Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   2   3   4   5   6   7   8   9   ...   60

olduğunu anlamasa da həblərə toxunmadı. Amma xəbəri olmadı ki, artıq bir həb 
onun  içkisində  idi.  İçkini  başına  çəkib  vidalaşaraq  qatardan  endi.  Qatar 
stansiyası  evlərindən  çox  da  uzaq  deyildi.  Bir  az  getmişdi  ki,  beyni 
dumanlanmağa  başladı.    İçkinin  təsirindən  olduğunu  zənn  edib,  bir  neçə  addım 
daha  atdı.  Məhəllə  dostlarından  ikisi  Mahiri  görüb  qollarından  tutdular.  Yarı 
zarafatca  “Heç  gələcəyini  də  demirsən.  Bilsəydik  ki,  içkili  gələcəksən  qatarın 
qarşısında  gözləyərdik”  dedilər.  Mahir  bunları  yarı  gerçək  yarı  yuxulu  kimi 
eşidirdi. Bir onu hiss edirdi ki, bədəni alışıb yanır. Darvazanın qarşısında dostlar 
Mahirlə vidalaşdılar. O da əl qaldırıb evə keçdi. Evin qapısı açıq idi. İçəri keçib 
əlindəki yükünü elə qapı ağzına ataraq divana uzandı.  
       Gülnaz  Zərifəgildə  bayramlıq  şirniyyatı  bişirirdilər.  Zərifə  isə  çənin  boş 
olmasından  məyus  olmuşdu.  Saçına  sarmısaqlı  maska  etdiyindən  daha  dayana 
bilmirdi.  Bir  yandan  da  çəndə  suyun  olmaması  onu  lap  əsəbləşdirirdi.  Gülnaz 
oğlu  Mahirin  həmin  gün  gələcəyini  bilmədiyindən  arxayınlıqla  açarı  Zərifəyə 
uzatdı.  
-Get  bizdə  yuyun.  Onsuz  da  evdə  kimsə  yoxdu.  Çəndə  də    nə  qədər  istəsən  su 
var.  Zərifə  sevincək  qaşınan  başına  dəsmal  bağlayıb  Mahirgilin  evinə  yollandı. 
Qapını  içəridən  bağlamağı  unutsa  da  həyətdəki  hamama  doğru  getdi.  Yuyunub 
rahatlanıb  dəsmalla  da  hamamdan  çıxdı.  Havadakı  şaxta  az  da  olsa  hiss 
edildiyindən  qaçaraq  evə  girdi.  Əynini  orda  geyinməyə  başlamışdı  ki,  qapı 
ağzındakı  çantaları  gördü.  Təccüb  etməyə  macal  tapmamış  Mahir  arxadan 
çiyninə  toxundu.  Yarı  çılpaq  sinəsini  örtərək  təəccblə:  “Mahir?  Sən  nə  vaxt 
gəlmisən?”  dedi.  Mahir  içindəki  istilikdən  xilas  ola  bilmirdi.  Üstəlik  də 
qarşısında  yarı  çılpaq  dayanmış  qız  görəndə  özünü  saxlaya  bilmədi.  Zəncirdən 
açılmış şir kimi onun üstünə cumdu.  
    Beyni dumanlı idi. Sanki qarışıq yuxu görürdü. Bu nədir anlamağa çalışsa da 
beyni  açılmırdı.  Gözləri  yumulu  idi.    Hər  yer  qaranlıq  idi.  Arada  bəzi  səslər 
eşidirdi:  “İlahi,  bəs  mən  nə  edəcəm?”  Bu  yuxuda  idi,  yoxsa  realda?  Ayılmaq 
istiyirdi.  Ayıla  bilmirdi.    Qaranlıq  iki  əllə  tutub  beynini  sıxırdı  sanki.  Nəfəsi 
ağırlaşırdı.  Bütün cəhdləri boşa çıxırdı. Birdən hansısa bir qaranlıq tuneldən işıq 
gördü.  Bu  işıq  get-gedə  yaxınlaşırdı.  İncə  əllər  çıxdı  o  işıqdan.    Ona  doğru 
uzanırdı. Bu əllər tanış idi. Səmranın əlləri idi. Yoxsa işıq Səmradır? Yox Səmra  
işıq tək parlaq idi. Yenə qırıq- qırıq səslər eşidirdi. “Ana, heç nə edə bilmədim”. 
Kimsə  ağlayırdı.  Mahir  isə  dərk  edə  bilmirdi  səslər  kimə  məxsus  idi.  Yuxu 
görürdü. Bir tək buna əmin idi. “Səmra hardasan?” deyib səyaqlayırdı. Yenidən 
işığı  gördü.  Tunelin  sonuna  doğru  uzaqlaşırdı.  Lakin  ucadan  qışqıraraq:  “Sən 


xəyananət  etdin  sevgimizə”…Mahir  buz  kimi  oldu.  Bədəni  soyuq  tər  ilə 
büründü.  Titrəməyə  başladı.  “Yox!    Səmra….  Getmə  Səmra”    deyərək  ucadan 
bağırdı.  Gözləri  açıldı.  Başı  üstündə  anası  Gülnazı  və  Sudabəni  gördü. 
Yatağında  isə  ağlayan  Zərifəni.  Hansı  ki,  cızıq  dolu    lüt  bədənini  yorğana 
bükməyə çalışırdı…   
 
 
 
Dördüncü fəsil 
-  Mən nə edəcəm ana?-Ağlayaraq anasına sığındı. 
-  Sənin edə biləcəyin bir tək yol var. Mahirə ərə getmək.  
-  Siz  nə  danışırsız?  Mən  heç  nə  xatırlamıram.-  Mahir  təəccüb  dolu 
baxışlarla Zərifəyə baxdı. 
-  Oğul  bu  etdiyin  insanlığa  sığmaz.  Qızın  namusunu  ləkələmisən.  Onunla 
evlənmək  də  boynunun  borcudu.-  Gülnaz  əllərini  əsəbi  halda  havada 
yellətdi. 
-  Gülnaz qızımı gör nə hala gətirib. Kürəyinə bax.. Sinəsinə bax… İlahi, Bu 
nə vəhşilikdi? Meşədən çıxıb sanki. Gül kimi qızım bədbəxt etdi. –Südabə 
Zərifədən beş betər ağlayırdı. 
-  Mahiri dünyaya gətirdiyimə peşmanam artıq. Onun kimi oğul olmaz olsun. 
Sən ki, belə deyildin bala. Bu nə insafsızlıqdır, bu nə vəhşilikdir etdin? –
Gülnaz alayaraq Mahirə bir sillə vurdu. 
-  Zəfər  bilsə  Mahiri  də,  Zərifəni  də,  məni  də  öldürəcək.  Tezliklə  toy 
etməliyik. 
-  Hə  başqa  çarə  yoxdu.  Bəs  Zəfər  bəyə  nə  deyəcik?  –Gülnaz  narahat 
olmağa başladı. 
-  Bilmirəm,  səhər  qızımın  barmağına  üzük  tax.  Yoldaşımı  razı  salaram. 
Nişan  etdiyimi  demərəm  sadəcə  üzük  taxdıq  deyərəm.  Ailələr  arasında 
qeyd etdik deyərəm.  
-  Sabah Səmraya elçi göndərəcəkdim ana…  
-  Sus  mundar!  Səmra  sənə  elə  əziz  idisə  Zərifəninbaşına  bu  müsibəti 
gətirməzdin. Sudabə Mahirə acıqlandı. 
-  Qəti sözüm budur ki, sabah ikisini də nişanlayaq tez bir zamanda toylarını 
edək. Zəfər qardaşla özün danış. Gerçəyi desən Mahiri öldürər. 
-  Yox  gerçəyi  yoldaşıma  desəm  hamımızı  öldürər.  Odur  ki,  bu  gecəki 
sohbəti kimsə bilməməlidi.  


Zərifə  isə  dili  tutulmuş  insan  kimi  kənarda  yorğana  bükülüb  oturmuşdu. 
Arada  içdən  ağlayırdı.  Salehi  düşünürdü.  Onun  üzünə  daha  baxa 
bilməyəcəyini,  bu  illər  boyu  qurduqları  xəyalların  heç  zaman  real 
olmayacağını  dərk  edərək  ağlayırdı.  Daha  o  xəyallara  da  xəyanət  etmişdi. 
Səmranın da dostluğunu, inamını, etibarını sevginisini itirmişdi. 
 
 
 
 
Beşinci fəsil 
Səmra  yatmısan?"-  Xədicə  astaca  Səmranın  yatağına  yaxınlaşdı.  "Yox,  hələ  də 
fikirləşirəm." Səmra Xədicə otura bilsin deyə ayaqlarını bir kənara çəkdi. "Nəyi 
düşünürsən?"-soruşsa da əslində Səmranın nə fikirləşdiyindən qorxurdu. Ən çox 
da  yenidən  içinə  qapanmasından,  həyatdan  küsməsindən  qorxurdu.  Zərifənin 
dedikləri  Xədicənin  yadindan  çıxmamışdı.  Həm  onun  halına  acıyır,  həm  də  öz 
sözlərinə  görə  az  da  olsa  xəcalət  çəkirdi.  Amma  Səmranın  nələr  düşündüyünü 
bilmək  borcu  idi.  Axı,  o,  Səmra  üçün  gəlmişdi  bura.  Onu  tək  qoymamalı  idi. 
Xədicəni fikirlərindən Səmranın dedikləri ayırdı.   
 
"Bilirsən,  Xədicə,  mən  bilmirəm,  Zərifənin  yerində  olmadığıma  görə  sevinim, 
yoxsa  Mahir  kimi  alçağı  sevdiyimə  görə  özümə  nifrət  edim."  "Sən  heç  birini 
etmə", əslində Xədicə ona təsəlli vermək istəyirdi, amma bacara bilmədiyini hiss 
etdi.   
 
"Səmra, sən Allaha şükr et ki, Zərifənin taleyini yaşamırsan. Şükr et ki, o alçağı 
ona ərə getməzdən əvvəl tanıdın. Onun əsl üzünü gördün. Buna görə ancaq şükr 
et. Özünə nifrət etməli biri varsa, o da Mahirdir, sən yox" ... 
 
 O  gecə  Xədicə  Səmranın  başqa  düşündüklərindən  xəbərsiz  idi.  Çünki  daha 
onunla  bu  mövzu  barədə  danışmaq  istəmirdi.  Əksinə,  istəyirdi  ki,  onun  başını 
bacardıqca  qatsın.  Bacardıqca  Mahirə,  sevgiyə,  Zərifəyə  aid  olmayan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə