daşa 
çaldı. Qığılcımlar qovu közərtdi. Qovdan xoş ətir gəldi. Çox keçmədən deminin 
tüstüsü saqqıza dönmüş qurumların asım-asım olduğu bacaya sarı sürünürdü. 
-
 
Niyə dinmirsən, a kişi? 
-
 
Yoxsulluğun  üzü  qara  olsun.  Yoxdan  allah  da  bezardır...  Kərbəlayi  köhnə 
bostan  yerinə  «Gözəlxan»  adı  qoyub.  Bilirəm  ki,  o  bizə  qəsdən  sataşır. 
Neynək,  qoy  sataşsın.  Rəhmətlik  atam  deyərdi  ki,  buynuzlu  qoçun  qisası 
buynuzsuz qoçda qalmaz. – O duruxub fikrə gedən arvadına baxdı. – Yenə, 
ay Gözəl, gümanımız o çil toyuğa gəlir. Gəlsənə onu tutub  verəsən Nəbiyə 
aparsın? 
Gözəl ah çəkib çənəsinin çapığını yaşmağı ilə örtdü. 
-
 
Eh,  nə  danışırsan  a  kişi,  çil  toyuğun  hər  gün  bir  yumurtası  olur,  bişirib 
verirəm uşaqlara. 
-
 
Bəs onda neyləyək, ay arvad? 
Gözəl bir müddət dillənmədi, birdən ağlına nə gəldisə başı ilə samanlığa işarə etdi: 
-
 
Hə,  indi  yadıma  düşdü.  Çil  toyuğun  dünənki  yumurtasına  dəyməmişik, 
qalıb,  falını  da  götürərək,  sabah  da  yumurtalayar.  Üç  yumurtanı  boyayıb 
qataram  Nəbinin  gətirdiyi  yumurtalara,  olar  on  yumurta.  Düzərəm  bir 
boşqaba, nöküdün böyrünə də qoz-fındıq qoyaram. Arfenik kirvə də keçən il 
Nəbiyə bir cüt corab göndərib, layiqli şeydir, onu da qoyaram payın üstünə. 
Xanalıgil  başa  düşən  adamdır.  Bilirlər  necə  dolanırıq.  Onlar  bizim  bayram 
payına qalmayıblar. Amma biz də gərək adamlığımızı göstərək. 
Alonun üstündən  dağ götürüldü. Demisini bir neçə  dəfə  öküz başı   gönündən  
tikilmiş  yamaqlı    çarığına      vurub    gülünü    boşaltdı    və    yenə    qovurğadan 
ovucladı. 
-  Ay  Gözəl    yaxşı    qovurmusan!  Deyirəm    ey  Allah  səni    mənə    nahaq  yerə  
qismət  elemiyib.  Səndə    olan  ağıl    kimdə  var?..  On  yumurta  yaxşı    paydır,  
corab da qoyarsan, olar lap  yaxşı. Arfenik kirvə  də  hər bayram bizi  yaman 
utandırır.  Bilmirəm  onun  xəcalətindən      necə    çıxacağıq?  Nəbinin    xətrini   
Arfenik  kirvə  oğlu    Karapetdən    də    artıq  istəyir.    Keçən  il  Çəmən  yurda 
köçəndə  mənə  dedi  ki,  siz bir il bu dağlara gəlməsəniz,  bağrımız çatlayar; üz 
gözümüz    yaman  öyrəşib.    Ermənilər  dostbaz  lolublar.  Arfenik  kirvə    mənə  
deyirdi  ki,    Karapetin  qardaşı  yoxdur,  təkcədir,    Nəbi  də    olsun  qardaşı.  Qol 
qanadlı ağac həmişə  kölgəli olar. Kişi   düz deyir. O günü də  bizə iki çanaq 
darı    göndərib.  Allah  bilir  ki,  kasıbın  ürəyi  açıq  olar.  Əgər    atım  ola  ha  
bağışlaram      Ginikor    kirvənin  oğlu    Karapetə.  Əgər  qoyunum  ola  ha      bu  
dəqiqə  onun  boynuna  qırmızı  şal  bağlıyıb  yollaram  Həcər  gilə.  Amma 
neyləyim?.. 
Gözəl    səhər    tezdən    samanlıqa  getdi.  Çil    toyuq  falın    üstündə    gözlərini  
döyürdü. Toyuq sahibini  görəndə  yerindən atılıb  qaqqıdıya-qaqqıldıya qaçdı. 
Gözəl    falın  yanında    təzə    bir  yumurta  da  görüb  sevindi.  Yumurta    hələ  


 
18 
soyumamışdı.  “Necə  də    vaxtında  yumurtlayıb.  Kaş  çil  toyuq  kimi  onca 
toyuğum olaydı...” 
... Çiləçıxardan uşaqlar hələ də həyətdə oynayırdılar. Nəbi də orada idi. Gözəl 
əlində  yumurta  eyvana  çıxdı.  Nəbi  “atını”  o  yan-bu  yana  səyirdirdi.  Gözəl, 
oğlunu  belə görəndə uşaqlıq illərini  yadına saldı. Sanki,  Nəbi neçə il  bundan 
əvvəlki  yüyrükdə    mis  cingiltisindən  diksinən,  yuxuda  öz-özünü    gülümsəyən 
çayda baş gözü  yarılan o, “dəcəl”  körpə  deyildi. Qaragül  dərisinə  oxşayan 
qıvrım  saçları,  yaraşıqlı    enli    alnı,  girdə,  qarabuğdayı    sifəti    uşağı    necədə 
qəşəng  göstərirdi!  Çənəsinin  batığı    daha  da  dərinləşmiş,    dodaqları  
qalınlaşmış,  gözləri    qartal    gözlərinə    dönmüşdü.  Nüfuzedici      baxışları  
cəldliyi    ov  dalınca  şığıyan  qızıl    quşları    andırırdı.  “Ləzgi    Osman, 
deyəsən,haqlıdır.  Mənim  oğlum  doğurdanda  igid  olacaq.  Gör  “atını”  necə  
çapır?! Qurban olum ona”. 
Gözəl    oğlunu  səslədi.  Nəbi  “atını”  çapa-çapa    anasının  yanına  gəldi.  Onun 
qamış  atı  çox məzəli  görümnürdü. “Quyruğuna” bir şələ qara əsgi bağlamışdı. 
“Atının”  başına  isə  noxta  əvəzinə  sivrim  sarımışdı.  Nəbinin    qara  saçları    ala 
çəpiş  dərisindən  tikilmiş  papağının  altından  qıvrılıb  çölə    çıxmışdı.  Səthin 
arxalığının  üstündən  bağladığı  ensiz  qayışı    belini    qucumuşdu.  O,  əynindəki  
təzə  şalvarına,    ayağındakı    bəzəkli    yun  corabına,  cılğıdan  tikilmiş    şişburun 
çarığına    baxıb  sevinirdi.  Ata-  anası    onun  bayramqabağı  bəybalası  kimi  
geyindirmişdi. Lap Əbilbəydən də  yaraşıqlı görünürdü. 
Gözəl  düzəltdiyi  xonçanı  Nəbiyə  verdi: 
-
 
Oğlum, bunu Xanalı əmingilə  ver,  bunu  da Ballı  xalana. Bu corabı da qoy 
cibinə,  bu  da o xallı  qız var ha, Həcər,  onun payı. Qaçma başına dönüm,  
yıxılarsan!Nəbi    “atını”  muşqurub,  göz  qırpımında  yolağadan  çıxdı.    Bu  
zaman  Alo    həyətə    girdi.  Çiynində    boş  səbət  vardı.  O,    səbəti    iydənin 
dibinə  atıb  oğlunun arxasınca baxan arvadın danladı: 
-Ay  Gözəl    uşağı    buyur  dalınca  yüyür.  Apardıqlarını    tökməsə    yaxşıdır.  Bəs 
Səkinə  hardadır? Gərək  o aparaydı. 
-Hana toxumaqa gedib. 
-Eh... daha  sənə    sözüm  yoxdur. Bu  əziz gündə    hana  toxumq  olar?!  Bəs  niyə  
qoydun gedə? 
-Neyniyim  a kişi  özü  getdi. 
-A  Gözəl    insafın  olsun  yazaıq  qız  gecə    gündüz  cəhrə  əyirir,  yun  darayır, 
yumaq  sarıyır, ip  boyayır, barı  qoyardın  uşaq bu  əziz gündə  yazıq qollarının 
dincini  alardı. Yazıq uşaqın işləməkdən  biləkləri sızıldayır. Gecələr agrisından 
yata  da  bilmir.  Vallah  onu  da  öz  gününə    salacaqsan.    Axşam-səhər  xalça 
toxuyursan. Ay rəhmətliyin qızı,  bu  insafsız xanımlar  sənə  nə  muzd verirlər 
ki,  qızına da versinlər. Molla Əhməd deyir ki,  novruz bayramı günü işləmək  
günahdır. Belə  eləyirsən Allah ruzumuzu kəsir də... 
Alo  evdə Səkinəni  hamıdan çox istəyirdi. Gözəl  ərinin hövsələdən  çıxdığını  
görüb, onu yumuşaltmağa çalışdı: 
-Düz deyirsən a kişi  məndə  də  günah var... Həvəni, kirkidi  ki,  gizlətmişdim,  
qızıan  özü  tapıb  aparıb.    Danlayanda  da    küsür,  qızının  xasiyyətinə    bələd 
deyilsən?! 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə