Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

       Günlərin  bir  günü  elə  evdə  ikisi  idi.  Veysəl  kişinin  vəziyyəti  çox  ağır  olsa 
da  Vahid Rusyaya iki günlüyə getmişdi. Qaynanası Zəminə xanım isə bacısının 
oğlu  uçun  keçirdiyi  xeyir  işdə  idi.  Baldızı  da  iş  yerində.  Yəni  Sevinc  kimsəni 
köməyə çağıra bilmirdi. Tək güc onun çiyinlərinə düşdü.  Qaynatasının sifətinin 
rəngi  heç  xoşuna  gəlmirdi.  Bu  iki  ayda  ona  elə  alışmışdı  ki,  "İlahi  sən  onu 
bizlərə çox görmə"- deyərək qəlbində yalvarmağa başladı. Tez telefona əlini atıb 
baldızını,  qaynanasını  çağırdı.  Hər  ikisi  də  dedilər  ki,  "Bu  saat  gəlirik".  Amma 
yarım  saat  keçmişdi.  Kimsə  gəlmirdi  ki,  gəlmirdi.  Sevinc  Veysəl  kişinin  nəfəs 
almasının belə normal olmadığını  hiss edirdi. Sanki bir an  içində doğma atasını 
yenidən itirirmiş kimi bərkdən ağlayırdı. 
     Qapı zərbə ilə açıldı. Zəminə əlində çantası özünü güclə saldı evə.  Gördüyü 
mənzərədən isə dəhşətli baxışı bir o qədər böyüdü. Bəli artıq Veysəl kişi canını 
tapşırmışdı.  Qaynatasının  əllərini  bərk-bərk  sıxan  Sevinc  isə  hönkür-hönkür 
ağlayırdı.   
     
   Artıq  bir  il  keçmişdi  o  gündən.  Amma  nə  Sevinc  unudurdu  o  günü,  nə  də 
unutmağa  qoyurdular.  Zəminə  xanım  hər  gün  onu  günahlandırırdı.  Elə  baldızı 
Firəngiz  də  ondan  geri  qalmırdı.  Sağa  keçirdi  bir  söz,  sola  keçirdi  bir  söz 
eşidirdi.  Bu  bir  ili  o  qədər  çətinliklə  yaşamışdı  ki,  bir  Allah  bilirdi.  Vahidə  heç 
zaman  evdəki  söz  sohbətləri  deməzdi.  Gizlədərdi  ki,  evdən  soyumasın. 
"Yoldaşının  əzizləri,  mənim  əzizlərimdir"-  deyərək  özünə  təsəlli  verirdi.  Hətta 
anası  ilə  bir  aydan  bir  zəngləşəndə  ondan  da  gizlədirdi.  İçində  çəkirdi  bütün 
dərdi. Hətta bir gün Arifə qəfl zəng etmişdi onlara. Telefonda Sevincə: 
--Sevinc,  necəsən?  Ay  qız  deyirəm  getdin  şəhərliyə,  daha  bizləri  sayıb 
eləmirsən. Niyə gəlib getmirsən? Anandan eşitdim uşağın yoxdur bəs niyə? 
    Sevinc bu zəngdən təsirlənmişdi. Düşünmüşdü ki, Arifəyə desə anlayar. Ona 
təskinlik verər. Amma Arifənin kinayəli sözlərinə görə ona etibar etmədi sirrini. 
Sadəcə "yola verdi" və dəstəyi asdı. Çox çətin il yaşamışdı. Bir yandan da uşaq 
olmaması  onu  incidirdi.  Hər  gecə  yerinə  uzananada  ilk  düşündüyü  də  bu  idi: 
"Görəsən mən sonsuzam?"   
      Evdə  vəziyyət  hər  ay  daha  da  pisləşirdi.  Vahid  də  ayda  bir  dəfə  yox  ayda  3 
dəfə  Rusyaya  gedirdi.  Gedəndə  də  bir  həftə  qalırdı.  Yəni  hər  ayın  cəmi  bir 
həftəsi  Vahidlə  keçirdi.  O  yanında  olanda  evdə  kimsə  Sevincə  güldən  ağır  söz 
demirdi.  Əksinə  onu  mehribancasına  nəyəsə  buyururdular.  Sevinc  də  hər 
dəfəsində: "Vahid heç nədən narazı qalmasın" deyib içini yeyib qurtarmışdı.  
         Artıq  toylarından  iki  il  keçmişdi.  Bu  iki  ildə  Dilarə  qızını  cəmi  3  dəfə 
görmüşdü.  O  da  təsadüfən  Vahid  gedib  onu  gətirmişdi.  İki  gün  qızının  yanında 


qalıb ona doymadan  yenidən  gedərdi kəndə. İstəyirdi ki, ona  görə qızının evinə 
söz  söhbət  düşməsin.  Hamı  mehriban  olsun.  Hətta  bir  dəfə   Zəminə 
xanıma   "Sevinci  deyirəm  bir  həkimə  aparaq  müayinə  etsin.  Bilək  görək 
nədəndir  uşaq  olmamağı"  deyəndə.  Zəminə  xanım  az  qalmışdı  əlindəki  stəkanı 
nəlbəkiyə yox elə bir başa Dilarənin üstünə ata.  
   --Yoxlanmalı  heç nə yoxdur  Hər şey açıq aydın göz qabağındadır.  Gün gələr 
o da olar Allahın köməkliyi ilə... - deyib söhbəti bağlamışdı.  
    Əslində Zəminəyə elə bu da lazım idi. O istəyirdi ki, tezliklə Sevinc ata evinə 
qayıtsın.  Uşağın  olmamağı  onu  incitmirdi.  Əksinə  əmin  idi  ki,   Vahidlik  deyil. 
Çünki Vahidin Rusyada evli olduğunu  və ondan  iki qızı olduğunu bilirdi. Buna 
görə  arxayın  idi  ki,  Sevinc  sonsuzdur.  Dilarə  özü  də  beş  il  Sevincin  arzusunda 
olmuşdu. Övladı olmamaq  nədir  yaxşı bilirdi. Qızının  nələr yaşadığını da, nələr 
hiss  etdiyini  də  başa  düşürdü.  Elə  Sevinci  o  vəziyyətdə  görməsin  deyə  tezliklə 
kəndə qayıtmışdı. 
     Anasının son  gedişindən düz 2 ay keçmişdi. Sevinc telefonu götürüb Vahidə 
mesaj  yazdı.  Amma  tezliklə  cavab  olaraq  ona  mesaj  gəldi.  Açdı  və  rus  dilində 
nəsə gördü. Çox  heyf ki, bu dili Sevinc bilmirdi. Amma əmin  idi ki, Vahid  heç 
vaxt  ona  hər  zamankından  yəni  "tezliklə  gələcəm,  işlərimi  qaydasına  salım 
gələcəm, ya da ki, fabrikdə ciddi problemlər var. Hələ bir  neçə gün də qalacam" 
kimi  mesaj  yazardı.  Ona  görə  Sevinc  arxayınlıqla  telefonu   Zəminə  xanıma 
uzatdı.  xahiş  etdi  ki,  Vahidin  rus  dilində  yazdıqlarını  tərcümə  etsin.  Zəminə 
xanım  da  "fürsətdir  düşdü  əlimə  onsuz  da  rus  dilini  bilmir.  Nə  biləcək  düz 
tərcümə etdim ya yox." düşündü.  
 
--  Qızım,  Vahid  burda  yazıb  ki,  mən  daha  burda  qalacam.  Və  burdakı  ailəm 
uşaqlarım səndən dəyərlidir. Sən də tezliklə get atan evinə. Məni də unut.  
    Sevinc  Zəminə  xanımın  "oxuduqlarına"  inana  bilmirdi.  Yəni  Vahid  belə 
yazıb?  Əvvəlcə  heç  etmədiyi  bir  zarafat  kimi  dşünüdü.  Sonra  bir  an  içində 
həyatı alt-üst oldu. Zəminə xanım ona həqiqəti dedi:  
--  Bəli  Sevinc,  Vahid  24  yaşında  orda  evlənmişdi.  Nadejda  adlı  yoldaşı  var. 
Mənə  şəklini  göndərmişdi.  Mən  də  demişdim  ki,  rus-mus  mənilk  deyil.  Öz 
millətimizdən  olsun  gəlinim  deyim  hə.   Bax  onda  o  da  acığıma  evləndi.  Sonra 
iki ekiz qızları oldu. Sveta, Sima şirin baladılar. Albomda var e şəkilləri. Dayan 
göstərim.-  Zəminə  xanım  termoya  yaxınlaşıb  kiçik  albom  çıxartdı.  Sevinc 
yığışdıranda  görmüşdü.  Amma  heç  zaman  başqasına  aid  bir  şeyə  baxmadığı 
üçün,  bu  alboma  da  baxmamışdı.  Amma  halbu  ki,  Zəminə  xanım  albomu  göz 
qabağına qəsdən qoymuşdu ki, Sevinc görsün.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə