Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam


“Açılmayan düyünlər” (dedektiv-povest)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

2010-cü il. 
 
“Açılmayan düyünlər” (dedektiv-povest) 
 
Birinci fəsil 
 
 
Payız gecələrindən biri idi. Narın yağış yağır, sərin külək əsirdi. Ağaclardan 
solmuş yarpaqlar titrəyə-titrəyə yerə düşürdü. Mən isə hər zaman olduğu kimi 
işdən  evə  qayıdırdım.  Yorğun  olsam  da,  azacıq  gəzişməyi  çox  sevərdim.  Ona 
görə  də  hər  gecə  olmasa  da,  ən  azı  həftədə  iki  dəfə  işdən  sonra  bu  cür 
gəzintilərə çıxardım. Ayın dəniz üzərindəki mənzərəsi məni heyran edirdi. Sanki 
bu mənzərə bütün yorğunluğumu özünə çəkirdi. Dincəlirdim... 
 
İş azlığından bu dəfə bir o qədər də yorğun deyildim. Ona görə də dənizə 
baxmağa  getmədim.  Yolumu  parkdan  salıb  bir  skamyada  oturdum.  Mən  şəhər 
polis  idarəsinin  cinayət  axtarış  bölməsində  müstəntiq  işləyirəm.  Şəhər  sakit 
olduğundan cinayətlər çox az-az baş verərdi. Ən böyük cinayət oğurluq olardı. O 
isə  uzağı  iki  həftəyə  aşkar  olunardı.  Bunun  səbəbi  bizim  rəisin  tədbirləri  idi.  O 
bu vəzifəyə gəldiyi gündən cinayət aləmi zəifləmiş, demək olar ki, qismən məhv 
olmuşdu. Bu  düşüncələrlə çox islanmadan evə gəldim. Elə yenicə girmişdim ki, 
işıqlar  söndü.  Cib  alışqanımla  yoluma  işıq  salıb,  mətbəxə  keçdim.  Pəncərə 
kənarındakı  çırağı  yandırdım.  Bizim  binada  bu  saatlarda  işıqlar  sönməzdi. 
Demək xəbərlərə baxa bilməyəcəkdim. Odur ki, bir başa yatağıma uzandım.  


 
Səhərə yaxın bir qadın qışqırığına ayıldım. Kim idi? Niyə qışqırırdı? Ayağa 
qalxıb  pəncərəyə  yaxınlaşdım.  Küçənin  başında  bir  neçə  qadın  və  kişi  vardı. 
Qonşuluğumda  yaşadıqlarından  əksəriyyətini  tanıyırdım.  Bu  vaxtlar  işə 
gedərdilər.  Hava  hələ  tam  açılmamışdı.  Tez  əynimi  geyinib,  küçənin  başına 
yollandım.  Yaxınlaşanda  isə  bədəni  al  qan  içində  yerə  sərilmiş  qonşum  Cavad, 
yanında  isə  atası  Fərhad  kişini  gördüm.  Təcili  yardım  çağırtdırıb  Fərhad  kişini 
xəstəxanaya  yolladıq.  Cavad  isə  artıq  ölmüşdü.  Ətrafına  toplaşmış  hər  bir  kəsi 
dindirmək, burada nə baş verdiyi barədə daha dəqiq məlumat almağa çalışdım. 
Hamsı  qonşularım  idi.  Lakin  salam-sağ  oldan  başqa  bir  kəlmə  kəsməmişdim. 
Küçəyə  qara  maşında  rəisim  polovnik-leytenant  Məmmədzadə  və 
prokurorluqdan nümayəndə olaraq baş müstəntiq Həsənov gəldi. Onun qəzəbli 
baxışları, insanın içinə od salırdı.  Orta boylu, qara qalın bığlı, dolu biri idi. Asta 
addımlarla hadisə baş vermiş tərəfə yaxınlaşdı. Məni görüb təəccüblə: 

Mayor Eyvazov, sən də buradasan?  Əhsən.  Cəld adamışsan.  
Baş müstəntiq Həsənov: 

Nə baş verib? - deyərək yerdəki  cəsədi göstərdi.  

Sabahınız  xeyir!  Mən  elə  bu  binada  yaşayıram.  Səsə  ayıldım. 
Gəldiyimdə isə .... Hadisə yarım saat əvvəl yəni  7-də baş verib. Özü də 
hər kəsin işə tələsdiyi  bir vaxtda. Hər kəsin gözü önündə cavan oğlan 
öldürülüb. Atası isə xəstəxanaya yerləşdirildi. Vəziyyəti ağır idi.  

Aha.. demək belə!? –ani sükutdan sonra Məmmədzadə soruşdu 

Cinayət nə ilə işlənib?  

Bıçaqla.  
 
Elə  bu  vaxt  digər  polis  maşınları  hadisə  yerinə  gəldilər.  Bizim  yaxın 
yoldaşlardan  tibbi  ekspertizada  öz  dəqiq  diaqnozları  ilə  məşhur  olan  Cəfər 
Cəfərli də hadisə yerinə gəldi. Çox keçmədən işinə başladı. 

Demək  4  ədəd  qarın  nahiyəsindən    vurulan  zərbə  nəticəsində  elə 
yerindəcə  keçinmişdir.  Qatil  amansızcasına  ara  vermədən  zərbələri 
endirmişdir.  Yaraların  dərin  olduğunu  güman  edirəm.  Daha  dəqiq 
məlumatı tibbi baxışdan sonra bildirəcəyəm. 

Yoldaş  Məmmədzadə  bu  cinayət  işini  sizə  tapşırıram.  Tezliklə 
cinayətkarı tutub ədalətə təhvil verməyinizi tələb edirəm.  
Baş müstəntiq Həsənov əmrini verib hadisə yerini tərk etdi. Asif Məmmədzadə 
öz cinayət axtarış qrupunu başına toplayıb ilkin göstərişlərni verdi: 



Heç kəsi nəzərdən buraxmadan ifadələrini alın. Bir başa idarəyə gəlin. 
Buradakı  işiniz  bitən  kimi  ikinizdən  biriniz  xəstəxanaya  yaralı  şahidin 
yanına da gedin.  
 
Bu  tapşırıqları  verdikdən  sonra  polovnik-leytenant  Məmmədzadə  öz 
maşınına əyləşib hadisə yerindən uzaqlaşdı.  
 
 
 
 
 
İkinci fəsil  
 
 
Uca  boy,  sarışın,  bir  az  arıq  olan    mayor  Səfərli  zabit  yoldaşım  olsa  da 
cinayətlə  bağlı  heç  bir  hadisədə  bərabər    işləməmişdik.  Belliklə,    ətrafda  olan 
şahidləri  siyahıya  alıb  bir  başa  idarəyə  çağıracağıma  və  orada  dindirəcəyimizi 
söylədim.  Hadisədən  təsirlənən  şahidlərin    suallara  daha  dəqiq  cavab  verə 
bilməyəcəkləri  düşündüm.  Vaxtım  var  ikən  xəstəxanaya  yollandıq.  Burada 
öldürülmüş Cavadın ailəsi xəstəxanada idi.    Əməliyyat yenicə başa çatmışdı ki, 
həkim    palatadan  çıxdı.  Ağlayan  qadınlardan  ikisi  cəld  həkimə  yaxınlaşıb 
dayanmadan bir nəfəsə suallar verməyə başladılar: 

Həkim, atamın vəziyyəti necədir? 

Həkim, deyin yoldşım yaşayacaqmı? 

Narahat  olmayın  biz  əlimizdən  gələni  əsirgəmədik.  Bundan  sonra 
xəstənin özünə bağlıdır. Həyata nə qədər çox bağlansa bir o qədər tez 
ayılacaq. Ümidsiz olmayın. 
 
Belə  başa  düşdüm  ki,  iki  xanımdan  birincisi  20  yaşlarında  qızı,  digəri  isə 
40-  yaşlarında  xanımsa  həyat  yoldaşı  idi.  Qızı  gənc  olduğu  kimi  də  gözəl  idi. 
Uzun  qara  saçları,  qara  qaşı  və  uzun  kirpikləri  vardı.  Yoldaşı  isə  orta  yaşlı 
olduğundan onu da öz yaşının gənc xanımı adlandırmaq olar. Üzündə çox kiçik 
qırışlar olsa da uzaqdan qəti bilinməzdi. Qızından fərqli olaraq sarışın və ağbəniz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə