17
torbasına. Məhərrəmin də, Mehdinin də ciblərini doldurub qoz-fındıqla. Bəs
biz? Heç bir şeyə gümanım gəlmir.
Alo demisinə tənbəki basıb cibindən çaxmaq daşı və qov çıxartdı. Qovu
çaxmaq daşının üstünə qoyub toqqasından asılmış uzun satılı bircə dəfə daşa
çaldı. Qığılcımlar qovu közərtdi. Qovdan xoş ətir gəldi. Çox keçmədən deminin
tüstüsü saqqıza dönmüş qurumların asım-asım olduğu bacaya sarı sürünürdü.
-
Niyə dinmirsən, a kişi?
-
Yoxsulluğun üzü qara olsun. Yoxdan allah da bezardır... Kərbəlayi köhnə
bostan yerinə «Gözəlxan» adı qoyub. Bilirəm ki, o bizə qəsdən sataşır.
Neynək, qoy sataşsın. Rəhmətlik atam deyərdi ki, buynuzlu qoçun qisası
buynuzsuz qoçda qalmaz. – O duruxub fikrə gedən arvadına baxdı. – Yenə,
ay Gözəl, gümanımız o çil toyuğa gəlir. Gəlsənə onu tutub verəsən Nəbiyə
aparsın?
Gözəl ah çəkib çənəsinin çapığını yaşmağı ilə örtdü.
-
Eh, nə danışırsan a kişi, çil toyuğun hər gün bir yumurtası olur, bişirib
verirəm uşaqlara.
-
Bəs onda neyləyək, ay arvad?
Gözəl bir
müddət dillənmədi, birdən ağlına nə gəldisə başı ilə samanlığa işarə etdi:
-
Hə, indi yadıma düşdü. Çil toyuğun dünənki yumurtasına dəyməmişik,
qalıb, falını da götürərək, sabah da yumurtalayar. Üç yumurtanı boyayıb
qataram Nəbinin gətirdiyi yumurtalara, olar on yumurta. Düzərəm bir
boşqaba, nöküdün böyrünə də qoz-fındıq qoyaram. Arfenik kirvə də keçən il
Nəbiyə bir cüt corab göndərib, layiqli şeydir, onu da qoyaram payın üstünə.
Xanalıgil başa düşən adamdır. Bilirlər necə dolanırıq. Onlar bizim bayram
payına qalmayıblar. Amma biz də gərək adamlığımızı göstərək.
Alonun üstündən dağ götürüldü. Demisini bir neçə dəfə öküz başı gönündən
tikilmiş yamaqlı çarığına vurub gülünü boşaltdı və yenə qovurğadan
ovucladı.
- Ay Gözəl yaxşı qovurmusan! Deyirəm ey Allah səni mənə nahaq yerə
qismət elemiyib. Səndə olan ağıl kimdə var?.. On yumurta yaxşı paydır,
corab da qoyarsan, olar lap yaxşı. Arfenik kirvə də hər bayram bizi yaman
utandırır. Bilmirəm onun xəcalətindən necə çıxacağıq? Nəbinin xətrini
Arfenik kirvə oğlu Karapetdən də artıq istəyir. Keçən il Çəmən yurda
köçəndə mənə dedi ki, siz bir il bu dağlara gəlməsəniz, bağrımız çatlayar; üz
gözümüz yaman öyrəşib. Ermənilər dostbaz lolublar. Arfenik kirvə mənə
deyirdi ki, Karapetin qardaşı yoxdur, təkcədir, Nəbi də olsun qardaşı. Qol
qanadlı ağac həmişə kölgəli olar. Kişi düz deyir. O günü də bizə iki çanaq
darı göndərib. Allah bilir ki, kasıbın ürəyi açıq olar. Əgər atım ola ha
bağışlaram Ginikor kirvənin oğlu Karapetə. Əgər qoyunum ola ha bu
dəqiqə onun boynuna qırmızı şal bağlıyıb yollaram Həcər gilə. Amma
neyləyim?..
Gözəl səhər tezdən samanlıqa getdi. Çil toyuq falın üstündə gözlərini
döyürdü. Toyuq sahibini görəndə yerindən atılıb qaqqıdıya-qaqqıldıya qaçdı.
Gözəl falın yanında təzə bir yumurta da görüb sevindi. Yumurta hələ