|
Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu
|
səhifə | 2/33 | tarix | 21.04.2022 | ölçüsü | 74,24 Kb. | | #85820 |
| 3bc097497fca09761f0f3c8db648568418a813b5I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas terminlər və anlayışlar
Bu Qanunda aşağıdakı əsas termin və anlayışlardan istifadə edilir:
ətraf mühit — insan fəaliyyətindən asılı olmayaraq onu əhatə edən canlı və cansız təbiətin məcmusu;
ekologiya — ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amillər və antropogen (insan fəaliyyəti) və fiziki prosesləri öyrənən elm;
təbii resurslar (ehtiyatlar) — insanların ehtiyaclarını ödəmək üçün ətraf mühitdə mövcud olan torpaq, faydalı qazıntılar, bitki örtüyü, flora, fauna, su və enerji mənbələri;
ətraf mühitin mühafizəsi — ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanması;
təbiətdən istifadə — gələcək nəsillərin ehtiyacını nəzərə almaqla, cəmiyyətin sosial-iqtisadi tələblərini ödəmək məqsədilə ətraf mühitin ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi;
Dostları ilə paylaş: |
|
|