"Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə"



Yüklə 316 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü316 Kb.
#69174
növüQaydalar


"Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında Əsasnamə", 

"Ekoloji auditor fəaliyyətinin aparılması Qaydaları" və "Dövlət Ekoloji 

ekspertizasının maliyyələşdirilməsi Qaydası"nın təsdiq edilməsi 

haqqında 

  

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

 

"Ətraf  mühitin  mühafizəsi  haqqında"  Azərbaycan  Respublikası  Qanununun 



tətbiq  edilməsi  barədə"  Azərbaycan  Respublikası  Prezidentinin  1999-cu  il  4  avqust 

tarixli  173  nömrəli  Fərmanının  icrasını  təmin  etmək  məqsədi  ilə  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti qərara alır: 

 

1.  "Ətraf  mühitin  mühafizəsi  üzrə  dövlət  fondu  haqqında  Əsasnamə",  "Ekoloji 



auditor  fəaliyyətinin  aparılması  Qaydaları"  və  "Dövlət  ekoloji  ekspertizasının 

müəyyənləşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur). 

 

2. "Təbiəti mühafizə ehtiyat fondu haqqında Əsasnaməni təsdiq etmək barəsində" 



Azərbaycan  SSR  Nazirlər  Sovetinin  1989-cu  il  25  iyul  tarixli  313  nömrəli  qərarı 

qüvvədən düşmüş hesab edilsin. 

 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 



 

 

 



Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

 

 

Bakı şəhəri, 22 fevral 2001-ci il

 

      № 41



 

 

 



 

 

Azərbaycan Respublikası Nazirlər 



Kabinetinin

 

2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu haqqında

 

 

 

ƏSASNAMƏ

 

  

1.  Ətraf  mühitin  mühafizəsi  üzrə  dövlət  fondu  haqqında  (bundan  sonra  -  Fond) 



Əsasnamə  "Ətraf  mühitin  mühafizəsi  haqqında"  Azərbaycan  Respublikasının  Qanununa 

uyğun olaraq hazırlanmışdır.  

2.  Fondun  yaradılmasında  əsas  məqsəd  ətraf  mühitin  mühafizəsində  təxirəsalınmaz 

tədbirlərin  görülməsi,  ona  vurulan  zərərin  aradan  qaldırılması,  ekoloji  cəhətdən  səmərəli 

yeni  layihə  və  texnologiyaların  işlənilməsi,  tətbiqi,  təbii  ehtiyatlardan  səmərəli  istifadə 

olunması,  təbiəti  mühafizəsinin  iqtisadi  stimullaşdırılma  məsələlərinin  həllini  təmin 

etməkdən, 

habelə 


ətraf 

mühitin 


mühafizəsi 

sahəsində 

digər 

tədbirlərin 



maliyyələşdirilməsindən ibarətdir.  

3. Fond aşağıdakıların hesabına formalaşır: 




a)  ətraf  mühitin  mühafizəsi  haqqında 

(balıqçılıq  istisna  olmaqla)

 qanunvericiliyin 

pozulmasına görə alınan cərimələrin;

[1]

 

b) təbiətdən istifadəyə görə ödəmələrin;  



c)  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  müsadirə  edilən  ovçuluq və 

balıqçılıq alətlərinin, qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlərin;



[2]

 

ç) dövlət, qeyri-dövlət təşkilatlarından, fiziki və hüquqi şəxslər tərəfindən könüllü olaraq 



ödənilən ianələrin; 

d) Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan başqa daxilolmaların. 

4.  Fondun  vəsaiti  Maliyyə  Nazirliyinin  Mərkəzi  Nazirliyinin  Mərkəzi  Xəzinədarlığında 

toplanır və fonddan İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təkliflər üzrə Dövlət Ekologiya 

və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Maliyyə Nazirliyinin birgə təsdiq etdiyi gəlir və 

xərc  bölgüsü  əsasında  (təsdiq  olunmuş  protokol)  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə 

Nəzarət Komitəsi tərəfindən istifadə olunur.  

5.  Köçürmələrin  vaxtlı-vaxtında  həyata  keçirilməsinə  Azərbaycan  Respublikasının 

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi nəzarət edir.  

6.  Fondun  vəsaiti  Azərbaycan  Respublikasının  ərazisində  və  Xəzər  dənizinin  milli 

sektorunda  ətraf  mühitin  mühafizəsi  tədbirlərinə,  təbii  ehtiyatlardan  səmərəli  istifadə 

edilməsi  və  onların  bərpasına,  təbiəti  mühafizə  obyektlərinin  tikintisinə,  əsaslı  təmirinə, 

istismarına, mühafizə olunan sahələrin yaradılması və inkişaf etdirilməsinə, təbiəti mühafizə 

sahəsinin  sosial  inkişafına,  təbii  obyekt  və  komplekslərin  abadlaşdırılmasına,  ətraf  mühitin 

mühafizəsi  sahəsində  proqramların,  layihələrin,  hüquqi  və  normativ  sənədlərin 

hazırlanmasına,  konfrans  və  tədbirlərin  keçirilməsinə,  milli  parkların,  qoruqların, 

yasaqlıqların və digər qorunan xüsusi ərazilərin, təbiət abidələrinin mühafizəsinə, nadir və 

nəsli  kəsilməkdə  olan  fauna  və  flora  növlərinin  mühafizəsi  və  bərpasına,  dövlət 

qoruqlarında  biotexniki  və  digər  təbiəti  mühafizə  tədbirlərinin  həyata  keçirilməsinə,  elmi-

tədqiqat,  layihə-axtarış  və  təcrübi-metodiki  işlərin  aparılmasına,  əhali  arasında  ekoloji 

biliklərin və tərbiyənin təbliğinə, ətraf mühitin mühafizəsi sahəsində işləyən mütəxəssislərin 

həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasına, həmin sahədə işləri yerinə 

yetirmək üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər 

ləvazimatların  alınmasına,  eləcə  də  xarici  ölkələrlə,  elmi-texniki  əməkdaşlıq,  ətraf  mühitin 

dövlət monitorinqinin təşkili və keçirilməsinə sərf oluna bilər.  

7.  Sosial  təminat  və  maddi  həvəsləndirmə  fonduna  yönəldilən vəsaitin məbləği  fondun 

vəsaitinin 5 faizindən çox olmamalıdır.  

7-1.  “Ətraf  mühitin  mühafizəsi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun 

müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən 

daxil  olan  vəsaitin  25  faizindən  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən və ətraf mühitdən 

istifadənin tənzimlənməsi sahəsində çalışan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin 

verilməsi üçün istifadə edilir.

[3]

 

8.  Ümumdövlət  və  regional  əhəmiyyətli  ətraf  mühitin  mühafizəsi  tədbirlərinin 



keçirilməsinin maliyyələşdirilməsi, vəsaitin əvəzsiz formada ayrılması ilə həyata keçirilir.  

9.  Fonddan  istifadə  olunması  haqqında  ilin  yekunlarına  görə  hesabat  Dövlət  Ekologiya 

və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən hazırlanıb Maliyyə Nazirliyinə təqdim 

olunur.  

10.  Fondda  olan  vəsaitlərdən  səmərəli  istifadə  olunmasına  Dövlət  Ekologiya  və 

Təbiətdən İstifadəyə Nəzarət Komitəsi və Maliyyə Nazirliyi nəzarət edir.  




11.  İl  ərzində  istifadə  olunmamış  fond  vəsaiti  növbəti  ilin  hesabına  keçirilir  və  fondda 

saxlanılaraq ləğv edilməsinə yol verilmir.  

  

  

Azərbaycan Respublikası Nazirlər 



Kabinetinin

 

2001-ci il 22 fevral tarixli 41 nömrəli qərarı 



ilə

 

TƏSDİQ EDİLMİŞDİR



 

 

Yüklə 316 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə