Evolution of The Azerbaijani Language and Idendity


Bel bağlamaq, könül vermək, kəlmə kəsmək



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix30.10.2018
ölçüsü1,33 Mb.
#76160
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   19

 

7

Bel bağlamaq, könül vermək, kəlmə kəsmək. 



Dildən düşmək, göz goymaq, bara qoymaq. 

Can qoymaq, üz döndərmək, haray qoparmaq. 

Ayağı yer tutdu, qaş‐qabağı yer süpürür. 

Qılıcının dalı da kəsir, qabağı da. 

Qazanın dibinə daş atdıq. 

Sudan  quru  çıxmaq,  dərisinə  saman  təpmək,  dadı  damağında 

qaldı. 

Şərti şoxumda kəsmək. 

Əli ətəyindən uzun qayıtmaq. 

Yeddi dəyirmanda bir ovuc unum yoxdur. 

 

 



Deyimlər və Atalar Sözü 

Atalar  sözü  (Farsca  əmsal  və  hekəm,  İngiliscə  saying,  proverb

müəyyən bir hekməti ifadə edən cümlə ya cümləyə bənzər ibarətlərə 

deyilir:  



 

At at olunca, yiyəsi mat olar. 

 

Deyimlərdə isə hər hansı hekməti anlatmaq xüsusiyyəti yoxdur və 



bunlar sadəcə leksik materyal kimi söz ifadəsinə yardımçı ola bilirlər. 

Ancaq bəʹzi misallarda bir ifadənin kəskinliklə deyimmi, yoxsa atalar 

sözü olduğunu kəskinliklə ayırd etmək mümkün olmur:  

 

Yorğanına görə ayağını uzat. 

Yerimədən yügürür. 

Sıçan olmamış dağarcıq dibi dəlir. 

Yağmadan guruldama. 

 

 



Başqa misallar: 

Yaş da qurunun oduna yandı. 

Toyuq, dimdiyinə gorə qıqqılda. 

Hər hekmətə baş uzatma. 

 

Beləliklə  bu  hökmü  çıxarmaq  olar  ki,  deyimlər  və  atalar  sözü 



arasında  bir  ortaq  bölgə  mövcuddur.  Necə  ki,  deyimlər  və  adi 

ibarətlər  arasında  da  kəskin  sınır  yoxdur,  belə  ki,  deyimlər  müxtəlif 



dərəcədə deyim sayılırlar. Başqa sözlə, deyimlər çox  zəyif miqyasda 

məcazi  məʹna  ifadə  etdiyi  zaman,  adi  ibarətlərə  yaxınlaşır,  və  güclü 




 

8

şəkildə məcazi məʹna ifadə etdiyi zaman deyim məquləsinə yaxınlaşır. 



Misallara fikir verək: 

 

Leksik məʹnaya yaxın deyimlər: 



 

Könül vermək. 

Kəlmə kəsmək. 

Can qoymaq. 

Birinə qulaq burması vermək. 

 

Leksik məʹnadan uzaq deyimlər: 

 

Söz dəyirmanını üyütmək. 

Əli ətəyindən uzun qayıtmaq. 

Keçəni həvəngə salmaq. 

Sudan quru çıxmaq. 

 

Atalar  sözü  deyimlərə  yanaşanda,  məhdud  şəkildə  qramatik 



dəyişiklikləri  qəbul  edə  bilir  və  deyimlər  isə  adi  ifadələrə  yanaşanda 

daha gəniş miqyasda qramatik dəyişiklikləri qəbul edə bilirlər: 



 

Hər hekmətə baş uzatma. 

Adam hər hekmətə baş uzatmaz. 

O hər hekmətə baş uzadır. 

 

Atalar  sözünün  anlatdığı  hekmət  həm  həqiqi,  həm  də  məcazi 



məʹnada  ola  bilir.  Başqa  sözlə  atalar  sözünün  quruluşunda  dəyişkən 

dərəcədə deyimlərdən istifadə ola bilir: 



 

Aralıq sözü ev yıxar. 

İki baş bir qazanda qaynamaz. 

 

Deyimlər və Höviyyət: 



Azərbaycan  dili  deyimlər  baxımından  ən  zəngin  dillər  sırasında 

yer  almaqdadır,  və  deyimlər  Azərbaycan  höviyyətinin  danılmaz 

hissəsi kimi tanınmaqdadır. İstər klassik ədəbiyyat, istərsə də çağdaş 

nitq  mədəniyyətimiz  bu  deyimlərlə  doludur  və  həmin  məsələ,  hətta 

Türk  dilləri  ailəsinin  məhdudəsində  də  bizim  höviyyətimizi  əks 

etməkdə və başqa Türk xalqlarından fərqləndirməkdədir. Misal üçün 



öz evinin ağası olmaq bir Azərbaycan deyimi tanınır, ancaq həmin ifadə 

kəndi evinin əfəndisi olmaq şəklində ortaya çıxsa, kəskinliklə dəmək olar 


 

9

ki, danışıq hansısa Türkiyə atmosfəeində cərəyan edir. 



Deyimlərin  tarixi  gəlişməsini  araşdırmamızdan  belə  bir  qənaətə 

gəlirik ki, deyimlər əski Türkcədə çox zəyif miqyasda görünür, ancaq 

dilimiz  zaman  axınında  deyimlər  baxımından  zənginləşmiş  və 

bugünkü  dolğun  vəziyyətə  ulaşmışdır.  Fizulinin  əsərlərində  bə’zi 

deyimlərə fikir verək: 

 

Könlüm açılır zülfi‐ pərişanını görcək, 

Nıtqım tutulur qonçəyi‐ xəndanını görcək. 

Baxdıqca sənə qan saçılır didələrimdən, 

Bağrım dəlinir navəki‐ müjqanını görcək. 

 

Fizuli habələ Hadiqətüssüəda‐da bu kimi deyimlər işlədir: 



 

Nalə  çəkdi,  ayaqdan  düşdügi  zamanda,  ol  məzlumi  ayaqdan  bıraqdı, 

ərsəyi‐  məydanə  yüz  tutdi,  seylabi‐  siyasət  yürütdi,  Həzrəti‐  Fatimə 

kəndusinə gəldikdə... 

 

Qövsi‐  Təbrizi‐nin  də  qəzəlləri  Azərbaycan  deyimlərindən 



dolğundur: 

 

Dillər tökərəm bülbül ü pərvanəyə Qövsi, 

Ta bir gün ola, halımı cananə desinlər. 

 

Kimsənin dəyməmişəm könlünə hərgiz ya rəb, 

Niyə hər kim ki, yetər könlümü viran eylər? 

 

Ney kimi kirdarımız bəndindədir göftanımız, 

Qulluğa bel bağlamaqdır qövlümüz, iqramımız. 

 

Səba bir söz başı bitablərdən açdı, əmma mən, 

İki yüz dil töküb bir sünbüli‐ pürtabə yalvardım. 

 

Öz babını hər kimsə hər yerdə tapar Qövsi, 

Mən hər yana kim getdim, divanəyə tuş gəldim

 

Yar olub dövlət, əgər düşsəydi bir gün fürsətim

Saxlanınca, canımı təslimi‐ yar etməzmidim? 

 

Sənə nəzarə girandır, boyun bəlasın alım

Məgər bu şivə yamandır, boyun bəlasın alım. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə