Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   2   3   4   5   6   7   8   9   ...   24

 

1. Giriş 



 

Bütün  dünyada  sağlamlıq  imkanları  məhdud  olan  uşaqlar  adətən  məktəb  daxilində  diqqətdən 

kənarda  qalırdılar  və  ya  ümumiyyətlə,  məktəbə  getmirdilər.  1990-cı  ildə  keçirilən  “Hamı  üçün 

təhsil:  təlimə  dair  əsas  tələbatların  ödənilməsi”  adlı  dünya  konfransının  nəticəsində  bir  çox 

ölkələrdə  uşaqların  təhsil  almaq  imkanından  məhrum  olması  məsələsi  gündəliyə  daxil  edildi.  Bu 

təşəbbüs təhsil almaqda aşkar surətdə çətinlik çəkdiklərinə görə təhsil almaq imkanından tamamilə 

məhrum olan və ya təhsil sistemləri daxilində diqqətdən kənarda qalan uşaqlara diqqət yetirilməsinə 

kömək  etdi.  Artıq  məktəbə  qəbul  edilən,  lakin  müxtəlif  səbəblərdən  tam  yaxşı  nailiyyət  əldə  edə 

bilməyən, məktəbə qəbul edilməyən, habelə hər hansı şəkildə əlavə yardıma ehtiyacı olan, nisbətən 

azsaylı uşaqları diqqətdən kənarda qalan uşaqların sırasına aid etmək olar.  

 

Müstəqil  Dövlətlər  Birliyi  (MDB)  ölkələrinin,  o  cümlədən  Azərbaycan  Respublikasının  dövlət 



təhsil  sistemlərində  təhsil  islahatı  aparılmışdır.  Son  tədqiqatlar  onu  göstərir    ki,  təhsil  amaq  üçün 

bərabər  imkanlar,  habelə  təhsilin  maliyyələşdirilməsi  və  idarəolunması  sahələrində  müəyyən 

irəliləyiş əldə edilmişdir. Hələ də həmin ölkələrin bir çoxu Minilliyin inkişaf məqsədlərinə (MİM) 

və Hamı üçün təhsilə  (HÜT) dair öhdəlikləri tam  yerinə  yetirməmişdir.  BMT-nin  Uşaq Fondunun 

(UNICEF)  2007-ci  ildə  keçirdiyi  regional  tədqiqat  nəticəsində  məlum  olmuşdur  ki,  “sağlamlıq 

imkanları  məhdud  olan”  uşaqların  evdə  və  ya  xüsusi  təhsil  müəssisələrində  təhsil  alması  hələ  də 

üstünlük  təşkil  edir.  İslahatların  miqyasının  genişləndirilməsi  bu  cür  uşaqların  təhsil  almaq 

imkanından  məhrum  olmalarına  səbəb  ola  bilər.”

1

  MDB,  Şərqi  və  Mərkəzi  Avropanın  müxtəlif 



ölkələrində  islahatlar  zamanı  sağlamlıq  imkanları  məhdud  uşaqlar  diqqətdən  kənarda  qalırlar.   

Təhsil  almaq  üçün  bərabər  imkanlara  gəldikdə  isə  eyni  hesabatda  deyilir  ki,  “...müəssisələrdən 

kənarda  sağlamlıq  imkanları  məhdud  olan  uşaqlar  üçün  təhsil  almaq  imkanları  məhduddur  və 

əlilliyi  olan  bir  çox  uşaq  (ƏU)  məktəblərə  qəbul  edilmir.”  Bu  hesabatdan  belə  nəticə  çıxarılır  ki, 

MDB  ölkələrində  təhsil  almaq  üçün  bərabər  imkanları  artırmaq,  təhsilin  idarəolunmasını  və 

maliyyələşdirilməsini  yaxşılaşdırmaq üçün, o cümlədən  əlilliyi  olan uşaqlara və  imkansız ailələrin 

uşaqlarına təhsil xidmətlərini göstərmək üçün tədbirlər görülməlidir.   

 

Azərbaycan  Respublikasının  dövlət  təhsil  sistemi  keçmiş  Sovet  təhsil  sistemləri  əsasında 



qurulmuşdur. Bu təhsil sistemi Sovet dövründə əsasən defektologiya elmi əsasında fəaliyyət göstərir 

və  adətən  digər  uşaqlardan  təcrid  edilmiş  şəkildə,  xüsusi  məktəblərdə  və  ev  məktəblərində  ƏU-a 

təhsil  verməkdən  ibarət  idi.  Beləliklə,  hazırda  dövlətin  göstərdiyi  təhsil  xidmətlərinin  əksəriyyəti 

ƏU-ın  öz  həmyaşıdlarından  və  bütövlükdə  cəmiyyətdən  təcrid  olunmasına  səbəb  olur.  Bundan 

əlavə, Azərbaycanda xüsusi təhsil xidmətləri bəzi rayonlarda göstərilmir, buna görə də əlilliyi olan 

uşaqlar  xüsusi  təhsilə  cəlb  edilmək  üçün  digər  rayonlarda  fəaliyyət  göstərən  xüsusi  təhsil 

müəssisələrinə  müraciət  edirlər.  Buna  baxmayaraq,  Azərbaycan  Hökuməti  (AH)  son  zamanlar  

əlilliyi  olan uşaqların  tipik həmyaşıdları ilə birlikdə təhsil almalarına şərait  yaradılmasını  nəzərdə 

tutan  “Azərbaycan  Respublikasında  xüsusi  qayğıya  ehtiyacı  olan  (sağlamlıq  imkanları  məhdud) 

uşaqların  təhsilinin  təşkili  üzrə  İnkişaf  Proqramı  2005-2009-cu  illər”    kimi  təşəbbüsləri  irəli 

sürmüşdür.  

 

Tədqiqatın aparılması UNICEF-in dəstəyilə Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi (MTTYM) 



tərəfindən  həyata  keçirilmişdir.  Bu  tədqiqatı  aparmaqda  məqsəd:  1)  UHK,  qanunvericilik, 

strategiyalar,  vəsaitlər  və  üsullar  baxımından  Azərbaycanda  ƏU-a  göstərilən  təhsil  xidmətlərinin 

vəziyyətini  qiymətləndirmək,  habelə  çıxarılan  nəticələrin  strateji  islahata  göstərdiyi  əsas  təsirləri 

vurğulamaq;  2)  bütün  uşaqların  əsas  təhsilə  cəlb  edilməsinə  mane  olan  iqtisadiyyat  və  maliyyə 

məsələlərini  təhlil  etmək;  3)  inkluziv  təhsil  sahəsində  rast  gəlinən  nümunəvi  üsulları  müəyyən 

etmək və qeydə almaqdır, habelə özünü doğrultmuş səmərəli mexanizm və strategiyaları, narahatlıq 

doğuran  istiqamətləri  və  ƏU-ın  adi  məktəblərdə  uğurla  təhsil  almalarına  mane  olan  amilləri 

                                                 

1

 UNICEF, 2007-ci il,



 

Digərləri ilə müqayisədə bəziləri üçün daha çox təhsil?, Cenevrə, UNICEF-in MŞA və MDB üzrə 

regional şöbəsi

 



 

işıqlandırmaq; nəhayət 4) strateji islahatları həyata keçirmək, lazımi miqdarda vəsaitin ayrılmasını 



təmin etmək, inkluziv təhsilə yardım proqramlarının həyata keçirilməsinə kömək etmək məqsədilə 

Azərbaycanda  hakimiyyət  orqanlarının  və  digər  tərəfdaşların  imkanlarının  artırılmasına  dair 

tövsiyələr verməkdir.  

 

Bu  tədqiqatın  hədəf  qrupu  6-10  yaşlarında  olan  ƏU  idi,  məlumatlar  isə  valideynlərdən, 



müəllimlərdən,  məktəb  direktorlarından,  strategiya  müəyyən  edən  şəxslərdən,  nazirliyin 

əməkdaşlarından  və  qeyri-hökumət  təşkilatlarından  (QHT)  toplanmışdır.  Məlumatın  toplanması 

zamanı  sorğular,  müsahibələr,  hədəf  qruplarının  müzakirələri  (HQM),  müşahidələr  və  sənədlərin 

nəzərdən keçirilməsi kimi tədqiqat üsullarından istifadə edilmişdir.  

 

Tədqiqat  nəticəsində  aşkar  edilmişdir  ki,  sağlamlıq  imkanları  məhdud  olan  uşaqların  tələbatını 



ödəyən  xüsusi  xidmətlər  çox  azdır.  Bu  çatışmazlıq  əsasən  Sovet  dövrünün  köhnəlmiş,  dar  tibbi 

yanaşmaları  ilə  əlaqədardır.  Digər  tərəfdən,  keçmişdə  ƏU-ın  digər  uşaqlardan  təcrid  edilməsi 

strategiyalarının tətbiq edilməsi nəticəsində bir çox ümumi məktəbdə xüsusi xidmət mütəxəssisləri 

yoxdur,  çünki  sistem  bunu  tələb  etmirdi  və  indi  də  etmir.  Bundan  əlavə,  Azərbaycanın  ali  təhsil 

müəssisələrində həmin çatışmazlığı aradan qaldıra biləcək kadrlar yetişdirmək üçün müvafiq sistem 

yoxdur. Kadr hazırlığı ilə bağlı ixtisaslar açılmamışdır.  

 

Müvafiq  normativ  hüquqi  aktların  təhlili  göstərir  ki,  əlil  uşaqların  təhsili  ilə  bağlı  nəzarət  və 



monitorinq qaydaları mövcud deyildir. 

 

Tədqiqatın  yerdə  qalan  hissəsinin  quruluşu  aşağıda  göstərilmişdir.  Növbəti  fəsildə  məlumatı 



toplamaq və təhlil etmək üçün istifadə olunan metodologiya və üsullar təsvir edilir. Həmin fəsildə 

həm  də  nümunə  seçmək  üsulları  və  tədqiqat  qrupunun  nümunə  seçərkən  rast  gəldiyi  çətinliklər 

müzakirə  edilir.  3-cü  fəsildə  tədqiqatın  nəticələri  haqqında  ümumiləşdirilmiş  məlumat  verilir. 

Həmin  fəslin  bölmələri  təhsil  imkanlarına  və  maneələrinə,  hazırda  mövcud  olan  ailə,  dövlət  və 

qohumlar  tərəfindən  göstərilən  dəstəyə;  ƏU-a  göstərilən  münasibətə,  təhsil  xidmətlərinə  və  əlavə 

xidmətlərə həsr olunmuşdur. Bundan əlavə, həmin fəsildə yerli qanunvericilik və uşaq hüquqlarına 

dair əsas beynəlxalq sənədlər müqayisə edilmiş, təhsil xidmətləri və əlavə xidmətlər dərindən təhlil 

edilmişdir. Sonuncu fəsildə nəticələr verilmiş, habelə hökumətin və digər maraqlı tərəflərin gələcək 

fəaliyyətinə dair tövsiyələr verilmişdir.       

 

 



 

2. Metodologiya 

 

Bu tədqiqat keyfiyyəti və miqdari müvafiq üsullarla həyata keçirilmişdir. Tədqiqat iştirakçılarının 

tədqiqatın  nəticələrinə  təsir  göstərmələrinin  qarşısını  almaq  üçün  məhz  həmin  üsullar  istifadə 

edilmişdir.  Əsas  məqsəd  keyfiyyət  və  kəmiyyət  baxımından  toplanan  məlumatların  bir-birini 

tamamladığını, təsdiq etdiyini və sübuta yetirdiyini göstərməkdən ibarət idi.  

 

Müsahiblər üçün müsahibə üsulları üzrə, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlardan 



və onların valideynlərindən müsahibə götürmək və HQM keçirmək qaydaları üzrə iki günlük təlim 

kursu  təşkil  edilmişdir.  Təlim  əsnasında  iştirakçılara  layihələr,  onların  təyinatları,  Azərbaycanda 

xüsusi və inkluziv təhsilin vəziyyəti haqqında məlumat verilmişdir. Sahə işi 2008-ci ilin aprelində 

başlamış  və  2008-ci  ilin  iyununda  bitmişdir.  Sonra  tədqiqatçılar  qrupu  toplanan  məlumatı  təhlil 

edərək  hesabat tərtib etmişdir. Hesabatda aşağıda göstərilən terminlər əks olunmuşdur:  

 

-



 

Əlilliyi  olan  uşaqlar:  sağlamlıq  imkanları  məhdud  olan,  fiziki,  psixoloji  və  əqli  çətinliklər 

yaşayan, müvafiq xidmətlər göstərilmədiyi təqdirdə təhsil almaqda çətinlik çəkən uşaqlar

2

 



                                                 

2

 



Azərbaycan Respublikasının Hökuməti (2001), Xüsusi təhsil haqqında qanun

   



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə