Ey dustaq, söylə görüm sənə bu buxovları kim vurmuşdur?



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə8/9
tarix28.06.2018
ölçüsü0,81 Mb.
#52338
1   2   3   4   5   6   7   8   9

Boş keçən günlərimdə mən itirilmiş vaxtın dərdini çəkirdim, amma o itirilməmişdir, ey mənim 

hökmdarım. Həyatımın hər anı sənin əlindədir. 

 

Varlığın qəlbində gizlənmiş olan sən, toxumları cücərtiyə, tumurcuqları çiçəyə və çiçəkləri meyvəyə 



çevirirsən. 

 

Mən yorulub rahatlıq yatağında yuxuya getdim və güman etdim ki, işlərim qurtarmışdır. 



 

Səhər ayılıb gördüm ki, bağçam ecazkar çiçəklərlə doludur. 

 

 

 



* * *. 

 

Bu ayrılıq dərdi bütün dünyaya yayılıb, sonsuz səmada saysız-hesabsız surətlər yaradır. 



 

Bu ayrılıq dərdi bütün gecə uzunu sükut içində ulduzdan-ulduza baxa-baxa iyulun yağmurlu 

alaqaranlığında xışıldaşan yarpaqlar arasında ahəng yaradır. 

 

Hər şeyə nüfuz edən bu kədər məhəbbət və arzu, qüssə və fərəh hisslərinə nüfuz edir və mənim şair 



qəlbimdə daim əriyib nəğmələr halında yayılır. 

 

 



 

* * *. 


 

Mən səmada boş-boşuna sərgərdan gəzən payız buluduna bənzəyirəm, ey mənim əbədi gözəl günəşim! 

Sənin təmasın məni hələ əritməmiş, məni sənin şölənə qatıb birləşdirməmişdir: indi, budur, mən, məni 

səndən ayıran ayları və illəri saymaqdayam. 

 

Əgər arzu etsən və bundan fərəh duysan, mənim üzən boşluğumu al, rənglərə boya, ona zər saç, onu 



yelə ver və möcüzə halında səpələ. 

 

Gecə yaxınlaşanda, sən bu əyləncəni başa vurmaq istəsən, mən əriyib qaranlıqda və ya nurlu səhərin 



təbəssümündə o sərin təmizlikdə əriyib yox olaram. 

 

 



 

* * *. 


 

Mən sənin sinəni kədərimin göz yaşlarından həmail ilə bəzərəm, ey ana! 

 

Ulduzlar sənin ayaqlarını bəzəmək üçün şüalardan halqalar qayırmışlar, amma mənim həmailim sənin 



sinəndən asılacaqdır. 

 

Sərvət və şöhrət lütf edən sənsən, onları vermək və almaq sənin əlindədir. Amma mənim kədərim 



tamamilə özümündür və mən onu sənə qurban verdikdə, sən mənə öz lütfünü mükafat verirsən. 

 

 




 

* * *. 


 

Sən məni bu vaxta qədər tanımadığım adamlarla dost elədin. Sən məni bu vaxta qədər mənə yad olan 

məskənlərə daxil etdin. Sən uzağı yaxınlaşdırdın və yadları mənə qardaş elədin. 

 

Öyrəşdiyim məskəni tərk etmək mənə ağır gəlir; mən unuduram ki, yeniliyin içində də köhnəlik yaşayır 



və sən hər yerdə mənimləsən. 

 

Doğum və ölüm vasitəsi ilə, bu dünyada və ya başqa dünyalarda, məni hara aparsan, – sən mənim 



qəlbimi fərəh bağları ilə naməlum aləmlərlə bağlayan əbədi həyatımın həmişə yeganə yol yoldaşısan. 

 

Səni dərk edən üçün heç bir yad şey yoxdur, onun üzünə heç bir qapı bağlı deyildir. 



 

 

 



* * *. 

 

Tənha çayın sahilində, uca otlar arasında ona dedim: 



 

– Paltarınla öz çırağını örtüb hara gedirsən, ay qız? Mənim evim kimsəsiz və qaranlıqdır, mənə işıq 

ver! 

 

Qız bir anlığa qara gözlərini qaldırıb alatoranlıqda üzümə baxdı və cavab verdi: 



 

– Mən çay kənarına gəlmişəm ki, gündüzün işığı sönəndə, çırağımı çaya axıdım. 

 

Mən uca otlar arasında tək-tənha durub, onun çayda faydasız axıb gedən çırağının titrək işığına 



baxırdım. Çökməkdə olan gecənin sükutu içərisində ona dedim: 

 

– İşıqlar yanmışdır, bəs sən öz çırağını hara aparırsan, ay qız? Mənim evim kimsəsiz və qaranlıqdır, 



mənə işıq ver! 

 

O, qara gözlərini qaldırıb mənə baxdı, bir an tərəddüd edib, nəhayət, dedi: 



 

– Mən gəlmişəm ki, çırağımı göylərə qurban verim. 

 

Mən durub onun boşluqda faydasız üzüb gedən çırağına baxırdım. 



 

Aysız gecənin zülməti içində ona dedim: 

 

– Çırağını bağrına basmağa səni məcbur edən nədir, ay qız? Mənim evim kimsəsiz və qaranlıqdır, mənə 



işıq ver! 

 

O, bir  an durub fikirləşdi, alatoranlıqda üzümə baxıb dedi: 



 

– Mən çırağımı çıraqban bayramına  gətirmişəm. 

 

Mən durub onun başqa işıqlar içində faydasız itib gedən xırdaca işığına baxırdım. 




 

 

 



* * *. 

 

Sayrışmalar və parıltılar toranlığında daim varlığımın dərinliklərində mövcud olan o, səhər işığında 



örtüyünü heç bir zaman açmayan o qoy mənim vidalaşma nəğməmə bürünüb, sənə verdiyim son 

qurban olsun, ilahi! 

 

Sözlərim ona qovuşmağa can atır, amma ona irişməkdən acizdi; nidalarım həsrətli əllərini ona sarı 



uzadır, amma çatmırdı. 

 

Mən onu qəlbimin dərinliklərində hifz edib, diyar-diyar sərkərdan gəzdim və həyatım onun çöhrəsində 



gah ucaldı, gah alçaldı. 

 

O, mənim düşüncələrimə, işlərimə, röyalarıma, xəyallarıma hökmran, amma uzaqda, tək-tənha 



durmaqda idi. 

 

Çoxları mənim qapımı döyüb onu soruşur və məyus qayıdırdılar. 



 

Dünyada heç bir kəs onun üzünü görməmişdir və tək-tənha qalıb gözləyir ki, sən onu tanıyasan. 

 

 

 



* * *. 

 

Sənin günəşinin şöləsi ağuşunu açıb yerə, mənim yanıma enir və bütün günü qapımda durur ki, mənim 



göz yaşlarımdan, ahlarımdan və nəğmələrimdən yaranan buludu sənin ayaqların altına gətirsin. 

 

Sən çılğın bir sevinclə öz ulduzlu sinənə bu dumanlı buludlar örpəyini çəkib, ona saysız-hesabsız 



şəkillər verir, qırçınlar vurur və onu daim dəyişən rənglərə boyayırsan. 

 

O, nə qədər xəfif, nə qədər qeyri-sabit, nə qədər zərif, nə qədər göz yaşları ilə dolu və kədərlidir, – bax 



buna görə də sən onu sevirsən, ey pak və saf varlıq! Bax buna görə də o, öz kölgəsi ilə sənin müqəddəs 

ağ işığını tutqunlaşdıra bilər. 

 

 

 



* * *. 

 

Sən həm asiman, həm də aşiyansan. 



 

Ey gözəl varlıq, aşiyanındakı məhəbbət ruha rəng, səs və ətir saçır. 

 

Budur, səhər zərrin səbəti ilə, sağ əlində gözəllik çələngi ilə gəlir ki, yeri sakit-sakit onlarla bəzəyib 



başına tac qoysun. 

 

Budur, axşam naməlum cığırlardan, artıq süruləri çəkilib getmiş sakit çəmənlərdən keçib, qürubun 



dinclik okeanından öz qızıl sürahisində sərin asudəlik şürubu gətirib gəlir. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə