Ətraf mühitin mühafizəsi haqqında



Yüklə 328,49 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix01.02.2018
ölçüsü328,49 Kb.
#23071
1   ...   5   6   7   8   9   10   11   12   13

5.  Tullantılara  verilən  ekoloji  tələblər  bu  Qanunla  yanaşı  tullantılar  haqqında  normativ 

hüquqi aktlarla müəyyən edilir. 

M a d d ə   4 8 .  Hərbi və müdafiə obyektlərinə ekoloji tələblər

 

Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  xüsusi  hallar  istisna 

olmaqla,  bu  Qanunda  müəyyən  edilən  ekoloji  tələblər  tam  həcmdə  hərbi  və  müdafiə 

obyektlərinə şamil edilir. 

M a d d ə   4 9 .  Yer kürəsi iqliminin və atmosferin ozon təbəqəsinin mühafizəsi

 

Yer  kürəsi  iqliminin  və  ozon  təbəqəsinin  mühafizəsi  ölkənin  qanunvericiliyi  və 

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrlə (sazişlərlə) tənzimlənir. 

V I I I   f ə s i l  



EKOLOJİ EKSPERTİZA 

M a d d ə   5 0 .  Ekoloji ekspertiza



 

Ekoloji ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla 

bağlı  nəticələrin  aşkar  edilməsi,  qarşısının  alınması  və  proqnozlaşdırılması  məqsədilə  ətraf 

mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir. 

Azərbaycan  Respublikasında  ekoloji  ekspertizanı  müvafiq  icra  hakimiyyəti  orqanı  və 

ictimai təşkilatlar həyata keçirirlər. 

M a d d ə   5 1 .  Dövlət ekoloji ekspertizası

 

1. Dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 

2. Dövlət ekoloji ekspertizasının aparılması qaydaları qanunvericiliklə müəyyən edilir. 

3.  Dövlət  ekoloji  ekspertizasına  aid  edilən  obyektlər  barədə  ekspertin  müsbət  rəyi 

olmadan sənaye və ərzaq məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya 

Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır. 

4.  Yerin  təkindən  istifadə  ilə  əlaqədar  olan  təsərrüfat  fəaliyyəti  ekoloji  ekspertizadan 

əvvəl qanunvericiliklə müəyyən edilmiş qaydada geoloji ekspertizadan keçirilməlidir. 

5.  Dövlət  təbiət  qoruqları  sahəsində  idarəetməni  həyata  keçirən  orqanlar  təsərrüfat 

obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinin və sxemlərinin dövlət ekoloji 

ekspertizasında iştirak edirlər. 

[12]


 

6. Ekoloji ekspertizanın rəyi rəsmi sənəddir, məcburi icra olunmalıdır və onun tələbləri 

pozulduğu halda məhkəmədə iddia qaldırıla bilər. 

M a d d ə   5 2 .  Dövlət ekoloji ekspertizanın məqsəd və vəzifələri



 

1.  Dövlət  ekoloji  ekspertizası  təsərrüfat  və  başqa  fəaliyyətlər  nəticəsində  ətraf  mühitə 

təsirin  qiymətləndirilməsinin  dolğunluğunu  və  düzgünlüyünü,  qəbul  olunan  qərarların 

ekoloji  təhlükəsizlik  dərəcəsini,  təbii  resurslardan  səmərəli  istifadə  və  ətraf  mühitin 

mühafizəsi  barədə  təklif  olunan  tədbirlərin  səmərəsini  müəyyənləşdirmək  məqsədilə 

müvafiq icra hakimiyyəti orqanları tərəfindən təşkil olunur və həyata keçirilir. 

2.  Dövlət  ekoloji  ekspertizası  ətraf  mühitin  mühafizəsi  üçün  zəruri  tədbirdir  və  ətraf 

mühitə mənfi təsir göstərə biləcək təsadüfi qərarlar qəbul olunmasının qarşısını alır. 

3. Dövlət ekoloji ekspertizasının vəzifələri: 



3.1.  nəzərdə  tutulan  və  həyata  keçirilən,  ətraf  mühitin  vəziyyətinə  və  əhalinin 

sağlamlığına  hazırda  və  ya  gələcəkdə  bilavasitə  və  ya  dolayısı  ilə  təsir  göstərə  biləcək, 

təsərrüfat və başqa fəaliyyətlərin ekoloji təhlükəsi səviyyəsini müəyyən etmək

3.2. layihələşdirilən təsərrüfat və başqa fəaliyyətlərin ətraf mühitin mühafizəsi haqqında 

qanunvericiliyin  tələblərinə,  gigiyena-sanitariya  normalarına  və  qaydalarına  uyğunluğunu 

qiymətləndirmək; 

3.3.  nəzərdə  tutulan  ətraf  mühitin  mühafizəsi  tədbirlərinin  keyfiyyətinin  nə  dərəcədə 

əsaslı olduğunu müəyyən etmək. 

M a d d ə   5 3 .  Dövlət ekoloji ekspertizasının əsasları

 

Dövlət ekoloji ekspertizası aşağıdakıları rəhbər tutur: 

1. beynəlxalq hüquq öhdəlikləri

2.  qanunçuluq,  elmi  əsaslılıq,  aşkarlıq  prinsipləri,  ekoloji,  sosial,  mühəndis-texnoloji, 

texniki, arxitektura-planlaşdırma, iqtisadi və başqa qiymətlərin inteqrasiyası prinsipləri

3.  təsərrüfat  fəaliyyətinin  ətraf  mühitə  təsirinin  kompleks  sosial-ekoloji-iqtisadi 

qiymətləndirilməsinin nəticələri. 

4.  bütün  insanların  sağlamlığı  və  rifahı  üçün  əlverişli  ətraf  mühitə  malik  olmaq 

hüququnu; 

5.  indiki  və  gələcək  nəsillərin  mənafeyi  naminə  ekoloji  tarazlığın,  genofondun  və  canlı 

təbiətin rəngarəngliyinin qorunub saxlanılmasını təmin etmək zərurətini

6. təbiətdən tənzimlənməyən istifadənin potensial təhlükəsi prezumpsiyasını; 

7. qəzaların baş verməsinin mümkünlüyünü

8.  ətraf  mühitin  qorunub  saxlanılmasının  cəmiyyətin  inkişafının  ayrılmaz  tərkib  hissəsi 

kimi qiymətləndirilməsini. 

M a d d ə   5 4 .  Dövlət ekoloji ekspertizasının obyektləri



 

Dövlət ekoloji ekspertizasının obyektləri aşağıdakılardır: 

1.  ölkə  və  iqtisadiyyat  sahələri  üzrə  məhsuldar  qüvvələrinin  inkişafına  və 

yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri; 

2.  iqtisadiyyat  obyektlərinin  və  komplekslərinin  tikintisinin  (yenidən  qurulmasının, 

genişləndirilməsinin, yeni texnika ilə təchiz edilməsinin) və ləğv olunmasının texniki-iqtisadi 

əsaslandırılmaları  (hesablamaları),  layihələri,  ətraf  mühitə  təsirinin  qiymətləndirilməsi 

(ƏMTQ) sənədləri; 

3.  yeni  texnikanın,  texnologiyanın,  materialların  və  maddələrin  yaradılmasına,  o 

cümlədən başqa ölkələrdən idxal edilməsinə dair sənədlər

4.  ətraf  mühitin  mühafizəsi  haqqında  təlimat-metodik  və  normativ-texniki  sənədlərin 

layihələri; 

5. təsərrüfat fəaliyyəti və ya fövqəladə vəziyyət nəticəsində yaranmış ekoloji şərait; 

6.  regionda,  ayrı-ayrı  təbiət  obyektlərində  və  komplekslərində  (ekosistemdə)  ekoloji 

şərait; 

7.  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarına  əsasən  təbii  resurslardan  istifadəni 

nəzərdə tutan müqavilə (kontrakt) layihələrinin ekoloji bölmələri. 

M a d d ə   5 5 .  Təsərrüfat fəaliyyəti layihələrinin maliyyələşdirməsi və sifarişçinin 



vəzifələri

 


Yüklə 328,49 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə