Evolution of The Azerbaijani Language and Idendity



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix30.10.2018
ölçüsü1,33 Mb.
#76160
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   19

 

17 


Bilimi Ənstitüsünə bağlı Türkoloqların iştirakı ilə gərçəkləşən bu 

əsər,  800  səhifə  tutarında  olub  təqribən  1000  ünsürü  içinə 

almaqdadır. 

Üzərində durmaq istədiyimiz başqa bir çalışma da 2000 ilində 

Təbriz’də  yayımlanan  Fərhange‐  Torkiye‐  Novin,  Təəmmolâti  Dər 

Ərseye  Rîşeşenasi  (Yeni  Türkcə  Sözlük,  Etimoloji  Üzərinə  Bir 

Çalışma) adlı əsərdir. Kitabın adı iç səhifədə Fərhənge‐ Etimolojiye‐ 

Torkiye‐  Novin  (Yeni  Türkcənin  Etimolojik  Sözlüyü)  olaraq 

kəçməkdədir.  Əsərin  müəllifi  İsmail  Hadi,  vəkil  və  eyni 

zamanda  24  ildən  bəri  Tehran’da  yayınlanan  Varlıq  dərgisinin 

yazarlarından  və  Balaş  (senaryo),  Laçın  (roman),  Göy  Qurşağı 

(roman),  Dumanlı  Günlər  (özünün  tərcüməyi‐  halı),  Türkcə 

Hünərdir  (dil  bilgisi)  kitablarının  və  bir  neçə  məqalənin 

müəllifidir.  Etimoloji  ilə  ilgili  çalışmalarına  Divani‐  Luğat‐it 



Türk’də  keçən  kələmələrin  bugünkü  Azərbaycan  Türkcəsindəki 

izlərini  araşdıran  məqaləsiylə  başlamışdır.  Yeni  Türkcənin 



Etimoloji  Sözlüyü  836  səhifədə  və  Farsca  olaraq  hazırlanmışdır. 

Kitab  İran’da  Türk  dilinin  etimolojisi  üzərinə  yapılmış  ilk 

çalışma  olduğundan  böyük  önəm  daşımaqda,  fəqət  təəssüflə 

yuxarıda  bəlirtilən  kritərlərə  uymamaqdadır.  Müəllifin  kitabı 

yazarkən  başvurduğu  qaynaqlar  olduqca  məhduddur.  Bu 

sahədə yazılmış olan etimolojik sözlüklərdən sadəcə Clauson’un 

sözlüyünə  müraciət  edilmiş,  Hasan  Eren’in  sözlüyündən  isə 

müəllifin  əlinə  zamanında  kəçmədiyindən  faydalanılmamışdır. 

Müəllifin yararlanmış olduğu qaynaqlar bunlardır: 

(1983). Yeni Tarama Sözlüğü, TDK., Ankara. 

(1994). Okul Sözlüğü, TDK, Ankara. 

CLAUSON,  G.,  (1972).  An  Etimological  Dictionary  of  Pre‐



Thirteenth Century Turkish, Oxford. 

ƏSTƏRABADİ, M., (1995). Sənglax, Mərkəz Yayınları., Tahran. 

ƏYUBOĞLU, İ.Z., (1991). Türk Dilinin Etimoloji Sözlüğü, Sosyal 

Yayınlar., İstanbul. 

KAŞGARLI  Mahmud,  Çev.  Besim  Atalay,  (1991).  Divani‐ 

Lûgat‐it Türk Dizini, TDK.Ankara. 

Ayrıca  bə’zi  xususlarda  Azərbaycan  Dilinin  İzahlı  Lüğəti,  A.M. 

von  Gabain’in  Əski  Türkcənin  Qrameri  və  bə’zi  şairlərin 

əsərlərindən də faydalanıldığı kitabın ön sözündə bəlirtilmişdir. 

Çalışmanın giriş bölümündə Azərbaycan Türkcəsinin dil bilgisi, 

əklər  dizini  (fehresti)  və  ağızlardakı  bə’zi  səs  dəyişmə  və 

gəlişmələrinə  işarə  edilmişdir.    Kitabın  ən  güclü  yönü 

günümüzədək toplanmamış olan ağız kələmələrinin özəlliklə də 




 

18 


Qaradağ  və  çevrəsi  ağızlarındaki  söz  dağarcığının  qismən  də 

olsa  sözlüyə  köçürülməsi  və  kələmələrlə  ilgili  deyimlərə  və  ata 

sözlərinə  geniş  yer  verilməsidir  ki,  bu  da  Günəy  Azərbaycan 

ağızlarındakı  kələmələrin  dərlənməsi  baxımından  olduqça 

önəmlidir. Bu sözlüyün başlıca qusurları bunlardır: 

1) 


Kələmələr 

Ərəb 


hərfləriylə  yazılmış  və 

fonetik 


transkripsiyonu verilməmişdir. Bu səbəblə də məsələn at ‘at’ və 

a:t ‘isim’ kimi kələmələrdəki fərq göstərilmədən izah edilmiş və 

oxucuya  uzun  səslilər  haqqında  heç  bir  bilgi  verilməmişdir.  2) 

Türkcənin  ən  önəmli  səs  gəlişmələrindən  olan  d>z~y 

gəlişməsinin  yanlış  olaraq  z>d>y  şəklində  açıqlanması  (s.  33) 

müəllifin  yanlış  yorumlamalarına  səbəb  olmuşdur.  Məsələn, 

azaq>adak>ayaq  ‘ayaq’,  zol>yol  ‘yol’  (s.  33).  Müəllifin  Clauson’un 

sözlüyündən  yararlanmasına  rəğmən  bu  şəkildə  açıqlamalarda 

bulunması  hər  halda  diqqətsizlik  ya  da  tələsmə  sonucu  olaraq 

ortaya  çıxmış  olmalıdır.  3)  kələmə  başı  ‐h  səsinin  yanlış  olaraq 

ikincil  olduğunu    göstərməsi  və  bu  barədə  heç  bir  açıqlamada 

bulunmaması  bu  əsərin  digər  qusurlarındandır:  ürk‐>hürk‐ 

‘ürkmək’,  ayva>hayva  ‘ayva’,  amul>hämil  ‘sâkin’(s.  757),  aça>haça 

‘ikiyə  açılmış  olan’(s.758).  Burada  müəllifin  diqqətini  çəkməsə 

də,  Azərbaycan  Türkcəsi  pöşlə‐  ‘suda  qaynatmaq’  və  Türkiyə 

Türkcəsi  haşla‐  ‘qaynar  suya  daldırmaq’  örnəklərində  bir  p‐>h‐ 

gəlişməsi və Az. püflə‐ ‘üfləmək’ və T.T. üflə‐ ey. örnəyində də p‐

>h‐>



    gəlişməsi  düşünülə  bilir.  4)  Sözlükdə  maddəbaşı 

kələmələr  yeni  şəkliylə  verilmiş,  varsa  əski  şəkillər  də  mətində 

göstərilmişdir.  5)  Kələmənin  əski  şəkli  göstərilirkən,  hər  yerdə 

hətta  Orta  Türkcə  olsa  belə  “Əski  Türkcə”  dəyə  tanımlanır.  6) 

Sözlükdə  çağdaş  ləhcələrdən  sadəcə  T.Türkcəsindən  örnəklər 

verilmiş, Türkcə etimolojik sözlük üçün son dərəcə önəmli olan 

Xələccə  və  Çuvaşca  örnəklərə  yer  verilməmişdir.  7)  Sözlükdə 

Azərbaycan  Türkcəsində  əski  şəkli  ilə  hələ  də  işlənməkdə  olan 

adax  ‘uşağın  ilk  addımları’  və  höl  ‘nəmli’  kələmələrinə 

rastlanmamaqdadır.  8)  atlamak  başlığı  altında  verilən  addım 

‘addım’  (s.  55)  kələməsinin  yanlış  olaraq  atlım>addım  şəklində 

açıqlanması  müəllifin  ən  böyük  xətalarındandır.  Halbuki  önsəs 

/a/’nın  uzun  olması  səbəbiylə  onu  izləyən  /t/  fonəmi  /d/’yə 

dönüşmüşdür.  Az.’də  /d/  səsinin  ikizləşməsi  ikincil  (sânəvi)dir 

və önsəs /a/’nın uzunluğu ilə ilgilidir (T. Tekin, 1975‐76: 282). Bu 

kələmənin 

belə 

açıqlanması 



gərəkirdi: 

a:t‐ 

‘addım 


atmaq’>a:tım>a:dım>adım~addım.  9)  Kələmələrin  ilk  dəfə  nə 

zaman  və  harada  işləndiyi,  hansı  çağdaş  Türk  ləhcələrində 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə