European Convention on Human Rights (Azerbaijani)



Yüklə 267,25 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix14.02.2018
ölçüsü267,25 Kb.
#26964
  1   2   3   4   5   6   7   8   9   10


Avropa

İnsan Hüquqları 

Konvensiyası


Avropa İnsan 

Hüquqları 

Konvensiyası

11 və 14 saylı saylı Protokollara müvafiq olaraq 

dəyişdirilmiş

və Əlavə protokol, 4, 6, 7, 12 və 13 saylı 

Protokollar



3

Konvensiyanın  mətni  1  iyun  2010-cu  ildə  qüvvəyə  minmiş 

14  saylı  Protokolun  (CETS  No.  194)  müddəaları  əsasında 

edilmiş  düzəlişlərlə  təqdim  olunur.  Konvensiyanın  mətni 

21  sentyabr 1970-ci  ildə  qüvvəyə  minmiş  3  saylı  Protokolla 

(ETS No. 45), 20 dekabr 1971-ci ildə qüvvəyə minmiş 5 saylı 

Protokolla (ETS No. 55) və 1 yanvar 1990-cı ildə qüvvəyə minmiş 

8  saylı  Protokolla  (ETS  No.  118)  dəyişdirilmiş  və  həmçinin  

21  sentyabr  1970-ci  ildə  qüvvəyə  minmiş  2  saylı  Protokolu 

(ETS  No. 44)  həmin  Protokolun  5-ci  Maddəsinin  3-cü 

bəndinə  müvafiq  olaraq  özündə  əks  etdirmişdir.  Bu 

Protokollara  əsasən  dəyişilmiş  və  əlavə  edilmiş  müddəalar 

1  noyabr  1998-ci  ildə  qüvvəyə  minmiş  11  saylı  Protokolla 

(ETS  No.  155)  əvəz  edilmişdir.  Həmin  gündən  etibarən  

1 oktyabr 1994-cü ildə qüvvəyə minmiş 9 saylı Protokol (ETS 

No. 140) qüvvədən düşmüş və 10 saylı Protokol (ETS no. 146) 

öz əhəmiyyətini itirmişdir.

Konvensiya və onun Protokollarının imzalanma və ratifikasiyası, 

həmçinin  bəyannamə  və  qeyd-şərtlərin  tam  siyahısı  barədə 

məlumatı www.conventions.coe.int saytindan ala bilərsiniz.

Konvensiyanın yalnız ingilis və fransız dilində olan versiyaları etibarlıdır. 

Hazırkı tərcümə Konvensiyanın rəsmi versiyası deyil.

Avropa İnsan Hüquqları Məhkəməsi

Council of Europe

F-67075 Strasbourg cedex

www.echr.coe.int



MÜNDƏRICAT

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi 

Haqqında Avropa Konvensiyası ..................................................... 5

Əlavə protokol ............................................................................ 32

4 saylı Protokol  ........................................................................... 35

6 saylı Protokol ........................................................................... 39

7 saylı Protokol ........................................................................... 43

12 saylı Protokol ......................................................................... 49

13 saylı Protokol ......................................................................... 53



5

İnsan Hüquqlarının və Əsas 

Azadlıqların Müdafiəsi Haqqında 

Avropa Konvensiyası

Roma, 4.XI.1950

Avropa  Şurasının  üzvü  olub,  bu  Konvensiyanı  imzalayan 

hökumətlər,

1948-ci il dekabrın 10-da BMT Baş Məclisi tərəfindən bəyan 

edilmiş  İnsan  Hüquqları  haqqında  Ümumi  Bəyannaməni 

nəzərə alaraq;

Bu  Bəyannamənin  məqsədinin,  bəyan  etdiyi  hüquqların 

hamılıqla  və  səmərəli  tanınmasının  və  həyata  keçirilməsinin 

təmin edilməsi olduğunu nəzərə alaraq;

Avropa  Şurasının  məqsədinin  onun  üzvləri  arasında  daha 

böyük birliyə nail olmaqdan ibarət olduğunu və bu məqsədlərə 

nail  olmağının  əsas vasitələrindən birinin  insan  hüquqlarının 

və əsas azadlıqların dəstəklənməsi və gələcək reallaşdırılması 

olduğunu hesab edərək;

Dünyada  ədalətin  və  sülhün  əsası  olan  və  riayət  edilməsi 

başlıca olaraq, bir tərəfdən həqiqi demokratik siyasi rejimlə və 

digər tərəfdən onların sadiq qaldığı insan hüquqlarını hamının 

anlaması və riayət etməsi ilə təmin olunan əsas azadlıqlara öz 

dərin sədaqətlərini təsdiq edərək;

Vahid  səylərlə  hərəkət  edən  və  siyasi  ənənələrin,  idealların 

azadlığın və hüququn aliliyinin ümumi irsinə malik olan Avropa 

ölkələrinin  hökumətləri  kimi  Ümumi  Bəyannamədə  təsbit 

olunmuş bəzi hüquqların kollektiv həyata keçirilməsinin təmin 

edilməsi yolunda ilk addımlar atmaq əzmində olaraq,



6

7

Aşağıdakılar barədə razılığa gəldilər:



MADDƏ 1

İnsan hüquqlarına hörmət olunması öhdəliyi

Razılığa  gələn  Yüksək  Tərəflər  onların  yurisdiksiyasında 

olan  hər  kəs  üçün  bu  Konvensiyanın  I  Bölməsində  müəyyən 

olunmuş hüquq və azadlıqları təmin edirlər.



BÖLMƏ I 

HÜQUQLAR VƏ AZADLIQLAR

MADDƏ 2

Yaşamaq hüququ

1.  Hər  kəsin  yaşamaq  hüququ  qanunla  qorunur.  Heç  kəs, 

qanunla  ölüm  cəzası  nəzərdə  tutulmuş  cinayət  törətməyə 

görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından 

başqa, həyatından məhrum edilə bilməz.

2.  Həyatdan  məhrumetmə,  aşağıdakı  məqsədlər  üçün  güc 

tətbiqində  mütləq  zərurətin  nəticəsi  olduqda,  bu  maddənin 

pozulması hesab edilmir:

(a)  istənilən  şəxsin  hüquqa  zidd  zorakılıqdan  qorunması 

üçün;


(b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla 

həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün;

(c)  qanuna müvafiq olaraq iğtişaş və ya qiyamın yatırılması 

üçün.


MADDƏ 3

İşgəncələrin qadağan olunması

Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara 

və ya cəzaya məruz qalmamalıdır.

MADDƏ 4

Köləliyin və məcburi əməyin qadağan olunması

1.  Heç kəs köləlikdə və ya əsarət altında saxlanılmamalıdır.

2.  Heç kəs məcburi və ya icbari əməyə cəlb olunmamalıdır.

3.  Bu  maddənin  məqsədləri  üçün  «məcburi  və  ya  icbari 

əmək» termini aşağıdakıları ehtiva etmir:

(a)  bu  Konvensiyanın  5-ci  Maddəsinin  müddəalarına 

müvafiq olaraq həbsdə olan və ya belə həbsdən şərti 

azad edilmiş şəxsin adətən yerinə yetirməli olduğu hər 

hansı iş;

(b) hərbi xarakterli hər hansı xidmət və ya hərbi xidmətdən 

əqidəyə  görə  imtina  etmənin  qanuni  hesab  edildiyi 

ölkələrdə  məcburi  hərbi  xidmətin  əvəzinə  müəyyən 

edilmiş xidmət;

(c)  fövqəladə vəziyyət və ya əhalinin həyatı və rifahı üçün 

təhlükə yaradan fəlakət hallarında hər hansı məcburi 

xidmət;


(d) adi  vətəndaşlıq  vəzifələrinin  bir  hissəsi  olan  iş  və  ya 

xidmət.


MADDƏ 5

Azadlıq və toxunulmazlıq hüququ

1.  Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. 

Heç  kəs  aşağıdakı  hallardan  və  qanunla  müəyyən  olunmuş 

qaydadan başqa azadlıqdan məhrum edilə bilməz:




Yüklə 267,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə