Ətraf müHİTİN İQTİsadiyyati fəNNİNİn təTQİqat metodlari və funksiyalari



Yüklə 17,74 Kb.
tarix02.10.2017
ölçüsü17,74 Kb.
#2555

TƏLƏBƏ:BABAYEV YUSİF

SƏRBƏST İŞ 1



ƏTRAF MÜHİTİN İQTİSADİYYATI FƏNNİNİN TƏTQİQAT METODLARI VƏ FUNKSİYALARI

ƏM-dən istifadə dedikdə, təbiətlə cəmiyyət arasında münasibətlər, cəmiyyətin təbiətə təsirinin bütün formaları, onun qorunması tədbirləri ilə əlaqədar təşkilatların konkret fəaliyyəti, təbiətdən istifadə edən sahələrin, təbiətdən istifadəçilərin, təsərrüfat subyektlərinin fəaliyyəti nəzərdə tutulur. Tarixən ƏM-dən istifadənin inkişafı, 1-ci növbədə vacib təbii resursların istifadəsi və mühafizəsi, istehsalı, sonra yaaxşılaşdırılması və təkmilləşdirilməsi yolu ilə aparılmışdır. Genİş mənada ƏM-dən istifadə dedikdə fəaliyyətin elə sahəsi nəzərdə tutulur ki, orada iqtisadiyyat ilə resurs təminatı, resurslara qənaət, insanlar üçün mühitin qorunması və təbiətin müxtəlifliyinin mühafizəsi öz əksini tapsın. Təbiətdən istifadə və ya ƏMİ – ictimai-istehsal fəaliyyət prosesi olub, cəmiyyətin maddi və mənəvi tələbatlarını ödəmək üçün müxtəlif təbiət şərtlərində müxtəlif təbii resurslardan istifadədir.N.F.Reymersə (1992) görə təbiətdən istifadə özündə aşağıdakıları birləşdirir: a) mühafizəsi, bərpaolunma və təbii resurslardan təkrar istifadə, onların çıxarılması və təkrar emalı; b) insanın həyatı üçün təbii şəraitin qorunması və istifadə olunması; c) təbii sistemlərin qorunması, bərpa olunması, ekoloji tarazlığın səmərəli dəyişdirilməsi; ç) insanların sayının idarə olunması Təbiətdən istifadə səmərəsiz və səmərəli ola bilər. Səmərəsiz istifadədə təbii – resurs potensialının saxlanılması təmin olunmur, təbii mühitdə yoxsullaşma yaranır, keyfiyyət dəyişir, ekoloji tarazlığın və ekosistemin pozulması təbii mühitin çirklənməsi və tükənməsi ilə müşayət olunur.Səmərəli istifadə təbii zənginlikdən elmi – əsasdırılmış kompleks şəkildə istifadəni nəzərdə tutur. Bu halda təbii-resurs potensualının maksimum saxlanılmasına səy göstərilir.Y.Oduma (1975) görə təbiətdən istifadənin səmərəliliyi ikimənalı məqsəd daşıyır:

– ətraf mühitin elə vəziyyətini təmin etmək lazımdır ki, o maddi təminatla yanaşı estetik və istirahətə olan ehtiyacı da təmin edə bilsin;

– fasiləsiz olaraq faydalı bitkilər əldə etmək, heyvanların və başqa materialların istehsalını təmin etmək üçün tarazlaşdırılmış dövrlərin yaranmasını təmin etmək lazımdır.Sosial-iqtisadi inkişafda təbii faktorların rolunun artması və ƏM-dən istifadəyə kapital qoyuluşunun yüksəlməsi iqtisadi elmlər sistemində yeni bir istiqamətin --- ƏMİ-nin yaranmasina təkan verdi. Bu termin 1970-ci illərdən işlədilməyə başlamışdır.ƏMİ-nin predmetini insanlar ilə ətrah mühit arasındakı qarşılıqlı əlaqədə yaranan prosesler, təbiətin gücü və resurslardan istifadə, onlarin mühafizəsi, bərpası, yeni ekoloji-iqtisadi münasibətlər təşkil edir.ƏMİ-nin məqsədi cəmiyyətin təbii resurslarla təminatının məqbulluğu, onlara geniş istifadə şəraitinin yaradıması, təbii mühitin məhsuldarlığının artırılması, bərpa olunmayan təbii ehtiyatların kompleks istifadəsi, itkinin qarşısının alınması, ətraf mühitə texnogen tullantıların atılmasının yeni texnologiyanın tədbiqi ilə azaldılması və əhali sağlamlığına təsirin minimuma endirilməsindən ibarətdir.ƏMİ fənni müxtəlif miqyaslı və səviyyəli ekoloji-iqtisadi sistem əsasında fəaliyyət göstərir. Ekoloji-iqtisadi sistem dedikdə iqtisadiyyat ilə təbiətin inteqrasiyası, təbiətdə baş verən hadisələrlə ictimai istehsalın birgə fəaliyyəti və qarşılıqlı əlaqəsi başa düşülür. Ekoloji-iqtisadi sistemin mühüm gostəricisi-regionallıq və ayri-ayri ərazilərin inkişafidır.

ƏMİ fənni aşağıdakı metodlardan istifadə edir:

1.Dialektiv metod. Bu metod ekoloji və iqtisadi proseslerin tədqiqatını vahid müstəvidə öyrənməyi təklif edir. Metodun əsas xüsusiyyəti təcrübə ilə nəzəriyyənin vəhdətindən ibarətdir.

2.Tarixi metod. Bu münasibətlərin tarixinin öyrənilməsi ekoloji-iqtisadi sistemin həm müasir vəziyyətinin, həm də gələcək inkişafının elmi əsaslandırılmış proqnozunun müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir.

3.Sistemli yanaşma. Bu ƏM öyrənilməsində sistemli yanaşma təbii resursların mənimsənilməsi və istehlakı, ətraf təbii mühitin mühafizəsi və ya bərpası istiqamətində mürəkkəb prosesləri tədqiq edir.

4.Normativ metod. Burada ekoloji normativlər: TİH, KBH və s. müəyyənləşdirilir.

5.İqtisadi-riyazi modelləşdirmə-i təbiətdən istifadədə xərclərin sərfinin hesablanması, təbii resursların iqtisadi qiymətləndirilməsi, təbii mühitin çirklənməsindən dəyən iqtisadi zərər və digər ekoloji-iqtisadi parametrlərin müəyyən edilməsində istifadə olunur.

6.Kartoqrafik metod. Bu metodla təbii resursların qiymətləndirilməsi, regionlarda təbii hadisələrin proqnozunun verilməsi, təhlükəli hadisələrin qarşısının alınması üçün təbiəti mühafizə tədbirləri və istehlakı qiymətləndirilir.

7.Kosmik tədqiqatlar metodu. . Yerin süni peykləri, kosmik stansiyalar və yerləşdirilmiş avadanlıqlar vasitəsilə aparılmış kosmik çəkilişlərdə yer haqqında daha geniş məlumatlar, qlobal təbii proseslərin izlənməsi həyata keçirilir.

ƏMİ fənni iqtisadi nəzəriyyə və digər iqtisad elmləri, təbiət elmlərindən coğrafiya, biologiya, geologiya, torpaqşünaslıq, meşəçilik, meteorologiya, hidrologiya, landşaftşünaslıq və s. elmlərlə qarşılıqlı əlaqalidir.

ƏMİ-nin funksiyaları aşağıdakılardır:

1.istiqamətləndirici- ekoloji məqsədin müəyyənləşdirilməsi və onun reallaşması yollarının seçilməsi

2.koordinasiyaedici- təbii resursla təlabatın balanslaşmış miqdarının təminatı, təbiətdən istifadəçilər və istehsal ilə cəmiyyətin ekoloji maraqların razılaşdırılması

3.stimullaşdırıcı- cəmiyyətin və təsərrüfat subyektlərinin fəaliyyətində təbiəti mühafizənin aktivləşdirilməsi

Bu funksiyaları yerinə yetirmək üçün ƏMİ aşağıdakı vəzifələri irəli sürür:

1.İqtisadiyyatın inkişafında resurs qoruyucu strateji istiqamətin işlənməsi və dövlətin ekoloji siyasəti

2.dövlət tənzimləmə, proqnozlaşdırma sisteminin formalaşması və təbiəti mühafizə tədbirlərinə nəzarət

3.bazar münasibətləri şəraitində ƏM-dən istifadənin təsərrüfat mexanizminin tədqiqi və elmi əsaslandırılması

4.təbiətdən istifadənin idarə edilməsinin təşkilatı məsələlərinin təkmilləşdirilməsi

5.ƏMM-nin iqtisadi mexanizminin işlənilməsi və effektli təbiətdən istifadədə bazar vasitələrinin tədbiqi

6.istehsal obyektlərində təbiəti mühafizə fəaliyyətinin iqtisadi gösəricilərində metodiki yanaşmanın və ətraf mühitə təsiri vəziyyətinin nəzəri əsaslandırılması



7.ətraf mühitə təsir edən zərərli təsirlərin azaldılması, təbii resurslardan istifadənin effektivliyinin yüksəldilməsi, məhsulun kompleks emalı, təkrar istehsalı və s. üçün metodların seçilməsi.
Yüklə 17,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə