Etdi: a I ümumrusiya Müsəlmanları qurultayı b kazan



Yüklə 265,92 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix01.08.2018
ölçüsü265,92 Kb.
#60418
1   2   3   4   5   6   7   8   9

186

Krım tatarlarının Krımdan Mərkəzi Asiya və Urala deportasiyası 

həyata keçirildi: A) 21 avqust 1943-cü ildə B) 12 iyul 1945-ci ildə 

C) 8 sentyabr 1942-ci ildə D) 21 iyun 1941-ci ildə E) 18 may 1944-

cü ildə

187


Qazaxıstanda vahid və mərkəzləşdirilmiş dövlətin yaranmasına 

mane olan amil deyildi: A) Əhalinin əksəriyyətinin köçəri həyat 

keçirməsi B) Feodal-patriarxal qaydalarının hökmranlığı C) Yuzlar 

arasında iqtisadi əlaqələrin zəifliyi D) Əhalinin əksəriyyətinin 

yarımköçəri həyat tərzi keçirməsi E) Orta Asiyanın digər xalqları 

ilə ictimai-iqtisadi əlaqələrin zəif inkişafı

188

Kokand xanlığının yerləşdiyi əsas ərazi idi: A) Fərqanə hövzəsi B) 



Zərəfşan vadisi C) Amudəryanın aşağı axını D) Sırdərya çayının 

mənsəbi E) İssık-Kul gölünün ətrafı

189

PKK lideri A.Öcalanın həbsinə nail olan Türkiyə baş naziridir: A) 



Suleyman Dəmirəl B) Tansu Çillər C) Məsud Yılmaz D) Bülent 

Ecevit E) Nəcməddin Ərbakan

190

XIX əsrin XIX əsrin 40-cı illərində Volqaboyunda dövlət kəndliləri 



arasında baş verən geniş hərəkat idi: A) düyü qiyamları B) Kartof 

qiyamları C) Soğan qiyamları D) Pambıq qiyamları E) tütün 

191

Çarizmin Volqaboyunda "Kiselyov islahatı" keçirməkdəqarşısına 



qyduğu məqsəd deyildi: A) Məqsəd dövlət gəlirlərini artırmaqdan 

ibarət idi B) Məqsəd mülkədarlara kəndliləri necə idarə etmək 

lazımolduğunu göstərməkdən ibarət idi C) Məqsəd mövcud sistemi 

qoruyub saxlamaq və möhkəmləndirməkdən ibarət idi D) Məqsəd 

ağır vergilərdən qaçaraq canlarını qurtarmağa çalışan kəndlilərin 

qaçmalarının qarşısını almaqdan ibarət idi E) Məqsəd feodal 

iqtisadiyatının böhranını zəiflətməkdən ibarət idi

192


Çar Mixayıl Federoviç Orta Asiya ilə ticarət əlaqələrini 

genişləndirmək məqsədi ilə 1620-ci ildə: A) "Yeni ticarət 

nizamnaməsi"ni qəbul etdi B) İvan Xoxlovu səfir sifəti ilə 

Buxaraya göndərdi C) Buxara və Səmərqənddə aylıq yarmarkalar 

təşkil edilməsi haqqında göstəriş verdi D) Orta Asiya ölkələrinə 

böyük məbləğdə kapital qoydu E) Orta Asiya ölkələrindən olan 

tacirlərə Rusiyaya sərbəst gəlib-getmək izni verdi

193


Hansı hadisə  Osmanlı dövlətinin 1806-cı ildə Rusiyaya müharibə 

elan etməsinə səbəb oldu? A) Rusiyanın Osmanlı dövlətinin 

müttəfiqi olan Fransa ilə müharibəyə başlaması B) Rusiyanın 

Misirə qarşı işğalçı müharibəyə başlaması C) Rusiyanın Valaxiya 

və Moldovanı tutması D) Rusların Krımda türkləri kütləvi şəkildə 

qırması E) Rusiyanın Fransa ilə imzaladığı Tilzit sülhünə Osmanlı 

dövlətinə qarşı maddələrin salınması

194


Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının neçənci Zirvə 

toplantısı olmuşdur: A) 6-cı, 2006-cı ildə B) 7-ci, 2007-ci ildə C) 8-

ci, 2008-ci ildə D) 9-cu, 2009-cu ildə E) 10-cu, 2010-cu ildə

195


Volqaboyu və Sibirin Rusiya tərəfindən işğal olunmasının hərbi-

strateji əhəmiyyətinə daxildir: 1) Volqaboyu və Sibirin işğal 

edilməsi ilə Orta Asiyanın içərilərinə doğru yollar açıldı 2) 

196


Krım xanlığı Rusiyaya birləşdirildikdən sonra adlanmağa başladı: 

A) Simferapol vilayəti B) Kerç vilayəti C) Sevastopol diyarı D) 

Baxçasaray vilayəti E) Tavriya vilayəti



197

Qırğız dövlətinin başçısı Barsbək hakimiyyətə keçəndən sonra: A) 

İnanc Alp Bilgə titulunu qəbul etdi B) Feodal ara müharibələrinə 

son qoydu C) Bizans ilə ticarət münasibətləri qurdu D) Şərqi türk 

xaqanlığı ilə ittifaq bağladı E) Tibet dövləti ilə müharibəyə başladı

198


1997-ci ilin dekabr ayında Qazaxıstanın tarixində baş verən mühüm 

hadisə olmuşdur: A) Akmola ölkənin yeni paytaxtı oldu B) 

Nursultan Nazarbayev ömürlük ölkə prezidenti seçildi C) 

Qazaxıstan ATƏT-in üzvünə qəbul olundu D) Qazaxıstan İslam 

Konfransı Təşkilatının yaradıcısı oldu E) Qazaxıstanla ABŞ 

arasında "Demokratik məkan" haqqında xartiya imzalandı

199

Berlin-Bağdad dəmir yolu xəttinin çəkilməsində Almaniyanın 



məqsədi: A) Dəmir yolu vasitəsilə müttəfiqi olan Osmanlı 

imperiyasına İngiltərənin hücumundan qorumaq üçün hərbi sursat 

göndərmək idi B) Osmanlı imperiyasının ərazisini Yaxçın Şərqdə 

rəqibi olan İngiltərəyə zərbə endirmək üçün hərbi əməliyyat 

meydanına çevrimək idi C) İngiltərə və Fransanın Rusiya ilə 

birləşməsinin qarşısını almaq idi D) Osmanlı imperiyasının 

müdafiə qabiliyyətini möhkəmlətməkdə ona yardım etmək idi E) 

Osmanlı imperiyasının ərazisini İngiltərə ilə aralarında nüfuz 

dairələrinə bölməklə İngiltərə-Rusiya ittifaqının qarşısını almaq idi

200


"İttifaqi Müslimin" Partiyasının təsis qurultayında İsmayıl bəy 

Qaspralının müavini idi: A) Ə.Ağayev B) Ə.Hüseynzadə C) 

Ə.Topçubaşov D) F.Vəzirov E) Ə.İbrahimov

201


Türk dövlət başçılarının ilk Zirvə toplantısı nə vaxt və harada 

keçirilmişdir? A) 1991-ci il dekabrın 28-31-də İstanbul şəhərində 

B) 1992-ci il oktyabrın 30-31-də Ankara şəhərində C) 1992-ci il 

fevralın 15-18-də İzmir şəhərində D) 1993-cü il mayın 25-28-də 

Alma-Ata şəhərində E) 1993-cü il sentyabrın 12-15-də İstanbul 

şəhərində

202

Türk dövlətləri arasında Zirvə toplantılarının keçirilməsi təşəbbüsü 



kimə məxsusdur? A) Turqut Özala B) Heydər Əliyevə C) Süleyman 

Dəmirələ D) Nursultan Nazarbayevə E) Rauf Denqtaşa

203

Astana şəhəri Qazaxıstanın paytaxtı oldu: A) 1996-cı ilin aprel 



ayında B) 1992-ci ilin yanvar ayında C) 1997-ci ilin iyul ayında D) 

1998-ci ilin may ayında E) 1994-cü ilin sentyabr ayında

204

"Köçürülmüş xalqların xüsusi yaşayış yerlərinə qoyulmuş 



məhdudiyyətin aradan qaldırılması haqqında" fərmandan neçə il 

sonra SSRİ Ali Soveti Rəyasət heyəti Ahıska türklərinə 

Gürcüstanın digər xalqları ilə bərabər hüquqlar verən fərman verdi? 

A) 5 il sonra B) 9 il sonra C) 12 il sonra D) 15 il sonra E) 17 il 

sonra

205


Krım Ukraynaya birləşdirildi: A) 1944-cü il mayın 19-da B) 1954-

cü il  fevralın 19-da C) 1957-ci il dekabrın 8-də D) 1961-ci il 

martın 5-də E)  1965-ci il iyulun 12-də

207


Tuva Muxtar tespublikası RSFSR-in tərkibində Muxtar Vilayətə 

çevrildikdən neçə il sonra Krım MSSR ləğv edildi? A)1 il sonra B) 

3 il sonra C) 5 il sonra D) 8 il sonra E) 10 il sonra



208

1989-cu il may ayının 23-24-də: A) Daşkənddə etnik zəmində 

kütləvi iğtişaşlar baş verdi B) Fərqanə vilayətində milli zəmində 

münaqişə baş verdi C) Nursultan NazarbayevQazaxıstan KP MK-

nın I katibi vəzifəsinə seçildi D) Alma-Ata şəhərində Rusiya 

əleyhinə mitinqlər başlandı E) Tuva Muxtar respublikası RSFSR-in 

tərkibində Muxtar Vilayətə çevrildi

209


Daşkənddə ilk dəfə etnik zəmində kütləvi iğtişaşlar baş verdi: A) 

1965-ci ildə B) 1967-ci ildə C) 1969-cu ildə D) 1975-ci ildə E) 

1987-ci ildə

210


Nursultan Nazarbayev Qazaxıstan KP MK-nın I katibi seçilmişdir: 

A) 1987-ci il fevralın 5-də B) 1988-ci il yanvarın 21-də C) 1989-cu 

il yanvarın 22-də D) 1990-cı il mayın 23-də E) 1991-ci il avqustun 

24-də


211

Qazaxıstanda ilk etiraz aksiyasının baş verməsinə səbəb olmuşdur: 

A) Qazax dilinin dövlət dili elan olunmaması B) Qazaxıstanın 

yeraltı və yerüstü sərvətlərinin Rusiyaya daşınması C) Qazaxıstan 

əhalisinin 37,8 %-ni təşkil edən rus əhalisinə böyük üstünlüklərin 

verilməsi D) Dinmuxammed Kunayevin yerinə Gennadi Kolbinin 

Qazaxıstan KP MK-nın I katibi təyin edilməsi E) Rus əhalisinin 

kütləvi surətdə Qazaxıstana köçürülməsi

212

Hansı şəhərin azad edilməsində iştirak edən 100-dən çox özbək 



döyüşçü Sovet İttifaqı Qəhrəmanı adını almışdır? A) Stalinqradın 

azad edilməsində B) Dneprin azad edilməsində C) Kiyev şəhərinin 

azad edilməsində D) Krımın azad edilməsində E) Həştərxanın azad 

edilməsində

213

Almanlar tərəfindən əsir alınan türk xalqları hansı ad altında 



birləşdirilmişdilər? A) "Azərbaycan legionu" adı altında B) "Türk 

xalqları legionu" adı altında C) "Azad Türk Diviziyası" adı altında 

D) "Türküstan Diviziyası" adı altında E) "Mərkəzi Asiya Xalqları 

Diviziyası" adı altında

214

Qaraqalpaq Muxtar Vilayəti birləşdirildi: A) Türkmənistan SSR-in 



tərkibinə B) Özbəkistan SSR-in tərkibinə C) Qazaxıstan MSSR-in 

tərkibinə D) Qırğızıstan MSSR-in tərkibinə E) Tacikistan SSR-in 

tərkibinə

215


Özbəkistan SSR və Türkmənistan SSR SSRİ-nin tərkibinə daxil 

olduqdan neçə il sonra Qırğızıstan MSSR və Qazaxıstan MSSR 

SSRİ-nin tərkibinə daxil edildilər? A) 3 il sonra B)  5 il sonra C)  7 

il sonra D)  9 il sonra E)  11 il sonra

216

Qazaxıstanda ruslaşma və sovetləşmə siyasətinə qarşı ilk etiraz 



aksiyası baş vermişdir: A) 1984-cü ilin fevral ayında B) 1985-ci 

ilin noyabr ayında C) 1986-cı ilin dekabr ayında D) 1987-ci ilin 

iyun ayında E) 1988-ci ilin aprel ayında

217


1925-ci ildən Qırğızıstan MSSR adlanmağa başladı: A) Qırğızıstan 

SSR B) Qazaxıstan MSSR C) Türküstan MSSR D) Özbəkistan SSR 

E) Qara Qırğız Muxtar Vilayəti

218


Türkmənistanda kənd təsərrüfatının kollektivləşməsi prosesinə 

başlanıldı: A) Pambıq plantasiyalarının yaradılması ilə B) İri 

sahibkarların kütləvi surətdə həbs edilərək sürgünə göndərilməsi ilə 

C) "Orta təbəqə"nin (Kulakların) məhv edilməsi ilə D) 

Qolçomoqların Sibirə sürgün edilməsi ilə E) Fərdi kəndli 

təsərrüfatlarının kolxoz və sovxozlarda birləşdirilməsi ilə




219

Qazaxıstanda kollektivləşdirmənin mühüm istiqaməti idi: A) Əkin 

sahələrinin artırılması B) Təsərrüfatların kolxozlarda 

birləşdirilməsi C) Zorakı yolla qolçomaqları bir sinif kimi ləğv 

etmək D) Çar Rusiyası tərəfindən kazaklara verilmiş Qazaxıstan 

torpaqlarının geri alınaraq kəndlilərin ixtiyarına verilməsi E) iri 

sahibkarların mülkiyyətlərinin əllərindən alınaraq fəhlə və 

kəndlilərə paylanılması 

220

Özbəkistan SSR və Türkmənistan SSR SSRİ tərkibinə daxil 



oldular: A) 1922-ci il iyulun 8-də, SSRİ-nin I Sovetlər qurultayında 

B) 1923-cü il avqustun 5-də SSRİ-nin II Sovetlər qurultayında C) 

1925-ci il mayın 13-də SSRİ-nin III Sovetlər qurultayında D) 1926-

cı il sentyabrın 19-da SSRİ-nin IV Sovetlər qurultayında E) 1927-ci 

il iyulun 12-də SSRİ-nin V Sovetlər qurultayında

221


1925-ci ilədək Qırğızıstan RSFSR-in tərkibində necə adlanırdı? A) 

Ağ Qırğız Muxtar Vilayəti B) Qara Qırğız Muxtar Vilayəti C) 

Xarəzm SSR D) Qaraqalpaq Muxtar Vilayəti E) Türküstan MSSR

222


Özbəkistan SSR və türkmənistan SSR nə vaxt yaradılmışdır? A) 

1922-ci ilin mart ayında B) 1923-cü ilin iyun ayında C) 1924-cü 

ilin oktyabr ayında D) 1925-ci ilin may ayında E) 1925-ci ilin 

dekabr ayında

223

1936-cı il dekabrın 5-də: A) Özbəkistan SSR və Türkmənistan SSR 



SSRİ-nin tərkibinə daxil oldular B) Qırğızıstan MSSR və 

Qazaxıstan MSSR RSFSR-in tərkibindən çıxarılaraq SSRİ-nin 

tərkibinə daxil edildilər C) Özbək xalqı Özbəkistan SSR-də, 

türkmən xalqı Türkmənistan SSR-də birləşdi D) Buxara SSR, 

Xarəzm SSR və Türküstan MSSR ləğv olundu E) Başqırdıstan 

Sovet Muxtar Respublikası elan olundu

224

Uyğunluğu müəyyən edin: 1) Xarəzm Respublikası Sosialist 



Respublika elan edildi 2) Buxara Respublikası Sosialist Respublika 

elan edildi 3) Başqırdıstan Sovet Muxtar Respublikası elan edildi 

4) tatarıstan MSSR yaradıldı 5) Çuvaş Muxtar Vilayəti yaradıldı a) 

1920-ci ilin iyun ayında b) 1919-cu ilin mart ayında c) 1924-cü ilin 

sentyabr ayında d) 1923-cü ilin oktyabr ayında e) 1920-ci ilin may 

ayında A) 1a;2b;3c;4d;5e B) 1b; 2e; 3a; 4c; 5d C) 1c; 2d; 3e; 4a; 5b 

D) 1e; 2a; 3d; 4b; 5c E) 1d; 2c; 3b; 4e; 5a 

225


Çuvaş Muxtar Vilayəti nə vaxt Çuvaş MSSR-ə çevrildi? A) 1922-ci 

il iyunun 13-də B) 1923-cü il mayın 27-də C) 1924-cü il fevralın 8-

də D) 1925-ci il aprelin 21-də E) 1926-cı il oktyabrın 19-da

226


1919-cu il mart ayının 20-də yaradılmışdır: A) Tatarıstan MSSR B) 

Çuvaş Muxtar Vilayəti C) Çuvaş MSSR D) Tatarıstan MSSR E) 

Başqırdıstan Sovet Muxtar Respublikası

227


1920-ci ilin fevral ayında Qızıl ordu tərəfindən işğal edilmişdir: 1) 

Xivə xanlığı 2) Kokand xanlığı 3) Buxara əmirliyi 4) Sırdərya və 

Yeddisu ərazisi 5) Xarəzm əmirliyi A) 1.2 B) 2.3 C) 3.5 D) 1.3 E) 

4.5



228

1967-ci ildə SSRİ ilə Türkiyə arasında imzalanmış sazişə əsasən: 

A) Türkiyə SSRİ-nin yük və sərnişin gəmilərinin boğazlardan 

sərbəst keçməsinə razılıq verdi B) Türkiyə Yaxın Şərq məsələsində 

SSRİ-ni müdafiə etməyi öhdəsinə götürdü C) SSRİ Türkiyədə 

yeddi iri sənaye müəssisəsinin tikilməsinə köməklik etməyi 

öhdəsinə götürdü D) SSRİ Türkiyədə Atom Elektrik Stansiyası 

tikməyi öhdəsinə götürdü E) SSRİ Kipr məsələsində Türkiyəni 

müdafiə etməyi öhdəsinə götürdü

229


Kipr türk dövləti nə vaxt Şimali Kipr türk Cümhuriyyəti 

adlandırıldı? A) 1979-cu il avqustun 30-da B) 1980-ci il aprelin 26-

da C) 1981-ci il iyunun 27-də D) 1982-ci il mayın 27-də E) 1983-cü 

il noyabrın 14-də

230

II Balkan müharibəsinin nəticəsində bağlanmış müqavilədir: A) 



Budapeşt müqaviləsi B) Trablis müqaviləsi C) Ədirnə müqaviləsi 

D) Buxarest müqaviləsi E) Peterburq müqaviləsi

231

1954-cü il Türkiyə-ABŞ sazişinə əsasən: A) ABŞ Türkiyəyə hərbi 



yardım göstərdi B) ABŞ Türkiyənin NATO-ya daxil olmasına 

razılıq verdi C) Türkiyə ərazisində ABŞ-ın hərbi-hava bazası 

yaradılmasına icazə verildi D) ABŞ Kipr məsələsində Türkiyəni 

müdafiə etməyi öhdəsinə götürdü E) ABŞ Türkiyəni Sovet 

təhdidindən qorumağı öhdəsinə götürdü

232


1839-1840-cı illərdə çar I Nikolayın icazəsi ilə Xivəyə yürüş edən 

generaldır: A) General Komarov B) General Skobelov C) General 

Perovski D) General Çernyayev E) General kaufman

233


Kokand xanlığının yerləşdiyi əsas ərazi idi: A) Fərqanə hövzəsi B) 

Zərəfşan vadisi C) Amudəryanın aşağı axını D) Sırdərya çayının 

mənsəbi E) İssık-Kul gölünün ətrafı

234


Qazaxların məskunlaşdığı Sırdərya və yeddisu əraziləri 

birləşdirildi: A) Xarəzm Sovet Sosialist respublikasına B) 

Qırğızıstan MSSR-ə C) Türküstan MSSR-ə D) Buxara Xalq Sovet 

respublikasına E) Xivə Xalq Sovet respublikasına

235

Brest-Litovsk sülh müqaviləsi bağlanmışdır: A) 1917-ci il dekabrın 



15-də, Rusiya, Türkiyə və Almaniya arasında B) 1918-ci il martın 3-

də, Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan, Türkiyə və Rusiya 

arasında C) 1917-ci il noyabrın 7-də, bir tərəfdən İngiltərə, Fransa, 

Rusiya, digər tərəfdən Türkiyə və Almaniya arasında D) 1918-ci il 

martın 10da, bir tərəfdən Rusiya, Zaqafqaziya respublikaları, digər 

tərəfdən Almaniya və Türkiyə arasında E) 1918-ci il sentyabrın 30-

da, Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Fransa arasında

236


Orta Asiyada İngiltərə-Rusiya ziddiyyətlərinin kəskinləşməsinin 

səbəbi nə idi? A) İngiltərənin Əfqanıstanda məskən salaraq Orta 

Asiyaya müdaxilə etməsi B) Rusların Əfqanıstan ilə müharibə 

apararaq Orta Asiyaya nüfuz etməsi C) Rusların Xivə xanlığına 

hücum etməsi D) Hər iki dövlətin Kokand, Buxara, Xivə 

xanlıqlarından əlverişli satış bazarları və öz sənayesi üçün xammal 

mənbələri kimi istifadə etməyə çalışması E) İngilislərin Kokand və 

Xivə xanlıqlarını öz tərəfinə çəkmək üçün Əfqanıstan əmirindən 

istifadə etməsi



237

Boğazlar üzərində Türkiyənin hüquqlarının tamamilə bərpa edildiyi 

konvensiyadır: A) Mudanya konvensiyası B) Lozanna konvensiyası 

C) Montre konvensiyası D) Akkerman konvensiyası E) Ankara 

konvensiyası

238


Kipr Türk dövləti yaranmışdır: A) 1974-cü ilin may ayında B) 1975-

ci ilin fevral ayında C) 1976-cı ilin mart ayında D) 1977-ci ilin iyun 

ayında E) 1978-ci ilin oktyabr ayında

239


Alma-Ata qəsəbəsinin ilk adıdır: A) Semipalatinski qəsəbəsi B) 

Kastek qəsəbəsi C) Vernı qəsəbəsi D) Petrovsk qəsəbəsi E) Əliyyi-

Ata qəsəbəsi

240


Türkiyə Bağdad paktını imzalamışdır: 1950-ci ildə B) 1952-ci ildə 

C) 1954-cü ildə D) 1956-cı ildə E) 1958-ci ildə

241

Rusiyanın birtərəfli qaydada "Yunan məsələsi"nə qarışmasını və 



onun Yaxın Şərqdə təsirinin artmasını istəməyən İngiltərə: A) 1824-

cü il iyunun 9-da Türkiyə ilə qarşılıqlı yardım haqqında müqavilə 

imzaladı B) 1826-cı il aprelin 4-də Rusiya ilə Peterburqda saziş 

imzaladı C) Türkiyə ilə Akkerman konvensiyasını bağladı D) 

Yunanıstan sahilərini birgə mühasirə etmək haqqında Fransa ilə 

razılığa gəldi E) 1840-cı ildə Londonda bir tərəfdən Türkiyə. digər 

trəfdən Acstriya, Prussiya və İngiltərə arasında saziş imzalandı

242


243

Türkiyə Kiprə qoşun yeritdi: A) 1974-cü il yanvarın 7-də B)  1974-

cü il mayın 11-də C)  1974-cü il iyulun 20-də D)  1974-cü il 

sentyabrın 19-da E)  1974-cü il dekabrın 18-də

244

1908-ci il 9-10 iyun İngiltərə ilə Rusiya arasında Revel görüşünə 



əsasən: A) Osmanlı imperiyasının Şərq regionları Rusiyanın, ərəb 

ölkələri isə Böyük Britaniyanın sərəncamına keçirildi B) Tərəflər 

Osmanlı imperiyasına qarşı birgə mübarizəyə başlamaq razılığına 

gəldilər C) Osmanlı imperiyasının ərazisindən Almaniyaya qarşı 

hərbi əməliyyat meydanı kimi istifadə olunması barədə razılığa 

gəldilər D) Makedoniyanın Fransanın himayəsinə verilməsi 

razılığına gəldilər E) II Əbdülhəmidi devirərək hakimiyyətə “İttihad 

və Tərəqqi” Cəmiyyətinin nümayəndəsini gətirmək planlaşdırıldı

245

I Ümumxarəzm qurultayı çağırıldı: A) 1919-cu ilin sentyabr ayında, 



Xarəzm Rusiyadan ayrıldı B) 1919-cu ilin avqust ayında, Xarəzm 

Federativ Respublikası elan olundu C) 1920-ci ilin fevral ayında, 

müstəqil Xarəzm Respublikası yaradıldı D) 1920-ci ilin iyul 

ayında, Xarəzm Muxtar Respublika elan olundu E) 1920-ci ilin 

aprel ayında, Xarəzm Xalq Sovet Respublikası elan olundu

246


Krım türklərinin I qurultayı: A) 25 mart 1917-ci ildə çağırıldı, 

Müsəlman İcraiyyə Komitəsi təsis edildi B) 18 fevral 1917-ci ildə 

çağırıldı, Krım müstəqil Respublika elan olundu C) 8 mart 1917-ci 

ildə çağırıldı, Rusiyanın tərkibində Respublika elan olundu D) 21 

noyabr 1918-ci ildə çağırıldı, Krımın Rusiyadan ayrıldığı elan 

edildi E) 15 dekabr 1918-ci ildə çağırıldı, Müvəqqəti hökümət 

yaradıldı

247


Türkiyə NATO-ya daxil olduqdan neçə il sonra Bağdad paktını 

imzalamışdır? A) 1 il sonra B)  2 il sonra C)  3 il sonra D) 4 il 

sonra E) 5 il sonra



248

Rusiya çarının 1637-ci il 19 fevral tarixli fərmanı ilə Sibirdə: A) 

Xüsusi təsərrüfat ləğv edildi B) Sibir idarəsi yaradıldı C) 

Təhkimçilik hüququ ləğv edildi D) Kəndlilərin üzərinə qoyulan 

vergilər 2 dəfə artırıldı E) Kilsə təsərrüfatı genişləndirildi

249


SSRİ Türkiyə ilə bitərəflik və hücum etməmək haqqında 1925-ci 

ildə bağladığı müqaviləni neçə il sonra ləğv etdi? A) 16 il sonra B) 

17 il sonra C) 18 il sonra D) 19 il sonra E) 20 il sonra

250


İngiltərənin boğazlar rejimində nəzarətin tamamilə Türkiyəyə 

keçməsində göstərdiyi kömək nə ilə bağlı idi? A) İtaliyanın Şərqi 

Aralıq dənizi bölgəsində ortaya çıxartdığı təhlükə ilə B) Türkiyənin 

Mudanya konfransında İngiltərəni müdafiə etməsi ilə C) Krım 

müharibəsində Türkiyənin Rusiyanı Qafqaz və Orta Asiyadan 

vurub çıxartmaqda İngiltərəyə göstərdiyi köməklik ilə D) Rusiyanın 

boğazlar üzərində nəzarəti ələ keçirməsinə imkan verməməsi ilə E) 

Rusiya və fransanın Yaxın Şərqdə nüfuzlarının artmasını 



istəməməsi ilə

Yüklə 265,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə