Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurmuşdur?



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix28.06.2018
ölçüsü0,81 Mb.
#52338
1   2   3   4   5   6   7   8   9

 

Meşələrin nəğmələri susmuş, evlərin qapıları örtülmüşdü. Bu tənha küçədə sən yalqız bir yolçusan. Ey 

mənim yeganə dostum, ey mənim sevgilim, evimin darvazası açıqdır, – bir röya kimi ötüb keçmə. 

 

 



 

* * *. 


 

Sən susursansa, mən qəlbimi sənin sükutunla doldurub, özümü onun ixtiyarına verirəm. Mən gözlərini 

yummayan və itaətlə baş əyən ulduzlu bir gecə kimi sakitliyə riayət edərəm. 

 

Səhər mütləq açılacaq, qaranlıq yox olacaq və sənin səsin qızıl sel kimi səmadan yağacaqdır. 



 

Sənin sözlərin quşlarımın hər yuvasından nəğmə kimi səslənəcək, sənin melodiyaların sıx meşələrimin 

içində çiçəklər kimi açılacaqdır. 

 

* * *. 



 

Mən qayığa minməliyəm. Heyhat, sahildə üzücü, yorucu saatlar gəlib keçir! 

 

Bahar çiçəkləndi və çiçəklər soldu. İndi, budur, çiynimdə kimsəyə lazım olmayan çiçəklər yükü durub 



gözləyir və üzülürəm. 

 

Dalğaların xışıltısı artmış və sarı yarpaqlar uçuşa-uçuşa kölgəli çığıra tökülür. 



 

Bu nə boşluqdur! Havada o biri sahildən, uzaqlardan gələn nəğmə sədasının ehtizazını duyursanmı? 

 

 

 



* * *. 

 

Buludlar üst-üstə qalanır, işıq qaralır. Heyhat, ey sevglim, məni qapı ağzında tək-tənha niyə 



gözlədirsən? 

 

Gündüz iş və zəhmət zamanı mən camaat içində oluram, amma bu alaqaranlıq, sakit saatlarda yalnız 



sənin ixtiyarındayam. 

 

Sən özünü mənə göstərməsən, məni rədd eləsən, bilmirəm ki, yağışın altında bu uzun saatları necə 



keçirəcəyəm. 

 

Mən uzaq səmanın zülmətinə baxa-baxa ağlayıram, qəlbim əsən küləyə qoşulub sərgərdan-sərgərdan 



gəzir. 

 

 



 

* * *. 


 

Bu fırtınalı gecədə sən evində yoxsan, məhəbbət yollarındasan, dostum! Göylər, sanki, məyus-məyus 

fəryad edir. 



 

Bu gecə mən yata bilmirəm. Dəfələrlə qapımı açıb qaranlığa baxdım, dostum! 

 

İrəlidə heç bir şey görünmür. Görəsən, sənin keçdiyin yol haradadır? 



 

Bu yol mürəkkəb kimi qapqara çayın sahilindədirmi, bəlkə də, sən bu aldadıcı qaranlıqda tutqun bir 

meşənin uzaq talası ilə mənim yanıma gəlməyə tələsirsən, dostum, eləmi? 

 

 



 

* * *. 


 

Günəş sönüb qaranlıq çökdükdə, quşlar nəğmələrini kəsdikdə, yorğun külək sakitləşib yatdıqda, sən yer 

üzünü yuxu pərdəsinə bürüdüyün kimi, alaqaranlıqda başını əymiş lotosun ləçəklərini ehmalca 

yumduğun kimi, məni də qatı qaranlığın örtüyünə bürü. 

 

Hələ mənzilə çox qalmış, dağarcığı bomboş, paltarı cır-cındır, toz içində, özü taqətdən düşmüş 



yolçunun yoxsulluq və rüsvayçılığını yox elə, onu sənin qısa gecənin qaranlığında açmış çiçək kimi 

tərtəmiz elə. 

 

 

 



* * *. 

 

Mənə işıq ver, işıq! Onu öz arzularının coşqun alovlarında yandır! 



 

Sənin qismətin sönməz bir çıraq olmaqdır, ey ürək! Ah, ölüm sənin ən gözəl nəsibindir! 

 

Fəlakət sənin qapını döyüb xəbər verir ki, Allahın oyaqdır və səni gecənin zülmətində məhəbbət 



görüşünə çağırır. 

 

Göyləri bulud bürümüş, yağış durmadan yağır. Bilmirəm, məni belə həyəcanlandıran nədir, bilmirəm, 



mənə nə olmuşdur. 

 

Bir anlığa parlayan şimşək qaranlığı daha da qatılaşdırır, qəlbim məni gecənin musiqisinin apardığı 



cığırla əl havasına, qarasına addımlayır. 

 

İşıq ver mənə, işıq! Onu öz arzularının coşqun alovlarında yandır! 



 

Göy guruldayır, külək coşur. Gecə kömür kimi qapqara. Dağıt qaranlığı! Öz həyatınla məhəbbət 

çırağını yandır! 

 

 



 

* * *. 


 

Məni bu dünyada sevənlər hər vasitə ilə əllərində saxlamaq istəyirlər. Amma sənin eşqin elə deyil, – 

sənin eşqin onların sevgisindən güclüdür, həm də azadlığımı əlimdən almır. 

 



Məni sevənlər, onları unutmayım deyə, məni əsla tərk etmirlər. Amma günlər gəlib keçir, sən hələ də 

gözə görünmürsən. 

 

Öz dualarımda sənin adını çəkmirəmsə də, səni öz qəlbimdə daşımıramsa da, amma sənin mənə olan 



məhəbbətin mənim məhəbbətimi gözləyir. 

 

 



 

* * *. 


 

O gəlib yanımda oturdu, amma mən yuxudan ayılmadım. Ah nə böyük dərd! Mən nə dəhşətli yuxu 

görürdüm! 

 

O, gecənin sükutunda gəldi, əlində rübabı vardı, onun melodiyaları mənim röyalarımda səslənir. 



 

Əfsus, mənim gecələrim nə qədər səmərəsizdir! Ah, yuxuda nəfəsini duyduğum sevgilimi nə üçün 

görmürəm? 

 

 



 

* * *. 


 

Mən görüşə tək çıxdım. Amma gecənin bu sakit qaranlığında məni təqib edən kimdir? 

 

Mən ondan yaxamı qurtarmaq üçün yolumu dəyişirəm, amma əbəs yerə! 



 

Onun addımları toz qaldırır; o, söylədiyim hər bir sözə öz gur səsini qatır. 

 

Bu mənim kiçik «mənliyim», mənim utanmaq bilməyən hakimimdir. Amma onunla birlikdə sənin 



qapına yaxınlaşmağa utanıram. 

 

 



 

* * *. 


 

Yorğunluq gecəsi, qoy mən bütün ümidlərimi sənə bağlayıb yuxuya gedim. 

 

Mənim taqətdən düşmüş ruhumu sənə cüzi xidmət göstərməyə məcbur etmə. 



 

Bununla sən günün yorğun gözlərinə gecənin pərdəsini çəkirsən ki, oyananda onun baxışlarını yeni bir 

sevinclə canlandırasan. 

 

 



 

* * *. 


 

Məni bağlayan bəndlər möhkəmdir, amma onları qırmaq istədikdə, qəlbim əzab çəkir. 

 

Azadlıq! – Budur mənim bütün istədiyim, budur; amma ona ümid bağlamaq mənə ar gəlir. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə