Ətraf mühitin mühafizəsi haqqında



Yüklə 328,49 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix01.02.2018
ölçüsü328,49 Kb.
#23071
1   2   3   4   5   6   7   8   9   10   ...   13

2.  Ləğv  edilən  və  ya  yenidən  təşkil  edilən  təbiətdən  istifadəçinin  ekoloji  vəziyyətinin 

yoxlanılması dövlət ekoloji ekspertizası orqanının iştirakı ilə həyata keçirilir. 

3.  Təbiətdən  istifadəçi  yenidən  təşkil  edildiyi  halda  ekoloji  öhdəliklər  onun  hüquqi 

varisinə keçir. 

4.  Təbiətdən  istifadəçi  ləğv  edilərkən  ekoloji  öhdəliklər  üzrə  kreditorların  maraqları 

nəzərə alınmalıdır. 

M a d d ə   4 1 .  Müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və 

istismar müddətində ekoloji tələblər

 

Müəssisələrin,  qurğuların  və  başqa  obyektlərin  istismarı  ətraf  mühitin  mühafizəsi  üzrə 

layihədə  göstərilmiş  bütün  ekoloji  tələblərin  tam  həcmdə  yerinə  yetirilməsi  şərti  ilə  həyata 

keçirilir. 

Son  hədləri  yol  verilən  normativlər  səviyyəsində  zərərli  maddələrin  və  tullantıların 

zərərsizləşdiriləsi  və  istifadə  edilməsi  üzrə  təmizləyici  qurğularla  və  avadanlıqlarla  təmin 

edilməyən,  təbii  resursların  səmərəli  istifadəsi,  bərpası  və  torpaqların  rekultivasiyası  üzrə 

layihələşdirmə  işləri  başa  çatdırılmadıqda  müəssisələrin,  qurğuların  və  başqa  obyektlərin 

istismara verilməsi qadağan edilir. 

M a d d ə   4 2 .  Sənaye, energetika, nəqliyyat və rabitə obyektlərinin, kənd təsərrüfatı 



təyinatlı və meliorasiya obyektlərinin istismarına ekoloji tələblər

 

1.  Sənaye,  energetika,  nəqliyyat  və  rabitə  obyektlərinin,  kənd  təsərrüfatı  təyinatlı 

obyektlərin  istismarı  və  meliorasiya  işlərində  ətraf  mühitin  çirklənməsini  qarşısını  alan 

təmizləyici  qurğular  və  sanitariya-mühafizə  zonaları,  ekoloji  əsaslandırılmış  texnologiyalar 

və müəyyən edilmiş ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Onlar tullantıların və 

maddələrin  qalıqlarının  tullantılarının  təmizlənməsi,  zərərsizləşdiriləsi  və  istifadə  edilməsi 

üçün  səmərəli  vasitələrlə  təchiz  edilməli,  təhlükəsiz  yanacaq  növlərini  tətbiq  etməli,  təbii 

resursları  qənaətlə  və  səmərəli  istifadə  etməli  və  ekoloji  təhlükəsizlik  üzrə  tədbirlər 

görülməlidirlər.

[11]

 

2.  Əhali  sıx  olan  ərazilərdə,  seysmik  təhlükəli  zonalarda,  tarixi  və  təbiət  abidələri 



yerləşən  ərazilərdə,  əhalinin  ənənəvi  istirahət  və  müalicə  yerlərində  atom  elektrik 

stansiyalarının tikintisi qadağan edilir. 

3. Atmosfer havasına atılan zəhərli qazların miqdarının azaldılması məqsədilə magistral 

avtomobil  yollarında  daimi  fəaliyyət  göstərən,  lazımi  avadanlıqlarla  təchiz  edilmiş  ekoloji 

postlar yaradılır. 

M a d d ə   4 3 .  Şəhərsalma və başqa yaşayış məntəqələrin tikintisinə ekoloji tələblər



 

Şəhərlərin  və  başqa  yaşayış  məntəqələrinin  layihələşdirilməsi,  tikintisi  və  yenidən 

qurulmasında  əhalinin  yaşayışı  və  istirahəti  ilə  əlaqədar  əlverişli  şəraitlərin  təmin  edilməsi 

üçün  ətraf  mühitin  mühafizəsi  sahəsində  qanunvericiliyə  uyğun  olaraq  ekoloji  tələblər 

nəzərə alınmalıdır. 

Şəhərlərin və başqa yaşayış məntəqələrinin layihələşdirilməsində və tikintisində məişət-

kommunal  tullantılarının  yığılması,  emalı,  zərərsizləşdiriləsi,  istifadəsi  və  basdırılması 

nəzərdə  tutulmalı  və  həyata  keçirilməlidir.  Böyük  şəhərlər  və  sənaye  mərkəzləri  nəzdində 

təbiətdən istifadə etmək qaydaları ilə meşə-park, yaşıl zonalar və qoruqlar yaradılmalıdır. 

M a d d ə   4 4 .  Radioaktiv maddələrlə iş zamanı ekoloji tələblər



 


1.  Müəssisə,  idarə  və  təşkilatlar,  vətəndaşlar  radioaktiv  maddələrin  daşınması  və 

basdırılmasının,  istifadəsi  və  saxlanılmasının,  nəql  edilməsinin,  istehsalının  müəyyən 

edilmiş qaydalarını gözləməyə, radiasiya təhlükəsinin yol verilən son həddi normativlərinin 

pozulmasına yol verilməməsinə, ətraf mühitin radioaktiv çirklənməsinin qarşısının alınması 

və aradan qaldırılması üzrə tədbirlər götürməyə borcludurlar. 

2.  Radioaktiv  tullantıların  daşınması,  təkrar  emalı  və  basdırılması  dövlət  hakimiyyəti 

orqanının  müəyyən  etdiyi  ərazidə  və  onun  səlahiyyətli  nümayəndəsinin  mütləq  iştirakı  ilə 

həyata keçirilir. 

3.  Qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  radioaktiv  tullantıların  və 

maddələrin saxlanılması və ya basdırılması məqsədilə onların başqa ölkələrdən Azərbaycan 

Respublikasına gətirilməsi və respublika ərazisindən tranzit yolu ilə aparılması qadağandır. 

Radioaktiv  maddələrin  ətraf  mühitə  yayılmasını  istisna  edən  tədbirlər  aparılmadan, 

radioaktiv  tullantıların  və  materialların  yerin  təkində  basdırılması  (yerləşdirilməsi) 

qadağandır. 

4.  Ətraf  mühitin  radioaktiv  çirklənməsi  aşkar  edildikdə  bu  barədə  müvafiq  orqanlara 

dərhal məlumat verilməlidir. 

M a d d ə   4 5 .  Potensial təhlükəli kütləvi və bioloji maddələrin istehsalına və 

istifadəsinə verilən ekoloji tələblər

 

Potensial  təhlükəli  kimyəvi  və  bioloji  maddələrin  istehsalına  və  tətbiqinə  zəruri 

toksikoloji-gigiyena,  toksikoloji-ekoloji  tədqiqatlar  aparıldıqdan,  gigiyena  və  ekoloji 

normativlər  müəyyən  edildikdən  və  bu  maddələrin  qanunvericiliyin  müəyyən  etdiyi 

qaydada dövlət qeydiyyatından keçdikdən sonra xüsusi icazə verilir. 

Yerli  şəraitə  məxsus  olmayan  və  həmçinin  süni  yolla  alınan  bioloji  obyektlərin  ətraü 

mühitdə  yerləşdirilməsi  və  çoxaldılmasına  müvafiq  ekoloji  əsaslandırmalar  olmadıqda 

müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi ilə yol verilir. 

M a d d ə   4 6 .  Ətraf mühitin zərərli fiziki təsirdən mühafizəsi

 

Təşkilatlar,  vətəndaşlar  istehsalat,  ictimai  və  yaşayış  yerlərində,  küçələrdə,  əhalinin 

istirahət etdiyi, canlıların məskunlaşdığı yerlərdə səs-küyün

vibrasiyanın,  elektromaqnit  şüalanmanın  və  başqa  zərərli  fiziki  təsirlərin  qarşısının 

alınması və aradan qaldırılması üzrə zəruri tədbirlər görməlidirlər. 

Şəhərlərin və başqa yaşayış məntəqələrinin planlaşdırılmasında və tikintisində, istehsalat 

və  başqa  obyektlərin  layihələşdirilməsində,  tikintisində  və  yenidən  qurulmasında,  yeni 

texnologiyanın,  nəqliyyat  və  rabitə  vasitələrinin  yaradılmasında  ətraf  mühitin  ekoloji 

tarazlığının qorunması nəzərə alınmalıdır. 

M a d d ə   4 7 .  Ətraf mühitin istehsalat və məişət tullantılarından mühafizəsi



 

1. İstehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq 

icra  hakimiyyəti  və  yerli  özünüidarəetmə  orqanlarının  razılığı  ilə  müəyyən edilən  yerlərdə 

aparılır. 

2.  Tullantıların emalı,  basdırılması  və  ya  saxlanılması  üçün  Azərbaycan Respublikasına 

gətirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. 

3.  İstifadə  edildikdən  sonra  tullantıların  zərərsizləşdiriləsi  və  istifadəsi  üçün 

texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. 

4.  İstehsalat  və  məişət  tullantılarının  uçotu  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

aparılır. 




Yüklə 328,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə