Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurmuşdur?



Yüklə 231,57 Kb.

səhifə1/9
tarix28.06.2018
ölçüsü231,57 Kb.
  1   2   3   4   5   6   7   8   9


GİTANCALİ. 

 

 



 

– Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurmuşdur?  

 

Dustaq dedi: – Mənim hökmdarım. Mən sərvət və qüdrətdə dünyada hamıdan üstün olacağımı güman 



edib, hökmdarımın bütün xəzinəsini öz xəzinəmə daşıdım. Məni yuxu basdıqda, ağam üçün 

hazırlanmış yatağa girib uzandım, ayılanda gördüm ki, mən öz xəzinəmin dustağıyam. 

 

– Ey dustaq, söylə görüm bu qırılmaz zəncirlərə səni kim bənd etmişdir? 



 

Dustaq cavab verdi: – Mən özüm. Bunları mən özüm belə qayğıkeşliklə döyüb bərkitmişəm. Güman 

edirdim ki, yenilməz qüdrətimlə bütün dünyanı əsir edib, tək özüm azad qalacağam. Gecə-gündüz bu 

zəncirin üzərində işləyib, onu alovların içində közərdib, möhkəm ağır zərbələrlə döydüm. Nəhayət, iş 

başa çatıb, zəncirin halqaları qırılmaz surətdə bir-birinə bənd olduqda, gördüm ki, o, mənim özümü 

zəncirləmişdir. 

 

 

 



* * *. 

 

Sən məni fani yaratmısan, hökmün belədir. 



 

Bu fani qəlibi sən fasiləsiz olaraq boşaldır və yenə yeni həyatla doldurursan. 

 

Bu xırdaca qamış tütəyi sən təpələrdə, dərələrdə gəzdirib, onda daim yeni melodiyalar çalıbsan. 



 

Sənin əllərinin ölümsüz təmasından mənim zəif qəlbim sevinclə dolur və deyilməmiş sözlər yaradır. 

 

Sənin bitib-tükənməz hədiyyələrin yalnız bu xırdaca əllərə nazil olur. Əsrlər gəlib keçir, amma sən o 



hədiyyələri daim əta edirsən və hələ də onlara yer tapılır. 

 

 



 

* * *. 


 

Sən mənə nəğmə oxumağı əmr edəndə sanıram ki, qəlbim qürurdan parçalanacaqdır. Sənin üzünə 

baxıram və gözlərim yaşla dolur. 

 

 



 

Həyatımın bütün dərdləri və həyəcanları şirin ahənglərə çevrilir, – ruhum dəniz üzərində uçan şən quş 

kimi qanadlanır. 

 

Bilirəm ki, mənim nəğməm sənə xoş gəlir. Bilirəm ki, sənin hüzuruna yalnız nəğmələrimlə gələ 



bilərəm. 

 

Nəğmələrimin geniş açılmış qanadları ilə sənin ayaqlarına təmas edirəm, halbuki, buna nail olmağa 




əsla cəsarət edə bilməzdim. 

 

Mən nəğmələrimin verdiyi sevincdən sərməst olaraq özümü unuduram və səni, mənim Allahımı, öz 



dostum adlandırıram. 

 

 



 

* * *. 


 

Bilmirəm sən necə nəğmə oxuyursan, ey ustad! Mən sakit bir heyranlıq içərisində dinləyirəm. 

 

Sənin nəğmələrin dünyaya nur saçır. Sənin nəğmələrinin nəfəsi səmalara yayılır. Sənin nəğmələrinin 



müqəddəs axını bütün əngəlləri yıxıb dağıdaraq irəliləyir. 

 

Qəlbim sənin nəğmələrinlə qovuşmaq həsrəti ilə yanır, amma səsimin bütün ciddi-cəhdi əbəsdir. Mən 



söz həsrətində yanıram, amma söz dönüb nəğmə ola bilmir, – mən də məyus-məyus fəryad edirəm. 

 

Ah, sən mənim qəlbimi öz nəğmələrinin nəhayətsiz toruna salıbsan, ey ustad! 



 

 

 



* * *. 

 

Ey canımın canı! Mən vücudumu həmişə təmiz saxlamağa çalışacağam, – bilirəm ki, bütün əzalarımda 



sənin həyatverici təmasının izi var. 

 

Mən xəyallarımı, fikirlərimi həmişə yalan və riyadan qorumağa çalışacağam, – bilirəm ki, sən işığı 



mənliyimdə yanmış olan həmin həqiqətsən. 

 

Mən öz qəlbimdən həmişə şəri qovmağa, məhəbbət bəsləməyə çalışacağam, – bilirəm ki, sən qəlbimin 



ən gizlin guşələrindəsən. 

 

Mənim məqsədim hər bir işimdə səni təzahür etdirməkdən ibarət olacaqdır, – çünki, bilirəm ki, sən 



məni himayə edəcəksən. 

 

 



 

* * *. 


 

İcazə ver bir anlığa sənin yanında oturum. İşimi sonra başa çatdıraram. 

 

Sənin üzünü görməkdən məhrum olduqda, mənim zəif qəlbim nə rahatlıq, nə dinclik bilir; zəhmətim də 



ucsuz-bucaqsız iztirablar dənizində sonsuz əzaba çevrilir. 

 

İndi yay öz nəfəsiylə, xışıltıları ilə pəncərəmdən girmişdir, çiçəkləmiş meşələrdə arılar vızıldaşır. 



 

Bu sükut və firavan asudəlik içərisində səninlə üz-üzə oturub, həyatı tərənnüm etmək vaxtı gəlib 

çatmışdır. 

 



 

 

* * *. 



 

Mənim arzularım çox, fəryadlarım şikayətlidir; amma sən bunları daim amansız surətdə rədd etməklə 

məni xilas etmisən. Mənim bütün həyatım sənin bu qüdrətli mərhəmətinlə doludur. 

 

Sən mənə diləmədiyim bu sadə və böyük hədiyyələri: – bu səmaları, bu vücudu, bu həyat və şüuru lütf 



etməklə, məni gündən-günə bunlara daha layiq edib ucaldırsan, məni hədsiz arzuların əsiri olmaqdan 

qoruyursan. 

 

Elə saatlar olur ki, mən sərməst oluram; elə saatlar olur ki, ayılır, məqsədimə çatmağa tələsirəm; amma 



sən amansızcasına məndən qaçırsan. 

 

Sən daim mənim diləklərimi rədd etməklə, məni zəif, saxta arzuların əsiri olmaqdan qorumaqla, səni 



tam dərk etməyə daha çox ləyaqət qazandırırsan. 

 

 



 

* * *. 


 

Bu çiçəyi dər və götür, – ləngimə. Qorxuram ki, solar və torpağa qarışar. 

 

Qoy sənin çələngində bu çiçəyə yer olmasın, amma onu sənin əlinin təmasından iztirab duymağa layiq 



gör və onu dər! Qorxuram ki, günün qurtardığını hiss etmərəm və qurban vermək vaxtı keçər. 

 

Bu çiçək şux deyil və ətri zəifsə də, nə qədər ki, gec deyil, onu dər və başqa çiçəklərlə bir yerə qoy. 



 

 

 



* * *. 

 

Mənim nəğməm bəzək-düzəyi atmışdır. Onun zər-zibası yoxdur. Bunlar bizim birliyimizi ləkələyərdi. 



Bunlar bizə mane olardı və sənin pıçıltılarını batırardı 

 

Sənin qarşında şairin şöhrətpərəstliyi utanıb puç olur. Ey ustad şair, mən sənin ayaqlarına qapanıram. 



Qoy mənim həyatım sənin səslərlə doldurduğun qamış tütək kimi sadə və həqiqi olsun. 

 

 



 

* * *. 


 

Şahzadə libası geymiş və qiymətli boyunbağılar taxmış uşağı artıq oyun sevindirmir, əynindəki libas 

onun hər addımını ağırlaşdırır. 

 

Paltarını cırmaq və ya çirkləndirməkdən çəkinərək o, öz aləmindən ayrılıb hərəkət etməyə qorxur. 



 

Ey ana, sənin qızıl bəzək-düzəyin uşağı sağlam torpağından ayırırsa, onu insan həyatının böyük 

gözəlliyinə qovuşmaqdan məhrum edirsə, bunlar onun xeyrinə deyildir. 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə