Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   2   3   4   5   6   7   8   9   ...   60

  Aylar  keçdi  o  gündən.  Səmra  təmizlikdən  başqa  heç  nə  düşünmür,  kimsənin 
sualına  cavab  vermirdi.  Anası  arxası  olmadığından  o  gecə  qonşunun  evinə 
getmədi. Qəlbində özünü  günahkar hesab  edirdi. Əgər  həmin  gecə nişana  mane 
olsaydı,  bəlkə  də  bircə  balasını  bu  cür  görməzdi.  Səmra  ağlasaydı,  qışqırsaydı 
yenə rahat olardı, amma o tamamilə içinə qapanmışdı. Bəzən gecə ikən yatağına 
yaxınlaşıb  "Qızım  yatır,  yoxsa  oyaqdır"-  deyə  narahat  olurdu.  Amma  o  oyaq 
olurdu. Səhərə qədər... 
 
  Yatarkən  kədər  dolu  gözlərinə  yuxu  necə  gələrdi  axı?  Uşaqlığa  qayıtdı,  qonşu 
qızla  dostluğunun  başladığı  günə  getdi  bir  anlıq.  6  yaşı  olardı  elə  hər  ikisinin. 
Səmra  fındıq ağacının altında oturub ağlayırdı.  Atasını  itirmişdi elə  həmin  gün. 
Bu  evə  yeni  köçdüklərindən  heç  kimlə  tanış  olmamışdı.  Birdən  yanında  ona 
baxan  mavi  gözlü  qız  gördü  -"Burda  niyə  ağlayırsan?  Gəl  gedək  fındıq  dərək. 
Kimdə  fındıq  çox  olsa,  o  da  qalib  gələr".  O  gündən  dostluq  edirdi  qonşu  qızı 
Zərifə  ilə.  Məktəbi  də  bir  oxudular.  Hər  cür  sirr  bölüşərdilər  həmin  fındıq 
ağacının  altında.  Bir  gün  Zərifə:"Sənə  sözüm  var.  Amma  kimsə  bilməsin. 
Mənim  sevdiyim  var.  Bir  aydır  tanış  olmuşuq.  Məktəbə  gəlmişdi,  sən 
tanımırsan. Çox  xoşuma  gəldi. Onun da  məndən.  Bilirsən, Səmra  mən ona aşiq 
olmuşam,  deyəsən  elə  ilk  baxışdan.  Amma  onun  sevgisinə  əmin  deyiləm.  Naz 
edirəm ki, bəlkə mənə ürəyini aça." Beləcə uşaqlıq sirrlərini sevgi sirri əvəz etdi. 
Səmra  Zərifənin  dostluğuna  qiymət  verirdi.  İndi  yatağında  o  günü  xatırlamışdı. 
Demək  sevdiyi  oğlan  elə  Zərifənin  sevgilisi  də  imiş.  Eyni  zamanda  həm  məni, 
həm  də  Zərifəni  aldadırmış.  Amma  sonda  onunla  evlənməyə  qərar  verdi.  Bəs 
niyə kişi kimi qarşıma keçib demədi ki, ay Səmra səni daha sevmirəm.... 
 
  Hər  gecəsi  elə  belə  keçərdi.    Öz-özünə  suallar  verərdi,  cavab  isə  çox  vaxt 
tapmazdı.  Dan  yeri  söküləndə  əlində  süpürgə  həyət  darvazasının  yanından  düz 
bağa  kimi  süpürərdi.  Bir  dənə  daş  belə  qalmamışdı  o  yolda.  Anası  tək  çarəni 
bacısında  gördü.  Zəng  etdi  məsləhətləşdi.  Səmranın  bu  vəziyyətindən  çıxış  yol 
axtardılar.  Onun  tərs  xasiyyətindən  xəbərdar  idilər  Odur  ki,  tərs  insanın 
öhdəsindən ondan da tərs biri gələ bilərdi. Beləcə xalası öz qızını göndərəcəyini 
dedi. Bəlkə o, Səmraya kömək olar deyə.   
 


   Səmra  əlində  toz  əskisi  televizorun  tozunu  silirdi.  Elə  bu  vaxt  darvazaları 
açıldı.  Səmra  kim  olduğuna  baxmaq  istəyəndə  gələn  arxadan  onu  tutdu-"Salam 
Səmam  necəsən?  Çox  darıxmışdım."Səmra  arxaya  çönüb  xalası  qızı  Xədicəni 
gördü. O gecədən bəri ilk dəfə idi ki, üzü güldü. Onu qucaqlayıb bağrına basdı. 
Dayanmadan  ağladı.  Bu  3  ayda  bir  dəfə  də  olsun  Səmra  ağlamamışdı.  Xədicə 
onu sakitləşdirməyə çalışmadı. Çünki anası hər şeyi anlatmışdı. Yaşca Səmradan 
kiçik  olsa  da  yaşıdlarmış  kimi  davranırdılar.  Səmra  onun  gözündə  ideal  insan 
idi. Güzgü önündə dayananda - "Səmraya oxşayıram görəsən?" deyə özünə sual 
verərdi.    İdeal  saydığı  doğma  xalası  qızı  tamamilə  dəyişmişdi.    Dolu  olsa  da 
boyunun  hündürlüyü  gözəllik  verirdi  Səmraya.  Gülərkən  yanaqlarında  güllər 
açırdı  sanki,  saçları  təbii  qara  rəngdə  idi.  Hər  külək  əsəndə  sanki  darayardı 
Səmranın  saçlarını.  Hər  telinə  sığal  çkərdi  astaca.  Gözləri  iki  qara  mirvari  tək 
parlayardı  ehmalca.  Amma  indi  qarşısında  o  Səmradan  əsər-əlamət  yox  idi. 
Güya  heç  nədən  xəbəri  yoxmuş  kimi  :"  Səma  (Xədicə  Səmraya  qısaca  Səma 
deyərdi)  ,  nə  olub  yoxsa  məni  görməyinə  sevinmirsən?  Xalam  çağırmasaydı 
gəlməyəcəkdim,  küsmüşdüm  səndən.  Üç  aydır  mesajlarıma  zəngimə  cavab 
vermirdin. Yaman incimişəm səndən, xain çıxdın." Birdən anladı ki, son sözünü 
nahaq yerə dedi. Çünki Səmra daha da bərk ağladı.  
 
-Nələr yaşamısan sən, niyə ağlayırsan? danış rahat olacaqsan. At əlindən bunları 
bəsdir. Onsuz da təmizdir hər yer. Bəs, ürəyini necə təmizləmək istəmirsən?"  
 
 Xədicə  Səmranı  bir  təhər  razı  saldı.  Səmra  əvvəldən  başladı.  Mahirlə  ilk 
rəqsindən,  görüşlərindən,  Rusiyadan  etdiyi  son  zəngindən  və  hasar  başında 
gördüyü  o  səhnədən.  Səmra    o  qədər  ağlayırdı  ki,  Xədicə  onun  ancaq  bu  yolla 
rahat  ola  biləcəyini  düşündüyündən  dayandırmaq  istəmirdi.  Ətraflı  öyrəndi 
yaşanmışları.  Zərifəni  tanıyırdı  Xədicə.  Onun  ən  yaxın  rəfiqəsinə  bunu  etdiyi 
ağlına  belə  gəlməzdi.  Həmin  gecə  Xədicə  başladı  düşünməyə:  "  Axı  niyə  zəng 
edib gözlədirdi Səmranı. Məqsədi Zərifə idisə, niyə Səmraya xəbər edirdi ki elçi 
gələcəyik."  
 
Heç cürə uda bilmirdi Zərifənin hərəkətini. Həmin gecə Xədicə söz verdi özünə 
ki,  Səmraya  edilən  haqsızlığı  cavabsız  qoymayacaq.  Əgər  kişi  olsaydı  bir-başa 
Mahirin  qarşına  dikilərdi.  Tələb  edərdi  ondan  Səmraya  vurduğu  zərbənin 


səbəbini.  Xalası  tapşırmışdı  ki,  Xədicəni  tək  qoymasın.  Çünki  bu  günlərdə 
Zərifənin  toyu  olacaqdı.  İstəmirdi  yenidən  özünə  qapansın.  Bircə  balasını  belə 
görməyə dözə bilmirdi. Xədicənin gəlişinə ümidi vardı. Çünki bu 3 ayda Səmra 
hisslərini  yaşadıqlarını  kiminlə  paylaşa  bilərdi  ki,  anası  ilə  də  arada  pərdə 
saxlayırdı.  Ona  görə  xalası  işdən  gəlib  Xədicəni  görəndə  uşaq  tək  ağlamışdı.-" 
Nə  yaxşı  ki,  gəldin  Xədicə,  Səmranı  tənha  qoyma.  Tez-tez  unsiyyət  qur,  içinə 
qapanmasın." 
 
  Səhər  açıldı.  Səmra  yenə  həyəti  süpürməyə  başladı.  Anası  işə  gedəndə  sığal 
çəkdi  başına.  Xədicə  çayını  içərkən  belə  gözünü  Səmradan  çəkmədi.  Onun  bu 
qədər  arıqlamağı,  çəkdiyi  əzab  yetməzdimi?  Beynindəki  suallara  tək  cavab 
verən  vardısa,  o  da  Mahirdi.  Amma  onu  tapa  bilməzdi.  Əvəzində  isə  Zərifəni 
tapa bilərdi. Elə stəkanı nəlbəkiyə qoyub iri addımlarla çıxdı  darvazadan. Səmra 
heç nə anlamadı, baxdı arxasınca.  
 
Qonşunun  darvazasını  iri  daşla  döydü.  Qapının  ağzına  Zərifə  çıxdı.  Xədicəni 
görüb rəngi saraldı. Başını aşağı dikib; 
 
-"Salam  Xədicə.  Utandığımdan  gəlib  Səmranın  halını  soruşa  bilmirəm.  o 
necədir?"   
 
Xədicə qəzəbindən nə dediyini bilmədi: 
 
-"Yəni  utanmağı  da  bacarırsan?  Sənin  kimi  dost  olmaz  olsun.  Nədi  yer  üzündə 
başqasını tapmadın?  Belə tez ərə getmək  istəyirdin? Evdə qalmışdın? Səmranın 
sənə nə pisliyi dəymişdi? Lənət olsun səni tanıdığımız günə."   
 
Xədicə sözünü dedi, amma rahatlaşmadı. Qarşısında başı aşağı yazıq vəziyyətdə 
dayanmış  Zərifə  dinmirdi.  Sanki  başı  ilə  təsdiq  edirdi,  onun  təhqirlərini  qəbul 
edirdi.  Xədicə  birdən  anladı  ki,  səbəbi  hər  nədirsə  Səmranında  bilməyə  haqqı 
var. Odur ki, çəkinmədən tutdu Zərifənin qolundan  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə