Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   11   12   13   14   15   16   17   18   ...   60


Bir  daha  salam.  Mən  düzünü  desəm  çox  təəccüb  edirəm.  Axı  nə  baş 
verib? 

Çox önəmli bir hadisə! Salona keç! Özün hər şeyi anlayacaqsan. 
Polkovnik-leytenant  sözünü  kəsib  mənə  salonun  yolunu  göstərdi.  Amma 
salona  keçməzdən  əvvəl  ayaqqabımın  bağını  açmaq  üçün  əyildim.  Dəhlizdə 
daha  bir  cüt  qara  kişi  ayaqqabısı  vardı.  Təxminimə  görə  42-43  ölçülü  olardı. 
Əynimdəki  plaşımı  soyunub  asılqana  uzadanda  orada  qara  uzun  plaş  və  qara 
papaq  gördüm.  Artıq  anlamışdım  ki,  bu  geyimlər  yoldaş  Məmmədzadənin 
salonunda  oturan  qonağındır.  Əlimdə  qovluq  içəri  keçdim.  Asif  müəllim  otada 
yanan divar sobasının kənarında əyləşmiş şəxsi mənə göstərərək:  

Tanış  olun,  bu  mənim  ən  yaxın  dostum  milis  polkovniki  Murad 
Muradlıdır. 
Yaxınlaşıb əlimi uzatdım. O da ayağa qalxıb böyük sadəliklə gülümsündü: 

Xoş gəldiz! - : dedi. 

İşdən  gələndə  yoldaşım  dedi  ki,  məni  çox  önəmli  qonaq  gözləyir  -
Məmmədzadə sevinclə mənə baxıb danışırdı – Ağlıma da gəlməzdi ki, 
həmin  qonaq  mənim  35  illik  yaxın  dostum,  sirdaşım  və  vaxtilə  iş 
yoldaşım olan Muraddır.  
Görünür  polkovnik-leytenant  bu  şəxssə  çox  dƏgər  verirdi.  Murad  bəy 
görünüşdə çox sadə  birinə  bənzəyirdi. Alnından saçı  tökülmüş, orta boylu, çox 
arıq,  qalın  qara  qaşlı,  üzü  səliqə  ilə  qırxılmış,  iti  baxışı  və  qonur  gözü  olan, 
klassik  geyimli,  haradasa  50-52  yaşlı  bir  şəxs  idi.  Rəis  Məmmədzadə  söhbət 
ərəfəsində 2 fincan çay içsə də Murad bəy hələ  ilk fincanını içirdi. Çayı qəndsiz 
içdiyi məlum idi. Çünki masada şəkər əvəzinə şəkər tozu vardı. Mən də divanda 
əyləşib ev xanımının dəmlədiyi çaydan bir fincan içdim. Söhbətdən məlum oldu 
ki,  polkovnik  Muradlı  Asif  müəllimlə    beş  ildir  ki,  görüşmürlər.  Demək 
Məmmədzadə  bura  təyin  aldığı  zamandan  bəri  görüşməmişlər.  Muradlı 
Rusiyada  orta  məktəbi  bitirib.  Sonra  ali  məktəbə  daxil  olub  elə  orda    da  
Məmmədzadə ilə tanış olub, dostlaşmışlar. Beş illik təhsil aldıqdan sonra vətənə 
qayıdıb  10  il  birgə    polis  idarəsinin  cinayət  axtarış  şöbəsində  işləmişlər. 
Muradlının  savadı  heç  də  Asif  müəllimin  savadından  fərqli  deyilmiş.  Lakin 
Muradlının  daxili  istedadı  varmış.  Birgə  işlədiyi  müddətdə  cinayətkarı  qısa 
zamanda  ifşa  edib  tezliklə  həbs  edərmiş.  Mükəmməl  iş  fəaliyyətindən  sonra 
Muradlı Rusiyanın Rostov şəhərinin cinayət axtarış bölməsinə işləməyə  təyinat 
alır. İki dost beləcə  iyirmi illik ayrı düşüblər. Lakin hər ay bir-birilərinə məktub 
yazmağı  unutmamışlar.  Sonuncu  dəfə  Məmmədzadə  dostu  ilə  beş  il  əvvəl 


Bakıda  görüşüb.  O  zamandan  indiyə  kimi,  yalnız  telefon  və  məktub  vasitəsi  ilə 
əlaqə  saxlayıblar.  Muradlı  Məmmədzadənin  məktublarından  şəhərimizin  sakit 
bir  yer  olduğunu  və  ağır  cinayətlər  baş  vermədiyini  anlamışdı.  Lakin 
Məmmədzadə  əksinə  Muradlının  yazdığı  məktublardan  maraq  dolu  danışırdı. 
Onun  sözlərindən  mənə  məlum  oldu  ki,  Muradlıdan  çox  şey  öyrənmək  olar. 
Sevinc  dolu  emosiyalı  sözlərini  dinlədikcə  Muradlının  heç  nə  danışmadığına 
maraqla  tamaşa  edirdim.  Qəflətən  Məmmədzadə  susdu.  Bu  zaman  Muradlı 
mənə baxaraq dedi: 

O  hər  zaman  belə  çox  danışardı.  Əgər  danışmağa  qoymasaydım  qəti 
susmazdı. Çay içdiyi müddətdə isə qəti bir kəlmə söz deməz. Bu onun 
çoxdankı vərdişidi. 
Həqiqətən  də  Murad  bəyin  dediyi  kimi  oldu.  Asif  müəllim  əyləşib  bir 
fincan çay süzüb içməyə başladı. Mən anladım ki, bu iki dost bir-birilərini nəinki 
yaxşı tanıyır, hətta mimikalardan nə istədiklərini anlayırdılar.  

Siz  bir  daha  xoş  gəlmisiz!  Asif  müəllimin  belə  gülər  üzlü  olduğuna 
inanmağım gəlmirdi. İş çoxluğundan buna şərait də yol vermir.  
Çayını yenicə bitirmiş Məmmədzadə dostuna: 

Murad, sən gəlmişkən bizə kömək edərsən?  
Muradlı: 

Nə barədə kömək edim? 

Cinayət var. Onun tədqiqatına. 

Mən  hər  zaman  sənə  güvənmişəm  dostum.  Sən  özün  də  az  cinayət 
açmamsan.  Mənim  kömək  etməyim  əbəsdir.  Lakin  azacıq  köməklik 
edərəm. Necə düşünürsən? 

Olar.  Dostum  sən  sadəcə  bu  dolaşıq  qətl  hadisəsinin  düyünlərinin 
yerini təyin etməyə kömək etsən işimiz asanlaşar. 

Nə  deyirəm.  Buyur  danış  görüm.  Amma  əvvəlcədən  xahiş  edirəm. 
Bacardığın  qədər  bir  söz  də  ötürmə.  Hər  xırda  məsələ  istənilən 
cinayətin açarı olar.  
Bu  sözlərdən  sonra  mən  sanki  bütün  yorğunluğumu  unudub  daha  ciddi 
əyləşdim.    Məmmədzadə  danışdıqca  xəfiyyə  Muradlı  çox  ciddi  baxış  alıb  düz 
ocağa  baxırdı.  Baxışları  o  qədər  iti  və  sərt  idi  ki,  elə  bil  cinayətin  necə 
törədildiyini  öz  gözləri  ilə  görürdü.  Məmmədzadə  gah  masa  başında  əyləşib 
danışır,  gah  da  pəncərə  önünə  keçib  siqaretini  tüstülədirdi.  O  Murad  bəyə 
şahidlərin  dindirilməsinə  kimi  hər  bildiyimizi  danışdı.  Bu  ərəfədə  söz  mənə 


verildi. Özümlə gətirdiyim qovluğu açıb Muradlıya təqdim etdim. Beləliklə sözə 
başladım: 

Şahidlərin dindirilməsində şəxssən özüm iştirak etmişəm. Onu da qeyd 
edim  ki,  hadisə  mənim  yaşadığım  binanın  həyətində  baş  vermişdi. 
Ssəhər  saat  7  də  yuxudan  məhz  qadın  qışqırığına  oyanmışam.  Lakin 
durub  pəncərədən  baxdığımda  orada  qonşulardan  başqa  kimsəni 
görmədim. Müəyyən andan sonra anladım ki, camaat arasında nə isə 
hadisə baş verib. Ardında baş verənləri isə rəis artıq məruzə etdi. O ki 
qaldı  şahid  ifadələrinə,  bu  tamamilə  qarışıq  bir  məsələdir.  O  qışqıran 
qadının  kimliyi  bizə  məlum  olmadı.  Daha  doğrusu  düşünürəm  ki, 
kimsə  boynuna  almadı.  Həmçinin  yoldaş  Səfərlinin  dindirdiyi 
şahidlərdən  də  kimsə  uzun  qara  geyimli,  enli  kürək  kimisə  təsvir  edə 
bilmədilər.  
Mən danışdıqca Muradlı ifadələr ilə tanış olurdu. Foto şəkilə də diqqətlə 
baxdı.  Bu an  pencəyinin  qoltuq cibindən  dəftərcə çıxardıb,  nəsə  qeyd etməyə 
başladı. Mən öz sözlərimi artıq bitirmişdim ki, o: 

Mayor Eyvazov adınız nədir? 

Qədir! Qədir Eyvazov! 

Siz dediniz ki, Cavadla Fərhad bəyin yaşadığı binada qalırsız? 

Bəli. Daha doğrusu eyni blokda yaşayırıq. 

Qadın qışqırdığında ilk olaraq nə etdiniz? 

Ayağa qalxıb pəncərəyə yaxınlaşdım.  

Gözünüzü açan kimi cəld pəncərəyə yaxınlaşdız? 

Xeyir:  -  Düşündüm  ki,  Muradlı  daha  ətraflı  təsvir  etməyimi  istəyir. 
Odur  ki,  hər  xırdalığı  danışmağı  qərara  aldım.  -  Demək,  əvvəlcə  səs 
eşitdim.  Gözlərimi  açdım.  Divardakı  saata  baxıb,  ayağa  qalxdım. 
Təxminən çarpayıdan pəncərəyə yeddi  addımdan sonra  yaxınlaşdım. 
Ardını artıq bilirsiniz. 

Bəs  eşitdiyiniz  səs  necə?  Güclü  idi?  –Muradlı  maraq  dolu  baxışlarla 
məni süzdü. 

Səs elə gəlirdi ki, sanki boşluqdan əks-səda verirdi. 

Ətraflı  məlumat  verdiyinizə  görə  minnətdaram.  Səhər  kimlərin 
ifadələrini alacaqsınız? 

Zərifə xanımın, Sahib bəyin və Cavadın dostu Rüstəmin.  

Lap yaxşı amma mümkünsə bu sual cavabda mən də iştirak edim.  
Məmmədzadə cəld yerindən sıçrayıb: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə