|
 Etik davranış qaydalarının pozulmasına görə məsuliyyətQısa və yığcam olun, hədəfə doğru yönlənin
|
səhifə | 9/16 | tarix | 17.05.2022 | ölçüsü | 23,35 Kb. | | #87166 | növü | Qaydalar |
| Etik davranış qaydalarının pozulmasına görə məsuliyyətQısa və yığcam olun, hədəfə doğru yönlənin
E-maili lazım olduğundan daha uzun yazmayın. Unutmayın ki, e-mail oxumaq kağızdan oxumaqdan daha çətindir.
Bütün sualları cavablandırın və daha sonradan verilə biləcək sualları təxmin edin
E-mailə cavab bütün sualları cavablandırmalıdır. Yoxsa gələn dəfə sizə cavablandırılmamış suallar haqqında yenə yazacaqlar. Bu isə həm sizin həm də müştərinizin vaxtınızı alacaq həm də arada çox böyük məyusluğa səbəb olacaq. Bundan başqa əgər siz müştərinin bundan sonra hansı sualları verə biləcəyini təxmin edib əvvəlcədən bu suallara cavab verə bilsəniz o sizə çox minnətdar olacaq və sizin servisinizin səviyyəli olduğuna tam əmin olacaq. Təsəvvür edin ki, müştəri sizə yazır ki, siz hansı kredit kartlarını qəbul edirsiz. Siz kartın növünü yazırsınız və artıq təxmin edirsiniz ki, gələn sual o olacaq ki, bu kartı necə sifariş etmək olar. Siz sifariş etməyin yolları haqqında məlumat yazırsız və mütləq daha ətraflı məlumat olan URL əlavə edirsiz.
Dostları ilə paylaş: |
|
|