Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   13   14   15   16   17   18   19   20   ...   60


Siz hadisə baş verdiyi zaman harda idiz?- Səfərli qəfildən sual verdi. 

Evimdə. Yatmışdım. 

Bunu kim təsdiq edə bilər? 

Yoldaşım. Atam, anam. Həmin gün  gecə növbəsində işdə olmalı idim. 
Tezdən  durmağımın  mənə  xeyri  olmazdı.  Yuxudan  düz  saat  12  də 
ayıldım.  Yoldaşım  dedi  ki,  Səbinə  ağlayaraq  zəng  edib.  Elə  onda 
oyandım. Bircə qatilin kimliyini bilsəydim..... 
Muradlı oturduğu yerdən: 

Bilsəydin nə edərdin? 

Ən  azından  üzünə  tüpürərdim.  Cavad  mənə  olmayan  qardaş  idi.  Bizi 
dostdan  çox  qardaş  bilirdilər.  Mən  evləndikdən  sonra  o  da  evlənmək 
həvəsinə  düşmüşdü.  Deyirdi  atamı  razı  sala  bilsəm  elçi  göndərəcəm. 
Bir qədər susub gözlərinin yaşını sildi. 
Mən: 

Cavad öz doğma anası haqqında nə deyirdi? 

Bu  barədə  qəti  danışmazdı.  Mən  də  Səbinədən  öyrəndim  ki,  Sahibə 
xanım  onların  analığıdır.  Çünki  bu  vaxta  kimi  bundan  şübhə  də 
etmirdim.  
Polkovnik Muradlı: 

Nə zaman bildin? 

İki ay olar. 

Səbinə iki ay əvvəl anasının başqası olduğunu deyib? 

Bəli.  Cavada  başa  salmağa  çalışırdı  ki,  analarına  daha  kin  saxlamasın. 
Bağışlasın. Cavad isə əsəbiləşib getdi. Səbinə də mənə danışdı. Cavadı 
yumşaltmağımı xahiş etdi. Mən də bir gün onunla danışmaq istədikdə 
“Əgər xətrimi az çox da olsa istəyirsənsə bir daha bu sözü açma” dedi. 
Asif  Məmmədzadə:  

Səbinə anasını bağışlamışdı? 

Dəqiq deyə bilmərəm. Ya bağışlamışdı, ya da bağışlamağa hazırlaşırdı. 
Daha sualınız yoxsa ..... 

Bu  foto  şəkilə  diqqətlə  bax.  Cavadın  tanışları  arasında  bu  şəxsi  daha 
əvvəl görmüşdün? 

Dəqiq  bilirəm  ki,  alnı  çapıqlı  birini  görsəydim  yadımdan  çıxmazdı.  Bu 
şəxsi ilk dəfədir görürəm. 
Mayor Səfərli: 

Bəs yaxşı kimdən şübhələnirsiz?  



Düzünü desəm ətrafımızda elə bir tanışımız yox idi ki, Cavaddan inciyə, 
ya da ona kin saxlaya.  Çox yaxşı və düz adam idi. Heç doğma qardaşım 
ölsəydi bu qədər yanmazdım. Hər kim edibsə göydə Allaha, yerdə sizə 
tapşırıram. İnşallah tezliklə qanun qarşısında cavab verər. 

İndi gedə bilərsiz! -   Polovnik-leytenant Məmmədzadə dilləndi. 

Əgər  lazım  olsam  mütləq  xəbər  verin.  Əlimdən  gələni  əsirgəmərəm. 
Təki qatil tapılsın. Dostumun təmiz qanı yerdə qalmasın. Sağ olun.  
Polkovnik Muradlı: 

Xudahafiz.... Sahibə xanım gəlibsə çağırın gəlsin.  
Mən ayağa qalxıb dəhlizə çıxdım. Orada Zərifə xanımda oturmuşdu.  

Sahibə xanım, buyurun keçin. Sizi gözləyirik. 

Çox sağ olun. Mən də xəstəxanaya tələsirdim.  
Sahibə  xanımın  tələsdiyi  davranışlarından  da  məlum  idi.  O  içəri  keçər 
keçməz  salam  verdi  və  təklif  gözləmədən  əyləşdi.  Murad  bəy  onu  diqqətlə 
süzdü. Söhbəti uzatmadan əsas məsələyə keçdi. 

Sahibə xanım, Səbinə sizinlə necə davranır? 

Necə  məgər?  Əlbəttə  ki,  normal.  Hər  kəs  necə  davranırsa  o  də  elə. 
Hörmət də edir. Sözümdən də çıxmır. Niyə soruşursuz? 

Yaxşı, deyin görək Səbinə harada işləyir? 
Xəfiyyə Muradlının sualından tutulan Sahibə xanım cəld ayağa qalxdı.  

Siz  nə  danışırsız?  Səbinə  heç  yerdə  işləmir.  Buna  yoldaşım  icazə 
verməz. 

Oturun  xanım.  İstintaq  naminə  verilən  hər  bir  suallara  yanlış  cavab 
vermək olmaz. Bunun müqabilində sizi həbs edə bilərik.  
Məmmədzadə: 

Sizə sual verildi. Cavabınızı deyin. 
Sahibə  xanım  bir  az  qızardı.  Lakin  anlayırdı  ki,  başqa  çıxış  yolu  yoxdur. 
Bildiyini danışmalıdır. Odur ki, yerinə əyləşib ifadəsinə davam etdi: 

Səbinə bir bağçada tərbiyəçi işləyir. Uşaqlarla başını qarışdırır. Hər gün 
saat  5-də  evdə  olur  deyə  heç  kəs  bilməzdi.  Əgər  ikisindən  biri  evə 
vaxtından  əvvəl  gəlsəydi,  mən  Səbinənin  ya  yatdığını,  ya  da 
rəfiqəsigildə  olduğunu  deyərdim.  Səbinə  son  aylar  məndən  yaman 
uzaqlaşıb.  Nə  gizlədim  cavab  da  qaytarır.  Sözümə  heç  qulaq  asmırdı. 
Hər  fürsəti  olanda  ögey  anası  olduğumu  xatırladardı.  Düşünmüşdüm 
ki,  işlədiyini  gizlətməklə  ona  köməklik  etsəm,  bəlkə,  əvvəlki  Səbinə 
olar. Amma görünür yanılmışam..... 


Polkovnik Muradlı ciddi nəzərlərlə Sahibə xanımın gözlərinə baxıb: 

Həmin gün səhər  saat 7 də qışqıran Səbinə idi? 

Hə!  Hər  ikisi  evdən  çıxan  kimi  Səbinə  də  hazırlaşdı.  Dedi  bağçada 
yoxlanış  olacaq,  tez  getməlidir.  Onlardan  4  dəqiqədən  sonra  o  da 
evdən  çıxdı.  Blokdan  çıxar  çıxmaz  atasının  kiminsə  tərəfindən 
bıçaqlandığını görüb qışqırmışdı.  

Qatil Səbinəni gördü? 

Bilmirəm.  Amma  o  qaça-qaça  evə  girdi.  Dəli  kimi  ağlayırdı. 
Sakitləşdirməyə, nə isə soruşmağa çalışdım. Amma o fəryad qoparırdı. 
Bir neçə dəqiqə sonra dedi ki, yoldaşımı  da Cavadı da öldürdülər. 
Bu  sözləri  demək  Sahibə  xanıma  heç  də  asan  olmadı.  Gözlərindən  axan 
yaş dayanmırdı. Muradlı onu azad buraxmağımızı istədi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Yeddinci fəsil 
 
 
Sahibə xanımın ifadəsindən bir qədər sonra mayor Səfərli Səbinə xanımın 
bir  daha  dindirilməsinə  təkid  etdi.  Odur  ki,  leytenant    Həsənli  dəhlizə  çıxaraq 
Səbinə  xanımı  kabinetə  dəvət  etdi.  Bir  dəqiqə  sonra  Səbinə  gəldi.  Stolu  çəkib 
əyləşdi. Polkovnik-leytenant Məmmədzadə: 

Siz cinayət baş verən zaman harda idiz? 

Demişdim  axı,  yatmışdım.  Sahibə  xanım  gəlib  oyatdı!  :Əlləri  titrəyən 
Səbinə cavab verdi.  

Körpə uşaqları çox sevirsiz?- mən suala davam etdim. 

Əlbəttə, onları kim sevməz?! 

Bəs işlədiyinizi atanızdan və qardaşınızdan niyə gizlədirdiz? 
Rəngi qəflətən dəyişən Səbinə başını aşağı salıb: 

Bəs siz haradan öyrəndiz? 

Bunun əhəmiyyəti yoxdur. Suala doğru cavab verin!   

Ona  görə  demirdim  ki,  o  zamanlar  anamla  elə  məhz  işləmək  istədiyi 
üçün  mübahisə  edərdi.  Bu  mübahisələrin  nəticəsində  də  ayrıldılar. 
Qorxurdum ki, işləmək istədiyimi desəm mənə icazə verməz. Mən isə 
gözəl arzumdan əl çəkmək istəmirdim.     
Polkovnik Muradlı ayağa qalxıb otaqda o başa, bu başa getməyə başladı. 
Qəflətən dayanıb Səbinəyə ciddi nəzərlərlə baxdı.  

Sizi işə kim düzəldib? - Muradlı soruşdu. 

Heç  kəs.  Özüm  getdim  bağçaya.  Soruşdum  ki,  tərbiyəçi  müəlliməyə 
ehtiyacınız  varsa,  işləmək  istəyərdim.  Müdir  də  razı  oldu.  Şənbə, 
bazardan  başqa  hər  gün  işə  7:  30-da  gedib,  saat  17:  00-da  geri 
qayıdardım.  Yoxluğumdan  kimsə  şübhə  etməzdi.  Çünki  atam  ya 
qardaşım tez gəlsəydilər Sahibə  nəsə uydurardı.  

Ananızla illər sonra harda görüşdüz? 

Mən?  –qəfil  sualdan  həyəcanlanan  Səbinə  davam  etdi  -  Mən  anamla 
görüşməmişəm. Heç kəs bunu sübut edə bilməz.  

Çox  güman  ki,  kimsə  sübut  edə  bilməz.  Ancaq  işə  düzəlmək,  həm  də 
indiki zəmanədə biraz qəliz məslədir. Ananız sizin üçün o işi həll etmiş 
ola  bilərdi.  Qızım,  sən  verdiyin  səhv  ifadələrə  görə  böyük  məsuliyyət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə