Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurmuşdur?



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə7/9
tarix28.06.2018
ölçüsü0,81 Mb.
#52338
1   2   3   4   5   6   7   8   9

tutqun düşüncələrə dalıb xəyal içində ləngiyirdim. 

 

Sənin mənə necə yaxınlaşdığını duymadım. Mənə baxanda, sənin nəzərlərin qəmgin idi, bu sözləri 



mənə deyəndə, səsin yorğun idi: «Ah, mən susuzluqdan yanan bir yolçuyam». Mən oyaq ikən daldığım 

yuxudan ayılıb, öz sənəyimdən sənin ovcuna su tökdüm. Başımızın üstündə yarpaqlar xışıldayırdı. 

Meşənin dərinliyində ququ quşu quğuldayır və yolun döngəsindən babla  çiçəklərinin ətri gəlirdi. 

 

Sən mənim adımı soruşanda, utandığımdan donub qalmışdım. Düzü, axı mən sənin üçün nə etmişdim 



ki, sən məni xatırlayasan? Amma sənə su verməyim və susuzluğunu yatırtmağım bir xatirə olaraq 

mənim qəlbimdə yaşayacaq və onu xoş duyğularla dolduracaqdır. Günorta yaxınlaşır, quşlar yorğun-

yorğun ötüşür, başım üzərində nim  ağacının yarpaqları xışıldayır, mən isə oturub hey fikirləşir, 

fikirləşirəm. 

 

 

 



* * *. 

 

 



 

Sənin qəlbin yorğundur, mürgüdən göz qapaqların hələ yumulur. 

 

Məgər hələ eşitməyibsənmi ki, çiçək artıq tikanların arasında şahanə bir parıltı ilə açılmışdır? Oyan, 



oyan! Vaxtı boş-boşuna itirmə! 

 

Daşlı cığırın bitdiyi yerdə, saf sükut diyarında dostum tək-tənha oturmuşdur. Onu aldatma. Oyan, oyan! 



 

Nə olsun ki, səma hələ günorta bürküsündə titrəşir? Nə olsun ki, yaxıcı qumlar atəş ridasını yerə 

sərmişdir? 

 

Məgər sənin qəlbinin dərinliyində sevinc yoxmu? Məgər sənin hər bir addımında, yolun rübabında 



dadlı əzab musiqisi səslənməyəcəkmi? 

 

 



 

* * *. 


 

Bax buna görə mənim qəlbimdə sənin sevincin bu qədər böyükdür. Bax buna görə sən tənəzzül edib 

yanıma gəlibsən! Ey göylər hökmdarı, mən olmasaydım sənin məhəbbətin nə olacaqdı? 

 

Sən məni bütün xəzinələrinə şərik edibsən. Qəlbim sənin sevincinin sonsuz cilvələri ilə doludur. 



Həyatımın hər anında sənin iradən əyandır. Ey şahlar şahı, sən məni əsir etmək üçün gözəllik qiyafətinə 

giribsən. İndi, budur, sənin məhəbbətin sevgilinin məhəbbətiylə qarışmış və sən onların mükəmməl 

birliyində aşkarsan. 

 

 



 

* * *. 


 

İşıq, mənim işığım, dünyanı dolduran işıq, gözləri oxşayan işıq, ürəyi fərəhləndirən işıq... 




 

Ah, işıq, həyatımın qəlbində rəqs edir, ey sevgilim! İşıq eşqimin rübabının tellərini dilləndirir, ey 

sevgilim! Göy təlatümə gəlir, külək çoşur, yer üzərini gülüş çulğayır. 

 

Pərvanələr işıq dənizində yelkənlərini açır. İşıq dalğalarında zanbaqlar və yasəmənlər cilvələnir. 



 

İşıq hər buludun üzərinə zər kimi səpilir, ey sevgilim. Bol-bol almaz yağır. 

 

Şənlik yarpaqdan-yarpağa axır, sevgilim, fərəh və sevincin hədd-hüdudu yoxdur. Səmanın nəhri 



yatağından aşıb daşmışdır. Hər yeri sevinc seli bürüyür. 

 

 



 

* * *. 


 

Nəhayətsiz dünyaların dəniz sahilində uşaqlar görüşürlər. Ucsuz-bucaqsız səma sakit, aramsız sular 

coşqundur. Nəhayətsiz dünyaların dəniz sahilində uşaqlar çığırışa-çığırışa, oynaşa-oynaşa görüşürlər. 

 

Onlar qumdan evciklər tikir, içi boş çınqıllarla oynayırlar. Onlar solmuş yarpaqlardan xırdaca gəmilər 



qayırır, gülümsünə-gülümsünə gəmilərini ucsuz-bucaqsız dənizə buraxırlar. Uşaqlar dünyaların dəniz 

sahilində oynayırlar. 

 

Onlar üzmək bilmir, tor atmaq bacarmırlar. İnci axtaranlar suyun dibinə baş vururlar, tacirlər öz 



gəmilərində gəlirlər, uşaqlar isə xırdaca daşları yığır, yenə atıb səpələyirlər. Onlar hamısı gizlin 

xəzinələr axtarır, onlar tor atmağı bacarmırlar. 

 

Dənizin dərinlikləri gülür, sahilə yaxın suların təbəssümü solğun-solğun parıldayır, ölüm gətirən 



dalğalar körpəsinin beşiyini yırğalayan ana kimi uşaqlara boş mahnılar oxuyur. Dəniz uşaqlarla oynayır 

və sahil sularının təbəssümü solğun-solğun parıldayır. 

 

Nəhayətsiz dünyaların dəniz sahilində uşaqlar görüşür. Səmaların yolsuz-rizsiz ənginliklərində fırtına 



qopur, gəmilər sularda qərq olur, ətraf ölümlə dolur, amma uşaqlar oynayır. Nəhayətsiz dünyaların 

dəniz sahilində yığın-yığın uşaqlar var. 

 

* * *. 


 

Əsgərlər ilk dəfə öz hökmdarlarının sarayından çıxdıqda, bəs onların gücləri, qüdrətləri necə oldu? 

Onların yaraq-yasağı harada qaldı? 

 

Onlar öz hökmdarlarının sarayından çıxdıqları gün miskin və aciz görünürdülər və başlarına dolu kimi 



oxlar yağırdı. 

 

Əsgərlər öz hökmdarlarının sarayına qayıtdıqda, bəs onların gücləri, qüdrətləri necə oldu? 



 

Onlar qılınclarını, oxlarını, yaylarını atmışdılar; onlar öz hökmdarlarının sarayına qayıtdıqları gün 

üzlərində əmin-amanlıq əlamətləri vardı və öz həyatlarının bəhrəsini arxada qoyub gəlmişdilər. 

 

 



 


* * *. 

 

Körpənin gözlərinə qonan yuxu, kim bilir haradan gəlir? Bəli, deyirlər ki, onun məskəni işıldaquşların 



solğun işıq saçdıqları meşənin alatoranlığında əfsanəvi bir kənddədir; orada iki zərif füsunkar tumurcuq 

var. Yuxu körpənin gözlərindən öpməyə oradan gəlir. 

 

Körpə yatdıqda, dodaqlarında oynaşan təbəssüm, kim bilir harada əmələ gəlir? Bəli, deyirlər ki, 



ayparanın ilk solğun şöləsi əriməkdə olan xırdaca payız buludunun kənarına toxunur və şehli səhərin 

arzularından təbəssüm yaranır: bu, yatmış körpənin dodaqlarında oynaşan həmin təbəssümdür. 

 

Körpənin tombul yanaqlarında çiçəklənən o xoş, zərif qızartı, kim bilir harada gizlənibmiş? Bəli, anası 



hələ gənc qız olduqda, həmin bu qızartı onun qəlbini zərif, dilsiz-ağızsız məhəbbət sirri ilə 

doldurmuşdu, – körpənin yanaqlarında çiçəklənən o xoş, zərif qızartı oradandır. 

 

 

 



* * *. 

 

Balacan, mən sənə ala-bula oyuncaqlar gətirəndə, başa düşürəm ki, buludlarda və suda rənglərin 



cilvələnməsi nədəndir və nə üçün çiçəklərin rəngi belə şuxdur, – çünki mən sənə ala-bula oyuncaqlar 

bağışlayıram, balacan. 

 

Səni oynatmaq üçün mən mahnı oxuduqda, başa düşürəm ki, nə üçün yarpaqlar musiqi kimi səslənir və 



nə üçün dalğalar səs-səsə verib, onları dinləyən torpağa nəğmə oxuyurlar,— çünki mən səni oynatmaq 

üçün mahnı oxuyuram. 

 

Mən sənin xırdaca ovuclarına şirniyyat qoyduqda, başa duşürəm ki, nə üçün çiçəyin piyaləsi bal ilə 



dolu və meyvələr şirin olur, – çünki mən sənin xırdaca ovuclarını şirniyyatla doldururam. 

 

Mən səni gülümsündürmək üçün üzündən öpdükdə, ey mənim dövlətim-varım, başa düşürəm ki, nə 



üçun səhər şəfəqində göylərdən belə fərəh yağır və yay nəsimi bədənimə belə ləzzət verir, – çünki səni 

gülümsündürmək üçün öpürəm. 

 

 

 



* * *. 

 

Mənim dolub daşan həyat qədəhimdən sən necə bir ilahi şərbət içmək istərdin, xudaya? 



 

Ey şair, öz əsərini mənim gözlərimlə gördükdə və mənim qulaqlarımla öz əbədi ahəngini dinməz-

söyləməz dinlədikdə, fərəh duyursanmı? 

 

Sənin aləmin mənim ağlımda sözlər yaradır, sənin fərəhin bunlara musiqi əlavə edir. Sən məndə 



məhəbbət şəklində öz əksini tapır və məndən öz ləzzətini duyursan. 

 

 



 

* * *. 


 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə