Ətraf mühit



Yüklə 177,07 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix16.11.2017
ölçüsü177,07 Kb.
#10581
1   2   3   4   5   6   7

ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



11 

 

 



tərəflərin spesifik maraqları, həmçinin məsləhətləşmə müddətində yaranmış sual və  məsələlər və  təqdim 

edilmiş hər hansı şikayətlər sənədləşdiriləcək.  

Məlumat bazası ictimaiyyət üçün açıqlanmadığı halda ƏMSSTQ prosesində müəyyənləşdirilmiş  və 

məsləhətləşmə aparılmış maraqlı  tərəflərin siyahısı  ƏMSSTQ-nin tamamlanmasından sonra açıqlanacaq, 

Maraqlı tərəflər və Məsələlər Hesabatına daxil ediləcək. 

Layihə  işlərində marağa malik ola bilən  əlavə maraqlı  tərəflər (şəxslər və ya qruplar) ilə bağlı  hər hansı 

məlumat ARDNŞ  əməkdaşlarına təqdim edilməlidir. Həmin  əməkdaşlar maraqlı  tərəfləri məlumat bazasına 

əlavə edəcək və tələb edildiyi halda Layihə haqqında ictimaiyyət üçün nəzərdə tutulmuş məlumatı gələcəkdə 

açıqlamaq cəhdləri ilə bağlı bu maraqlı tərəfləri nəzərdə tutacaq. 

Layihənin bu mərhələsində maraqlı  tərəflərin ilkin müəyyənləşdirilməsi potensial maraqlı  tərəflər  haqda 

masaüstü araşdırma vasitəsilə AECOM tərəfindən həyata keçirilmişdir. Siyahıya onların fəaliyyət üzrə diqqətə 

alınmasını  təmin etmək üçün potensial olaraq Layihənin təsirinə  məruz qalan geniş  əhatəli tərəflər daxildir. 

Lakin onların maraqlı tərəflərin cəlb olunması tədbirləri üzrə cəlb edilmə səviyyəsi prosesin irəli doğru inkişafı 

üzrə icra ediləcək maraqlı tərəflərin seçiminə görə fərqlənəcək. Bu cəlb etmə səviyyəsi maraqlı tərəflərin özləri 

ilə müzakirə ediləcək. Bu MTCP-nin gələcəkdə  təkrarlanması bu planın icrası sayəsində toplanmış  rəylərə 

əsaslanacaq spesifik maraqlı  tərəflər üçün ehtiyac duyulan tədbirlər üzrə  təfərrüatın artırılmış  səviyyəsinə 

malik olacaq.  

Bu hissə planın həyata keçirilməsi zamanı daha da təkmilləşdiriləcək. 

 

5 Maraqlı tərəflərin cəlb olunması proqramı 



5.1  ƏMSSTQ ilə inteqrasiya 

Maraqlı  tərəflərin cəlb olunması  fəaliyyətinin nəticələri  ƏMSSTQ üzrə mütəxəssis aparılan ilkin vəziyyət 

tədqiqatlarına daxil ediləcək.  Maraqlı  tərəf məsələləri  ƏMSSTQ-də, həmçinin Layihə planlaşdırması  və 

layihələndirməsində nəzərə alınacaq. 

ƏMSSTQ zamanı maraqlı tərəflərin cəlb olunması ən azı iki məsləhətləşmə dövrünü əhatə edəcək:  

  İlkin sahə səfərləri, Bələdçi Məlumat Sənəd layihəsi (BMS) və ilkin vəziyyət tədqiqatların açıqlanması 

zamanı  məsləhətləşmə daxil olmaqla əhatə dairəsinin müəyyən edilməsi və ilkin vəziyyətə dair 

tədqiqatlar zamanı; və 

  ƏMSSTQ hesabat layihəsi üzrə məsləhətləşmə daxil olmaqla təsir qiymətləndirilməsi zamanı maraqlı 

tərəflərin cəlb olunması.  



5.2 Cəlbetmənin ümumi prinsipləri 

5.2.1 Potensialın artırılması 

Maraqlı tərəfləri məntiqli iştirakını təşkil etmək üçün təhsil və potensialın artırılması ilə bağlı tədbirlər aşağıdakı 

qaydada keçiriləcək: 

  İctimaiyyət tərəfindən  şərhlərin bildirilməsi üçün sənədlərin məzmunu Layihə üzrə mümkün və 

adekvat məlumatı təmin edəcək, və hədsiz narahatlıqları (potensial mənfi təsirlər ilə əlaqədar) və ya 

gözləntiləri (iş yerlərinin açılması və s bu kimi potensial müsbət təsirlər ilə bağlı) formalaşdırmayacaq; 

 Yazılı məlumat layihə barədə təəssürat yaratmaq üçün ehtiyac duyulan əyani vəsait və izahatlar ilə 

müşayiət ediləcək; 

 Görüşlər maraqlı  tərəflərin seçdiyi dildə keçiriləcək və  tələb olunduğu hallarda tərcümədən istifadə 

ediləcək; 

 Xüsusi 

maraq 


üzrə işlər meydana çıxdığı zaman, icra edilən təsir azaltma proseduralarını təmin edən 

nəticələri yoxlamaq, həmçinin texniki prosesləri, qiymətləndirmə metodlarını  və keyfiyyətin təminatı 

tədbirlərini izah etmək üçün seminarlar təklif edilə bilər; və 



ARDNŞ NQNK 

Ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi 

Maraqlı tərəflərin cəlb olunması planı 

 

 



12 

 

 



  Cəhdlər nəinki təklif edilmiş layihə  və  ƏMSSTQ prosesini, hətta qüvvədə olan milli qanunları  və 

qaydaları, beynəlxalq prinsipləri və standartları izah etmək və ARDNŞ-nin bu uyğunluğa necə 

müraciət edəcəyi ilə bağlı olacaq. 

5.2.2 Həssas qrupların iştirakının təminatı 

Həssas qruplar cins, etnik mənsubiyyət, yaş, fiziki və ya əqli çatışmazlıq, iqtisadi imkansızlıqlarına görə 

digərləri ilə müqayisədə Layihənin fərqli və ya özünəməxsus təsirlərinə  məruz qala bilən insanlar kimi 

müəyyən edilə bilər. Beynəlxalq təcrübə göstərir ki, layihənin mənfi təsiri və risklərinə həssas olan şəxslər və 

qruplar məsləhətləşmə prosesində  iştirak etmək üçün dəstəklənməlidirlər. Aşağıdakı  tədbirlər  ƏMSSTQ 

prosesində mahiyyət etibarilə  iştirak etmək üçün həssas maraqlı  tərəf qrupların bacarığını yüksəltmək üçün 

icra ediləcək. 

 Maraqlı tərəflərin müəyyən edilməsinə yönəlmiş davamlı proses müddətində ARDNŞ imkansız və ya 

həssas şəxsləri yaxud qrupları müəyyən edəcək; və 

  Həssas şəxslərin effektiv qatılmasına dəstək vermək məqsədilə ARDNŞ əməkdaşları məsləhətləşmə 

yanaşmaları və tədbirləri müəyyənləşdirəcək. 

5.3 Mərhələlər və əlaqədar cəlbetmə tədbirləri 

Maraqlı  tərəflərin cəlb olunması davamlı prosesidir. Maraqlı  tərəflərin cəlb olunmasının  ən fəal dövrü 

Layihənin inkişafı və ƏMSSTQ prosesi müddətinə təsadüf edəcək. Bu zaman ərzində maraqlı tərəflərin rəyləri 

yaxınlıqdakı icmalar və  ətraf mühitə  təsiri azaltmaq istiqamətində istifadə ediləcək. Layihə komandası  ətraf 

mühitin və sosial-iqtisadi idarəetmə sistemlərinin işlənib hazırlanmasında maraqlı  tərəflərin rəyini nəzərə 

alacaq. 


Layihənin erkən mərhələsində maraqlı tərəflərin cəlb olunması fəaliyyəti 3 faza üzrə planlaşdırılır: 

1-ci faza: Əhatə dairəsinin müəyyən edilməsi və ilkin vəziyyət barədə məlumatın toplanması; 

2-ci faza: ƏMSSTQ-nin açıqlanması; və 

3-cü faza: Tikinti və istismar 



5.3.1 Maraqlı tərəflərin cəlb olunması metodları və tədbirləri 

Maraqlı tərəflərin cəlbolunma prosesi zamanı istifadə ediləcək əsas metod və tədbirlər aşağıdakılardır: 



Bələdçi Məlumat Sənədi (BMS):: Yuxarıda izah edildiyi kimi Bələdçi Məlumat Sənədi (BMS) maraqlı 

tərəflərə layihə barədə  məlumatı  təqdim etmək üçün əsas vasitədir. Bələdçi Məlumat Sənədi  şikayətlərin 

verilməsi və baxılması mexanizmi təmin etmək və şərhləri göndərmək və ya daha çox məlumatı tələb etmək 

üçün Layihə, ƏMSSTQ prosesi, əlaqə məlumatları haqqında ümumi məlumat verəcək. 



ARDNŞ-nin internet səhifəsi: Korporativ internet səhifəsi daha çox məlumat və ya şərhlərin göndərilməsi 

üçün elanlar, layihə sənədləri, hesabatlar və əlaqə məlumatlarını təmin edəcək. 



Şikayətlərin verilməsi və baxılması mexanizmi: Aşağıda izahı verilən  şikayətlərin verilməsi və baxılması 

mexanizmi bütün layihə boyunca istifadə ediləcək. ARDNŞ  hər hansı maraqlı  tərəfdən  şikayətlərin 

göndərilməsinə  dəstək verir və problemlərin vaxtında həll edilməsi üzrə  nəzərdə tutulan prosesdən istifadə 

edəcək. 


Texniki seminarlar: Layihənin və  ƏMSSTQ prosesinin mürəkkəbliyini nəzərə alaraq, ARDNŞ  bəzi maraqlı 

tərəflərin daha dolğun məlumat tələb edə biləcəklərini anlayır. Texniki Seminarlar maraqlı  tərəflərdən gələn 

tələb üzrə istifadə edilən fəaliyyət metodu rolunu oynayacaq. Maraqlı tərəflərin yazılı cavabların verilməsindən 

başqa  əlavə  tədbirlərin görülməsini tələb edən spesifik sualları olduğu hallarda ARDNŞ Texniki Seminarlar 

təşkil edəcək və  həmin maraqlı tərəfləri təqdimatları dinləmək və ixtisaslı mütəxəssislər ilə ünsiyyət qurmaq 

üçün dəvət edəcək. 



İctimai Dinləmələr:  İctimai dinləmələr  ƏMSSTQ hesabatının layihə variantı  və müvafiq idarəetmə 

sənədlərindən qaynaqlanan nəticələrin rəsmi açıqlanması ilə əlaqələndirilir. İctimai Dinləmələr bütün maraqlı 




Yüklə 177,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə