Əvvəllər hər şey yaxşı idi deyə bilmərəm



Yüklə 287,2 Kb.
səhifə2/5
tarix29.09.2017
ölçüsü287,2 Kb.
#2364
1   2   3   4   5

“ Ora çox dəhşətdir. Ora çox qorxulu yerdir. Ora...Ora...Mən komada olarkən gördüm. Ora çox dəhşətdir. Elə ürəyim sıxılırdı ki, tez burdan canımı qurtarmaq istəyirdim. Çıxmaq istəyirdim. Ama ora qaranlıq və dar idi. Mən onda anladım ki, həyat necə də gözəl imiş. Mən qışqırırdım: MƏN GERİ QAYITMAQ İSTƏYİRƏM. MƏNİ XİLAS EDİN. MƏNİ BURDAN ÇIXARIN!!! Ama birdən yadıma düşdü ki, bura düşməyi mən istəmişəm. Bura düşəcəyimi bilə-bilə intihar etmişəm. Bilirdim ki, intihar etsəm, cəhənnəmə gedəcəm. Cəhənnəm haqda eşitmişdim. Ama bu qədər əzablı olduğunu təsəvvür belə etmirdim. Ora çox dəhşətli yerdir. Ora...Ora çox pis yerdir. Həyata qayıdandan sonra anladım ki, bura cəhənnəmdən qat-qat yaxşıdır. Nə qədər çətin olsa belə, nə qədər qəddar olsa belə, bura cəhənnəmdən qat-qat yaxşıdır. Mən tövbə etdim. Bir daha intihar haqda düşünmədim. Mən ölməyə də qorxuram artıq. Mən...Ora...Yox! Yox!” Qız ağlamağa başladı.

Eşitdiklərimdən dəhşətə gəlmişdim. Onsuzda güclə cəsarət toplamışdım. Eşitdiklərimdən sonra olan-qalan cəsarətim də məhv oldu. Mən hər şeyi dərk edirdim. Bilirdim ki, öləndən sonra cəhənnəmə gedəcəm. Bilirdim. Ancaq yenə də ölüm mənə ən optimal variant kimi gəlirdi. “Yəqin cəhənnəmə getsəm, orada mənə icazə verərlər ki, mən anamı görüm. Əgər ağlamaq lazımdırsa ağlayardım. Əgər anamı bircə dəfə mənə göstərmək üçün ən ağır işlə məni cəzalandırsalar belə, buna razıydım.” Hər şey necə də rahat görünürdü. Ancaq məni düşündürən və dəhşətə gətirən başqa bir şey idi: Televizoru kim yandırmışdı? Niyə sırf ölümdən və cəhənnəmdən danışırdılar? Axı onlar haradan bilirdilər ki, mən özümü öldürməyə hazırlaşıram. Əgər yaşım az olsaydı, verilişlərin bizim evimizdən kilometrlərcə uzaqlıqda olan studiyalarda çəkildiyini bilməsəydim, onların məni gördüyünə inanardım. Uşaq olanda elə bilirdim ki, mən televizora baxanda televizordakılar da məni görür. Ancaq indi o yaşda deyildim ki, belə şeylərə inanım. Burada nəsə müəmmalı başqa bir şey vardı. Artıq intihar fikirlərim və cəsarətim çoxdan yox olmuşdu. Bütün adaptasiyam pozulmuşdu. Stuldan aşağı endim. Cəld keçib, televizoru söndürdüm. Çünki səsi həddindən artıq yüksək idi. Həm də bərk

qorxmuşdum. Beynimdə dolanan fikirlər, şübhəli suallar rahatlıq vermirdi. Elə bil dərin bir yuxuda idim. Bu dünyada deyildim sanki. Başqa bir dünyaya getmişdim. Ev dərin bir sükut içində idi. Ama hələ də qulaqlarımdan o qızın səsi getmirdi: “Ora dəhşət idi. Ora...Ora çox pis yerdir”

Başımı qaldırıb,turbadan asılan ipə baxdım. Sanki ip mənim acizliyimə baxıb gülürdü: “Hə. Qorxdun? Sən qorxaqsan. Sən heç vaxt özünü öldürə bilməyəcəksən. Ölümdən, cəhənnəmdən qorxub, bu həyatda sürünməyə davam edəcəksən. Məndən asan üsul yox idi. Ama sən bunu da bacarmadın. Sən qorxaqsan. Sən qorxaqsan. Ha ha ha ha...”

-Eee, bəsdir! Sus! Danışma!-deyəsən dəli olmuşdum. Cansız iplə dalaşırdım.-Hə. Bu gün alınmadı. Ama mən fikrimdən dönməmişəm hələ. Bu gün alınmadı. Ama sabah alınacaq. Sabah olmasa da biri gün alınacaq. Axır -əvvəl alınacaq. Bir gündən sonra, beş gündən sonra, on gündən sonra. Axır -əvvəl alınacaq. Eləyəcəm bunu. Iplə də olmasa, dərmanlarla da olmasa, eləyəcəm bunu. Başqa yol yoxdur. Başqa variant yoxdur. Başqa seçim yoxdur. Eləyəcəm bunu. Görərsən!

Səhər yenə açıldı. Onsuzda o həmişə açılır. Onun üçün nə fərqi kimsə ölmək istəyir, kimsə bu gün son ümidini də itirdi. Onun üçün nə fərqi bu gün kim kimi öldürdü və ya kim kimə təcavüz etdi. O, yenə də açılacaq. Onun vəzifəsi budur. Onu qınamalı deyil. Problem məndə idi. Bu gün də getdim universitetə. Bu gün də eyni şeylər baş verdi. Zəng vuruldu, müəllim gəldi, dekanın müavini qapını açıb, davamiyyəti yoxladı, dərs başladı. Yenə zəng vuruldu. Yenə tənəffüs və yenə mən insanlardan qaçaraq, dəhlizin bir küncündə, qulaqcıqda mahnılara qulaq asdım. Öz-özümə düşünürdüm: “Bu hara qədər davam edəcək? Mən nə vaxta kimi yaşayacam? Nə vaxta kimi monoton həyatın qurbanı olacam? Axı mənim yaşamağımın nə mənası var? Mənim bu həyatdakı missiyam nədir? Niyə hər gün nəfəs alaraq bu kainatın oksigenini tükədirəm? Həmin oksigeni bu cəmiyyətə faydalı olan biri də uda bilər. Niyə onun haqqını istismar edirəm? Tutaq ki, mən universiteti qurtardım. Sonra nə olacaq? Müəllim olacam ya da hansısa şirkətdə işləyəcəm. Psixləri pozulmuş müəllim şagirdlərinə nə dərs keçə bilər ki? Özünə qapalı insan insanlarla birgə nə vaxta kimi işləyə bilər ki? Mənim kimə faydam dəyə bilər ki, əgər özümə faydam yoxdursa. Ailə. Ailə isə heç vaxt qurmayacam. Ailənin sözü belə gedə bilməz. Heç vaxt dünyaya uşaq gətirməyəcəm. Yox. Yox. Əsla. Əsla. Bəs onda niyə hələ də yaşayıram? Yaşamağımın mənası ölməməkdir sadəcə? Yox. Ölüm qaçınılmazdır. Ölüm labüddür. Başqa yol yoxdur...”

-Əsgərova Aytən?

Kim idi bu? Kimsə mənim adımı çağıranda bu məni qıcıqlandırırdı. Başımı qaldırıb, qarşımda dayanan qadına baxdım. Bu qadın təxminən 30-35 yaşlarında olardı. Uzun saçlarını səliqə ilə arxadan toplamışdı. Mülayım görünməyə çalışaraq, mənə gülümsəyirdi.

-Bəli, mənəm.

-Dərsdən sonra yanıma gələ bilərsən?

-Hara?-mən təəccüblə soruşdum.

-318-ci kabinetə.

Hər şey indi mənə aydın oldu. 318-ci otaq psixoloqun otağı idi. Bu qadın da yəqin ki, universitetimizdə yeni işləməyə başlayan psixoloq idi. Bu şöbəni yenicə yaratmışdılar. Universitetlərdə baş verən müəllim –tələbə münaqişələrindən, tələbələrin qocaman müəllimləri bıçaqlaması hadisələrindən,özünü universitetin pəncərəsindən ataraq intihar edən tələbələrdən sonra universitetlərdə psixoloqun fəalliyyət göstərməsi işi də aktual hesab edilməyə başladı. Artıq bir çox universitetlərdə psixoloqlar fəalliyyət göstərirdi. Onlar psixikasında problem olan tələbələrlə söhbətlər aparır, depressiyada olan tələbələr üçün məsləhətlər verirdilər. Bu şöbə bizim universitetdə də yaradılmışdı. Yəqin ona mənim haqqımda dekanlıqdan demişdilər.Yəqin ki, bu psixoloqun ilk pasiyenti elə mən olacaqdım.

-Mütləq gəlməliyəm?

-Yox. Bu məcbur deyil. Əgər istəsən, gələ bilərsən. Mən çox istərdim ki, səninlə söhbət edim.

O, çox mülayim və mehriban danışırdı. Mənə digərlərindən fərqli olaraq, qəribə deyil, gülümsəyərək baxırdı. Yəqin ona oxuduğu illər ərzində pasiyentləri ilə necə davranmalı olduğunu öyrətmişdilər. O, artıq işinin ustası idi. Mədəni insanları çox sevirəm. Ona görə də, ürəyim istəməsə belə, razılaşdım.

-Yaxşı, gələrəm.

Dərs qurtarandan sonra 318-ci otağın qapısını döydüm.

-Girin.-içəridən səs gəldi.

Mən ehmalca qapını açıb, içəri keçdim. O, məni görcək, oturduğu masa arxasından qalxıb, mənə masasının qabağındakı kresloda yer göstərdi. Mən əlimlə etiraz etdim.

-Məni nə üçün çağırmısınız?

-Səninlə söhbət etmək istəyirəm.

-Nə barədə?

-Sənin problemlərin barədə.

-Mənim heç bir problemim yoxdur.

-Axı...

-Əgər o günü nəzərdə tutursunuzsa, burada mənim heç bir günahım yoxdur. O qız sadəcə döyülmək istəyirdi və döyüldü də. Kimsə ona başa salmalı idi ki, o, səhv düşünür.



-Olmazmıdı ki, bu işi sakit, sivil yolla edərdin?

O, çox sakit və asta danışırdı. Bu danışıqla o, məni də sakitləşdirmək və sanki insanlarla necə danışmaq lazım olduğunu göstərmək istəyirdi. Ama onun bu süni danışıq tərzi məni daha da əsəbləşdirirdi. Insanlar necə də sünidirlər. Allah bilir, o, evdə əri ilə dalaşarkən heç də belə sakit danışmır. Səsini qonşular da eşidir. Təsəvvür edin ki, siz dalaşırsınız. Ancaq sakit və asta tonla. Bu necə də gülünc səhnədir. Bəs onda niyə bu qadın özü kimi deyil, süni şəkildə danışmalı idi? Məgər o, anlamır ki, qarşısındakı insan onun qəsdən bu tərzdə danışdığını hiss edir? Əgər bir yerdə sünilik varsa, orada hansı effektli nəticədən danışmaq olar?

-Mən ona bunu “sivil” yolla başa saldım. Ama o, başa düşmək istəmədi. Siz deyin, məgər bu həyatda sakit və təmkinlə danışsanız, kim sizi ciddi qəbul edər? Kim sizin sözlərinizə inanar? Məndə heç bir günah yoxdur. O, məni sevgilisinə qısqanırdı. Elə bilirdi ki, mən özümü onun sevgilisinə acındırmaq və onu ələ keçirmək istəyirəm. O, elə bilirdi ki, mən onun sevgilisinin sevgisinə və diqqətinə möhtacam. Gör nə qədər dar düşüncəli insan olasan ki, belə nəticəyə gələsən. O, sevgilisini dostları ilə hər həftə getdiyi və birlikdə əyləndiyi fahişələrə qısqanmır. O, sevgilisinin getdiyi toylarda baxdığı qızlara qısqanmır. O, sevgilisinin ondan xəbərsiz baxdığı porno filmlərə və xəyalında canlandırdığı iyrənc səhnələrə də qısqanmır. Ama mənə qısqanır. Bütün insanlardan uzaq qaçan qızın yanında oturub, iki kəlmə danışmasını qısqanır. Onu qınamıram. Onun ağlı ancaq o qədər işləyir.Yəqin onun heç bir problemi yoxdur ki, başında ancaq sevgilisi var: “Görəsən, sevgilim hara getdi? Görəsən, niyə o qızla danışır? Görəsən, niyə bu gün mənə zəng vurmadı? Niyə mesaj yazmadı?” və sairə. Və sairə. Əgər onun da atası hər gün anasını döysəydi, əgər o da hər səhər dəhşət içində yuxudan oyansaydı, heç sevgilisi də yadına düşməzdi...

Arada sükut yarandı. Psixoloq mənə diqqətlə qulaq asırdı. Gözlərini mənə zilləmişdi.

-Mən eşitmişəm...

-Nəyi?-mən təəccüblə psixoloqa baxdım.

-Sənin ailən...-O, cəsarət edib,sözünü tamalaya bilmədi.

-Bilirəm. Hamı bilir.

-Səni başa düşürəm...

Budur, yenə məni başa düşən tapıldı. Mən indi anladım ki, mənim ən zəhləm gedən cümlə budur: “Səni başa düşürəm”. Son iki ayda məni başa düşən yüzlərlə insanın olduğunu anladım. Nə yaxşıdır, əgər səni başa düşürlərsə. Insanlar da şikayət edirlər ki, insanlar bir-birini başa düşmürlər. Budur, məni başa düşən 115-ci insan.

-Sizin atanız ruhi xəstə idi?-mən soruşdum.

-....


-Sizin atanız gecələr durub, evdə gəzə-gəzə qışqırırdı?

-.....


-Siz ananızın gözünün altında göy və ya qollarındakı bıçaq izləri görmüsünüz?

-Yox. Məsələ burasındadır ki...

-Bütün bunlar qalsın bir kənara...Bəs siz ananızın cəsədini görmüsünüz? Qanlı cəsədini...

-....


-Bəs onda niyə deyirsiniz ki, səni başa düşürəm? Niyə?

-Mən sənə kömək etmək istəyirəm sadəcə...

-Necə?

-Sən insanlardan qaçmamalısan. Sən özünə qapandıqca bu daha da pis olacaq. Danış, mənə səni narahat edən məsələləri. Danış, paylaş mənimlə. Sıxıntılarını paylaş. Insan danışdıqca yüngülləşir. O sıxıntılar sənin içində qaldıqca, bu sənə daha da pis təsir edəcək. Sən narkomaniyaya qurşana bilərsən. Sən özünü təcrid etdikcə, intihara doğru sürüklənə bilərsən...



-Hah.-kinayə ilə güldüm.-Danışım?

-Hə. Danış. Inan ki, bu sənə çox müsbət təsir edəcək. Bir yerdə çıxış yolunu taparıq. Bu həyatda bircə ölümə çarə yoxdur.

Bir anlıq ona yazığım gəldi. O, çox böyük səy göstərirdi ki, mənə kömək edə bilsin. Görünür ki, o, işini çox sevir. Və bacardıqca insanlara kömək etmək istəyir. Ancaq o, bilmirdi ki, qarşısında dayanan insan ruhən çoxdan ölmüş bir insan idi. O, hər dəfə qorxularında ümidlərini, göz yaşlarında inamlarını itirmiş bir insan idi.Və bundan sonra onun fikirlərini heç nə dəyişə bilməzdi. O, bilmirdi ki, bu insan hər gün həyatla vidalaşmaq haqqında düşünür. O bilmirdi ki, bu insanın bu həyatdan artıq heç bir gözləntisi yoxdur.

-Danışım? Nəyi danışım?Danışım ki, atam hər dəfə anamı döyərkən mən ona mane olmayım deyə, məni otağa kilidləyirdi. Danışım ki, mən anamın iniltilərini eşidirdim, ama heç nə edə bilmirdim. Qapının arxasından atama necə yalvardığımı, ürək qorxusu ilə bu davanın necə bitəcəyini gözlədiyimi danışım? Hansını danışım? Görmədiyim,ama o biri otaqdan eşitdiyim səslərdən təsəvvür etdiyim səhnələrdən danışım? Anamın hər dəfə sağ qalmasını Allahdan necə istədiyimi danışım? Sağ qaldı bəs? Nəyi dəyişdirəcək? Nə dəyişəcək? Mən danışmaqla nə dəyişəcək? Geri gətirə bilərsiniz mənim anamı? Yaddaşımdan silə bilərsiniz o səhnələri? Mən niyə danışmalıyam ki? Əlbəttə, bu sizin üçün yaxşı təcrübə olar. Siz mənim həyat hekayəmə qulaq asıb, kədərlənəcəksiniz. Bəlkə hətta ağlayacaqsınız da. Ama bir gün. Uzağı iki gün. Sonra başınız digər pasiyentlərə, ərinizə, uşaqlarınıza qarışacaq. Və siz heç nə olmamış kimi həyata davam edəcəksiniz. Mən sizi ittiham etmirəm. Əsla. Bu belə də olmalıdır. Ama məndən nəyisə danışmağımı istəməyin. Çünki siz məni heç vaxt başa düşə bilməzsiniz. Məni ancaq ailəsində daima qorxu keçirən uşaqlar başa düşə bilər.

Mən susdum. Heç vaxt kiminsə qarşısında ağlamaq istəmirdim. Ama bu dəfə göz yaşlarım qeyri-iradi yanağımdan süzülürdü. O, susurdu. Deyəsən, əziyyətinin əbəs yerə olduğunu anlamışdı. O, məndə heç nəyi dəyişdirə bilməyəcəyini anlamışdı. Mən vaxt itirmədən bu otaqdan çıxmaq istəyirdim. Üzümü çevirib çıxmaq istəyəndə yenidən geri çevrildim.

-Bilirsiniz, siz burada əbəs yerə vaxt itirirsiniz. Mənim kimi psixlər çoxdur. Siz onları heç vaxt düzəldə bilməyəcəksiniz. Siz heç vaxt onları inandıra bilməyəcəksiniz ki, dünya çəhrayı rəngdən ibarətdir. Siz burada saatlarca onlarla danışacaqsınız. Onlara müsbət enerji verib, pozitiv fikirlər aşılayacaqsınız. Onlar sizinlə söhbət etdikdən sonra inanacaqlar ki, həqiqətən həyat onların düşündüyü kimi, elə də pis deyilmiş. Ama bu fikirlər və inam çox qısa sürəcək. Onlar yenə həmin mühitə qayıdacaqlar.Onlar yenə ailə dramasına şahid olanda başa düşəcəklər ki, siz onları aldadırsınız. Siz onları dəyişməyin. Siz ailələri dəyişin. Siz övladlarının psixikasını fikirləşmədən evdə dəhşətlər törədən ataları dəyişin. Siz sevgisiz, bir-birilərini daim təhqir edən valideynləri dəyişin. Uşaqlarda heç bir günah yoxdur. Onlar ailələrinin güzgüləridir. Heç bir uşaq anadan psix doğulmur. Onu psix edən ailədir. Niyə sizcə, bu qədər təbliğata rəğmən, narkomaniya bu qədər sürətlə yayılır? Hər gün televizorlar bar-bar bağırır ki, narkomaniya çox pis şeydir. Yollarda narkomaniyanın pis cəhətlərindən danışan kağızlar paylanılır. Narkomaniya haqda filmlər çəkilir. Hamı narkomaniyanı pisləyir. Ama buna baxmayaraq, ilbəil narkomanların sayı artır. Sizcə, niyə? Əgər bir insanın ailəsində hər şey normaldırsa, valideynlərin münasibəti normaldırsa, uşaqlarının hər bir problemiylə maraqlanırlarsa, sizcə niyə o, narkoman olsun ki? Indiki narkomanların çoxu bunu şüurla edir. Onlar bilir ki, narkotika qəbul etməklə onlar özlərini sonsuz uçuruma atırlar. Ancaq yenə də qəbul edirlər. Çünki ailə faciələrinə şahid olanda onların acılarını ancaq bu maddə keyidir. Valideyn sevgisini bu maddə əvəz edir.Deməli, əvvəlcə ailələrin beynini dəyişmək lazımdır. Hər şey ailədən başlayır...

Deyəsən, çox danışdım. Qarşımda mənə qulaq asan qadına yazığım gəldi. O, hələ neçə mənim kimi psixlərə qulaq asmalı olacaqdı. Allah ona səbr versin.

Mən çıxdım otaqdan. Heç bu qədər çox danışmamışdım. Deyəsən aylardır içimdə toplanan nifrəti bu gün boşaltmışdım. Mən çıxanda artıq ikinci növbənin zəngi vurulmuşdu. Dərs gedirdi. Dəhlizdə tək-tük tələbə vardı. Mən foyedəki oturacaqlardan birində oturdum. Heç evə getmək istəmirdim. Sui-qəsdi isə gecə də edə bilərdim. Elə yorğun gözlərlə ətrafa baxırdım ki, uzaqdan kiminsə mənə tərəf addımladığını gördüm. Bu, birinci növbənin tələbələrindən biri idi. Qeyri-adi geyim tərzi, davranışı və yerişi vardı. Həmişə ona baxarkən bir sual məni düşündürürdü: “Görəsən, bu oğlan narkomandır?”

O, gəlib mənim yanımda oturdu. Əvvəllər olsaydı, utanıb ya da sıxılıb, ayağa durub oradan uzaqlaşardım. Ancaq indi heç kim, heç nə mənim üçün bir məna kəsb etmədiyindən,məndə artıq bu kompleks yox olmuşdu. Ancaq yenə də içimdə öz-özümə deyindim: “Bu boyda universitetdə yer tapılmadı ki, gəlib mənim yanımda oturdu?”

-Səni psixoloq çağırmışdı?

-Nə?-oğlanın qəfil sualı məni çaşdırdı. Mən onunla bu üç il ərzində bircə dəfə də olsun ünsiyyətdə olmamışdım. Ama o, mənimlə elə danışırdı ki, elə bil biz çoxdanın dostlarıyıq.

-Hə. Sən hardan bilirsən ki?

-Səni o otaqdan çıxanda gördüm. Məni də çağırmışdılar.

Deməli mən o psixoloqun birinci xəstəsi deyildim.

-Sənə nə mırıldandı o başdan xarab?

Oğlana tərs-tərs baxdım. Mədəniyyətsiz və başqa insanlar haqda pis danışan insanlardan heç xoşum gəlmirdi. Elə bu oğlandan da xoşum gəlmirdi. Əvvəllər şübhələnirdim, ama indi dəqiq əmin oldum ki, bu əsl narkomandır. Ağzını əyə-əyə, sözləri uzadaraq danışırdı. Gözləri axırdı. Yerli-yersiz, iki dəqiqədən bir hırıldayırdı. Elə bil yuxulu idi. Ama o da mənim kimi psix idi. Ona görə də, bilmirəm niyə, ama onunla söhbət etmək istədim.

-Səni niyə çağırmışdılar ki?-mən sual verdim.

-Eee,nə bilim. Çağırdı. Gic-gic danışdı. Beynimi xarab elədi.

-Nə deyirdi ki?

-Deyir, özünü qəribə aparırsan. Ay nə bilim, dava salırsan. Dava salıram. Belə əcəb eləyirəm. Kimsə mənim beynimi qızdıranda səndən icazə alacam ki? Bəs səni niyə çağırmışdı? O günkü davaya görə?

-Hə.

-Ama nə əzişdirdin qızı...Halaldı vallah.



-Mən onu vurmaq istəmirdim. O, özü bunu istədi.

Arada sükut yarandı.

-Sən narkomansan?-mən qəfildən soruşdum. Oğlan bir müddət üzümə təəccüblə baxdı. Nə deyəcəyini bilmədi.

-Qorxma. Heç kimə deyən deyiləm. Onsuzda mən heç kimlə danışmıram.

-Hə. Arada çəkirəm.

-Necə çəkirsən? çəkəndən sonra nə hiss edirsən?

-Çəkmək istəyirsən?-oğlan yenə hırıldamağa başladı.

-Necə olursan çəkəndən sonra?

-Əla. “Polnu kayf”. Elə bil uçursan. Çəkmək istəyirsən?- o, təkrar soruşdu. Bir anlıq ağlıma bir fikir gəldi.

-Nə qədər çəksən ölə bilərsən?

-Nə?-o, mənasız gözlərini mənə zillədi.

-Nə qədər dozada qəbul etsən ölmək olar?

-Ölmək istəyirsən?

-Nə qədər dozada qəbul etsən ölmək olar?

-Bilmirəm. Mən heç vaxt ölmək üçün çəkməmişəm.

-Bəs gündə nə qədər qəbul edirsən? Neçə qram?

-Olur da. 1 qram, 2 qram.

-Niyə başlamısan narkotika çəkməyə?

-Nə bilim. Həyatım zibil kimi idi. Hər şeyə qarşı marağım ölmüşdü.

-Ailəndə problemlərin var?

-Hə ya yox. Nə fərqi? Niyə məni sorğu-sual tutmusan? Olmaya polisdə işləyirsən. Ha.ha ha-o, bərkdən gülməyə başladı.

Özümü onunla müqayisə etdim. O da həyatdan əlini üzmüş insan idi, mən də. Ama o narkoman idi. Mən isə yox. O, narkotikanı həzz üçün çəkirdi, mənsə ölmək üçün. Nə idi aramızdakı fərq? Niyə o narkotikaya qurşanmışdı mən isə narkotikadan uzaq qaçırdım? Halbuki mənim vəziyyətim ondan da pis idi. Ama mən narkotikanın çox pis bir şey olduğunu bilirdim. Bəlkə o da bilirdi. O da ilk dəfə çəkməyə başlayanda bilirdi ki, özünü oda atır. Ancaq yenə də qəbul etdi. Görəsən niyə?

-Sən də çək. Peşman olmarsan.-O, məni də nəşəyə cəlb etmək istəyirdi. Ancaq mənim aldanılacaq yaşım çoxdan keçmişdi. Bir anlıq fikirləşdim. Əgər mənə verilən tərbiyə bu qədər güclü olmasaydı, bəlkə mən də çoxdan narkotikanın əsirinə çevrilmişdim. Axı insan hər bir vəhşiliyi etmək iqtidarındadır. Ama etmir. Çünki ona verilən tərbiyə qarşısına sədd çəkir. Mənə verilən güclü tərbiyə də məni bir çox pis əməllərdən çəkindirir. Özümə qalsaydı, çoxdan ən bağışlanmaz günahlar törədərdim.

-Bəs kim bilər?

-Nəyi?

-Ölmək üçün nə qədər doza lazım olduğunu.



-Eee, nə tutmusan ölməkdən. iki sözündən biri ölməkdir. Niyə ölürsən ki? Gül kimi yaşayırıq da.

-Yaşayırsan?-kinayə ilə güldüm.-Sən ki çoxdan ölmüsən. buna yaşamaq deyirsən?

O mənə qəribə baxdı. Sonra bərkdən güldü.

-Ama özüm ölüm, sən də bizim adamsan. Bizim kimi psixuşkasan.

-Yəqin sənə bu narkotikanı satan bilər...

-Nəyi?


Narkotika deyəsən yaddaşı da zəiflədir. Hər dəfə sualımı təkrarlamaq məcburiyyətində olurdum.

-Ölmək üçün nə qədər dozanın lazım olduğunu.

-Hə.Nahid bilər.

-Nahid kimdir?

-Narkobaron.

Əvvəlcə mənə elə gəldi ki, o,məni ələ salır. Çünki heç kim ilk dəfə söhbət etdiyi insana bu qədər məlumatı asanlıqla verməz. O, isə mənim suallarıma tam dəqiqliklə cavab verirdi. Bəlkə nəşəni təzə qəbul etmişdi. Bəlkə beyni hələ də dumanlı idi və nə dediyini tam dərk etmirdi.

-Onu necə tapa bilərəm?

-Gəl gedək. Mən səni apararam.

-Elə indi?

-Hə. Elə mən də bir azdan ora gedirəm. Təzə mal almaq üçün.

-Yaxşı.-mən fikirləşmədən razılaşdım. Əvvəllər olsaydı, şübhələnərdim. Qorxardım. Ağlıma yüz fikir gələrdi. Ancaq indi heç nədən qorxum yox idi. Ən pisi ölüm idi. Onu da mən istəyirdim. Biz universitetdən çıxdıq. Avtobusa mindik. Bir az getdikdən sonra düşdük. Küçə ilə uzun-uzun getdik. Dar döngələrdən keçdik. Mən gedirdim. Hara getdiyimi bilmədən. üstəlik ilk dəfə danışdığım insanla. Üstəlik narkoman olduğunu bilə-bilə. Ama mən qorxmurdum. Mən artıq ən dəhşətli faciəyə şahid olduğumdan bundan sonra heç nə məni qorxuda bilməzdi. Biz hansısa zirzəmiyə girdik. Uzun dəhlizlə getdik. Sonra dar bir otağa keçdik. Bura çox havasız bir yer idi.

Ürəyim sıxılmağa başladı.

-Gözlə, indi gələr.-deyib, oğlan məni otaqda tək buraxdı. Bura hara idi? Mən hara gəlmişdim? Heç nə bilmirdim. Ama qorxmurdum da. Mən qorxularımı çoxdan dəfn etmişdim. Otaq boş idi. Bir masa və iki kreslo vardı sadəcə. Pis iy gəlirdi. Deyəsən narkotikanın iyi idi. Bir də onda ayıldım ki, başım dəhşət dərəcədə ağrıyır. Təxminən yarım saat olardı ki, mən bu boğuq otaqda idim. Yəqin oksigensiz şərait idi məni bu hala salan. Nəhayət qapı açıldı. Içəri 4-5 nəfər daxil oldu. Hamısı məni başdan ayağa süzüb, dodaqlarının altında güldülər. Biri keçib,masa arxasında əyləşdi. Yəqin Nahid o idi. Digərləri isə divar boyu düzüldülər.

-Nahid sənsən?-o,məndən 10-15 yaş böyük olardı.

-Tutaq ki,mənəm.

Bir anlıq öz ağılsızlığıma görə içimdə özümü danladım. Axı mən niyə bura gəlmişdim? Bu insanların arasında nə işim vardı? Ölüm üçün başqa üsullar qalmışdı. Ama nədənsə mən ən rahat yolu seçmişdim. Iynə vuracaqsan, uçacaqsan, uçacaqsan və sonra da öləcəksən. ən asan, ən ağrısız üsul.

-Mən bilmək istəyirdim ki, ölmək üçün nə qədər doza lazımdır?

-Ölmək istəyirsən?

-Hə.

O, mənim qəzəbli baxışlarımdan ciddi olduğumu anladı. Simasındakı mənasız gülüşü yığışdırıb, mənə diqqətlə baxdı.



-Niyə ölmək istəyirsən ki? Bu gözəl qız niyə özünü öldürmək istəyir? Hə?

-Siz mənə nə qədər doza lazım olduğunu deyəcəksiniz?

-Əsəbləşmə. Niyə əsəbləşirsən ki?-onun simasındakı mənasız gülüş yenidən peyda oldu.Bir anlıq mənə elə gəldi ki, mən buradan heç vaxt çıxa bilməyəcəm. Tək çarə qalırdı.

Yumruğumu onun oturduğu stola bərk çırparaq-Bura bax.-dedim.- atam anamı balta ilə öldürüb. Anamın yerdə uzanan qanlı, cansız cəsədini gözlərimlə görmüşəm. sən heç sevdiyin insanın cansız bədəni ilə qarşılaşmısan? Bu acının nə demək olduğunu anlayırsan? Indi anam məzardadır, atam isə türmədə. Mənsə ölmək istəyirəm. Başa düşdün? Sənin üçün nə fərqi? Sənin üçün əsas odur ki,malın satılsın. Elə deyilmi?

Onun baxışları bir andaca dəyişdi. Mən əsəbi idim.

-20 qram bəsdir.

Nəhayət ki, cavabı aldım.

-Nə qədər pul lazımdır?

-400 manat.

-Nə vaxt ala bilərəm?

-Nəyi?

-Narkotikanı.



-Elə indi.

-İndi verə bilməyəcəm. yanımda o qədər pul yoxdur.Iki günə gətirsəm olar?

-Hə. Olar.

-Onda iki gündən sonra gəlib götürərəm.

-Sən bura gəlmə. Sözləşək, mənim uşaqlardan biri sənə gətirər.

-Yaxşı. Harda?

- Elə Universitetin yanında.

-Yaxşı. Saat 12 də.

-Yaxşı.

Bu qədər sadə. Cəld otağı tərk etdim. Çıxış qapısını tapıb, çıxdım. Məni gətirən oğlan içəridə qaldı. Yəqin nəşəni qəbul edib, özündən getmişdi. Evə gəldim. Evə nəzər saldım. Hər əşyasına. Dəyərli bir şey yox idi. Hamısı köhnə əşyalar idi. 400 manatı tapmaq üçün nəyisə satmalı idim. Onsuzda öləcəkdim. Öləndən sonra bu əşyaların nə faydası? 400 manat dəyərində heç nə yox idi. Tək bir şeydən başqa: KOMPUTERİM. Ən dəyərli əşyam idi. Stipendiyamı yığaraq almışdım. Ən sevimli əşyam idi. Ancaq satmalı idim. Narkomanları indi başa düşürəm. Onların beynində ancaq bir siqnal var: Hər nə olursa olsun pul əldə etmək. Gözün heç nəyi görmür, ağlın heç nəyi kəsmir. Hər bir vəhşiliyi etməyə hazırsan. Təki beynindəki o siqnal sönsün. Komputeri mağazalardan birinə satdım. Dəyər-dəyməzinə. Evə gəldim. Elə bil doğma adamımı itirmişdim. Özümə nifrət edirdim. Tək təsəllim vardı. Bir azdan mən bu dünyada olmayacam. Gün keçdikcə anlayırdım. Mən məhv olurdum. Yaxşı nə varsa itirirdim. Hər şey gözümdə daha da qaralırdı, mənasızlaşırdı. Mənəviyyatım çoxdan məhv olmuşdu. Mən belə deyildim axı. Mən bir insanı döymüşdüm. Mən narkomanlarla dost olmuşdum. Mən mənə dəyərli olan bir şeyi satmışdım. Görəsən, bu həyatda qaldıqca daha hansı iyrənc əməllər törədəcəkdim? Daha hansı hərəkətlərimdən sonra özümə nifrət edəcəkdim? Dərin bir bataqlıqda idim. Boğulduqca boğulurdum. Artıq məni bu vəziyyətdən xilas etsin deyə Allaha yalvarmırdım. Bilirdim ki, Allah bu əməllərimə görə mənə nifrət edir. Yox. Yox. Mən ölməliyəm. Artıq geri yol yoxdur. Mən özümə cavabdeh deyiləm. Maqnitofonu yandırdım. “Green Day” rok qrupunun diskini qoydum. Səsi son həddinə kimi artırdım. Dəli kimi qışqırırdılar. Bu mənim xoşuma gəlirdi. Axı mən də dəli idim. Səsdən otağın divarları tərpənirdi. Mənsə yatağımın küncünə qısılmışdım. Dizlərimi qucaqlayıb, gözümü bir nöqtəyə zilləmişdim. Rokun səsi az qala qulaqlarımı batıracaqdı. Ama bu mənə təsir etmirdi. Çünki bu səsə reaksiya verəcək beynim yox idi. Ağlım, məntiqim hər şey dayanmışdı. Yox, artıq mən mütləq ölməli idim. Bu qədər olanlardan sonra mənim yaşamağım mümkün deyil. Sadəcə bir gün. Bir gündən sonra Əlvida zəhləmgetmiş həyat. Qapı döyülür. Deyəsən, qapı döyülür. Eşidirəm kimsə qapını döyür. Eşidirəm ama beynim heç bir reaksiya vermir. Ayağa durmaq istəyirəm ama taqətim yoxdur. Ama durmalıyam.


Yüklə 287,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə