Əşir Bəşiroğlu



Yüklə 6,82 Kb.
Pdf görüntüsü
səhifə9/101
tarix08.01.2018
ölçüsü6,82 Kb.
#19984
1   ...   5   6   7   8   9   10   11   12   ...   101

 
19 
Gözəl    öz  sənətini      qızı  Səkinəyə    öyrətmişdi.  Mollu    kəndində  onun  kimi  
qəşəng xalça toxuyan  yox idi.  Xocahan, Xanlıq, Şuşa  bzazarlarında həmişə  
tacirlər  Gözəlin  əlindən    çıxan  xalçanın  üstündə    dava  salırlar.  Kəndin    varlı  
ailələrinin    hamısı    nişanlı    qızlarına    cehiz  xalçalarını    ona  toxutdurur. 
Səkinənin bu işdə  yaxşı  sərişdəsi  vardı.  Hər axşam o, bacılığı  Həcərlə  xalça 
toxuyardı. 
Anası öz zəhmət haqqına  qızına qanovuzdan don tikmişdi. Səkinə  təzə  donu  
geyib getmişdi. 
Gözəl  ərinin  ona acıqılı-acıqlı  baxdığını  görub zarafata saldı: 
-A kişi, qorxan gözə  çöp  düşər, niyə  mənə  belə  tərs-tərs baxırsan? Nigaran 
qalma,  Nəbi  apardığı  bayram  payını  tökməz,  o,  ağıllı  uşaqdır. Neçə  dəfə  
qulluğa göndərmişəm məni yarıdıb... 
-Ay    arvad,  söhbətə    qızışdıq,    səbət  yaddan  çıxdı.  Cəhənnəmə...  deyirəm
oturub  təzəsini  hörüm,  görək  Kərbəlayı    buna  nə    qulp    qoyacaq.  Apardığımı  
bəyənmədi. Dedi ki,  bununla  Qalaya  barama göndərə bilmərəm, lap  üsgüyə  
oxşayır. 
-Nə  deyirəm,  hörürsən  hör, mən də  kömək  eləyərəm. 
Onlar    iydənin  kölgəsində    qabaq-qabağa  oturdular...  gözəl    çubuq  verir,  Alo  
səbət toxuyurdu. Heç biri dinib  danışmırdı. Külək  axşamdan sönmüş  ocağın 
külünü  həyətə    səpələyirdi.  Alo    istəyirdi,    bir    məsələni    arvadına  açsın, 
qorxurdu  Gözəl razılaşmaya  öz-özünə   çox ölçüb biçdi. Axırda arvadına dedi: 
-
 
Ay Gözəl, o  çubuğu  qoy yerə, istəyirəm  bir işi  sənə gənəşəm. 
-
 
işdi belə, xeyir ola? 
-
 
Lənət şərə, külfəti dolandırmağı deyirəm. Bu bayramı da birtəhər belə yola 
saldıq getdi. Deyirəm nə təhər eyləyək evimizdə məndən başqa bir qazanc 
gətirən də olsun, xeyir-şər olanda da əl-amanda qalmayaq. Görürsən də, mən 
vaxt-bivaxt  nə  qədər  çax-çux  eləyirəm,  yenə  çətinlik  çəkirik.  Maşallah, 
uşaqlar  böyüyürlər,çörəklərini  yetirmək  olmur.  Bir  də  ki,  elə  uşağı 
körpəlikdən  gərək  iş-gücə  alışdırasan.  Kərbəlayı  Cəfər  o  günü  deyirdi  ki, 
Nəbi  çox  zirək  uşaqdır...  Nə  bilim  ey,  deyirəm,  razı  olsan,  Nəbini 
Kərbəlayıya nökər verək. O, Məhərrəmin tayı deyil, təkbaşına iki sürü quzu 
hərləyər. 
İydə ağacı Gözəlin başına dolandı: “Yeddi yaşlı uşağı nökər?! Özü də kimə, 
doğma qardaşımın qanını içən Topala?! Hələ uşağın ağzından süd iyi gəlir. 
O  gün  inci  dişini  çıxartdım.  Səni  görüm  dağılasan,  dünya!  Yoxsulluq  nə 
yaman bəla imiş!... elə bil allah bizi dərd-qəm çəkməyə yaradıb”. 
Gözəl  handan-hana  özünü  ələ  alıb,  çubuğu  hirslə  qarağac  kötüyünün 
böyrünə tulladı: 
-
 
Yox,  a,  kişi,  Nəbini  gözümdən  uzaq  qoymaram.  Gecələr  qucağımda 
yatırtmasam,  gözümə  yuxu  getməz.  Hər  axşam  yalvarır  ki,  “ana  mənə 
Koroğludan danış,  Bəbəkdən danış... Düşmənlər Çənlibelə  necə  soxuldu? 
Bəzz qalasını  Ərəblər necə aldılar?..” Vallah  acından ölərəm, uşağımı heç  
kəsə    nökər  vermərəm.  Elə  sənin  qazancınla  külfəti    birtəhər  dolandırarıq. 
Mən xalça toxuyuram, Məhərrəm də  bu  gün sabah qazanc gətirəcək; Əlli  


 
20 
quzu  otarır.  Həftədə    əlli    qoyunun  bir  örnəsinin  südü  bizimdir.  Pendir 
tutaram, aparıb  
-
 
Xocahan  bazarınnda  satarsan,  keçinərik.  Hələ  deyəsən  dana-buzovunu  da 
quzuya  qatmaq  istəyirlər.  Onda  lap  yaxşı...  Səkinə  də  daha  öz  başını 
dolandırır.  Nəbi  də  bir  az  böyüsün,  göndərərik  elin  dana-buzovuna. 
Istəmirəm, düşmən çörəyi bizə lazım deyil! Allah Kərbəlayı Cəfəri də kəssin 
onun çörəyini də! 
Yenə  də  Alonun  gücü  demisinə  çatdı.  Ürəyindən  qopan  ah-uf  tənbəkinin  acı 
tüstüsünə qarışdı: 
-
 
Neynək, ay arvad sən deyən olsun... 
Nəbi  heç  ağlına  gətirməzdi  ki,  atası  onu  Kərbəlayı  Cəfərə  hökər  verər.  O,  hər 
axşam qollarını anasının boynuna dolayıb yaıvarırdı: 
-
 
Can ana, keçəl Həmzə Qıratı neylədi? 
Ana  Koroğlunun  qoçaqlığından,  Qıratın  hünərindən  danışanda  Nəbi  durub  yerin 
içində  oturardı.  Keçəl  Həmzənin  Qıratı  qaçırdığını  eşidəndə  Koroğluya  acığı 
tutardı: 
-
 
Mən  keçəlin  başını  kəsərəm!-  Sonra  da  Nəbi  acıqlı-acıqlı  soruşardı:-  Ana, 
niyə Koroğlu Həmzəni mehtər götürdü? 
Ana  həvə  vurmaqdan  qabar  olmuş  barmaqları  ilə  oğlunun  saçlarını  qarışdırıb 
təmkinlə başa saldı: 
-
 
Mənim balam, keçəl Koroğluya kələk gəlib. Özünü dilənçiliyə vurub, gəlib 
Çənlibelə.  Koroğlunu  ona  ürəyi  yanıb,  götürüb  özünə  mehtər.  Koroğlu 
bilsəydi  ki  Həsən  xan  keçəli  Çənlibelə  hiylə  ilə  göndərib,  onun  boğazını 
üzərdi.  Oğul,  adam  dostunu,  düşmənini  gərək  yaxşı  tanısın.    Kərbəlayı 
Cəfərin allah balalarını öldürsün, ürəyimizə dağ çəkib... 
-
 
Ana, ağlama, sən allah ağlama. Böyük oğlan olanda özümə at alacağam. Lap 
Koroğlunun  Qıratı  kimi  at!  –  Nəbi  dirəkdən  asılmış  xəncəri  anasına 
gösdərib:-bax,  onunla  dayımı  öldürənin  başını  kəsəcəyəm!  Kim  məni  tuta 
bilər?  Ata  minib  qaçacagam  dağlara,  meşələrə...  sən  ağlama,  mənə  yenə 
nağıl danış. 
... Nəbi yuxuda da Koroğlunu görərdi. Görərdi ki, Koroğlu onu qucağına alıb. 
Görərdi  ki,  Korğlu  onu  Qırata  mindirib.  Nəbi  gecələr  qamış  atını  minib 
Koroğluya köməyə gedərdi.. 
 
NƏBĠ NAXIR OTARIR 
 
Kəndin  ara-bərəsində  adamlar  qaynaşır.  Naxır  kəndə  təzəcə  gəlib,  yelini  südlə 
dolmuş  inəklərin  mələrtisindən  qulaq  tutulur.  Körpə  buzovlar  səs-səs  verib. 
Əmliklər, çəpişlər “mızqan” çalır. Başı ağ çalmalı uzun arıq, qoca bir kişi  əlində 
çubuq Alogilə tərəf addımlayır. O, yolağada ayaq saxlayıb evi səsləyir: 
-
 
Gözəl, ay Gözəl! 
Közəl  inək  sağırdı.  Oğlu  Nəbi  isə  çomağına  söykənib  “Qızıl”ın  baş-gözünü 
tumarlayırdı.  Səsdən ürkən inək  fısıldayıb  dartındı.  Gözəl  sərnici  dizləri  arasında 
sıxıb bir eydirmə oxudu: 


Yüklə 6,82 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə