Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

21 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Valideynlərin 10%-i bildirdi ki, əlilliyi olan uşaqlar üçün müəyyən edilmiş müavinətlər barədə heç 



bir məlumatı yoxdur. Valideynlərin çox az qismi ailələr üçün təlim kurslarının və ya xüsusi yardım 

xidmətlərinin  təşkil  edildiyini  qeyd  etdi.  Belə  ki,  valideynlərin  40%-dən  çoxu  öz  əlilliyi  olan 

uşaqlarının  özlərinə  qulluq  edə  bilmədikləri  barədə  məlumat  verdilər.  Buna  görə  ƏU-ın 

valideynlərinə kömək etmək üçün ailəyə kompleks yardım xidmətlər göstərilməlidir.  

 

Məktəb  və  ailələr  arasında  tərəfdaşlıq  uğurlu  təhsilin  mühüm  cəhətlərindən  biridir.  Müəllimlər 



valideynləri təhsil fəaliyyətinə cəlb etməyə maraq göstərsələr də, bu cür əməkdaşlığı qurmaq üçün 

hər iki tərəfin kifayət qədər bacarıqları yoxdur. Müsahibə verən bəzi müəllimlər qeyd etdilər:  

 

 

Mən istərdim ki, kim isə “valideynlərə məktəbə daha tez-tez gələrək, öz uşaqlarının tədris 



prosesinə necə cəlb olmalarını müşahidə etmələrini tövsiyə edirlər”.  

 

“Valideynlərlə böyük iş aparılmalıdır, valideynlərin köməyi olmadan biz çətinliklə tərbiyə 



olunan uşaqların öhdəsindən gələ bilmərik.” 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

0



 

10

 



20

 

30



 

40

 



50

 

60



 

70

 



80

 

90



 

100


 

ƏU

-

ın valideynləri

 

Müəllimlər 

 

Direktorlar

 

Qrafik 9. 



Təhsilin ƏU

-

ın gələcəyinə tövhəsi (%) 

Yox

 

 

    Sual: 

Sizcə ƏU

-

ın məktəbə getməsi onların gələcək rifahına müsbət 

təsir göstərirmi

?

 

Qrafik 8. 



ƏU

-

ın valideynlərinin dəstəklənməsi 

36.2

 

15.2

 

44.3

 

4.3

 

Ailə

 

Qohumlar

 

Dövlət

 

Digər təsisatlar

 

Sual:   

Sizcə öz uşağınızı təmin etməkdə sizə kim kömək 

etməlidir? 



22 

 

 



Digər  tərəfdən  Azərbaycanda  valideynlər  mənfi  münasibətlə  rastlaşa  bilərlər.  Ölkədə  uşaq  əlilliyi 

barədə ən geniş yayılan təsəvvür “defektologiyaya” əsaslanır. Başqa sözlə desək, bir çox insan bu 

cür uşaqları qüsurlu hesab edir və onların cəmiyyətdən təcrid edilməsini və ya xüsusi müəssisədə 

müalicə  edilməsini  zəruri  hesab  edir.  İctimai  müalicə  mərkəzlərinin  nümayəndələri  ilə  aparılan 

müsahibələrin nəticələrinə uyğun olaraq, bir çox ƏU-ın valideyni də eyni fikirdədir. Buna görə də 

bir  çox  valideyn  öz  əlilliyi  olan  uşaqları  ilə  ictimai  yerlərə,  parklara  və  ya  məktəblərə  getməkdən 

çəkinir. Bir ana müalicə mərkəzinin rəhbərinə aşağıdakıları demişdi:  

 

“Hər dəfə avtobusla gedəndə mənə elə gəlirdi ki, hamı mənə və mənim oğluma baxır; mən 



hesab  edirdim  ki,  o,  ucadan  qışqırır  və  insanların  diqqətini  cəlb  edir.  Sonra  mən 

avtobusdakı  insanlara  deyil,  öz  oğluma  daha  çox  diqqət  yetirməyə  başladım,  küçədə  baş 

verənləri  ona  izah  etməyə  başladım.  Gördüm  ki,  mən  günbəgün  dəyişir  və  hal-hazırda 

ictimai yerlərdə özümü çox rahat hiss edirəm.”  

 

Bir çox sorğu iştirakçısı ictimaiyyətin məlumatlandırılması baxımından KİV-lərə böyük əhəmiyyət 



verir.  ƏU-a  və  onların  ailələrinə  aid  olan  məsələlərin  KİV-də  (televiziya,  radio,  qəzetlər)  kifayət 

qədər  işıqlandırılması  (verilişlərin  yayımlanması,  məqalələrin  çap  edilməsi)  barədə  suala  cavab 

olaraq  sorğuda  iştirak  edən  valideynlərin  təxminən  56%-i  bildirdi  ki,  KİV  bu  məsələləri  heç 

işıqlandırmır və ya qeyri-qənaətbəxş dərəcədə işıqlandırır. Müəllimlərin və direktorların təxminən 

27%-i  eyni  fikirdə  olduğunu  bildirdi.  Müəllimlərin  yalnız  19%-i  və  direktorların  31,4%-i  KİV-in 

fəaliyyətindən tamamilə razı olduqlarını bildirdilər. Sorğuda iştirak edən müəllimlərin yarıdan çoxu 

və  direktorların  41%-i  bildirdi  ki,  onlar  KİV-lərdə  bu  məsələlərin  əks  olunmasının  dərəcəsindən 

müəyyən  qədər  razıdırlar.  Tipik  uşaqların  valideynlərinin  xeyli  hissəsi  hesab  edir  ki,  KİV-lərin 

fəaliyyəti qeyri-qənaətbəxşdir.  

 

 



 

3.4. Təhsildən gözlənilən nəticələr  

Təhsilin  dəyəri hər zaman ölçülən və nəzərə alınan mühüm amillərdən  biri olmuşdur:  insanlar və 

dövlət təhsilə daha çox vəsait ayırarkən təhsildən nə gözləyirlər? Bu tədqiqat çərçivəsində müxtəlif 

maraqlı tərəflərin təhsil haqqında təsəvvürlərini başa düşməyə cəhd göstərilmişdir. ƏU-ın sorğuda 

iştirak  edən  valideynlərinin  73,4%-i  bildirdi  ki,  onların  uşaqları  təhsil  almaq  əzmindədirlər  və 

uşaqların  təhsil  almaq  həvəsi  aşkar  görünür.  ƏU-ın  valideynlərinin  45%-i  bildirdi  ki,  onların 

uşaqları  məktəbdə  və  ya  məktəbdən  kənarda  kurrikulumdankənar  məşğələlərdə  iştirak  edirlər  (bu 

uşaqların əksəriyyəti rəsmə həvəs göstərir)

28

.   


 

Sorğuda iştirak edən valideynlərin xeyli hissəsi təhsilin onların əlilliyi olan uşaqlarının gələcəyinə 

müsbət  təsir  göstərəcəyinə  inandıqlarını  bildirdi  (Cədvəl  9).  Sorğuda  iştirak  edən  müəllimlər  və 

direktorlar buna hətta daha çox inandıqlarını qeyd etdilər.  

 

Sorğu iştirakçıları hesab edirlər ki, təhsil əlilliyi olan uşaqların əsas biliklərinin artırılmasına kömək 



edir və onların gələcək iş həyatı baxımından imkanları artırır. Bu mənada bir çox insan hesab edir 

ki, dövlət ilk növbədə ƏU üçün peşə/bacarıqyönümlü təhsilə diqqət yetirməlidir.  

 

Valideynlər  və  müəllimlər  arasında  aparılan  sorğu  nəticəsində  məlum  oldu  ki,  onlar  təhsil  alan, 



əlilliyi  olan  uşaqlarda  əhəmiyyətli  dəyişiklik  baş  verdiyini  müşahidə  edirlər.  Aşağıda  verilmiş 

cədvəldən  görünür ki,  valideynlərin ən çox müşahidə etdikləri  dəyişiklik ƏU-ın  öz valideynlərinə 

və həmyaşıdlarına daha müsbət münasibət göstərmələridir. Müəllimlərin verdiyi cavablar əsasında 

da buna bənzər mənzərə yaranır: müəllimlər də məktəbə gələn, əlilliyi olan uşaqların ətraf mühitə 

                                                 

28

 Maraqlıdır ki, şəhər uşaqları ilə müqayisədə daha çox kənd uşağı kurrikulumdankənar məşğələlərdə iştirak edir. Hərçənd tədqiqatın 



nəticələrində bunun səbəbi izah edilməmişdir, yenə də məntiqi səbəblərdən biri ondan ibarət ola bilər ki, böyük və kiçik şəhərlərlə 

müqayisədə kəndlərdə mühit daha İnkluzivdir.  




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə