Executive Summary of the research



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix26.09.2017
ölçüsü0,71 Mb.
#1508
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

11 

 

dərəcəli məqsədi uşaqların riyazi əməliyyatlar barədə biliklərini, oxu və yazı bacarıqlarını 



və əzbərdən şer demək bacarığını  yoxlamaq idi. Bizim müşahidə etdiyimiz bəzi  müəllimlər 

suallar  verməklə  uşaqlar  arasında  qeyri-rəsmi  söhbətə  imkan  yaradaraq,  uşaqların 

özlərinin düzəltdikləri ifadələrdən istifadə etməklə suallara cavab vermələrinə kömək edərək 

şəxsiyyətyönümlü  yanaşmanın  tətbiq  edilməsinə  doğru  müsbət  addımlar  atırdılar,  lakin 

həmin müəllimlər hər hansı yeni məfhumu tədris edərkən və ya hər hansı yeni mövzunu izah 

edərkən yuxarıda qeyd olunan strategiyalardan istifadə etmirdilər.  

 

 Müşahidə olunan ümumi cəhətlərdən biri ondan ibarət idi ki, müəllimlərin əksəriyyəti öz 

əlil  şagirdlərinin  təhsilə  dair  tələbatlarından  xəbərdar  deyildilər.  Onlar  həmin  uşaqların 

ehtiyac  duyduqları  və  ya  cari  qaydada  aldıqları  tibbi/psixoloji  yardımdan  da  xəbərdar 

deyildilər.  Biz  (tədqiqatçılar)  əlilliyi  olan  uşaqların  diaqnozu  haqqında  sual  verdikdə, 

müəllimlər  ya  uşaqların  özlərindən  soruşurdular,  ya  da  çox  qeyri-müəyyən  cavablar 

verirdilər.  

 

…Yevlax  rayonunda  3-cü  sinif  müəllimi  arxa  masada  oturan  qızdan  onun  diaqnozunu 

ucadan soruşdu. Bu, tənəffüs zamanı baş verdi, lakin bütün uşaqlar, müəllim köməkçisi və 

tədqiqat qrupu otaqda idilər. Qızın münasibəti maraqlı idi: o, heç bir şey demədi və müəllim 

onu  cavab  verməyə  məcbur  etmədi.  Müəllim  bizə  tərəf  döndü  və  dedi:  “Məncə  onun 

ürəyində qüsur var.”  

 

…Sumqayıt  məktəbində  bir  müəllim  bizə  dedi  ki,  onun  sinfindəki  qızın  çox  ağır  diaqnozu 

var, lakin həmin diaqnozun nədən ibarət olduğunu deyə bilmədi, buna baxmayaraq, o, qızın 

ayrı-ayrı  çətinliklərini,  məsələn  ədəbsiz  davranışını  və  şübhəli  ailə  mənşəyinə  malik 

olduğunu  bildirdi.  Demək  olar  ki,  bütün  inkluziv  təhsil  siniflərində  müəllimlər  arxayın 

olurlar ki, onların köməkçiləri sağlamlıq imkanları məhdud olan  uşaqların tibbi məlumatını 

və diaqnozunu bilirlər.      

 

İnkluziv təhsil siniflərinin müşahidə edilməsi nəticəsində məlum oldu ki, müəllimlər uşaqların təlim 

fəaliyyətini  effektiv  şəkildə  təşkil  etmək  üçün  tədris  üsulu  haqqında  lazımi  biliyə  malik  deyirlər. 

Bəzi siniflərdə müəllimlər qrup şəklində məşğələ/müzakirələr və əqlii hücum kimi üsulları uğurla 

tətbiq  edirlər.  Bəzi  müəllimlər  uşaqların  tapşırığı  bitirmələri  üçün  onların  fərdi  xüsusiyyətlərini 

nəzərə  alaraq  onlara  əlavə  vaxt  ayırırlar,  lakin  müəllimlərin  hamısı  şagirdlərdən  tapşırığı  eyni 

formada  və  üslubda  təqdim  etməyi  tələb  edirlər.  Bütün  siniflərdə  təlim  tədbirləri  barədə  təşəbbüs 

müəllimlər  tərəfindən  irəli  sürülürdü  və  müəllimlərin  planlarına  uyğun  gəlirdi;  bütün  göstərişlər 

müəllimlər  tərəfindən  verilirdi  və  dərsliklərdə  verilən  məlumata,  habelə  həmin  məlumatı  əks 

etdirən,  əl  ilə  düzəldilən  vərəqələrə  əsaslanırdı.  Nadir  hallarda  müəllimlər  köhnə  biliklərlə  yeni 

bilikləri əlaqələndiridilər. 

 

İnkluziv  və  inteqrativ  sinif  otaqlarındakı  qüsurlara  baxmayaraq,  TN  tərəfindən  beynəlxalq 



sənədlərdə təsbit olunan məqsədlərə nail olmağa səy edir və  ƏU-ın təhsilinə dair tələbatını ödəyən 

daha  davamlı  proqramların  hazırlanması  sahəsində  yerli  və  beynəlxalq  QHT-lərin  hər  hansı 

təşəbbüslərini rəğbətlə qarşılayır. TN inkluziv təhsilin təmin edilməsi sahəsində müxtəlif dövlət və 

qeyri-dövlət təşkilatlarının fəaliyyətlərini əlaqələndirən orqandır  Bir müsbət nəticə ondan ibarətdir 

ki, nazirlik (nəticə etibarilə hökumət) səviyyəsində QHT-lərin əldə etdiyi səmərəli nəticələri qəbul 

etməyə hazırdır. Lakin qeyd etmək lazımdır ki, ümumiyyətlə inkluziv təhsil ölkə üçün kifayət qədər 

yeni məfhumdur və əhəmiyyətli nəticəyə nail olmaq üçün vaxt lazımdır.  

 

3.1.3. Xüsusi təhsil 




12 

 

Toplanan məlumatlar onu göstərir ki, ƏU-ın təxminən 11%-i xüsusi və internat məktəblərə gedirlər. 



TN əməkdaşının verdiyi məlumata görə, təxminən 12 internat məktəb

14

 və 7 xüsusi məktəb Təhsil 



Nazirliyinin tabeliyindədir.

15

 “De-İnstitutlaşma və Alternativ qayğı Dövlət  Proqramı” çərçivəsində 



hazırlanmış və hökumət tərəfindən təsdiq edilmiş dövlət uşaq müəssisələrinin transformasiyası üzrə 

Baş  Plana  əsasən  internat  məktəblərinin  inteqrativ  və  inkluziv  təhsil  müəssisələrinə  çevrilməsi 

nəzərdə tutulur. 

 

Xüsusi məktəblər Sovet təhsil sistemindən miras qalmış, lakin xüsusi təhsil haqqında yeni qanun və 



tədqiqatların  nəticələrinə  əsasən  qismən  dəyişmişdir;  hal-hazırda  həmin  məktəblər  əlilliyi  olan 

uşaqlara əsas bilik və bacarıqlarının öyrədilməsi sahəsində müəyyən rol oynayırlar. Bakının xüsusi 

məktəblərinin müəllimləri ilə keçirilən HQM-in  nəticələrinə uyğun olaraq, saylarının az olduğuna 

baxmayaraq,  həmin  müəllimlər  ƏU-ın  tələbatını  ödəmək  iqtidarındadırlar.  Bundan  əlavə, 

müəllimlər  bildirdilər  ki,  onlar  yaxşı  təlim  keçmişdirlər,  ümumi  məktəblərin  müəllimləri  ilə 

müqayisədə onların məvacibləri daha yüksəkdir

16

. Xeyli sayda məktəb direktoru və müəllim hesab 



edir ki, ƏU xüsusi məktəblərə qəbul olunmalıdırlar (direktorların 27,5%-i və müəllimlərin 25%-i). 

Xüsusi  məktəblər  əlilliyi  ağır  formada  olan  uşaqları  gələcəkdə  qəbul  etməyi  planlaşdırır,  lakin 

məktəblərin  fəaliyyətinin  və  binalarının  həcmi  bütün  bu  cür  uşaqları  əhatə  etməyə  imkan  vermir. 

Xüsusi  məktəblərin  mövcudluğu  və  inkişaf  etdirilməsi  həm  də  “De-İnstitutlaşma  və  Alternativ 

qayğı  “  və  “Sağlamlıq  imkanları  məhdud  uşaqların  təhsilinin  təşkili  üzrə  İnkişaf  Proqram”larının 

müddəalarına zidd ola bilər.  

 

Müəllimlərin  verdikləri  məlumatlardan  fərqli  olaraq,  xüsusi  və  internat  məktəblərində  aparılan 



müşahidələr  ondan  xəbər  verir  ki,  həmin  məktəblər  xüsusi  təhsil  tələbatına  malik  olan  uşaqların 

ehtiyaclarını ödəmək üçün lazımi imkanlara malik deyildir. Müşahidələr əsasında xüsusi və internat 

məktəblərində işləyən müəllimlərin şəxsiyyətyönümlü metodologiya əsasında işlədiklərini müəyyən 

etmək mümkün olmadı. Müşahidəçilərin bəzi qeydləri aşağıda göstərilmişdir: 

 

…biz  (tədqiqatçılar)  gördük  ki,  bütün  müəllimlərin  dərs  planı  vardır  və  bəzi  planları 

nəzərdən  keçirdik.  Planlar  dövlət  proqramına  uyğun  olaraq  yazılmışdı.  İş  planı  ilə 

müqayisədə bu, daha rəsmi sənəddir. Müəllimlər öz planlarına riayət etmir, uşağın səhhətni, 

inkişaf  və  əqli  çatışmazlıqlarını  nəzərə  almırdılar.  Bunu  tədris  yanaşmalarını 

fərdiləşdirmək, habelə təlim çətinliklərini və əsas məfhumları öyrətməyin zəruriliyini nəzərə 

alaraq, tədris yanaşmalarını hər hansı uşağın fərdi ehtiyaclarına uyğunlaşdırmaq cəhdləri 

kimi başa düşmək olar. Bu yanaşma, bütün müəllimlər və  uşaqlara qarşı tətbiq edilir.  

 

… biz yeni mövzunu izah etmək üçün və yeni məfhumu təqdim etmək üçün müəllimlərin çox 



məhdud  üsullardan  istifadə  etdiklərinin  şahidi  olduq.  Dərsdə  istifadə  olunan  yeganə  üsul 

şifahi  surətdə  sual-cavab  aparmaq  idi:  məlumatı  xatırlamağa  imkan  verən  dəqiq  sualın 

verilməsi  və  dəqiq  cavabın  gözlənməsi.  Şifahi  təqdimat  və  sual-cavab  yeni  mövzunu  izah 

etmək və yadda saxlamaq üçün yeganə üsul idi.  

 

…  Təhsil  xidmətinin  növündən  asılı  olmayaraq,  uşaqların  iştirak  etdikləri  bütün  təlim 

tədbirləri  barədə  təşəbbüs  yalnız  müəllimlər  tərəfindən  irəli  sürülürdü.  Hər  təlim  tədbiri 

dəqiq  məlumatın  xatırlanmasına  və  yadda  saxlanmasına  yönəlmiş,  habelə  dərsliklərdə 

verilən tapşırıqlar əsasında tərtib edilmişdir.  

 

                                                 

14

 

Rəsmi dövlət statistikasına uyğun olaraq, 3644 ƏU bu müəssisələrdə təhsil alır.



  

15

 



Dövlət statistikasına uyğun olaraq, digər dövlət nazirliklərinin (ƏƏSMN və SN) rəhbərliyi altında fəaliyyət göstərən və 513 ƏU-a 

xidmət göstərən daha 5 internat məktəb vardır. Həmin müəssisələrə dair dövlət strategiyası aydın deyildir. Lakin belə deyirlər ki, bu 

müəssisələr AH-nin deinstitutlaşma proqramına daxil ediləcəklər. 

 

16



 

Qeyd etmək lazımdır ki, (ƏU-ın təhsil aldıqları) bütün məktəblərdə tədrisin keyfiyyəti bu hesabatın Tədris üsulları bölməsində 

ətraflı şəkildə müzakirə olunur. Tədqiqat qrupu hədəf qrupu üzvlərinin istinad etdikləri xüsusi məktəblərin keyfiyyətini, şəraitini və 

infrastrukturunu müstəqil surətdə yoxlaya bilmədi. 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə