Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   12   13   14   15   16   17   18   19   ...   60


Əlbəttə,  dostum!  Sənin  fitri  istedadına  ehtiyacım  var.  Tezliklə  qatili 
həbs edib cəzalandırmaq istəyirəm. Yaxşı bəs Sahib bəyi növbəti dəfə 
ifadə vermək üçün kim çağıracaq? 

Mən  onu  artıq  çağırmışam.  Evimə  gedəndə  Sahibin  Fərhad  bəyin 
evindən Səbinə ilə çıxdığını gördüm. Soruşdum ki, bu vaxt burda nə işi 
var?  Dedi  qızının  təhsilindəki  geriliyi  üçün  Səbinə  xanımdan  kömək 
istəyirmiş. O da razılaşıb. 
Sözümü diqqətlə dinləyən Murad Bəy: 

Demək razılaşdı! 

Bəli. 

Daha gecdir yoldaşlar. Yatıb dincəlmək lazımdır. Qədir  sən də gecəni 
mənim evimdə keçirt. Bir də yorğun niyə gedəsən?! 
Təklif  tam  ürəyimcə  idi.  Çünki  yorğunluqdan  daha  bir  az  da  olsun  ayaq 
üstündə dura biləcəyimə şübhə edirdim. Odur ki, rəisin təklifini qəbul etdim. 
 
 
 
 
Altıncı fəsil 
 
 
 
Həmin  gecəni  Məmmədzadənin  evində  geçirməli  oldum.  Otaqlardan 
birində iki yeni salınmış yataq vardı. Birində Muradlı, digərində isə mən yatdım. 
Mən  uzananda  Muradlı    cibindəki  dəftərcəni  yenidən  çıxardıb  qeydlər  edirdi. 
Son  xatırladığım  da  bu  idi.  Bir  də  gözümü  açanda  gördüm  ki,  Muradlı 
çarpayısında  yoxdur.  Gecikdiyimi  düşünüb,  cəld  əynimi  geyinib  salona  keçdim. 
Masa ətrafında Məmmədzadə Muradlı ilə çay içirdi.  

Sabahınız xeyir! Deyəsən yatıb qalmışam. 

Xeyir, Qədir! Tam vaxtında qalxmısan. Əyləş, sən də bir tikə çörək ye.  


Əl- üzümü yuyub mən də onlara qoşuldum. Yediyim pendir o qədər dadlı 
idi  ki,  hələ  isti  təndir  çörəyini  demirəm.  Çoxdandır  təmiz  yatağa,  dadlı 
yeməklərə  həsrət  idim.  Axı  hələ  də  subayam.  Evdə  özüm  üçün  nəyisə  edəndə 
digərini  etməyə  tənbəllik  edirəm.  Lap  tezliklə  evlənmək  həvəsinə  düşdüm. 
Xəfiyyə Muradlı iştaha ilə qəlyanaltı etdiyimi görüb gülümsündü: 

Qədir, sənin neçə yaşın var? 

33- Qəfil sualdan təəccüblənərək cavab verdim. 

Bəs bu yaşa kimi niyə subay gəzirsən? 
Murad  bəyin  mənim  subay  olduğumu  necə  anladığına  təəccüb  etdim. 
Amma polovnik-leytenant Məmmədzadə məndən daha çox təəccüb etdi. Çünki 
o  məni  tanıdığı  beş  ildə    bir  dəfə  də  səliqəsiz  və  ya  natəmiz  vəziyyətdə 
görməmişdi. Məhz buna görə də evli olmadığıma inana bilmirdi.  
Süfrədən  qalxar  qalxmaz  işə  tələsdik.  Xəfiyyə  Muradlı  da  bizimlə  gəlirdi. 
Asif  müəllimin    maşınına  əyləşib  düz  idarəyə  yollandıq.  Yolda  Muradlı 
Məmmədzadəyə müraciətlə dedi: 

Mümkünsə Rüstəmi ilk şahid olaraq dindirin. Səbinə xanımı da, Sahibə 
xanımı da çağırtdırın. 

Əlbəttə niyə də olmasın! 
Muradlı  yolda  nə  düşünürdüsə  də  bizimlə  bölüşmürdü.  Sadəcə  olaraq 
cibindəki  dəftərcəyə  qeyd  edərdi.  Polovnik-leytenant  Məmmədzadə  ona  çox 
ümid  edirdi.  Daha  doğrusu  əmin  idi  ki,  Muradlı  qatili  tez  bir  zamanda  ifşa 
edəcək.  İdarəyə  çatar  çatmaz  Muradlı  Məmmədzadədən  xahiş  etdi  ki,  onun 
xəfiyyə  olduğunu  kimsə  bilməsin.  Axı  indi  o  məzuniyyətdə  idi.  Muradlı 
dəftərçəni  bağlayıb  cibinə  qoyanda  üzündəki  əminliyi  açıq  aydın  gördüm.  Hiss 
etdim ki, o artıq qatilin kimliyini bilir.  
Otağa daxil olan kimi masa arxasında əyləşən mayor Səfərli ayağa qalxdı. 

Polkovnik Muradlı sizi bir daha görməyimə çox şadam. 
Nə  mən,  nə  də  ki,  polovnik-leytenant  Məmmədzadə  Səfərlinin  Murad 
bəyi  haradan  tanıdığını  bilmirdik.  Odur  ki  bu  səhnəyə  sadəcə  tamaşa  etməli 
olduq. Muradlı əlini sıxan mayor Səfərliyə diqqətlə baxıb: 

Yusif, oğul sənsən? 

Bəli, Murad dayı mənəm. 

Bala sən hara, bura hara? 

Məktəbi bitirdikdən sonra təyinimi buraya göndərdilər. 


Bu  söhbətdən  məlum  oldu  ki,  Səfərli  Muradlının  dayısı  qızı  Xuramanın 
oğludur. Yusif hələ kiçik yaşlarından Murad bəyə heyran olub, onu özünə ideal 
seçibmiş.  Hər  zaman  onun  kimi  bacarıqlı  olmaq  arzusunda  olub.  Müstəntiq 
olmaq səbəbi də budur. Muradlı bu təsadüfi rastlaşmadan sonra daxilən Yusiflə 
fəxr etdiyini anladıq. O əlini mayor Səfərlinin çiyninə astaca toxundurub: 

Əhsən oğul! Əhsən! -dedi. 
Həmin  gün  hava  sakit  olsa  da,  çox  gözəl  narın  yağış  yağırdı.  İnsanın 
ruhunu oxşayan, əsəbi insanı belə rahatlaşdıran bir yağış idi.  Polkovnik Muradlı 
stulunu  özü  ilə  götürüb  pəncərənin  önündə  əyləşdi.    Məmmədzadə,  mən  və 
mayor  Səfərli  öz  yerlərimizdə  əyləşdik.  Bir  az  sonra  qapı  döyüldü.  Gələn  polis 
zabiti idi. O şahidlərin artıq dəhlizdə olduğunu bildirdi. Mən dəhlizə çıxar çıxmaz 
Sahib bəy qabağıma yüyürdü: 

Yoldaşlar,  mən  gördüyüm,  bildiyim  hər  şeyi  demişəm  də,  yazmışam 
da.  Axı  məni  yenə  niyə  çağırdız?  İşim  başımdan  aşır.  Sonra  çatdıra 
bilməyəcəyəm.  

Nə  qədər  lazımdır,  o  qədər  də  gəlib  gedəcəksiz.  Biz  də  bekar  deyilik. 
Oturun yerinizə. Sizi özümüz çağıracıq.  

Yaxşı nə deyirəm, Siz bilən məsləhətdir. 
Sahib yenidən dəhlizdəki stuluna əyləşdi. Lakin əlləri ilə mənə toxunanda 
ovcunun içinin tərli olduğunu hiss etdim. Eşitdiyimə görə bu yalnız həyəcanlı və 
ya əsəbi insanda olur. Demək Sahib nəyisə istintaqdan gizlədə bilərdi. Bəlkə də 
mən səhv edirəm. Dəhlizdə Rüstəmdən başqa hər kəs vardı. Odur ki, gözləməli 
olduqlarını  deyib  yenidən  otağa  qayıtdım.  Rüstəmin  yoxluğundan  istifadə 
edərək  mayor Səfərli: 

Polkovnik Muradlı, sizcə  bu  qara  uzun  plaşlı, hündür  boy, enli  kürəkli 
orta yaşlı şəxs kim ola bilər? 

Bunu bizə yalnız Sahib bəy deyə bilər. Lakin az sonra...  
Muradlı  yenidən  susub  cibindəki  dəftərçədə  nəyisə  qaraladı.  Elə  bu 
zaman  qapı  açıldı.  Həmin  polis  zabiti  Rüstəm  bəyin  gəldiyini  xəbər  verdi. 
Rüstəm içəri girər-girməz polkovnik Məmmədzadə: 

Keç oğul! Keç əyləş. 

Çox sağ olun! 
Zahirən  arıq  uca  boy,  sarışın,  cavan  oğlan,  ilk  baxışdan    düzgünlük 
tərəfdarı  olduğu  hiss  olunurdu.Ən  azından  gözlərindən  çoxbilmişlik  yağmırdı. 
Bizim bildiyimizə görə Rüstəm Cavadın yeganə dostu idi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə