Etnos V ə epos: keçmişdən bugünə 1



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə5/114
tarix26.08.2018
ölçüsü2,87 Mb.
#64925
1   2   3   4   5   6   7   8   9   ...   114

Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
15
Tufan Allahı Hatti Kurustanuna sakinlərini Misirə  gətirir və 
onları Hatti xalqı ilə birləşdirir. Tufan Allahı Hatti xalqını və Misir 
xalqını and içdirib bir-birinə bağlayır. Hatti xalqı yolunu azıb, Al-
laha verdiyi andı pozur, bu zaman atam piyada və arabalar göndər-
di, onlar Amka adlı  sərhəd torpaqlarına soxuldular, o, yenə onları 
qovdu, onlar yenə də soxuldular”.  
Onların bu yürüşü müvəffəqiyyətli oldu. Onlar Hattilər ölkəsi-
nə taun gətirdilər. Beləliklə, hettlərin bir  qrupu Misir ərazisinə da-
xil olur, onların bir hissəsi isə əhali seyrək yaşayan dağlarda məs-
kən salırlar.  
Hettlərin Anadoluda yerləşməsi ilə əlaqədar məlumatları Na-
ram-Suen  şahın (e.ə.2236-2200-ci illər) bir yazısında tapırıq. Bu 
mətn iki dildə, iki versiyadadır. Onlardan biri akkad, digəri isə hett 
dilində  tərtib olunmuşdur. Akkad versiyasında ölkəyə “umman –
manda” adlı qəbilənin hücumu haqqında danışılır ki, onların hücu-
mu nəticəsində bir çox şəhərlər, o cümlədən Prusxanda dağıdılmış-
dır. Düşmən 17 müxtəlif  şahlıqların müttəfiqliyi ilə vuruşmuşdur. 
Elə hett versiyasında da eyni şeylər öz əksini tapmışdır. Lakin ak-
kad versiyasından fərqli olaraq hett “orijinalında” Naram-Suenin 
müttəfiqləri olan 17 şahlıqla hərbi müvəffəqiyyət əldə etdiyi haqda 
danışılır. O şahların siyahısında Hatti şahı Lambanın və Kanes şahı 
Sipanin adları çəkilir. Bu, hər iki kiçik Asiyadakı məntəqələrin adı 
e.ə.II minillik sənədlərindən yaxşı  məlumdur. Hatti şəhərin adı da 
buradan Hatti ölkəsinin adından götürülmüşdür. Kaniş (Kanes, Ne-
sa) adlarına gəldikdə isə onlar Türkiyənin Kayseri şəhəri yaxınlığın-
dakı Kültəpədə arxeoloqlar tərəfindən mühüm ticarət mərkəzləri 
kimi tapılıb, müəyyənləşdirilmişdir. Bu da məlumdur ki, Akkad 
şahları  və akkad tacirləri Anadoluda geniş ticarətlə  məşğul olmuş-
lar. Bunu Eblada aparılmış axtarışlar da sübut edir. Tədqiqatçılar 
hesab edirlər ki, Anadolu ilə Suriya arasında mal-əmtəə mübadiləsi 
hələ sivilizasiyanın erkən dövrlərindən mövcud olmuşdur. Ticarət, 
heç şübhəsiz ki, o dövrdə Kiçik Asiyada gedən sosial, iqtisadi, mə-
dəni, siyasi, etnik proseslərin əsasını təşkil etməklə, hettlərin Ana-
doluda mövqe tutmasına yaxından kömək etmişdir.  


 Nizami Tağısoy 
 
16
 
Hett padşahlarının hökmranlıq illəri  
 
Adı Hökmranlıq illəri  Əvvəlki şahlarla 
qohumluq əlaqələri 
Pitxana/Kussaralı ''–––''–––'' 
  ''–––''–––'' 
Anitta/Kussaralı ''–––''–––''  oğlu  
 
Qədim şahlıq dövrü 
 
I Tudxaliya (?)   
1740-1710 

Pu-Şarruma (?)  
1710-1680 
oğlu 
I Labarna  
1680-1650 
oğlu 
II Labarna I Hattusuli   1650-1620 
oğlu 
I Musili  
1620-1590 
oğulluğu 
I Hantili  
1590-1560 
bacısının əri 
I Sidanta  
1560-1550 
kürəkəni (?) 
Ammuna  
1550-1530 
oğlu 
I Hussiya  
1530-1525 
oğlu (?)  
Telepinu
1
 1525-1500 
bacısının əri  
Alluvamna  
1500-1490 
kürəkəni 
II Hantili (?) 
1490-1480 

II Sidanta (?) 
1480-1470 

II Hussiya (?) 
1470-1460 

 
İmperiya 
II Tudxaliya  
1460-1440 

I Arnuvanda  
1440-1420 
oğlu 
II Haltusuli  
1420-1400 
qardaşı 
III Tudxaliya  
1400-1380 
oğlu 
I Suppiluliuma 
1380-1340 
oğlu 
II Arnuvanda  
1340-1335 
oğlu 
                                                 
1
 Telepinudan sonra Alluvamnaya qədər hökmranlıq etmiş bir Hett şahı Tuhurvai-
linin də adı məlumdur. 


Etnos 
v
ə epos: keçmişdən bugünə 
 
17
II Mursili  
1335-1315 
qardaşı 
Muvatalli  
1315-1296 
oğlu 
Urxi-Teşub  
 
 
(III Mursili)  
1296-1289 
oğlu 
III Hattusuli 
1289-1265 
əmisi 
IV Tudxaliya  
1265-1235 
oğlu 
III Arnuvanda  
1235-1215 
oğlu 
II Suppiluliuma  
1215-? 
qardaşı 
 
Hett padşahlarından Pitxana və Anittanın qədim Hattusa şahlı-
ğı ilə qohumluq əlaqələri hettologiyada indiyə qədər qaranlıq qalır.  
 
 
ƏDƏBİYYAT 
 
1. Azərbaycan Sovet Ensiklopediyası. X cild. – Bakı, 1987, s.184. 
2.  Большой  Энциклопедический  Cловарь.  Языкознание. – М., 
Большая Российская Энциклопедия, 1998, с.570-572.  
3. Герни О.Р. Хетты. – М., Наука, 1987, 233 с. 
4.  Советская  историческая  энциклопедия. – М.,  Советская 
энциклопедия, 1974, с.575-584. 
5. Türk Ansiklopedisi. Cilt XIX. – Ankara, 1971, s.303-310.  
6.  Всемирная  история.  Бронзовый  век. – Минск:  Харвест, 
Москва, Аст, 2000, с.229-297.  


 Nizami Tağısoy 
 
18
 
HETTLƏR: DİNİ, ALLAHLAR PANTEONU, 
MƏRASİMLƏRİ, MİFLƏRİ VƏ ƏFSANƏLƏRİ  
 
Hettlərlə (Qərbi Avropa və Türkiyədə hithitlərlə) bağlı Bibli-
yadakı müxtəsər fikirlər istisna edilərsə, XIX əsrin ortalarına qədər 
onlar haqqında elə geniş məlumatlar olmamışdır. Bu müqəddəs ki-
tabda hettlər Fələstində yaşamış  qəbilələrdən biri kimi göstərilir. 
Eyni zamanda İissus Navinin kitabında xananeylər, hetteylər, fere-
zeylər, gergeseylər, amorreylər, tyevuseylər və digərlərindən müxtə-
sər şəkildə bəhs olunur. Bundan başqa buradan belə bir fikir də təx-
min edilə bilər ki, hettlər Livanla Fərat çayı arasındakı böyük əra-
zidə məskunlaşmışdılar. Hettlərin tarixi ilə bağlı məlumatlar dövrü-
müzdən olduqca uzaq keçmişi (e.ə. III minillikdən – e.ə. XII əsrə 
qədər) əhatə edir və bu baxımdan hettlərin hərtərəfli və dərindən öy-
rənilməsi xeyli çətinliklər yaradır. 
Misir tarixi salnamələrində göstərilir ki, onların XVIII sülalə-
sindən olan padşahların Hett adlanan ölkə ilə əlaqələri mövcud idi 
və bu III Tutmos Suriyanın  şimalına Fərat çayı  tərəfdən (e.ə. XV 
əsr) daxil olan zaman baş vermişdi. Həm Bibliyada, həm də tarixi 
salnamələrdə hettlərlə bağlı olan məlumatlar, tədqiqatçı-alimlərin 
qeyd etdiyi kimi, tam, müfəssəl və aydın deyildir. 
Mənbələrdə hettlərin Oront çayı üzərində Qadəş yürüşündə III 
Ramzesə qarşı öz müttəfiqləri ilə döyüşdükləri də bildirilir. Bu vu-
ruş Misir şairi Pentaur tərəfindən qələmə də alınmışdır. Lakin uzun 
müddət  ərzində Misir mətnlərindəki hettlərlə Bibliyadakı hettlərin 
eyni olduğu nə bilinir, nə də qəbul olunurdu. Bu fakt yalnız Assuri-
ya mixi yazılarının oxunuşu zamanı öz təsdiqini tapdı və müəyyən 
olundu ki, hələ I Tiqlatpalasar (e.ə. 1100 ilə yaxın) dövründən assu-
riyalılar suriyalıları paytaxtı Karhəmiş olan «Hatti ölkəsi» kimi tanı-
yırdılar. 
XIX  əsrin sonuncu rübünə  qədər hettlər haqqında yalnız bu 
məlumatlar vardı. Lakin hettlərin öyrənilməsi ilə bağlı  vəziyyət 
A.Q.Seysin Bibley Arxeologiyası  Cəmiyyətində oxuduğu məruzə-
dən sonra köklü şəkildə dəyişdi (o, Ham və Hələbdə tapılmış qəribə 


Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə