Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   2   3   4   5   6   7   8   9   ...   24

 

vii 


4)

 

Xüsusi  təhsilin,  ev  təhsilinin,  inteqrativ  təhsilin  (adi  məktəblərdə  xüsusi  siniflər),  adi 



məktəblərdə tətbiq olunan inkluziv təhsil üsullarının və s. müşahidə olunması; 

5)

 



Yerli və xarici qanunvericiliklərin təhlili.  

 

Tədqiqata mane olan amillər bunlar idi: müxtəlif nazirliklərdən həqiqi statistik məlumatların gec 

əldə  edilməsi,  ƏU-lar  və  onların  təhsil  aldıqları  məktəblər  haqqında  məlumatın  olmaması. 

Respondentlər  (xüsusilə  valideynlər  və  müəllimlər)  müsahibə  zamanı  özlərini  sərbəst  hiss 

etmirdilər.  Müşahidə  zamanı  müəllimlər  öz  fəaliyyətlərinin  müşahidə  və  tənqid  edilməsindən 

narahat olurdular.   



 

Əsas  nəticələr  

Bu  tədqiqat  sayəsində  məlum  oldu  ki,  digər  keçmiş  Sovet  İttifaqı  respublikalarında  olduğu  kimi, 

Azərbaycanda da təhsil sistemi ƏU-ın təhsil tələbatını ödəyir, lakin bu cəmiyyətdən təcrid olunmuş 

formada həyata keçirilir (evdə təhsil, xüsusi təhsil müəssisələri). Azərbaycanda təhsil xidmətlərinin 

rahat  istifadə  edilə  bilməsi,  münasib  qiymətə  olması,  mövcudluğu  və  keyfiyyəti  ilə  əlaqədar  olan 

ciddi çətinliklər vardır. ƏU-ın və onların ailələrinin həqiqi tələbatına uyğun gələn daha yaxşı dövlət 

qaydaları və strategiyaları vasitəsilə bu maneələrin çoxunu aradan qaldırmaq olar. Hökumət (sosial 

təminata malik olmayan) sağlamlıq imkanları məhdud olan uşaqlar üçün təhsil tədbirlərinə dair öz 

nəzəri planında inkluziv  və ya inteqrativ addımlar atmamışdır.  

Dövlət  təhsili  (insanlar,  valideynlər  və  s.  arasında  məlumatın  yayılması)  və  hökumətin 

dəstəklənməsi  sahələrində  vətəndaş  cəmiyyətinin  təşkilatları  da  çoxlu  iş  görməlidirlər.  Tədqiqat 

nəticəsində  məlum  oldu  ki,  ƏU-a  və  onların  ailələrinə  aid  olan  məsələlər  hələ  də  utanc  mənbəyi 

hesab  olunur,  yanlış  şəkildə  qavranılır  və  məhdud  dərəcədə  dərk  olunur.  Bundan  əlavə,  özlərinin 

əlilliyi  olan  uşaqları  üçün  təhsil  imkanlarının  axtarılması  və  yaradılması  sahəsində  aparıcı  mövqe 

tutmaq üçün kifayət qədər qüvvəyə malik olmayan ailələrdə də həmin utanc hissi və yanlış qavrayış 

müşahidə olunur.  

 

Tədqiqatın  nəticələri  bunu  deməyə  imkan  verir  ki,  sağlamlıq  imkanları  məhdud  olan  uşaqların 



tələbatını ödəyən (günərzi, reabilitasiya, inkişaf) xüsusi xidmətlər çox azdır. Bu çatışmazlıq əsasən 

Sovet  dövrünün  köhnəlmiş  tibbi  yanaşmaları  ilə  əlaqədardır.  Digər  tərəfdən,  keçmişdə  ƏU  tipik 

uşaqlarla birgə təhsil almadığından  ümumtəhsil məktəblərində xüsusi pedaqoqlar yox idi.  Bundan 

əlavə,  Azərbaycanın  ali  təhsil  müəssisələrində  həmin  çatışmazlığı  aradan  qaldıra  biləcək  kadrlar 

yetişdirmək üçün lazım olan proqramların sayı kifayət qədər delildir.  

Mövcud  qaydaların  təhlili  göstərir  ki,  bu  mövcud  normativ  hüquqi  aktların  həyata  keçirilməsi 

üsulları və monitorinq mexanizmi qeyri-qənaətbəxşdir.  

 

Tövsiyələr 

Bu  sahədə  vəziyyəti  nəzərdən  keçirdikdən,  məlumatı  təhlil  etdikdən  və  mövcud  qanunvericilik 

bazasını  nəzərdən  keçirdikdən  sonra  Azərbaycanda  inkluziv  təhsil  istiqamətində  daha  böyük 

irəliləyişə nail olmaq üçün aşağıda göstərilən tədbirlər vacib hesab oluna bilər:  

 

1.

 



Xüsusi  və  inkluziv  təhsil  islahatları  ölkənin  ümumi  təhsil  islahatlarının  tərkib  hissəsinə 

çevrilməlidir.  

1.1.

 

Hökumət  genişəhatəli  ilkin  pedaqoji  təhsil,  müəllim  ixtisasartırması  və  mütəxəssis 



hazırlığı proqramını tərtib etməli və həyata keçirməlidir.  

1.2.


 

Gələcək  strategiyalarda  və  qaydalarda  təhsil  xidmətlərindən  rahat  istifadə  imkanı 

hökumətin ən vacib vəzifələrindən birinə çevrilməlidir.  

  

2.



 

Hökumət  tərəfindən  xüsusi  və  inkluziv  təhsilə  dair  milli  konsepsiya  tərtib  edilməlidir. 

Hökumətin təhsil strategiyasında Azərbaycanın vahid, ümumi inkluziv təhsil qanunu və ona 

nail olmaq üçün lazım olan tədbirlər təsvir edilməlidir.   




 

vii 


2.1.

 

Əlilliyin tərifinə/təsnifatına dair  yeni dövlət strategiyasını tərtib etmək məqsədilə  yerli 



və  beynəlxalq  ekspertlərdən  (həm  Sovet  dövründə,  həm  də  Qərbdə  təhsil  alan 

ekspertlər), QHT-lərin və dövlət orqanlarının nümayəndələrindən ibarət olan İşçi Qrupu 

(İQ)  yaratmaq,  həmin  qrupun  məqsədlərini,  vəzifələrini,  vaxt  cədvəlini  və  fəaliyyət 

planını dəqiqliklə müəyyən etmək.  

2.2.

 

Hökumət  strategiyadakı  çatışmazlıqları  müəyyən  etmək  üçün  bu  sahədə  tədqiqat 



aparılmasına münasib şərait yaratmalıdır.  

2.3.


 

Cəmiyyətə  bu  sahədə  üzləşdiyi  çətinliklər  və  məsələlər  barədə  daim  məlumat  vermək 

məqsədilə,  ictimaiyyəti  məlumatlandırma  kampaniyalarının  fasiləsiz  surətdə  həyata 

keçirilməsi üçün  illik plan hazırlanmışdır.  

 

3.

 



Hökumət tərəfindən əlilliyi olan uşaqlara verilən təhsilin keyfiyyətinin təmin edilməsi üçün 

müvafiq tədbirlərin görülməsi zəruridir. 

3.1.

 

Xüsusi  təhsil  xidmətlərinin  göstərilməsi  qaydalarını  tənzimləmək  və  təkmilləşdirmək 



məqsədilə mövcud  bərpa- inkişaf mərkəzlərinin əhatə dairəsi genişləndirilməli, onların 

təcrübəsindən  istifadə edilməlidir.  

3.2.

 

Tibbi-pedaqoji-psixoloji  komissiyaların  əsasnaməsi  və  fəaliyyət  dairəsi  nəzərdən 



keçirilməli, əsaslı dəyişikliklər edilməlidir.  


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə