Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurmuşdur?



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix28.06.2018
ölçüsü0,81 Mb.
#52338
1   2   3   4   5   6   7   8   9

 

 

 



* * *. 

 

 



 

Çox-çox günlər var ki, mənim qurumuş, susamış qəlbim yağış görməmişdir, ey Allahım! Səma 

tərtəmizdir, orada bir incə bulud kölgəsi də yoxdur, yağışın heç bir zəif əlaməti də görünmür. 

 

Lütf elə, ölüm kimi qapqara qəzəbli bir tufan göndər və şimşək qamçıları ilə bütün göy üzünü bu 



başından o başına qədər qamaşdır. 

 

Amma, ey Allahım, hər yerə nüfuz edən, ürəyi sonsuz bir məyusluqla yandıran bu sakit, durğun, yaxıcı 



və amansız bürkünü darmadağın elə! 

 

Qoy göylərdən bir şəfqət buludu nazil olsun, ata qəzəblənəndə ananın yaşla dolan gözlərinə bənzər bir 



bulud! 

 

 



 

* * *. 


 

Nə üçün sən hamıdan arxada durub kölgədə gizlənibsən, sevgilim? Onlar səni saymadan itələyə-itələyə 

tozlu yolla keçirlər. Mən çoxdan sənə qurban hazırlayıb burada intizar içində gözləyirəm, yoldan 

ötənlərsə çiçəklərimi bir-bir götürüb aparırlar, səbətim, demək olar ki, boşalmışdır. 

 

Səhər də gəlib keçdi, günorta da. Axşamın alatoranlığında mürgüdən göz qapaqlarım ağırlaşır. Evlərinə 



qayıdanlar mənə baxıb gülümsünürlər, mən utandığımdan od tutub yanıram. 

 

Dilənçi kimi durub, paltarımla üzümü örtmüşəm, məndən soruşanda ki nə istəyirəm, gözlərimi yerə 



dikib cavab vermirəm. 

 

Axı necə deyim ki, səni gözləyirəm, sən gələcəyini vəd edibsən. Axı necə deyim ki, utana-utana sənə 



yalnız öz yoxsulluğumu hədiyyə verə bilərəm! 

 

Ah, mən bu qüruru qəlbimin gizlin guşələrində saxlamışam. 



 

Mən otların üstündə oturub, gözlərimi göydən çəkmirəm. Sənin birdən-birə, necə dəbdəbə ilə gəlib 

çıxacağını xəyalıma gətirirəm: işıq saçılacaq, sənin gərdunən üzərində zərli yelpazələr yellənəcək, hamı 

heyrət içində yolun kənarında durub görəcək ki, sən öz gərdunəndən düşüb, həya və qürurundan yay 

küləyinin altında sarmaşıq kimi əsən bu cındır geyimli qızı yerdən qaldırıb öz yanında oturdursan. 

 

Amma vaxt ötüb keçir, sənin gərdunənin təkər səsləri gəlmir. Yanımdan gurultu və hay-küylə dəbdəbəli 



mərasim dəstələri gəlib keçir. Yoxsa sən hələ də hamının arxasında, kölgədə dinməz-söyləməz 

duracaqsan? İndi mən gözləyəcək və boşa çıxan arzularımın əzabını çəkə-çəkə ağlayacağam. 

 

 

 




* * *. 

 

Qoy qəlbim daim təkrar etsin ki, mən sənin, yalnız sənin həsrətinlə yanıram! 



 

Məni gecə-gündüz utandıran bütün arzularım saxta və fanidir. 

 

Gecə öz zülmətində işığa olan həsrət və diləyini gizlədiyi kimi, mənim varlığımın dərinliklərindən də 



yalnız bir fəryad qopur: mən sənin, yalnız sənin həsrətinlə yanıram! 

 

Fırtına var gücü ilə sükunətlə çarpışa-çarpışa sükunət axtardığı kimi, mənim qəlbim də məhəbbətə qarşı 



üsyan edir və onun bu fəryadı kəsilmir: mən sənin, yalnız sənin həsrətinlə yanıram! 

 

 



 

* * *. 


 

Ürək sərtləşəndə və yanıb quruduqda, mərhəmət yağmuru kimi mənim üstümə yağ. 

 

Həyatda fərəh və sevinc olmayanda, nəğməni sel kimi axıt. 



 

Dövrəmdə hər tərəfdən günün vurnuxması gurultu qaldırdıqda, ey sükunət ilahəsi, yanıma gəl və mənə 

dinclik, asudəlik gətir. 

 

Boş qalmış qəlbim gizlənib sıxıldıqda, ey mənim hökmdarım, qapıları taybatay aç və şahanə bir 



dəbdəbə ilə içəri gir. 

 

Aldadıcı arzular şüurumun gözlərini qamaşdırdıqda, ey ulu və xeyirxah Tanrım, ildırım və şimşəklərini 



yağdır. 

 

* * *. 



 

Qoy mənim son nəğməmdə bütün sevinclər: yer üzünü bol-bol sıx otlara qərq edən sevinc, həyat və 

ölüm adlanan əkizləri ucsuz-bucaqsız yer üzərində rəqs etdirib hərləndirən sevinc, fırtınaya qarışaraq 

həyatı gülüşlə sarsıdıb oyadan sevinc, iztirabın çiçəkləmiş qızıl lotosu üzərinə göz yaşları kimi qonmuş 

sevinc, bütün var-yoxunu torpağa döndərən və sözə biganə olan sevinc birləşsin. 

 

 



 

* * *. 


 

Bəli, ey qəlbimin sevimlisi, mən bilirəm ki, yarpaqlarda rəqs edən bu zərli işıq, göy üzündə tənbəl-

tənbəl üzən bu buludlar, üzümə sərinlik gətirən bu nəsim yalnız sənin məhəbbətindir. 

 

Səhər işığı gözlərimi nura qərq edir: bununla sən mənim qəlbimə xəbər göndərirsən. Sənin çöhrən 



səmanın yüksəkliklərindən boylanır, sənin gözlərin mənim gözlərimin içinə baxır və mənim qəlbim 

sənin ayaqlarına təmas edir. 

 

 

 




* * *. 

 

Sən taxtından enib mənim daxmamın astanasında durdun. Mən təkdim, nəğmə oxuyurdum və mənim 



nəğməm sənə çatırdı. Sən taxtından enib daxmamın astanasında durdun. 

 

Sənin sarayında çoxlu adlı-sanlı xanəndələr var, sarayında daim nəğmələr yüksəlir, amma mənim sadə, 



həzin nəğməm sənin qəlbində məhəbbət hissi oyatdı. Bu nəğmə dünyanın böyük musiqisinə qarışdı və 

mənə mükafat olaraq sən, əlində çiçək gəlib daxmamın astanasında durdun. 

 

 

 



* * *. 

 

Mən yolun kənarında gözləyib kölgənin işığı əvəz etməsini və yağmur yağmasını seyr etməkdən fərəh 



duyuram. 

 

Naməlum dünyaların qasidləri məni salamlayıb, tələsə-tələsə gedirlər. Qəlbim fərəhlə dolur və əsən 



küləyin nəfəsi mənə ləzzət verir. 

 

Sübh açılandan qaranlıq çökənə qədər mən qapımın ağzında oturub, bilirəm ki, birdən-birə belə 



xoşbəxt bir an olacaq, səni görəcəyəm. 

 

Mən tək-tənha gülümsünə-gülümsünə nəğmə oxuyuram. Hava isə ümid ətri ilə doludur. 



 

 

 



* * *. 

 

Səhər tezdən biz pıçıltı ilə bir-birimizə dedik ki, yalnız səninlə mən qayıqla üzməyə çıxacağıq və bu 



dünyada heç bir kəs bizim bu sonsuz və məqsədsiz səyahətimizdən xəbər tutmayacaqdır. 

 

Bu uçsuz-bucaqsız okeanda sən sakit-sakit, ürəkdən təbəssüm etdikcə, mənim nəğmələrim sözlə 



məhdudlaşmadan, dalğalar kimi sərbəst axacaqdır. 

 

Məgər hələ vaxt gəlib çatmamışdırmı? 



 

Hələ işin var? Budur, artıq yer üzünə axşam çökür və günün sönən işığında dəniz quşları öz yuvalarına 

sarı uçuşur. 

 

Kim bilir zəncirlər nə zaman açılacaq və qayıq qürubun son şöləsi kimi gecənin içində nə vaxt gözdən 



itəcəkdir? 

 

 



 

* * *. 


 

Mən səni gözləmirdim, ey sultanım, sən mənim qəlbimə çağırılmadan, tanımadığım izdihamdan bir 

nəfər kimi daxil oldun və həyatımda əbədiyyət möhrü ilə ötəri anlar damğalayıb getdin. 

 



Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə