Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə91/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   ...   87   88   89   90   91   92   93   94   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
289
olan, lakin yazılı variantda əksini tapmayan məqamları da dilə gətir-
məyə, oxuculara çatdırmağa ehtiyac var. Bəlkə belə çözüm bu gün 
çox mətləbləri doğru-dürüst dəyərləndirməyə kömək edər. 
Kamal Abdullanın «Yarımçıq əlyazma» romanı ilə tanış, oğuz 
bəylərinin düşüncə  tərzinə  bələd olduqca, yadımıza Oljas Süley-
menovun «Az və Ya», serb yazıçısı Milorad Paviçin «Xəzər sözlü-
yü», Murad Avcının «Türklər. Avropa. Böyük çöllük» əsərləri dü-
şür. Düzdür, ilk baxışda onlar arasında analogiyanın aparılması düz-
gün olmasa da, adları  çəkilən  əsərlərin dərin qatlarında və  sətiraltı 
mənalarında xeyli yaxınlıqlar tapmaq olar. 
Kamal Abdullanın «Yarımçıq  əlyazma»sı  oğuzların iç dün-
yası, mənəvi aləmi, münasibətlər sistemini əks etdirirsə, elə «Az və 
Ya»da da, «Xəzər sözlüyü»ndə  də, «Türklər. Avropa. Böyük çöl-
lük»də də türklərin kimliyinə, mənəvi aləminə çoxsaylı işarələr, ey-
hamlar var. Bu əsərlərin hamısı bir az mifik-fantastik, bir az tarixi-
publisistik, bir az da dini-fəlsəfi, mənəvi-psixoloji dəyərləri ilə se-
çilən əsərlərdir. Həm «Az və Ya»da, həm «Xəzər sözlüyü»ndə həm 
«Türklər. Avropa. Böyük çöllük», həm də «Yarımçıq  əlyazma»da 
türklərin kimliyi yerli-yataqlı aydınlaşdırılır. 
«Az və Ya»nı, «Xəzər sözlüyü»nü, «Türklər. Avropa. Böyük 
çöllüyü» və «Yarımçıq əlyazma»nı həm elmi əsər, həm epik təfək-
kürə söykənmiş müasir nağıl, həm tarixi-etnoqrafik abidə, həm folk-
lor nümunəsi, həm də etnosun həyat fəlsəfəsini əks etdirən özünə-
məxsus arxitektonikalı bədii mənbə adlandırmaq mümkündür. Janr-
üslub baxımından da bu əsərləri birləşdirən digər məqamlar da möv-
cuddur. 
«Yarımçıq əlyazma»da, demək olar ki, Oğuznamələrdə («Ki-
tabi-Dədə Qorqud»da) adları keçən əksər qəhrəmanlar təqdim olu-
nur: Bayandır Xan, Qılbaş, Qorqud, Beyrək, Qazan, Aruz, Basat, 
Bəkil, Təkgöz, Uruz, Şöklü Məlik və b. 
Bu obrazlardan hər biri əsərdə özünəməxsus yük daşımaqda-
dırlar. Xanlar Xanı — İç Oğuz və Dış Oğuz tayfalarından olan döv-
lət başçısı. Onun yaxın köməkçisi Qılbaş. Qılbaş əsərdə aparıcı rol 
oynayır. Müəllif özü Qılbaşı «Bayandır Xanın kölgəsi, nəfəsi, canı, 


 Nizami Tağısoy 
 
290
zehni» (s.24) kimi təqdim edir. Qılbaş əsərdə ona görə aparıcı sta-
tusdadır ki, onun öz sözü olmasa da, Oğuzda ona qulaq asırdılar. 
Çünki o, yalnız Bayandır Xanın dediyini söylər, onlardan iş  tələb 
edərdi. Hətta Qılbaş Xana onun vəzirindən də yaxın idi, ondan onlar 
dövlətlə bağlı məsləhətlər alardılar. Ən mötəbər, mürəkkəb məsələ-
ləri Bayandır Xan məhz Qılbaşa həvalə edərdi. 
«Kitabi-Dədə Qorqud» eposunun günümüzə  gəlib çatmış 
konkret mətni mükəmməl olsa da bu mətnin müxtəlif yozum və in-
terpretasiyası, yuxarıda qeyd etdiyimiz kimi, yol veriləsidir, müm-
kündür. Məhz belə interpretasiya nəticəsində K.Abdullanın «Gizli 
Dədə Qorqud»u özünü doğrultmuş təşəbbüs kimi oxucular tərəfin-
dən maraqla qarşılanmışdı. «Yarımçıq əlyazma»nın ortaya çıxması 
üçün də «Gizli Dədə Qorqud» təcrübəsindən istifadə  də  gərəkli 
oldu.  İlkin mətnə  əsaslanaraq K.Abdulla obrazlar sistemini saxla-
maqla yeni mətn, onun ayrı-ayrı hissələri arasında əlaqə, obrazların 
bir-birləri ilə bağlığı və s. əsasında süjet qurur. Əgər «Kitabi-Dədə 
Qorqudda» bu süjetin öz ardıcıllığı, onlar arasında onun elementləri 
arasında özünəməxsus  şəkildə  vəhdət mövcuddursa, K.Abdullada 
bu sistem, bu düzülüş tamamilə başqadır. Və K.Abdulla süjetinin 
düzümündəki mətndə dinamizmin mahiyyəti və onun ehtiva etdiyi 
bilgi bütün əsər boyu azalmır. Buna görə  də «Yarımçıq  əlyazma» 
mətnində müəllif özünəməxsus seçdiyi kompozisiyanın köməyi ilə 
nəzərdə tutduğu informasiyanı oxucuya çatdırmağa müvəffəq ola 
bilir. 
«Yarımçıq  əlyazma»nın xeyli səhifələri  Şah  İsmayıl Xətai 
dövrünə, Çaldıran hadisələrinə  həsr olunmuşdur (bax: 1, 71-74, 
101-110, 141-147, 204-223, 253-270). 
Romanın bu hissəsi həcm etibarı ilə «Kitabi-Dədə Qorqud»a 
həsr olunan hissədən az olsa da özündə heç də az bədii-estetik təsir 
yükü daşımır. Yazıçı bütün roman boyu bir problem üzərində diq-
qəti cəmləşdirməyə prioritet verir. Mental, etnik-milli şüurumuzda 
qədim dövrlərdən bu yana baş vermiş (yaxud baş verməmiş — 
N.T.) transformasiyalara nəzər salır. Odur ki, «Yarımçıq əlyazma» 
nəinki adi bədii əsər-mənbə kimi qavranılmalı, həm də burada milli 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
291
psixologiyamız, düşüncəmiz, fəlsəfəmiz, siyasətimiz, ideologiya-
mız, hərb işimiz, müdafiəmiz üçün mühüm məsələlərin yer aldığın-
dan danışmalıyıq. 
Tariximizin Şah İsmayıl Xətai dövrü mənbə, material və bədii 
əsərlərdə öz əksini yaxşı tapmışdır. Bu böyük şahın Azərbaycan 
dövləti və dövlətçiliyi uğrunda mübarizəsi, onun ordusunun Çaldı-
ran çölündə  məğlubiyyətə  uğramasına qədərki zəfər dolu hərbi 
uğurları romanda arzu olunan səviyyədə təqdir edilir. Müəllif əsərdə 
oxucuya Şah İsmayıl — əsil, Xızrın simasında olan Şah İsmayıl təq-
dim edir. Şah müəllif tərəfindən vicdanlı, namuslu, çətinliklərə sinə 
gərməyi bacaran, dözümlülüyünü sona qədər saxlayan, müvazinə-
tini itirməyən sərkərdə kimi təsvir edilir. 
Romanın  Şahı  İsmayıl Xətai ilə bağlı hissələrində müəllif 
Xızr obrazına xeyli yer ayırmışdır və bu obraz yazıçının tamamilə 
fərqli bir tapıntısı kimi qiymətləndirilməlidir. Xızrın Hüseyn bəy lə-
lə tərəfindən tapılıb gətirilməsi, xüsusilə onun şahın xoşuna gəlmə-
sini yazıçı maraqlı şəkildə verir. Lələ şahın oxşarını çox axtarmışdı, 
Xızrdan başqa xoşuna gələnini tapmamışdı. Şah Xızra müraciət edə-
rək: 
« – Hələ bir ayağa dur görüm, gəl bu tərəfə, işığa gəl, - deyə 
Şah bu gənc oğlanı işığa tərəf çəkib, üz-gözünü diqqətlə seyr eləmə-
yə başladı. — Əhsənül əhsən. Xudavəndi-aləm bu an bundan gözəl 
heç nə yaratmayıbdır.» 
«Sonra isə  lələyə — sənin özünə  də min dəfə  əhsən düşür 
ki…» (1, 104). 
Əsərin müxtəlif səhifələrində Şah İsmayıl Xətainin ciddiliyinə 
yazıçının çoxsaylı işarələri var: 
«Sabah ağır gün idi. Hərbi məşvərət çağırmışdı. Düşüncəsi, 
fikri-zikri Şahın son zamanlar ancaq özbək Şeybani idi. Bilmirdi nə 
üçün, amma onun əlindən zəncir çeynirdi. Uzaqdan-uzağa zindeyi-
zəhləsi gedirdi Seybanidən. Hərbi səfərə hazırlıq başlatmışdı» (1, 
110). 
Məlumdur ki, Şeybanilər dövləti Orta Asiyada bir əsrə yaxın 
yaşamış və Xətai dövründə orada hökmdar Məhəmməd Şahbəxt xan 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə