Ətraf mühitin mühafizəsi haqqında



Yüklə 328,49 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix01.02.2018
ölçüsü328,49 Kb.
#23071
1   2   3   4   5   6   7   8   9   ...   13

1. Ətraf mühitin çirkləndirilməsinə, istehsalat və məişət tullantılarının yerləşdirilməsinə, 

habelə  təbii  resurslardan  istifadəyə  görə  ödənişlər  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada  və  məbləğdə  təbiətdən  istifadəçi  olan  müəssisələrdən,  təşkilatlardan  və 

vətəndaşlardan alınır. 

2.  Ətraf  mühitin  müəyyən  edilmiş  limitlərdən  artıq  çirkləndirilməsinə  görə  cərimələr 

qanunvericilikdə müəyyən edilən qaydada və məbləğdə alınır. 

M a d d ə   2 5 .  Ətraf mühitin mühafizəsi sahəsində iqtisadi stimullaşdırma

 

Ətraf mühitin mühafizəsinin iqtisadi stimullaşdırılması ekoloji yönümlü subsidiyalar və 

digər stimullaşdırıcı tədbirlər vasitəsi ilə həyata keçirilir. 

Ətraf  mühitin  mühafizəsinin  iqtisadi  stimullaşdırılması  qanunvericiliyə  zidd  olmayan 

tədbirlərin köməyi ilə də həyata keçirilə bilər. 

M a d d ə   2 6 .  Ətraf mühitin mühafizəsi sahəsində sığorta



[3]

 

1.  Təbii  resurslardan  istifadə  zamanı  ətraf  mühitə  və  üçüncü  şəxslərə 

zərərin vurulmasına görə təbii resurslardan istifadəçi olan hüquqi və fiziki 

şəxslər mülki məsuliyyətini könüllü qaydada sığorta edə bilərlər. 

2.  Daşınmaz  əmlakın  istismarı  nəticəsində  üçüncü  şəxslərin  sağlamlığına  və 

əmlakına  dəyə  biləcək  zərərlə  bağlı  daşınmaz  əmlak  sahiblərinin  mülki 

məsuliyyətinin  sığortası  “İcbari  sığortalar  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.

 

M a d d ə   2 7 .  Ətraf mühitin mühafizəsi üzrə fondlar



 

1.  Ətraf  mühitin  mühafizəsi  üzrə  fondlar  ətraf  mühitin  mühafizəsində  təxirəsalınmaz 

tədbirlərin, 

ona 


vurulan 

zərərin 


aradan 

qaldırılmasının 

və 

kompensasiya 



verilməsinin, 

yaşıllıqları  mühafizə  tədbirlərinin,

 ətraf  mühitin  mühafizəsi  sahəsində  başqa 

tədbirlərin maliyyələşdirilməsi üçün yaradılır.

[4]

 

2. Ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət 



və ictimai fondları yaradıla bilər. 

3. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu təbiətdən istifadəyə görə ödəmələr, ətraf 

mühitin  mühafizəsi  haqqında  qanunvericiliyin  pozulmasına  görə  alınan  cərimələr, 

qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  müsadirə  edilən  ovçuluq  və  balıqçılıq 

alətlərinin 

və 


qeyri-qanuni 

əldə 


edilən 

məhsulların 

satışından 

daxil 


olan 

vəsaitlər, 



yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə 

ödənilən  bərpa  dəyəri,

 qrantlar,  könüllü  ianələr,  habelə  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə zidd olmayan başqa daxilolmalar hesabına təşkil edilir.

[5]

 

M a d d ə   2 8 .  Ətraf mühitin mühafizəsində dövlət fondlarından istifadə



 

1.  Ətraf  mühitin  mühafizəsi  üzrə  dövlət  fondunun  vəsaitləri  aşağıdakı  tədbirlər  üçün 

istifadə edilir: 

1.1. elmi-tədqiqat işlərinə, resursqənaətedici və ekoloji təmiz texnologiyalarının tətbiqinə; 

1.2.  təbiətdən  istifadəçilər  tərəfindən  həyata  keçirilən  təbiətin  mühafizəsi  obyektlərinin 

tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə; 

1.3.  ətraf  mühitin  çirklənməsi  nəticəsində  dəymiş  ziyanın  bərpası  sahəsində  həyata 

keçirilən tədbirlərə; 




1.4.  çirklənmə  və  başqa  mənfi  təsirlər  nəticəsində  vətəndaşların  sağlamlığına  və  ətraf 

mühitə  vurulmuş  zərərin  bərpasına  görə  onlara  müəyyən  edilmiş  kompensasiyanın 

verilməsinə; 

1.5.  ətraf  mühitin  pozulmuş  ekoloji  tarazlığının  bərpasına,  proqram,  layihələrin, 

normativ-metodiki sənədlərin işlənməsinə və həyata keçirilməsinə

1.6. ekoloji maarifləndirmə və təhsilə

[6]

 

1.7. xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin mühafizəsinə;



[7]

 

1.7-1. yaşıllıqları mühafizə tədbirlərinin maliyyələşdirilməsinə;



[8]

 

1.8. nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və bərpasına; 



1.9.  ətraf  mühitin  mühafizəsi  sahəsində  dövlət  orqanlarının  maddi-texniki  bazasının 

yaradılmasına və inkişafına; 

1.10.  ətraf  mühitin  dövlət  monitorinqinin  təşkili  və  keçirilməsinə,  dövlət  kadastrının 

aparılmasına; 

[9]

 

1.11.  ətraf  mühitin  mühafizəsi  sahəsində  çalışan  mütəxəssislərin  həvəsləndirilməsi 



məqsədilə onların maddi stimullaşdırılmasına. 

2.  Ətraf  mühitin  mühafizəsi  fondlarının  vəsaitlərinin  ətraf  mühitin  mühafizəsi  ilə 

aidiyyatı olmayan məqsədlərə xərclənməsi qadağandır. 

M a d d ə   2 9 .  Ətraf mühitin mühafizəsinin ictimai fondları 

Ətraf mühitin mühafizəsinin ictimai fondları ictimai birliklərin vəsaiti, qrantlar, fiziki və 

hüquqi  şəxslərin  könüllü  ianələri,  habelə  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

zidd  olmayan  başqa  daxilolmalar  hesabına  təşkil  edilir.  Bu  fondlar  ictimai  birliklər 

tərəfindən yaradılır, ətraf mühitin mühafizəsinə, təbiətdən səmərəli və kompleks istifadə ilə 

əlaqədar işlərə və tədbirlərə sərf olunur. 

İctimai  fondların  yaradılması,  onların  vəsaitlərinin  formalaşması  və  xərclənməsi 

qaydaları  qanunvericiliyə  uyğun  olaraq  müvafiq  ictimai  birliklərin  təsdiq  etdikləri 

əsasnamələrdə (nizamnamələrdə) müəyyən edilir. 

V I   f ə s i l  

ƏTRAF MÜHİTİN EKOLOJİ TARAZLIĞININ NİZAMLANMASI 

M a d d ə   3 0 .  Ətraf mühitin ekoloji tarazlığının pozulma dərəcəsinin nizamlanması



 

1.  Ətraf  mühitin  ekoloji  cəhətdən  tarazlığının  nizamlanmasının  məqsədi  ekoloji 

təhlükəsizliyin  və  əhalinin  sağlamlığının  qorunmasına  zəmanət  verən,  təbii  ehtiyatların 

səmərəli  istifadəsini  və  bərpasını,  ətraf  mühitin  çirklənməsinin  qarşısının  alınmasını  təmin 

edən  elmi  əsaslandırılmış  ətraf  mühitə  yol  verilə  bilən  təsir  normalarının  müəyyən 

edilməsidir. 

2. Ətraf mühitin ekoloji tarazlığının pozulma dərəcəsinin nizamlanmasına: 

2.1.  ətraf  mühitin  keyfiyyət  göstəricilərinin  insanın  sağlamlığına,  təbii  resursların 

səmərəli istifadəsinə, mühafizəsinə və bərpasına zərərli təsirin müəyyən edilməsi

2.2. ətraf mühitə zərərli təsirin son həddi yol verilə bilən səviyyəsinin müəyyən edilməsi 

aiddir. 

3. Ətraf mühitin müəyyən edilmiş keyfiyyət normativlərinin azaldılmış normalarla əvəz 

edilməsinə xüsusi icazə verilmir. 

4.  Konkret  ekoloji  şəraitdən  asılı  olaraq  normativ  göstəricilərin  mənfi  istiqamətə  doğru 

dəyişdirilməsinə xüsusi icazə verilə bilər. 



Yüklə 328,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə