Əvvəllər hər şey yaxşı idi deyə bilmərəm



Yüklə 287,2 Kb.
səhifə4/5
tarix29.09.2017
ölçüsü287,2 Kb.
#2364
1   2   3   4   5

-Onun danışıq tərzi belədir də. Vallah aramızda heç nə yoxdur.

-Bitdi! Hər şey bitdi! Bir də mənə zəng eləmə!

ən ətim tökülən məqam isə bu idi.

-Yaxşı da. Bağışla. Bir də olmayacaq.-Yalanının üstü açılan oğlan yalvarmağa başlayır.-Vallah, bir də olmayacaq. Bağışla. Nə olar, mənə bir şans daha ver.

Heç başa düşə bilmirəm belə insanları. Necə də yalançı və qürursuzdurlar. Sevgidə qürur olmaz deyirlər. Mən bu ifadəni başa düşə bilmirəm. Yəqin onlar bu səhnəni nəzərdə tutaraq deyiblər bu sözü. Yəni yalvar, qız kimi ağla ya da ət tökən, özünü alçaldan mesaj yaz: “Mən eşşəyəm. Məni bağışla”. Bu normaldır. Axı sən sevirsən. Sevgidə qürür olmaz. Bağışlamağı da yalvarmağı da, yeri gələndə diz çöküb, ağlamağı da bacarmalısan. Axı sən sevirsən. Nə olursa olsun, sevdiyini itirməməlisən. Mənliyini, vüqarını itirsən də. Düzdür, bəlkə də o qız səni bağışlayacaq. Ama artıq sən onun gözündə əvvəlki kimi vüqarlı, mərd, igid bir qəhrəman olmayacaqsan. O, səni itirməkdən qorxmayacaq. Çünki biləcək ki, sən ona yenə də yalvarıb, ayrılmamağı istəyəcəksən. İtirsə belə, bu onun üçün “tragediya” olmayacaq. Çünki sən onun gözündə elə ilk yalandan sonra öldün.

Mənim üzlərini görmədiyim,ama səslərini eşitdiyim sevgililər də bu vəziyyətdə idi. Qız oğlanı yalan danışmaqda, saxtakarlıqda günahlandırırdı. Oğlan isə etdiyi səhv hərəkətinə yalandan məsum don geyindirirdi. Mən səs gələn tərəfə baxırdım. Birdən bir qız dəhlizdə göründü. Çox gözəl, zövqlə geyinmiş, şarmlı qız idi. Məni görüb, diksindi. Ağlamaqdan qızarmış gözlərini məndən gizlətməyə çalışaraq, yanımdan sürətlə keçib, qızlar üçün olan “ayaq yolu” na getdi.

“Səfeh. Gör nəyə görə ağlayır” mən ürəyimdə qızı danladım. Qolumdakı mənim kimi həyatdan bezmiş, ləng işləyən saata baxdım. Dərsin qurtarmağına hələ yarım saatdan da çox qalmışdı.

-Eee, sabah da bu müəllimin dərsi var.-yenə də şikayətləndim. Birdən yadıma bayaq yanımdan hirslə keçən qız yadıma düşdü. Qız hələ də ayaq yolundan çıxmamışdı. Ağlıma qorxunc fikirlər gəldi: “Bəlkə intihar edəcək.” Adətən, bu tip qızların psixologiyasını əzbər bilirdim. Onlara elə gəlirdi ki, sevdiyi oğlandan ayrılmaq dünyanın sonudur. Cəld “ayaq yoluna” tərəf getdim. Qapını açar-açmaz ətrafa baxdım. Heç kim yox idi. “Yəqin kabinlərin birindədir.” Mən bir-bir kabinlərin qapısını döyməyə başladım.

-Zanet...-kabinlərin birinin arxasından səs gəldi. Bu o idi. Başqa ehtimal yoxdur. Mən gözləməyə başladım. Heç bilmirdim niyə. Ama əmin olmaq istəyirdim ki, o, qız bu qapıdan sağ-salamat çıxacaq. Bu mənim nəyimə lazım idi? Niyə tanımadığım bir insan məni bu qədər narahat edirdi? Bəlkə onun də vəziyyəti pis idi. Ona görə də mənim daşlaşmış qəlbimdə kömək etmək hissi yaranmışdı.

-Nəyi gözləyirsən, Aytən?-öz-özümə fikirləşdim.-Onun dərdi sənə qalıb? Öldürəndə də qoy öldürsün. Burada nə var ki? Yox! O, ölməli deyil. Mən ölməliyəm. O, isə yaşamalıdır. Axı onun ölüm səbəbi çox gülüncdür. Sevgilisi ilə dalaşıb deyə intihar etməlidir ki? Bəlkə heç intihar etmir? Bəs onda niyə hələ də oradadır?

Mən təkrar qapını döydüm.

-Zaaaneet!-bu dəfə o, daha hirslə cavab verdi. Axı heç kim narahat edilmək istəməz. di. Mənsə inadla gözləyirdim. O qız oradan çıxanadək gözləyəcəkdim. Elə bu an bir qız daxil oldu. Mənim gözlədiyimi görüb, soruşdu:

-Hamısı “zanetdir”?

Mən əlimlə qızın olduğu kabini göstərərək:-Bundan başqa hamısı boşdur.-dedim. Qız kabinlərdən birinə girdi. Və çıxanda mənim hələ də gözlədiyimi görüb təəccüblə mənə baxıb, getdi. Yenə qol saatıma baxdım. Düz 10 dəqiqə keçmişdi. Ama o qız hələ də orada idi. Mən artıq əmin idim ki, qız orada başqa bir şeylə məşğuldur. Mən təkrar qapını döydüm.

-Zaanetdir də! Başqa kabin yoxdur ki?-bu dəfə o, artıq ağlayaraq cavab verdi. Yenə gözləməyə başladım. 10 saniyə...20 saniyə... arada qızın hıçqırıq səsləri gəlir. 30 saniyə...60 saniyə... yox, artıq gözləyə bilmərəm. Bilirəm, bu kobudluq idi. Bu mədəniyyətsizlik idi. Bu barbar hərəkət idi. Ama mən kabinin qapısını açdım. Çünki əmin idim ki, orada nəsə pis bir şey baş verir. Orada nəsə baş verir.

-Qan! Qan! Qan! Yenə də qan! Axı niyə hər dəfə bu nifrət etdiyim qırmızı rənglə qarşılaşmalıyam? Niyə? Niyə?

Mən qapını açanda qız unitazın üstündə oturmuş, biləklərindən qan axırdı. Paltarı qana bulaşmışdı. Qolları qan içində idi.

-Nə var? Niyə açdın qapını?-o, həm ağlayır, həm də qışqırıdı.-Sənə öyrətməyiblər ki, qapını vurmaq lazımdır?

Mənim gözlərim onun əti didilmiş və qan axan qollarına zillənmişdi. O, deyəsən dəmir saç proşkasının didikli hissəsi ilə biləklərini kəsmişdi.

-Sən dəlisən?-mən qışqırdım.-Niyə özünü öldürürsən, ay bədbəxt? Ay şüursuz insan. Çıx oradan!-mən onu kabindən çıxarmağa çalışdım. O, isə durmadan ağlayır və qışqırırdı.

-Burax məni! Mən ölmək istəyirəm! Mən ölmək istəyirəm!

-Ölməyi sən istəyə bilməzsən. o,mənim planımdır. Heç kimə icazə verə bilmərəm ki, mənim planımı həyata keçirsin. Mən özümü öldürəndən sonra nə istəsən edə bilərsən, ama indi yaşamalısan. Eşitdin? Yaşamalısan!

Qız mənə təəccüblə baxırdı. Sözlərimi başa düşməkdə çətinlik çəkirdi. Mən onu kabindən çıxarıb, sürüyərək divara söykədim. O, divarın küncünə qısıldı. Mən qanın qarşısını almaq üçün nəsə tapmalı idim. Gözüm tualet kağızına sataşdı. Cəld kağız topasını götürüb, əlimlə onun kəsilmiş, cırılmış, biləklərini örtməyə başladım. Bütün bədənimin titrədiyini hiss etdim. Hər dəfə onun parçalanmış ətini gördükcə özümü pis hiss edirdim. Ama indi o qızı xilas etməli idim.

-Burax məni. Mən ölmək istəyirəm! Mən ölmək istəyirəm!

Qızın isterikası məni lap hövsələdən çıxardı.

-Ölmək istəyirsən? nəyə görə? Hansısa alçaq, zibilə görə?

-Sən nə danışırsan? Sən hardan bilirsən?

-Mən sizin mübahisənizi eşitdim.

-Mən həyata nifrət edirəm. Niyə insanlar belə ikiüzlü, alçaq, naxələflərdirlər?

-Bunun üçün özünü öldürmək istəyirdin? Elə buna görə? Sən də bunu problem hesab edirsən?

-Sənə nə dəxli? Bu mənim həyatımdır. Özüm bilərəm. Həm qışqırma mənim üstümə.

-Qışqıracam. Çünki sənin kimi axmaqlar məni əsəbləşdirir. Özünü öldürmək istəyirsən? buyur, öldür. Cəhənnəmin qaynar qazanlarında yananda yatdığın o rahat, şirin yatağın üçün hələ çox darıxacaqsan ama gec olacaq. Orada sən su istəyəndə sənə qanla dolu irin verəndə onda anlayacaqsan ki, sən nə qədər də axmaq olmusan. Və səndən soruşanda ki, niyə özünü öldürmüsən? axı bilirdin ki, özünü öldürmək günahdır deyəndə, nə deyəcəksən? deyəcəksən ki, sevgilim məni aldatdı ona görə? Axmaq! Sənin kimi qızlar quşbeyin olur. Onlar həyatın əsl mahiyyətini anlamırlar. Çünki onların varlı ataları qızlarını bütün əzablardan, çətinliklərdən qoruyurlar. Və sizə elə gəlir ki, siz güclüsünüz. Əslində isə ilk addımınızda büdrəyib, yerə yıxılırsınız. Və sənin kimi acizlər çıxış yolunu özünü öldürməkdə görür. Sən hələ əsl faciələrə şahid olmamısan!

-Yalan deyirsən. Cəhənnəm zad yoxdur. Hamısı insanları aldatmaq üçün uydurulan xürafatlardır. Axı sən haradan biləsən, mən indi nə əzab çəkirəm?

- İnanmırsan cəhənnəmə? yaxşı. Onda öldür özünü. Gör ki, var ya yox. Imkan olsa oradan məktub yazarsan. Görək kim düz deyir?Düz deyirsən. mən sənin həyatını heç vaxt başa düşə bilmərəm. Çünki mənim çəkdiyim iztirabların yanında səninki heç nədir. Çünki sən sevgilinlə parklarda gəzəndə, biz həyat mübarizəsi verirdik. Çünki sən sevgilindən mesaj gəlməyəndə ağlayarkən, biz sabaha sağ çıxdığımız üçün sevinirdik. Çünki sən valideynlərinin əhatəsində qayğısız həyat yaşarkən, mən yaddaşımda o faciəli səhnəni unutmağa çalışırdım. Düz deyirsən, mən səni heç vaxt başa düşə bilmərəm...

Arada sükut yarandı. Qız bir az sakitləşmişdi. Qan axmırdı artıq. Ama qızın

biləkləri pis vəziyyətdə idi. Mikrob keçə bilərdi. Üstəlik belə yerdə.

-Mən düşüb, həkim çağıracam.-mən çevrilib getmək istəyəndə qız xırıltılı səslə dilləndi:

-Dayan. Mən...Mən səni xatırladım. Sən o.. O qızsan.

-Hə. Mən o qızam.-mən onun nəyi nəzərdə tutub, dediyini anladım.-Görürsən? mənim başıma nələr gəlib. Ama mən sənin kimi özümü öldürmürəm. həm də elə boş səbəblərdən. nəsə, sənin vəziyyətin pisdir. Heç yerə tərpənmə. Mən indi həkim çağıracam.-deyib, sürətlə pilləkənlərlə aşağı düşdüm. Tibb məntəqəsinə daxil oldum.

-Orada bir qız var. Yaralıdır. Tez. Tez. Ora gedin...

Həyat nə qəribədir. Özüm öz hərəkətlərimə gülürdüm. Bu gün bir insanı ölümdən xilas etmişdim. Belələrinə adətən qəhrəman deyirlər. Yəqin ki, mən də bu gün qəhrəmanlıq etmişdim. Özünə faydası olmayan qəhrəman. Mənim bugünkü hərəkətim “əxlaqsızlıq çox pis şeydir” deyən fahişələrin, “narkotika çəkmək insana ziyandır” deyən narkomanların nitqinə bənzəyirdi. Mən də bu gün intiharı pislədim və onun əzablı aqibətindən danışdım. Halbuki, mən özüm hər gün intihar haqda düşünürəm. Bu gün bir nəfəri intihardan qurtardım. Halbuki, özüm bunu ürəkdən istəyirəm. Bəlkə də o qıza paxıllığım tutdu. Onun cəsarətinə. Onun iradəsinə. Mən artıq neçə üsuldan istifadə etmişdim. Ama hələ də sağ idim. O, isə bir andaca heç nəyi düşünmədən etdi bunu. Və alınırdı da. Ama mən imkan vermədim. Verməyəcəkdim də. Çünki o, ölməli deyil. O, yaşamalıdır. Valideynlərinə görə yaşamalıdır. Onun intihar etməyə heç haqqı yoxdur. Mənimsə var. Mən ölməliyəm.

O gün evə gələndə yuxum yadıma düşdü. Yuxuda da kimisə intihar etməyə qoymamışdım. Yəqin yozumu bu imiş. O gün intihar haqda heç nə düşünmədim. Qıza cəhənnəmin əzablarından danışanda deyəsən özüm də qorxmuşdum. Axı mən də intihar etmək istəyəndə televizor yanmışdı və oradakı qız da intihardan danışırdı. Intihar fikrini bir müddət təxirə salmalı oldum. Ən azından bu gün o haqda düşünməyəcəkdim. Bu gün nədənsə özümü yaxşı hiss edirdim. Bəlkə də intihar etmək istəyən biriylə qarşılaşmışdım və tək olmadığımı anladım. Ya da onun həyatını xilas etdim. Və bu mənə daha çox müsbət təsir bağışladı, nəinki o qıza. Nəhayət ki, etdiyim səhv hərəkətlərdən sonra bu gün bir yaxşılıq etmişdim. Bu gün ilk dəfə heç nə düşünmədən yatdım. Və kabus da görmədim. Demək ki, insanın yuxuları onun psixoloji vəziyyəti və düşüncələri ilə bağlıdır. Sən pis düşündükcə, yuxuların da qarmaqarışıq, kabuslarla dolu olacaq. Bu gün rahat yatdım. Uzun zamandır ki, belə rahat yatmamışdım. Lap körpəliyim yadıma düşdü. Anamın layla dediyi vaxtlar...



***

Yaxşı əhval-ruhiyyə tez də keçib –getdi. Yenə mənasız həyatıma qayıtdım. Yenə yorğun, ümidsiz gözlərlə səhəri açdım, yenə tənha, boş, pis xatirələrlə dolu otaqda yuxuya getdim. Bu dəfə universitetdən çıxarkən evə getmədim. Piyada uzun küçələrdən keçərək gedirdim. Bilmirəm hara gedirdim, harada dayanıb, qayıdacaqdım. Heç nə bilmirdim. Ama onu bilirdim ki, yanından keçdiyim hündür binalara diqqətlə baxırdım. Bəli, özümü bu binaların birinin damından atacaqdım. Bu dəfə artıq heç nəyi planlaşdırmadım. Çünki planlarım həmişə puça çıxırdı. Heç nə düşünmədən qarşıma çıxan hündür bir binanın damına çıxacaqdım. “Yox, intihar etməyəcəm. sadəcə, elə-belə dama çıxacam. Şəhərə yuxarıdan baxmaq üçün.” Özümü belə aldadırdım. Çünki özüm öz cəsarətimdən qorxurdum. Qorxurdum ki, yenə hər şey puça çıxa bilər. Nəhayət, bir bina tapdım. Hündür, çoxmərtəbəli, yeni tikili bir bina idi. Heç bilmirəm niyə məhz bu bina məni cəlb etdi. Bəlkə də bu bina mərkəzdən çox uzaq idi. Burada sakitlik idi. Mənsə sakitliyi çox sevirdim. Təzə istifadəyə verilmişdi. Ancaq tək-tük adam yaşayırdı. Binaya daxil oldum. Ağlımda heç bir fikir yox idi. Sadəcə pilləkənləri çıxırdım. 16 mərtəbəni asta-asta çıxdım. Dama çıxdım. Ətrafıma baxdım. Heç kim yox idi. Bərk külək əsirdi. Bir anlıq gözümü yumub, dərindən nəfəs aldım. Sonra yavaş-yavaş binanın kənarına yaxınlaşdım. Aşağı baxdım. Gözüm qaraldı. Heç vaxt belə hündürlükdən yerə baxmamışdım. Üzümdə acı bir təbəssüm yarandı. Hələ də özümə intihar etmək istədiyimi etiraf etmirdim. Özüm özümdən istəyimi gizlədirdim. Bu hündürlükdən insan yerə atılsa, sağ qalma ehtimalı yoxdur. Artıq plan qurmağa başladım. Gərək elə bir vaxtda tullanaydım ki, aşağıda heç kim olmayaydı. Yoxsa kimisə yaralaya və ya öldürə bilərdim. Çünki bir dəfə xəbərlərdə eşitmişdim: Bir qız özünü pəncərədən atmışdı, ama qoca bir qadının üstünə düşmüşdü. Qadın ölmüşdü, qız isə sağ qalmışdı. Yox, mən belə aqibət istəmirdim. Mən heç kimə ziyan vermədən bu dünyadan getmək istəyirdim. Bir də əyilib, aşağı baxdım. Heç kim yox idi. Yaxşı. Deməli, heç bir problem yoxdur. Hər şey yaxşı gedir. Mən yavaş-yavaş,daha da irəliləməyə başladım. Həyəcanlı idim. Ama qorxmurdum. Yox, qorxurdum. Həm də çox qorxurdum. Gözlərimi yumdum. Nəsə bərk bir şeyin yerə düşdüyünü hiss etdim. Ama fikir vermədim. Artıq heç nə mənim adaptasiyamı poza bilməzdi. Buna imkan verməyəcəkdim.

-Hə,Aytən. Tullan! Tullan! Nəyi gözləyirsən? İndi sən uçacaqsan. Qorxma. Bu dəfə səndə alınacaq. Sən indi buradan tullansan, hər şey yaxşı olacaq. Ama qorxub, geri qayıtsan, yenə də həyatın qaldığı yerdən davam edəcək. Yenə neçə ümidsiz səhərlər, neçə qaranlıq boş otaqda yuxusuz gecələr...Yox. Yox, Aytən. sən bu həyata qayıtmamalısan. Yox. Istəmirəm! İstəmirəm! artıq ağlamaq istəmirəm. tutaq ki, sən yaşadın. Nə dəyişəcək? Sən öz əcəlini gözləsən, dəli ola bilərsən. tutaq ki, sən 60 yaşında öldün. Ya da ən tezi 50 yaşında. Deməli hələ 30 il var. 30 ildə 360 ay var. 360 ayda 1080 gün var. Yox! Bu çoxdur. Mən bu qədər çox yaşaya bilmərəm. yox! Mən o qədər gözləyə bilmərəm. yox! Bəlkə tez öldüm. Yox, bunu Allahın öhdəsinə buraxa bilmərəm. Bağışla,Allahım, ama bunu mən edəcəm. Bilirəm, bu günahdır. Və sən məni heç də yaxşı yerə göndərməyəcəksən. ama mənim də sənə verəcəyim suallar çoxdur. Mənə yaşa deyirsən. özünü öldürmək günahdır deyirsən. ama yaşamaq üçün bir ümid də saxlamırsan. Bağışla, ama sənin ədalətli olmağına inanmıram. Madam ki, məni cəhənnəmə göndərirsən, onda bütün suallarıma cavab ver. Niyə icazə verdin ki, anam bu dünyadan getsin? Mən atamı qınamıram. Hər şeyi edən sənsən. Əgər sən icazə verməsəydin, belə bir hadisə olmazdı. Necə ki, indi mane olursan, gərək onda da nəsə edəydin və mənim anam yanımda olardı. Sən mənim ümidlərimi aldın, sən mənim arzuarımı məhv etdin. Sən məni bu zəhləmgetmiş həyatda tək qoydun. Yaxşı, mən sənin sevimli bəndən deyiləm. sən mənə nifrət edirsən. onda mənə mane olma. Eşitdin? Elə bilirsən, mənim cəsarətimi əlimdən almaqla, məni bu həyatda süründürməklə cəza verəcəksən? Yanılırsan. Mən sübut edəcəm ki, mən aciz deyiləm. Artıq məni əzə bilməyəcəksən!

Damda tək olduğumdan, avazım gəldikcə qışqırırdım. Bilirdim ki, bu günahdır. Ama bunu qəsdən edirdim. Bəlkə bu dəfə Allah mənim üsyanımdan bezər, və bu dəfə alınar. Artıq son hədd idi. Özümü bir azca da qabağa çəksəydim, yerə düşəcəkdim. Gözlərimi açıb, son dəfə yerə baxdım ki, heç kimin olmadığından əmin olum. Bu nə idi? Gözlərimə inanmadım. Aşağı insan izdihamı içində idi. Axı bu qədər insan bu qədər tez bir zamanda necə toplaşdı? Axı burda elə də çox insan yaşamır? Bu nədir? Bu xaos nədir? əgər mən buradan indi tullansaydım, onların birinin üstünə düşə bilərdim. Yox, bunu edə bilmərəm. öz arzularım naminə başqalarını qurban verə bilmərəm. bəs nə edim? Axı onlar orada nə edirlər? Aşağı baxdım. Nə baş verdiyini anlamaq istəyirdim. Niyə bu qədər insanlar binanın ətrafına toplaşıblar? Bina hündür olduğundan yerdə baş verənləri dəqiqi anlaya bilmədim. Ama onu görə bilirdim ki, insanlar qarışqa kimi nəyinsə ətrafına yığılıb. Bir azdan təcili tibbi yardım maşını gəldi.

-Görəsən, orada nə baş verib?-öz intiharım haqda unutmuşdum. Aşağıda nəyin baş verdiyini bilmək istəyirdim. Istəməsəm də, damdan aşağı enib, cəld pilləkənləri aşağı endim. Binadan çıxanda insan izdihamını görcək bir az ürkdüm. Heç sevmədiyim səhnə idi- insan izdihamı. Insanlar ya xeyir iş olanda, yada ki pis hadisələrdə bir yerə toplaşır. Təcli tibbi yardım maşını burda olduğuna görə deməli yaxşı hadisə baş verməmişdi. Mən insanların arasından nəyə toplaşdığını görməyə çalışdım. Nəsə vardı. Ama mən görmürdüm. Axırda hövsələm çatmadı. Yanımda dayanan qadından soruşdum. O, çox həyəcanlı idi. əlləri əsirdi.

-Bağışlayın, nə olub burda?

-Bir qadın özünü atıb!

-Nə?-qadının sözləri qulağımda güllə kimi partladı.

-Necə atıb? Kim atıb? Niyə atıb?

-Bilmirik. Ama özünü 10-cu mərtəbədən atıb, deyirlər. Yazıq qız. Görəsən, niyə atıb?...

Mən yerimdə donub qalmışdım. Ətrafımdakı insanlar nəsə danışırdılar. Bir azdan hamı dağılışdı. Mən insanların nə vaxt dağılışdığını, polislərin nə vaxt gəlib, sonra da getdiyini, təcili tibbi yardım maşınının cəsədi nə vaxt götürdüyünü hiss etmədim. Bir də onda ayıldım ki, gözüm yerdəki qana zillənib. O qana baxırdım. Baxırdım. O qırmızı rəngdə idi. Məni bir sula düşündürür. Niyə insanlar müxtəlifdir, ama hamısının qanları eyni rəngdədir? Niyə xarici görünüşləri, xasiyyətləri kimi, qanları da müxtəlif rəngdə olmur? Niyə?

Mən o yerdən nə vaxt uzaqlaşdığımı da hiss etmədim. Bircə onu dərk edirdim ki, mən yeriyirəm. müxtəlif yerlərdən keçirəm. müxtəlif insanlar yanımdan keçir. Onlar mənə qəribə baxırlar. Mənsə heç nə hiss etmirəm. Baş verən hadisələri beynimdə təhlil edirəm: Bu gün mən özümü öldürmək üçün hündür bir binaya çıxdım. Niyə? Çünki özümü öldürmək istəyirdim. Ama məndən əvvəl biri özünü öldürdü deyə, mən öldürə bilmədim. 5 dəqiqə. Sadəcə 5 dəqiqə. Əgər mən o binaya 5 dəqiqə əvvəl çıxsaydım, o qızdan əvvəl bunu mən edəcəkdim. Görəsən, o, niyə özünü öldürdü? Görəsən, niyə? Aman Allah, necə də dəhşətdir ölüm? Bu artıq 3-cü dəfədir ki, mən cəsəd görürəm. 1-ci anamın cəsədi. 2-ci o narkotika gətirən oğlanın cəsədi. 3-cü də özünü binadan atan qızın cəsədi.

-Yettəəəərr! Yetər artıq! Mən hələ nə qədər qan görəcəm? Nə vaxta kimi gözümün önündə insanlar can verəcək? Nə vaxta kimi mən ölməməyin cəzasını çəkəcəm? Niyə Allahım? Niyə mənə bu qədər nifrət edirsən? Niyə məni hər dəfə cəzalandırırsan? Niyə atdığım hər addımda sənin nifrətini görməliyəm? Niyə? Niyə? Niyə?

Məndə artıq elə bir fikir yaranmışdı ki, mən lənətlənmişəm. Məni hansısa pis

qüvvəllər idarə edir. Çünki,Allah məni eşitmirdi. O, məndən üz çevirmişdi. O, mənim göz yaşlarıma etinasız yanaşırdı. Yəqin ki, uşaqlıqdan mənim ruhumu qara qüvvəllər əsir alıb. Ondandır ki, mən həmişə qara fikirlərin əhatəsində olmuşam. Ondandır ki, heç vaxt yaxşı şeylərin baş verəcəyinə inanmamışam. Ondandır ki, uşaqlıqdan pessimist və bədbin olmuşam. Indi anlayıram, niyə mənə anamın yanına getməyə icazə vermirlər. Axı o, mələk kimi bir insan idi. O, döyülürdü, söyülürdü, ama heç vaxt taleyindən şikayətlənmirdi. Mənsə özümü dərk edəndən Allaha üsyankar olmuşam. Həmişə üsyan etmişəm. Yəqin ondandır ki, Allah mənə nifrət edir. Məni bu həyatda saxlamaqla, hər gün əzab çəkdirməklə cəzalandırır.

Universitetdə dərs çoxdan qurtarmışdı. Mənsə foyedə oturmuşdum. Artıq heç nəyə marağım qalmamışdı. Artıq intihar haqda da düşünmürdüm. Mən 17 dəfə intihara cəhd etmiş o şair kimi əzab çəkərək bu hayatda sürünəcəkdim. Beynimdə ancaq bir fikir vardı:Bir çıxış yolu tapmaq lazımdır. Mütləq bir çıxış yolu olmalıdır.

-Görəsən, o qız nə yaxşılıq etmişdi ki, Allah ona intihar etməyə icazə verdi?- artıq intihar edənlərin Allahın sevimli bəndələri olduğunu düşünməyə başlamışdım. Çünki bu da bir istək idi. Mənsə bu istəyimi həyata keçirə bilmirdim. Hər dəfə nəsə, kimsə mənə mane oludu. Birinci dəfə qapını döyən o qadın. Ikinci dəfə öz-özünə işləyən televizor. Üçüncü qəza. Dördüncü intihar. Artıq tətbiq edəcəyim üsul da qalmamışdı. Internetdən oxuduğum bütün üsulları tətbiq etmişdim. Ama nəticə...Heç nə. Yekə bir heç. Bəlkə mən ölümsüzlüklə cəzalandırılmışdım? Bəlkə də heç vaxt ölməyəcəkdim?

-Ha ha ha-özüm öz düşüncələrimə güldüm.-Səfeh olma, Aytən. Elə bir şey yoxdur.

Əlimi çantama salıb, telefonumun qulaqcığını axtardım. Ama nə qədər axtardımsa, tapa bilmədim. Birdən xatırladım ki, onu dərs otağında, partanın altına qoymuşdum. Axırıncı dərs çox maraqsız olduğundan arxa partada qulaqcıqda mahnılara qulaq asmışdım. Yoxsa başqa cür keçmir bu sıxıcı 80 dəqiqələr... Ayağa qalxıb, qulaqcığı almaq üçün otağa çıxdım.

-İnşallah itməz. çünki o mənim ən dəyərli əşyalarımdan biri idi. Birini itirmişdim. Ikincisini itirməməliydim.

Dəhliz boş idi. Ikinci növbənin dərsi başlamışdı. Mən otağın qapısını ehmalca açdım.

-Ümid edirəm, indi bu otaqda dərs keçmirlər.

Çünki əgər dərs olsaydı, gərək müəllimdən icazə alıb, 30-40 uşağın arasından keçib, əyilib, qulaqcığı götürərdim. Və mən sinifə girib, çıxana kimi hamının nəzəri mənim üstümdə olacaqdı. Hələ tapmayıb, pərt olmaq ehtimalı da vardı.

Qapını açdım və gördüyüm mənzərə qarşısında gözlərim parladı. Otaq boş idi. Otağa girib, oturduğum partanın altından qulaqcığımı götürdüm. Otaq necə də sakit idi. Sevirəm bu sakitliyi. Ama burada dayanmaq olmazdı. Mən qapını ehmalca örtüb, dəhlizlə irəlilədim. Dəhlizi dönmək istəyirdim ki, iki nəfərin divarın küncündə asta səslə nədənsə danışdığını gördüm. Onlar məni görmürdülər. Çünki qarşımda iri sütun vardı. Mənsə onları görürdüm. Bir qız idi, bir oğlan. Oğlanın siması tanış gəldi mənə. Daha doğrusu, səsindən xatırladım. Bu o idi: məni narkotika satan insanın yanına aparan oğlan.

-Görəsən, bu burada neyləyir?

O gündən sonra onunla heç danışmamışdım. O da mənə yaxınlaşmamışdı. Elə bil mənimlə heç vaxt ünsiyyətdə olmamışdı. Mənimlə dəhlizdə, tənəffüslərdə rastlaşsa da, heç nə olmamış kimi yanımdan keçirdi. Bəlkə məndən qorxurdu? Yəqin o oğlanın ölüm xəbərini eşidəndən sonra elə bilib ki, mən bunu qəsdən etmişəm. mənim polislərlə əlaqəm var. Yəqin dumanlı beyinlə mənə hər şeyi danışdığına görə peşman olmuşdu. Ama mən heç nə etməmişdim. Onunla olan söhbətimi də çoxdan unutmuşdum. Ama indi onun burada nə üçün bu qızla nədən danışdığını bilmək istəyirdim. Mən sütünun arxasından diqqətlə onların söhbətinə qulaq asdım.

-Əşi, qorxma. Heç nə olmaz. Elə yaxşı şeydir ki. Vallah, sən də istifadə elə. Peşman olmarsan.

-Nə?-dəhşətə gəldim. O narkoman oğlan qarşısındakı qıza nəşə çəkməyi təklif edirdi. Qız isə qəmgin baxışlarıyla ümidsizcəsinə oğlana baxırdı:

-Əminsən ki, bunu çəkəndən sonra heç nə hiss etməyəcəm?

-Hə.İnan mənə. heç nə. uçacaqsan səmalarda. Orada səni heç kim narahat etməyəcək.

-Bəs birdən bağlılıq yaransa?

-Yox. Elə şey yoxdur. Istədiyin vaxt ata bilərsən. heç bir bağlılıq yaranmır.

Oğlanın sözlərindən sonra necə əsəbləşdimsə, gizləndiyim sütunun arxasından çıxıb, qışqırmaq istədim.

-Alçaq, Əclaf, xəstə, narkoman. Özün xəstəsən, başqalarını da xəstə etmək istəyirsən? Zibil!

Ama bunu etmədim. Daha doğrusu, düşündüm ki, bunu etmək mənə heç nə verməyəcək. Mən heç nə edə bilmərəm. Sakitcə dayanıb, gözlədim.

-Onda sabah mən sənə gətirərəm. indi yanımda yoxdur.

-Bəs nə qədər pul lazımdır?-qız soruşdu.

-Əşi, heç nə. pul vacib deyil. Əsas odur ki, sən artıq əzab çəkməyəcəksən. mən səni başa düşürəm. mən də əvvəllər sənin kimi əzab çəkirdim. Ama indi həyatımda hər şey yaxşıdır. Artıq dərdlər məni üzmür. Mən artıq depressiya nədir, bilmirəm. bu elə gözəl bir duyğudur ki...

Insanların zəif və ümidsiz vəziyyətlərindən sui-istifadə edən insanlara nifrət edirəm. onlar sənin yaralı olduğun məqamları xatırladaraq, səni inandırmağa çalışırlar ki, bu yeni üsul səni tamam dəyişəcək. Əslində isə heç nə dəyişmir.

Adətən narkomanlar insanları belə cəlb edirlər. Əvvəlcə pul istəmirlər. Ama görəndən sonra ki, sən narkotikanın alüdəçisinə çevrilmisən, onda artıq sən onlara yalvarmağa başlayırsan. Narkotika sənin beynini əsir alır. Beyninin bir tərəfi siqnal verir ki, sən artıq bu zibili atmalısan. Digər tərəfi isə siqnal verir ki, yox sən bundan istifadə etməlisən. və hər dəfə ikinci tərəf qalib gəlir.

O gün heç nə demədən uzaqlaşdım oradan.

“Əşi, mənim nəyimə lazımdır kim kimə nə satır? Kim narkomandır? Özləri bilərlər. Axı onların ağılları haradadır ki, bu yalanlara inanıb, özlərini sonsuz uçuruma atırlar. Narkomanları qınamıram. Onların peşəsi budur. Sənin ağlın olsun, bu tələyə düşmə. Axı heç kəs səni məcbur etmir ki, nəşəni çəkəsən.”

Bir anlıq qızın ümidsiz, solğun gözləri gözlərimin qarşısında dayandı.

“Görəsən, niyə narkotika çəkmək istəyir? Yazıq qız. Bəlkə də ailəsində problem var. Bəlkə də atası içir ya da anasını döyür.Bəlkə də heç evdə tapılmır. Bəlkə də gecələr evdə dava salır. Mən o qıza kömək etməliyəm. bəlkə onun anası ona başa salmayıb. Bəlkə onun tərbiyəsi elə də güclü deyil. Bəlkə o, anlamır ki, həyatda pis adamlar da var. Mən o qıza kömək etməliyəm. Bilirəm ki, mən pis insanam. Lənətlənmişəm. Ama gözüm görə-görə bir insanın həyatının məhv olmasına biganə qala bilmərəm.”


Yüklə 287,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə