Əziz oxucu, bu kitabı sənin üçün yazdım. İnsana xas olan ən böyük nemətlərdən



Yüklə 85,51 Kb.
Pdf görüntüsü
səhifə41/107
tarix23.10.2017
ölçüsü85,51 Kb.
#6418
1   ...   37   38   39   40   41   42   43   44   ...   107

3
“Gecə  də  ev  tikərlər?! İlahi,  hansı ağıllı  bunu  fikirləşib?”  “Kamaz”ların
daşıdığı  torpaqlar  yollara ələnirdi.  Külək  olanda  tozdan  göz  açılmırdı,  yağış  olanda
palçıqdan yerimək olmurdu. Qadınlar paltar sərə bilmirdilər. Ağ sərib qara yığırdılar.
“Yəqin gecə növbəsinin haqqı çoxdur, yoxsa heç bir fəhlə gecə yuxusuna zəhər
qatmaz”.  Professor ərinməyib  soruşmuşdu  da.  Cavab  çox  kədərliydi.  Məvacib  gecə
də,  gündüz  də  eyni  idi.  Narazılıq  edənlərə  qapını  göstərirdilər.  Burada  ancaq  son
dərəcə ehtiyacda olanlar işləyirdi.
Bu  bağın  olmasına  professor  indi  şükür  edirdi.  Oğlu  bir  arada  baş-qulağını
aparırdı  ki,  maşınımız  yox,  gedib-gəlmək  çətinləşib,  gəl  bağı  sataq.  Bağa  yaxşı  pul
verənlər çox idi. Sahəsi də böyük idi. 90 sot olardı. Süleyman müəllimin babasından,
əmilərindən qalmışdı.  Hamısı ölüb  getmişdi.  Bir  yadigar o idi.  Ancaq  şükür  Allaha,
oğlu vardı, nəvəsi vardı. Bir vaxt onların evləri də kəndin ən yaraşıqlı evlərindən idi.
Düzdür,  indi  tikilən  evlərin  yanında  o  daxmaya  oxşamasa  da  köhnəldiyi  hiss
olunurdu.
Süleyman  müəllim  bu  evi,  həyəti  çox  sevirdi.  Atasının,  anasının, əmilərinin,
arvadının  iyini  alırdı.  Həyətdə  nə  ağac  desən  vardı. Əncir,  tut,  nar,  püstə,  innab,
albalı. Bağın bu başından o başınacan uzanan, yayda yaşıllığı ilə çay plantasiyalarını
xatırladan ucsuz-bucaqsız tənək kolları. Ağlı, qaralı, şirəli, salxım üzümlər avqustda
yerə  dəyirdi.  Bir  də  hasarın  qırağında  bir-birinin  dibində  sıra  ilə  düzülmüş  yazda
başgicəlləndirici ətri ilə bütün kəndi bürüyən iydə ağacları. Hamısı yaxşı bar verirdi.
Professor bilmirdi hansı ağac həyətin fəxridi.
Üç  otaqdan  ibarət – içərisində  suyu,  qazı  olan  ev  də  möhkəm  idi.  Sahəsi  elə
böyük olmasa da qapı-pəncərəsi yaxşı bağlanırdı. Artırmanın qabağındakı 3 mərtəbəli
külafirənginin  dəmir  pilləkənləri  möhkəm  idi.  Yuxarıdan  bütün  kənd,  dəniz  əl
çatacaqmış  təki  görünürdü.  Külafirəngidə  qədimdən  qalma  enli,  torlu  çarpayılar,
döşəklər,  yorğanlar,  çoxlu  balışlar.  Özünün  yazı  stolu  da  burada  idi.  Professor  yazı
stolu  arxasında  oturub  mütaliə  edir,  gözü,  beyni  yorulanda  üzünü  çevirirdi  kənd
yollarına...
Neft buruqları, mixəyi əkin sahələri, əyri-üyrü, dolaşıq şose yolları, kəndə gəlib
gedən təkəm seyrək avtomobillər... Yüz əlli metrlikdən keçən elektrik qatarı. Gecələr
onun  havada
əriyən  fitinin,  təkərlərinin  səsi  çoxdan  ötmüş  uşaqlığının,
yeniyetməliyinin qərib xiffətini gətirirdi.
Təyyarələr  də  bu  kəndin  üstündən  keçirdi.  Oyuncaq  gəmi  boyda  görünən
təyyarə. İndi  uşaq  kimi  bu  təyyarələrin  dalınca  baxan  olmuşdu.  Uğultuları  qulağına
necə  xoş  dəyirdi...  Hanı  o  günlər?  Tez-tez  uçurdu.  Moskva,  Leninqrad,  Daşkənd,
Odessa,  Riqa.  Hələ  xarici  səfərlər,  konfranslar,  seminarlar.  Bu şəhərdə  dost-tanış
qalsa  da  gediş-gəliş  kəsilmişdi.  Yol,  mehmanxana  xərci  daha  ona  yaşadığı  yeri  tərk
etməyə  imkan  vermirdi.  Bir  də  o  yaşda  deyildi.  Amma  yaşdan  heç  gileylənmirdi.
Bağın havası ona düşürdü. Quş kimiydi. O vaxt başqa şəhərdən gələn qonaqları da bu
bağdan  doymurdular.  Çox  vaxt  ailəvi  gəlirdilər.  Yatmağa  yeri  bol  idi.  Artırmanın
qabağındakı  daxmada ona  qədər  açılıb-yığılan  çarpayılar  dururdu. Rəhmətlik  arvadı
da qonaqpərəst idi.
Son  on  beş  ildə  daha  uzaqdan  qonaqları  gəlmirdi.  Professor  çıxırdı
külafirəngiyə, gözünü dikirdi zümrüdü, məxmər örtüklü dənizə... İlahi, bəlkə elə ona
görə  də  o,  gördüklərinə,  dözmək  mümkün  olmayanlara  tab  gətirirdi.  Allahın
möcüzələrindən  biri  də  onların  kəndinin  sahilində  qərar  tutan  bu  dəniz  idi.


4
Külafirəngidən 
nəinki 
ucsuz-bucaqsız sahillər  görünürdü,  uzaqgörən  eynəyi  ilə
küləklərin  qabağına  salıb  apardığı  qərarsız  dalğaları  belə  seyr  edirdi...  O,  lap  uşaq
çağlarından  bu  mənzərənin  vurğunuydu.  Artırmanın  qabağındakı  şehli  nanələri,
nərgizləri,  ətirli  qızılgülləri  öz  sehirli  təması  ilə  dindirən,  oxşayan  küləklər,  hardasa
görmədiyi, amma səslərindən doymadığı quşlar, gecə-gündüz dayanmadan uğuldayan
dəniz  indi  onun  həmdəminə  çevrilmişdi.  Qış-yay  həmişə  dolu  olan  quyunun  bum-
buz,  ağappaq  suyunu  da  içməkdən  doymurdu. Şəhər  suyundan  dadlıydı.  Daha  heç
nəyə ehtiyacı yox idi. Bir sübh tezdən, bir də gün əyiləndə, əli arxasında, qumlu kənd
yolu  ilə  dənizə  gedir,  ayağının  altında  parıldayan  rəngli  balıqqulaqlarını  xırçıldada-
xırçıldada arvad-uşaq olmayan yerə keçir, soyunub suya girir, yorulanacan üzür, evə
son  dərəcə  gümrah,  məmnun  dönürdü.  Professor  bundan  böyük  xoşbəxtlik  zənn
etmirdi.
Onu  bu  bağa  köçməyə  məcbur  edən  həm  də  doğma  ocağı  itirmək  qorxusuydu.
Artıq 3-4 ildi onun bağına oğrular soxulurdular. İkilaylı iri dəmir darvazanın qıfılını
sındırmışdılar.  Quyudan  su  çəkən  motoru,  açılıb-yığılan  çarpayıları  aparmışdılar.
Mələfə və məhrəbaların, yorğan-döşəyin də sayı azalmışdı. Şifonerdəki nimdaş palto-
plaşını,  kostyumlarını,  tuflilərini,  başmaqlarını,  qab-qacaq,  stəkan,  nəlbəki,  çəngəl-
bıçağa qədər aparmışdılar. Bircə kitablara, jurnal və qəzetlərə əl dəyilməmişdi. Hələ
bu  harasıydı.  Yaz aylarında  qoyunları  sürü  ilə onun həyətinə ötürürdülər.  Meynələr,
gül-çiçək, bostan ayaq altında qalıb tapdanırdı.
75 yaşına qədəm qoysa da arvadı rəhmətə gedəndən Süleyman müəllim işini özü
görürdü. Bir də əlacı nə idi?! Aldığı təqaüd xadimə saxlamağa bəs etməzdi. Ev işləri
də  ki,  nə idi,  xörək  bişirmək,  mənzili  silmək  və  həyəti süpürmək.  Bu işlər  cansıxıcı
olsa da, onu acı fikirlərdən qoparırdı. Yeganə səliqəyə sala bilmədiyi şey kitablar idi
ki,  hər  dəfə  eşələnmiş,  səpələnmiş  olurdular.  Çünki gah  bunu,  gah  onu  götürürdü.
Qəzetlərə,  jurnallara  gəlincə,  bunlar  müxtəlif  illərin  nəşrləri  olsalar  da,  onlar  da
pərakəndəydilər.  Professor  özünün  nüfuzlu  alimlərdən,  tanınmış  elm  adamlarından
olduğunu  onların  səhifələrindən  görürdü.  Rusdilli  olduğu  üçün Moskva  nəşrlərində
də  məqalələri  dərc  edilmişdi.  Yaxşı  ki,  o,  bunların  hamısını  yığıb  saxlamışdı.  İndi
onun heç kəsə lazım olmayan alimliyini təsdiqləyən bu nəşrlər qəlbinə kövrək hisslər
doldurur, uzaq, şirin xatirələr oyadırdı. O vaxt jurnalistlər də onu rahat buraxmırdılar.
Bu  şəkil  65,  bu  70  illiyində  çəkilib.  Xırda  cizgiləri  çıxmaqla  elə  də  böyük
dəyişikliklər  yoxdur.  Bircə  gözlərinin  altı  kölgələnib.  Gözləri  elə  bil  balacalanıb.
Yəqin hər il gəldiyi bu bağa minnətdar olmalıdır. Bu havaya, dənizin uğultusuna, isti,
sarı  quma.  Hələ  ki,  dəniz  sahilləri  milyonçular tərəfindən  zəbt  olunmayıb  gün
doğanda,  bir  də  gün  batanda  ürəyi  istədiyi  qədər  bu  qumlu,  balıqqulağılı  sahildə
gəzəcək. Artıq bundan böyük xoşbəxtlik, səadət zənn etmirdi.
O  vaxt  jurnalistlər  onu  bağda  da  gəlib  tapırdılar.  Yeni  elmi  tapıntılar  barədə
sorğular  aparır,  zamana,  dövrə,  gəncliyə  münasibətini  öyrənirdilər.  Heç  bir  elmi
seminar, konfrans onsuz keçmirdi.
Son  illərdə  cəmi  bir  neçə  məqaləsi  çıxmışdı.  Amma  elm  barədə  yox.  Bakının
zəhərlənmiş  havasından,  Xəzər  sahillərinin  zibillənməsindən,  Qarabağdan  didərgin
düşənlərin  çadır  evciklərindən  yazmışdı. Ətrafda  baş  verənlərə  bir  ziyalı  kimi
münasibət bildirməyi öz mənəvi borcu bilirdi. Ona elə gəlirdi ki, bütün bu yazılar da
kif  atıb,  öz  təsir qüvvəsini  itirib.  Özündə  bir  yorğunluq  duyurdu.  Çox  şeydən


Yüklə 85,51 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə