Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.

səhifə14/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   60


Simuzər Qasım qızı Eyvazova. 

Rəşid,siz  mümkünsə  dəhlizdə  gözləyin.  Biz  təklikdə  Simuzər 
xanımdan ifadə almalıyıq. – deyərək təkid etdim. 

Hə?  Nə  deyirəm.  Təki  qatil  tapılsın.  Yazıq  Fərhad!....-  ah  çəkə-çəkə 
otağı 
tərk 
etdi. 
Məmmədzadə 
 
verəcəyimiz 
sualları 
konkretləşdirməyə çalışırdıq ki, Səfərli ilk sualı verdi. 

Simuzər  xanım,  suallarımıza  doğru  cavab  verməynizi  məsləhət 
görürük.  Əks halda sizi yanlış ifadə verdiyiniz üçün həbs edə bilərik. 
Siz Zərifə xanımla hələ də görüşürsüz?  

Bəli  hələ  də  danışırıq.  O  ki,  qaldı  yalan  ifadəyə  mən  həyatım 
boyunca 
yalan 
danışmamışam. 
Danışmaram 
da. 
Zərifəni 
soruşmaqda məqsədiniz nədir?  

Xanım,  sualları  biz  veririk.  Deyin  görüm  Zərifə  xanımla  son  dəfə 
harda, necə danışmısız? 

Elə  onun  evində.  Çox  qonaqpərvər  qadındır.  Var  dövlət  içində 
yaşasa da sadəliyini heç zaman itirmədi. 

Sizinlə son görüşündə nə danışırdı?- mən soruşdum. 

Hər  zaman  olduğu  kimi  bu  dəfə  də  uşaqlarını  soruşurdu.  Mən  də 
onların artıq böyüdüyündən və Cavadın Rəşidə atasını elçi getməyə 
razı salmasını xahiş etdiyini də dedim. 

Bəs o? 

Nə  o?  O  da  yaman  sevinirdi!  Az  qalırdı  qanad  açıb  uça.  Övladlarını 
canından çox sevirdi. İndi isə.... 

İndi isə nə? - Yusif sualına davam etdi. 

Cavad öldürülən günü ona zəng edib xəbər verdim. Dedim ki, Cavad 
dalaşıb  yüngülcə  yaralanıb.  Öldüyünü  deyə  bilməzdim  axı.  Yaralı 
olduğunu dediyimdə elə hönkürtü ilə ağladı ki, sanki, öldüyünü hiss 
etmişdi.  Lap  yazığım  gəldi.  Cavad  ona  “Ana”  deməsə  də  heç  vaxt 
inciməzdi.  Əksinə  ümidi  vardı  ki,  bir  gün  Cavad  onu  bağışlayacaq. 
Cavad  Zərifəni  uşaq  ikən  onları  atdığı  üçün  günahlandırırdı.  Zərifə 
Cavadı  onun  beş  yaşı  olanda  görmüşdü.  Elə  o  andan  indiyə  kimi 
xəbərlərini məndən alardı.  

Bəs Səbinə necə?- mən soruşdum. 

Səbinə də Cavadla eyni. Münasibətləri yox idi. 

Bu foto şəkildəki şəxs sizə tanış gəlirmi? 

Bu kimdir? İlk dəfədir görürəm. 

Zərifə  xanıma  deyin  səhər  9-da  burda  olsun!  –  polkovnik-leytenant  
ciddi baxışlarla qadını süzərək dedi. 

Olar, deyərəm. İndi gedə bilərəm?  

Əlbəttə. Sadəcə ifadənizi imzalayın. Gedə bilərsiz. 


 
Mən ifadəni  Simuzər xanıma uzadıb, imzalatdım. Sonra kabinetdən çıxdı. 
Qol  saatıma  baxdm.  Axşam  saat  10  idi.  Çox  gec  olduğundan  yaman 
yorulmuşdum. Asif müəllim də bunu hiss edib: 

Bəlkə bu günə kifayət edər, hə? Necə düşünürsüz? 

Bəli  yoldaş  Məmmədzadə  həqiqətən  də  qarışıq  gün  idi:  -  deyən 
Səfərli qarşısındakı sənədləri yığmağa başladı. 

Yoldaş  Məmmədzadə,  icazənizlə  çıxardım.  –mən  ayağa  qalxıb 
soruşdum. 

Əlbəttə gedin dincəlin. Səhərədək!  

Gecəniz  xeyrə  qalsın!  -deyib  otaqdan  çıxdım.  İfadələri  incələmək 
üçün özümlə götürdüm. 
 
 
 
 
Beşinci fəsil 
 
 
 
Müəyyən  müddətdən  sonra  bloka  daxil  olub  evimə  doğru  pillələri 
çıxırdım  ki,  Fərhad  bəyin  mənzilinin  qapısının  açıldığını  və  Səbinə  ilə  Sahibin 
çıxdığını gördüm. Yaxınlaşanda məni görən Sahib təəccüb  dolu baxışlarla: 

Müstəntiq? Siz burada nə edirsiniz? 

Mən bu sualı sizə verməliyəm Sahib bəy. Siz burda bu saatda nə iş 
görürsüz? - Bu an mənə elə gəldi ki, Səbinə nə isə demək istəyirdi. 
Lakin  Sahib onun sözünü ağzında qoyub dilləndi: 

Qızıma görə. Mənim qızım sözümdən çıxır, dərslərində də zəifləmə 
müşahidə etmişəm. Gəldim xahiş edəm  ki, onunla  maraqlansın. O 
da  sağ  olsun  qəbul  etdi.  Elədirmi  Səbinə  xanım?  –deyərək  yanağı 
qızarmış Səbinəyə baxdı. 

Bəli,  yoldaş  müstəntiq  elə  onu  deməyə  gəlmişdi.-  Səbinə  alçaq 
səslə dilləndi. 



Yaxşı nə deyirəm. Təki elə olsun. Amma Sahib, sizi səhər saat 10-da 
şöbədə gözləyəcəyik.  

Baş  üstə  cənab  mayor.  Gələrəm.-  Bu  sözləri  deyən  Sahib  tələsik 
pilləkənlərdən aşağı düşdü. 

Səbinə  xanım,  bu  foto  şəkildəki  şəxssi  tanıyırsızmı?-Əlimdəki  şəkli 
ona uzatdım. 

Bu kimdir? Yox ilk dəfədir görürəm. 
 
Yaxşı  sağolun.  Səbinə  xanımın  qapını  bağladığını  görüb  öz  evimə 
yollandım. Evə daxil olanda yorğunluqdan heç yemək yeməyə belə taqətim yox 
idi. Bir fincan çay süzüb televizor qarşısında əyləşdim. Stolun üstünə qoyduğum 
ifadələri  ara  bir  nəzərdən  keçirirdim.  Hər  yorulduğumda  ay  işığında  dənizə 
tamaşa etməyə getsəm də, bu dəfə əlimdə ifadələrlə getməməyə qərar verdim. 
Məni yoran işin çoxluğu  deyildi. Əksinə, beş il əvvəl gün ərzində bugünkündən 
qat-qat artıq şahid ifadəsi aldığım cinayət hadisələri də vardı. Məni yoran əsas 
məsələ məhz qatilin və o qışqıran qadının kimliyini nəyin ki, heç cürə aşkar edə 
bilməmək,  hətta  ip  ucu  belə  tapa  bilməmək  idi.  Çox  qarışıq  hadisə  idi.  Bu 
düşüncələrlə  oturduğum  yerdəcə  yuxuya  getmişəm.  Qəflətən  telefon  zənginə 
ayıldım. Divardakı saata baxdım. Gecə saat 12 idi. Dəstəyi götürüb: 

Alo, buyurun! 

Eyvazov,  yatmışdın? – Bu  polkovnik-leytenantın səsi idi.  Çox sevincək 
xəbər verəcəkmiş kimi həyəcanlı idi.  

Nə isə olub yoldaş Məmmədzadə? - gözlərimi ovaraq soruşdum. 

Mümkün qədər tez zamanda bizə gəlin. İfadələri də unutmayın.  

Elə indi?- təəccübləndim. 

Bəli elə indi. Gözləyirəm. 

On beş dəqiqəyə gələrəm. 
 
Dəstəyi  qoyduqdan  sonra  təəccüb  hissim  hələ  də  məni  tərk  etməmişdi. 
Axı Asif müəllimi bu qədər sevindirən nə ola bilərdi!? Yaxşı sevincini böləcəksə 
məni  niyə  ifadələrlə  çağırır?  Bəlkə,  qatilin  kimliyini  tapıb?  Əlbəttə  ki,  sualların 
cavabını  yalnız  Məmmədzadə  özü  verə  bilərdi.  Vaxt  itirmədən  yola  düşdüm. 
Onun mənzili bizim binadan 5 məhəllə sonra idi. Tam 15 dəqiqə sonra çatdım. 
Sonuncu  dəfə  buraya  nə  zaman  gəldiyimi  belə  xatırlamırdım.  Axı  o    məni  heç 
nədən  evinə  çağırmazdı.  Həm  də  bu  saatda?!  Nəhayət  qapının  zəngini  çaldım. 
Asif müəllim evinin qapını açıb, mehribancasına içəri dəvət etdi.   

Buyur Qədir.  




Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə