Ətraf mühit



Yüklə 177,07 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix16.11.2017
ölçüsü177,07 Kb.
#10581
1   2   3   4   5   6   7

ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



 

 



Xarici əlaqələr 

  Aşağıdakı metodları daxil edən xarici yazışmalar üzrə proseduraların icrası (i) ictimaiyyətdən xarici 

yazışmaları  qəbul etmək və qeydiyyata almaq; (ii) yaranan məsələləri nəzərdən keçirmək və 

qiymətləndirmək, həmçinin onların necə  həll edilməli olduğunu müəyyən etmək; (iii) cavabları  təmin 

etmək, qeydə almaq və  rəsmiləşdirmək; və (iv) ətraf mühit və sosial idarəetmə proqramını 

tənzimləmək;  



Layihənin təsirinə məruz qalmış icmalar üçün şikayətlərin verilməsi və baxılması mexanizmi  

  Təsirə məruz qalmış icmaların ətraf mühit və sosial fəaliyyət haqqında narahatlıqlarını və şikayətlərini 

qəbul və təmin etmək üçün şikayətlərin verilməsi və baxılması mexanizmi qurmaq; 

  Təsirə  məruz qalmış icmaları maraqlı  tərəflərin cəlb olunması prosesinin həyata keçirilməsi 

çərçivəsində həmin mexanizm haqqında məlumatlandırmaq;  

 

Təsirə məruz qalmış icmalara davamlı surətdə məlumatların çatdırılması  

  Şikayətlərin verilməsi və baxılması mexanizminin məsləhətləşmə prosesində olan işlər və  təsirə 

məruz qalan icmalar ilə bağlı hazırkı təsirləri cəlb edən işlər üzrə layihə fəaliyyət planını icrası ilə bağlı 

gedişatı təsvir edən təsirə məruz qalmış icmalar üçün dövrü hesabatlar üzrə cədvəlin təminatı, həmin 

icmalar üçün  bir maraq kimi müəyyənləşdirilmişdir; və  

 Hesabatların ildə bir dəfədən az olmayaraq təmin edilməsi (BMK, 2012). 

Bu sənədlə ARDNŞ-nin Layihəyə aid əlaqədar işi MTCP-də rəsmiləşdirilir, və bu BMK və Ekvator Prinsiplərini 

qəbul etmiş Maliyyə İnstitutları üzrə mühüm tələblərə uyğundur.   

Məlumatın açıqlanması  və maraqlı  tərəflərin cəlb olunması  fəaliyyəti üzrə BMK tələbləri Azərbaycan 

Respublikasınn tələblərindən daha sərtdir. Milli tələblərə uyğunluq BMK tələblərinin icrası vasitəsilə  təmin 

ediləcək. 

3 Ötən fəaliyyətə baxış 

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham  Əliyevin tapşırığı  əsasında, ARDNŞ ölkədə yeni Neft -

Qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) tikintisi layihəsini həyata keçirməyə başlamışdır.  

Layihənin ilkin mərhələlərində maraqlı  tərəflərin cəlb olunması prosesi əsasən dövlət qurumlarını, potensial 

podratçı və təchizatçıları əhatə etmişdir. 

ARDNŞ Layihəyə cəlb olunmuş məsləhətçiləri ilə birlikdə mütəmadi şəkildə bütün müvafiq dövlət qurumları ilə 

əlaqədə olmuşdur. 2013-cü ilin iyulunda, ƏMSSTQ işləri üzrə əsas dövlət qurumları tərəfindən təyin olunmuş 

əlaqələndirici  şəxslər ilə ilkin görüşlər keçirilmişdir. Həmin dövlət qurumlarının nümayəndələri arasında 

Ekologiya və  Təbii Sərvətlər Nazirliyi, Qaradağ  və Abşeron rayon icra hakimiyyətləri, eləcə  də Azərbaycan 

Milli Elmlər Akademiyasının müvafiq institutları, o cümlədən Zoologiya İnstitutu, Botanika İnstitutu və 

Radiasiya Problemləri İnstitutu nümayəndələri qeyd etmək olar. İlk görüşlər zamanı NQNK Layihəsi barədə və 

Kompleksin layihələndirilməsi, tikintisi və istismarı zamanı planlaşdırılan ekoloji və sosial tədbirlər barədə ilkin 

məlumatlar təqdim edilmişdir. Tərəflər arasında aparılacaq  ƏMSSTQ tədqiqat işlərinin həcmi, istifadə 

olunacaq yerli və beynəlxalq standartlar, yerli icma ilə görüşlərin və ictimai dinləmələrin keçirilməsi, çöl-

tədqiqat işlərinin aparılması, müxtəlif növ təsirlərin qiymətləndirilməsi və digər mühüm məsələlər  ətrafında 

müzakirələr aparılmışdır. 

Layihə üzrə texniki və digər işlərin həyata keçirilməsi üçün dünyanın məşhur "Technip", "Foster Wheeler", 

"UOP", “FLUOR”, “KBR”, “Societe Generale”, “PricewaterhouseCoopers”, “OMNI”, “Clifford Chance”, AECOM 

və digər  şirkətləri ilə müqavilələr imzalanmışdır. "Purvin&Gertz" , "CMAI" və marketinq sahəsində 

ixtisaslaşmış digər  şirkətlər tərəfindən NQNK kompleksində istehsal ediləcək neft və neft-kimya məhsulları 

üzrə bazar araşdırmaları aparılmışdır. 




ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



10 

 

 



 

Layihənin reallaşdırılması üçün müxtəlif istiqamətlər üzrə yüksək ixtisaslı yerli kadrların hazırlanması 

məqsədilə ARDNŞ-nin “Neftqazelmitədqiqatlayihə”  İnstitutunun bazasında “Foster Wheeler” ilə ARDNŞ 

arasında “SOCAR-Foster Viler” Mühəndis Xidmətləri birgə müəssisəsi yaradılmışdır. 

Kompleks üçün nəzərdə tutulmuş ərazidə “Fugro” şirkəti tərəfindən geofiziki, geotexniki və hidroloji tədqiqatlar 

həyata keçirilir. 

ARDNŞ potensial təzhizatçılar ilə 2012-ci ilin aprel ayında keçirilmiş NQNK Forumu çərçivəsində ilkin əlaqələr 

qurmuşdur. Forumun məqsədi bir çox şirkətlərə, o cümlədən potensial lisenziarlara, mühəndis-layihələndirmə, 

təchizat, tikinti və digər podratçı şirkətlərə, texniki məsələlər üzrə məsləhətçilərə, neftin emalı və neft-kimya 

məhsullarının istehsalı qurğularının dünya üzrə  məşhur istehsalçılarına, habelə maliyyə strukturları, hüquq 

ekspertləri və ekoloji məsələlər üzrə  məsləhətçilərə, neft emalı  və neft-kimya məhsullarının alıcılarına, 

logistika (maddi-texniki təchizat), servis və digər şirkətlərə NQNK layihəsi barədə məlumat vermək olmuşdur. 

Forum dünyanın qabaqcıl  şirkətlərinə neft-qaz emalı  və neft-kimya sahəsindəki təcrübələrini, texnologiyaları 

və digər resursları və innovasiya xarakterli həll variantlarını təqdim etmək üçün nadir imkan yaratmışdır. 

 

4 Maraqlı tərəflərin müəyyən edilməsi 



Maraqlı  tərəflərin müəyyənləşdirilməsi maraqlı  tərəflərin cəlb olunması üzrə bütün prosesin idarə edilməsi 

üzrə  əsas mərhələdir.  Bu, məhdud maraqlı  tərəf qrupunun məsləhətləşmə prosesində üstünlük təşkil edə 

bilmə riskini azaldır.  

Maraqlı tərəflər təsir edə bilən və ya təsirə məruz qalan, həmçinin Layihə nəticələri və fəaliyyəti üzrə qanuni 

marağa malik şəxslər və ya qrupları kimi müəyyənləşdirilir. Bəzi maraqlı  tərəflər məlumdur; misal üçün, 

icazələrin verilməsi üzrə cavabdehlik daşıyan dövlət qurumları, Layihənin həyata keçirildiyi ərazinin 

yaxınlığındakı yerli icmalar və Layihənin Təsirinə Məruz Qalmış digər Şəxslər (LTMŞ). Maraqlı tərəflərin ilkin 

müəyyən edilməsində məqsəd birbaşa cəlb edilmə ehtimalı görünməyən digər qrupları, təşkilatları və fərdləri 

daxil etməkdən ibarətdir. Məsələn, səhiyyə  və  təhsil işçiləri Layihənin həyata keçirilməsinə birbaşa cəlb 

edilmiş olmaya bilər, lakin onlar mövcud icma və sosial-iqtisadi dinamika ilə tanışdırlar və  təsir analizinin 

keyfiyyətini artırmağa kömək edə bilərlər. Bu cür məsləhətləşmə ilkin vəziyyət barədə məlumatın toplanması 

ilə  əlaqələndirilir. Bu cür maraqlı  tərəflərin rəylərinin nəzərə alınması mövcud təşəbbüslər və faktiki sosial-

iqtisadi ehtiyaclar ilə təsir azaltma və sosial sərmayə tədbirlərini uyğunlaşdırmağa yardımçı olur.  

Maraqlı  tərəflərin müəyyən edilməsinin hökumət və yerli sakinlər xaricində  genişləndirilməsi maraq və 

fikirlərin Layihə inkişafında prioritet təşkil edəcəyi ehtimalını artırır. 

Maraqlı tərəflər aşağıdakı ilkin kateqoriyalarda qeydə alınacaq: 

  Milli, regional və yerli səviyyələrdə dövlət qurumları; 

 Çoxmillətli və beynəlxalq təşkilatlar (məs., BMT, Dünya Bankı Qrupu, ikitərəfli donorlar və s); 

  Təşkil edilmiş icma əsaslı təşkilatlar və ya maraqlı qruplar (məs., əmək, gənclik, dini, biznes növlü və 

s) daxil olmaqla beynəlxalq, milli, regional və yerli səviyyələrdə qeyri-kommersiya, qeyri-hökumət və 

dövlət təşkilatları; 

 Xüsusi 

maraq 

sahələri ilə  və ya həssas ola bilən qeyri-mütəşəkkil qruplar daxil olmaqla LTMŞ-lər 



(məs., yaşlı, əngəlli insanlar, həmçinin etnik azlıqlar və s). LTMŞ-lərə icma torpağından istifadə edən 

torpaq sahibkarları və sakinlər aiddir; 

 Kommersiya 

təşkilatları və biznes assosiasiyaları; 

 Layihə işçiləri; və 

 Media. 

ARDNŞ  hər bir kateqoriyada maraqlı  tərəfləri məlumatlandırmaq üçün edilən davamlı  cəhdləri nümayiş 

etdirmək üçün maraqlı  tərəflərin məlumat bazasını  təmin edəcək. Məlumat bazasında Layihədə maraqlı 




Yüklə 177,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə