Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurmuşdur?



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə6/9
tarix28.06.2018
ölçüsü0,81 Mb.
#52338
1   2   3   4   5   6   7   8   9

Bu gün mən təsadüfən onları xatırlayıb, sənin qoyduğun nişanələrə baxdıqda, gördüm ki, onlar toza 

dönüb mənim boş, unudulmuş günlərimin sevinc və kədərlərinə qarışmışdır. 

 

Sən mənim uşaqlıq oyunlarımdan üz çevirmədin və öz uşaq otağımda eşitdiyim addım səsləri 



ulduzdan-ulduza əks edən həmin səslərdir. 

 

 



 

* * *. 


 

Səhərin sükut dənizini quşların civiltisindən xırdaca dalğalar çulğamışdır; yol kənarındakı çiçəklər 

şəndir; buludların aralarından zər səsləri axır, – bu zaman biz heç bir şeyə diqqət yetirmədən, qayğılı-

qayğılı öz yolumuzla gedirdik. 

 

Biz şən nəğmələr oxumur, əylənmirdik; biz kənddəki bazara girmədik, dinməz-söyləməz gedir və 



gülmürdük. Yolda addımlarımızı ləngitmirdik. Zaman keçir və biz addımlarımızı daha da 

sürətləndirirdik. 

 

Günəş dik başımız üstündə ucaldı, göyərçinlər kölgədə quruldaşırdı. Qurumuş yarpaqlar günortanın isti 



havasında rəqs edib hərlənirdi. Balaca çoban əncir ağacının kölgəsində mürgüləyə-mürgüləyə xəyala 

getmişdi, mən də bulaq kənarında otun üstünə uzandım ki, yorulmuş əzalarım bir qədər dincəlsin. 

 

Yol yoldaşlarım məni lağa qoydular. Onlar başlarını dik tutub, tələsik yollarına davam etdilər; bir dəfə 



də dönüb geri baxmadılar, bir dəfə də oturub dincəlmədilər. Onlar bürkülü mavi dumanlıqda uzaqlarda 

gözdən itdilər. Onlar dərələrdən, təpələrdən keçib, uzaq ölkələrdə gözdən itdilər. Ey qəhrəman dəstə, 

sənin bitib-tükənməz yolun uğurlu olsun! İstehza və məzəmmətlər məni ayağa qalxmağa məcbur etdi, 

amma qəlbimdə əks-səda tapmadı. 

 

Yaşıl alatoranlığın gün işığında cilvələnən sükunəti mənim qəlbimə axırdı. Mən zəvvarlığımın 



məqsədini unudub, müqavimət göstərmədən kölgələr və nəğmələrdən hörülmüş sükunət aləminə qərq 

oldum. 


 

Nəhayət, mürgüdən ayılıb gözlərimi açdıqda, gördüm ki, sən qarşımda durubsan və təbəssümünlə 

mənim yuxumu dağıdırsan. Mən elə qorxurdum ki, yolum uzun və yorucu, sənə qovuşmaq çox çətin 

olacaqdır. 

 

 

 



* * *. 

 

Mən kəndin küçəsində qapı-qapı gəzib, sədəqə diləyirdim ki, birdən sənin qızıl gərdunən füsunkar bir 



röya kimi zahir oldu, ey şahlar şahı! 

 

Qəlbimdə ümidlər oyandı, mənə elə gəldi ki, yaman günlərim qurtarmışdır; durub gözləyirdim ki, 



diləmədiyim sədəqə xəzinələri dövrəmə səpiləcəkdir. 

 

Gərdunə qarşımda durdu. Sən mənə nəzər yetirib, gülümsünə-gülümsünə gərdunədən düşdün. Mən 



duydum ki, nəhayət, ömrümün xoşbəxt çağı yetişmişdir. Amma sən birdən-birə sağ əlini uzadıb dedin: 

«Mənə sədəqə verəcəksən?» Ah, əlini açıb dilənçidən sədəqə diləmək, bu nə şahanə bir əda idi! Mən 




utanıb, çaşqın-çaşqın durmuşdum, sonra dağarcığımdan asta-asta xırdaca bir dən çıxarıb sənə verdim. 

 

Axşam mən öz dağarcığımı silkəyib çırpdıqda, döşəməyə xırdaca bir qızıl dən düşdüyünü gördükdə, 



dərin heyrət içində qaldım. Mən acı-acı ağlayıb heyifsilənirdim ki, niyə sənə hamısını verməmişəm. 

 

 



 

* * *. 


 

Gecənin qaranlığı qatılaşırdı. Gündüz işlərimiz qurtarmışdı. Güman edirdik ki, axırıncı qonaq da gəlib 

çıxmışdır; kənddə bütün qapılar bağlı idi. Amma kimsə dedi: 

 

– Hələ şah da gələcək. Biz gülüb dedik: 



 

– Yox, belə şey ola bilməz. 

 

Bizə elə gəldi ki, kimsə qapını döydü, amma düşündük ki, yəqin küləkdir. Çırağı söndürüb yatmaq 



istədik. Amma kimsə dedi: 

 

– Bu, qasiddir. Biz gülüşüb dedik: 



 

– Yox, küləkdir! 

 

Gecəyarısı bir səs gəldi. Biz yuxulu-yuxulu güman etdik ki, bu, uzaqlarda çaxan ildırım səsidir. Yer 



tərpəndi, divarlar titrədi və biz yuxudan ayıldıq. Amma kim isə dedi ki, bu səslər təkər səsləridir. Biz 

yuxulu-yuxulu pıçıldadıq: 

 

– Yox. Göy gurultusudur. 



 

Təbillər çalındıqda, hələ hava qaranlıqdı. Car səsi gəldi: «Qalxın! Ləngiməyin!» 

 

Biz əllərimizi ürəyimizə basıb, qorxudan titrəyirdik. Kim isə dedi: 



 

– Bir baxın, padşahın bayrağıdır!  

 

Biz çığıra-çığıra ayağa qalxdıq. 



 

 – Daha ləngimək olmaz! 

 

Padşah gəlmişdir, amma məşəllər hanı, çələnglər hanı? Hanı onun taxtı? Ah, ar olsun! Ah, rüsvay 



olduq! Hanı saray? Hanı bəzək-düzək? 

 

Kim isə dedi: 



 

– Bu hay-küy əbəsdir! Onu boş əllərlə salamlayın. Onu boş otaqlara aparın. 

 

Açın qapıları, qoy şeypurlar səslənsin! Bizim qaranlıq, məskənimizin padşahı qaranlıq gecədə gəlib 



çıxdı. Göydə ildırımlar guruldayır! Şimşəklərin işığından qaranlıq sarsılır! Bir parça cındır həsir 

götürüb həyətə sər! Dəhşətli gecənin padşahı, gözlənmədən, fırtına ilə birlikdə gəlmişdir. 




 

 

 



* * *. 

 

Mən sənin sinəni bəzəyən qızılgül həmailini səndən istəməyi arzulayırdım, amma cürət etmədim. 



Səhərə qədər, sən evdən çıxıb gedənə qədər gözlədim ki, yatağından onun tör-töküntüsünü toplayım. 

Sübh açılanda, mən eynən bir dilənçi kimi heç olmazsa bir ləçəkciyin qalıb-qalmadığını axtarırdım. 

 

Heyhat, mən nə tapa bildim? Sənin məhəbbətindən nə qalmışdı? Nə çiçəklər, nə ətirlər, nə ətirli su ilə 



dolu qab. Alov kimi parıldayan, ildırım zərbəsi kimi ağır, iri bir qılınc qalmışdı. Səhərin təravətli işığı 

pəncərədən mənim yatağıma düşmüşdür. Sübhün quşcuğazı civildəyə-civildəyə soruşur: «Ey qadın, bəs 

sənə nə qaldı?» 

 

Bəli, nə çiçəklər, nə ətirlər, nə ətirli su ilə dolu qab, – yalnız sənin dəhşətli qılıncın. 



 

Oturub heyrətlə düşünürəm, sənin bu hədiyyən mənim nəyimə gərəkdir? Onu gizlətməyə mənim yerim 

yoxdur. Zəif bir məxluq olan mənim üçün onu gəzdirmək ayıbdır, onu bağrıma basanda, məni incidir. 

Amma bununla bərabər, bu hədiyyəni, əzablarımın yükünü qürurla qəlbimdə daşıyacağam. 

 

İndən belə, bu dünyada artıq qorxu mənə hakim ola bilməyəcəkdir, mənim hər döyüşümdə sən qalib 



gələcəksən. Sən ölümü mənə bir yol yoldaşı kimi göndəribsən və mən öz həyatımı ona bəxş edəcəyəm. 

Sənin qılıncın məndədir. O, mənim buxovlarımı qırıb parçalaya bilər, artıq bu dünyada mənim üçün 

qorxu yoxdur. 

 

Ey qəlbimin sultanı, indən belə, bütün bəzək-düzəyi atacağam, mən artıq utancaq zəif bir qız deyiləm, 



artıq bir guşəyə çəkilib ağlaya-ağlaya gözləməyəcəyəm. Sən öz qılıncını mənə verdin, mənə bəzək 

lazım deyil! 

 

 

 



* * *. 

 

Sənin ulduzlarla bəzənmiş və məharətlə cəvahirat düzülmüş qolbağın çox gözəldir. Amma sənin 



qılıncın, onun tiyəsi – ilahi Vişnu  quşunun gərilmiş və üstünə qürubun qəzəbli pəmbə şöləsi düşmüş 

qanadı kimi parıldayan tiyəsi daha da gözəldir. 

 

Bu tiyə həyatın son şöləsi kimi cilvələnir. O, bircə qüdrətli şöləsi ilə bütün yerə məxsus vurnuxmaları 



yox edən saf kainat alovu kimi parıldayır. 

 

Sənin cəvahiratla bəzənmiş qolbağın çox gözəldir; amma, ey ildırımlar hakimi, sənin qılıncın elə 



sonsuz bir gözəlliyə, elə bir dəhşətə malikdir ki, ona nə baxmaq, nə də o barədə düşünmək mümkün 

deyildir. 

 

Mən səndən heç bir şey diləmədim; mən sənə öz adımı demədim. Sən gedəndə mən dinməz-söyləməz 



durmuşdum. Mən quyunun yanında ağacın əyri kölgəsi altında durmuşdum, qadınlar saxsı sənəklərini 

ağzına qədər su ilə doldurub gedirdilər. 

 

Onlar məni çağırıb deyirdilər: «Gəl bizimlə gedək, artıq səhər ötüb, günorta yaxınlaşır». Amma mən 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə