Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət


Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir



Yüklə 23,35 Kb.
səhifə5/16
tarix17.05.2022
ölçüsü23,35 Kb.
#87166
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   16
Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

6.3. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.

6.4. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.
nümunə 1: Kamal Nazirliyin Ümumi şöbəsinin əməkdaşıdır. O tez-tez iş saatlarından sonra dostları ilə görüşür. Kamal dostları ilə görüşərkən işlədiyi dövlət orqanının fəaliyyəti barədə danışmış və işlədiyi dövlət orqanı tərəfindən yeni “İnsan resurslarının inkişafına dair qrant layihəsi”nin həyata keçirildiyini, həmin layihənin effektiv idarə edilmədiyini, layihədə nəzərdə tutulmuş vəzifələr üzrə təyinatların düzgün aparılmadığını və həmin layihənin təyinatı üzrə istifadə edilmədiyini, ümumilikdə dövlət orqanı rəhbərinin kadr siyasətinin yarıtmaz olduğunu, işçilərin əməyini düzgün 40 qiymətləndirə bilmədiyini bildirir. Kamalın işlədiyi dövlət orqanı qeyd edilən layihənin həyata keçirilməsinə cavabdeh deyil və layihə başqa qurum tərəfindən həyata keçirilir. Kamal onun xidməti vəzifəsinə aid olmadığı halda, dövlət orqanının və dövlət orqanı rəhbərinin fəaliyyəti barədə ictimai mülahizələrini bildirməklə loyallıq prinsipinin tələblərini pozmuşdur. Belə ki, o məlumatı ictimaiyyət qarşısında vermiş və layihənin onun işlədiyi dövlət orqanı tərəfindən həyata keçirilməsini qeyd etməklə təhrif edilmiş məlumat vermiş və bununla da eyni zamanda dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Kamal ümumi şöbənin əməkdaşı kimi onun xidməti vəzifəsinə aid olmadığı üçün dəqiq bilmədiyi məlumatı verməməli və loyallıq prinsipinin tələblərinə uyğun olaraq dövlət orqanı rəhbərinin fəaliyyəti barədə ictimai (dostları qarşısında) qiymət verilməsindən çəkinməli idi.

 


Yüklə 23,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə