Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   2   3   4   5   6   7   8   9   ...   60

mövzulardan  danışmasın.  Bunun  üçün  sabahkı  gündən  başlayaraq  Səmranı  özü 
ilə  gəzməyə  "məcbur  "  etdi.  Bəhanə  etdi  ki,    uşaq  vaxtı  Səmra  ona  bir  zaman 
butun  rayonu  gəzdirəcəyinə  söz  verib,  amma  sözünü  tutmayıb.  Beləcə  3  gün 
Səmra  ilə  rayonun  mərkəzi  küçələrini,  bazarlarını,  mağazalarını,  parklarını 
gəzdilər.  Hər  beş  dəqiqədən  bir  Xədicə  ağlına  gələn  ilk  mövzu  barədə  sual 
verirdi Səmraya. O da susa bilmirdi. Çünki Xədicə o qədər deyib-gülən insan idi 
ki,  Səmra  bir  an  belə  nə  Mahiri,  nə  yaşadıqlarını  xatırlamadı.  Suallar 
çoxluğundan  Xədicə  də  yorulurdu,  amma  məcburdu  ki,  rəngdən,  geyimdən, 
qarşısına  çıxan  şirniyyat  mağazasından,  yaylıqlardan,  ağaclardan,  güllərdən 
soruşub Səmranın fikrini dağıtsın. O qədər sual verirdi ki, birinə cavab almadan 
o  birinə  belə  keçirdi.  Amma  nə  fayda  yenə  axşam  eyni  vəziyyət.  Səmra  yerinə 
uzanır, amma yatmır. Elə düşünür, düşünür, bir sualına belə cavab tapa bilmirdi.  
 
  Zərifə ilə Mahirin toyundan bir  gün əvvəl Xədicə  ilə Səmra bağlarında oturub 
çay  içirdilər.  Bunu  Xədicə  təklif  etmişdi.  Çünki  başqa  nə  edəcəyini  bilmirdi. 
Səmranın  gözü  hasar kənarındakı  fındıq ağacına sataşdı  və gözlərini qırpmadan 
ona baxmağa başladı. Elə xəyalı gözəl günlərin birinə getdi...  
Səmranın ad günü idi. Fındıq ağacının altında günorta vaxtı Zərifə ilə 17 yaşını 
qeyd edirdilər. Səmranın Zərifədən başqa dostu, sirrdaşı yox idi. Bu cür "şənlik" 
keçirməyi  Zərifə  təklif  etmişdi.  Sanki  o  fındıq  ağacı  onların  böyüməyinə, 
sirrlərinə, arzularına şahid idi. "Zərifə, sevgi necə hissdir?  
 
Səmra,  sevgini  yaşamayan  insan  onu  anlaya  bilməz  .  Çünki  mən  sevənə  kimi 
sevginin  nə  olduğunu  bilmirdim.  Elə  səndə  də,  elə  olacaq.  Sevdiyini  sonradan 
biləcəksən.  Onunla  qarşı-qarşıya  dayananda,  baxışlarında  özünü  itirəndə, 
əllərinə toxunanda şam tək əriyəndə biləcəksən.   
Zərifə, bəs sənin sevdiyin oğlan necə oldu?  
Eh,  Səmra  sənə  dedim  axı,  ona  naz  edirəm.  O  da  mənim  könlümü  almaqdan, 
şıltaqlığımdan zövq alır. Deyir, xoşum  gəlir sənin  naz etməyindən. Bilirsən, bir 
dəfə  məni  sevdiyini  də  deyib.  Amma  o  qədər  tez  dedi  ki,  eşidib  eşitmədiyimə 
inana  bilmədim.  Sadəcə  görüşə  bilməmək  bizim  aramıza  soyuqluq  salır.  Ayda 
bir  dəfə  hasar  başında  iki  kəlmə  sözü  güclə  deyirik  bir-birimizə.  Ancaq 
məktubla,  telefonla  yazışırıq,  danışırıq.  Bir  günümü  onun    səsini  eşitmədən 
yaşaya  bilmərəm.  Onunla  bir  ailə  qurmaq,  övlad  sahibi  olmaq  istəyirəm. 


Həyatımda  keç  nəyi,  heç  kəsi  bu  qədər  arzulamamışdım.  Onun  varlığı  ilə  o 
qədər  arzularım  yaranır  ki  içimdə.  Hər  gecə  "yuxun  bal  tək  şirin  olsun  azizim"  
deyən  sözünü  eşitməsəm  necə  yuxuya  gedə  bilərəm  ki...  Allahımdan  tək  onu 
istəmişəm onu arzulamışam."  
 "Səmra,  sən  hara  baxırsan?  Deyirəm,  gərək  ərik  ağacı  da  əkərdiz  bura. 
Eşidirsən?"  Səmra  qəfldən  xəyalından  ayıldı.  "Nə  dedin?  "-  soruşaraq  fikrini 
cilovlamağa  başladı.  "Deyirəm  gərək  bura  ərik  ağacı  da  əkərdiz.  Sən  nə 
düşünürsən Səmra? O fındıq ağacı sənə nəyi xatırlatdı? " Əslində Xədicə özü də 
anlamırdı  ki,  niyə  Səmraya  bu  sualı  verdi.  Qorxdu  ki,  yenidən  Mahirdən 
danışacaq, amma içinə qapanmaqdansa, danışmağını istədi.  
 
"Bilirsən, Xədicə, o fındıq ağacının kölgəsində başlayıb Zərifə ilə dostluğum. O 
da bizimlə birgə böyüyüb bu illər boyu. O şahiddir həyatımızdakı bütün sirrlərə. 
Zərifənin  ilk  sevgisindən,  mənim  Mahirə  aşiq  olmağımdan...."  Xədicə  hiss  etdi 
ki,  Səmra  yaşla  dolmuş  gözlərini  ondan  yayındırmağa  çalışır.  Bunun  üçün 
söhbəti dəyişdirməyə başladı.   
"Zərifənin sevdiyi oğlanın adı nə idi?"  
 "Saleh. Niyə soruşdun?" -Səmra fikrini artıq Xədicənin deyəcəklərinə yönəltdi.   
"Heç deyirəm bəzən düşünəndə xatırla ki, sənin keçirdiklərini Saleh də keçirdir. 
Əgər  Zərifəni  sənin  Mahiri  sevdiyin  kimi  sevibsə,  o  da  əziyyət  çəkir.  Yer 
üzündə  xəyanətdən  əziyyət  çəkən  tək  sən  deyilsən,  Səmam.  Məni  düzgün  anla, 
Mahir  sənin  sevginin  bir  damlasına  dəyməz.    Dəli  şeytan  deyir,  get  Zərifənin 
atasına danış hər şeyi. Vursun öldürsün Mahiri." 
 
 Xədicə  anladı  ki,  yaman  coşdu  və  Səmra  onun  son  sözlərindən  inciyə  bilər. 
"İncimədin sözümdən?".  
"Yox,  niyə  inciyim  ki,  dəli  şeytan    sənə  o  yolu  göstərir,  mənə  də  deyir  ki 
Mahirlə  Zərifə  toy  günü  evdən  çıxanda  qabaqlarını  kəsib  tüpürüm  Mahirin 
üzünə, deyim, kişi deyilsən. Sən adam olmayacaqsan. Sənə olan sevgim haramın 
olsun. "   


Birdən  Səmra  anladı  ki,  Xədicə  ona  təəcüblə  baxır.  Bu  səfər  Səmra  özü 
mövzunu  dəyişdi.  "Bilirsən,  niyə  ərik  ağacı  əkmirik?  Çünki  əkənimiz  yoxdur  " 
Bu cümlədən sonra Xədicə gülməyə başladı ki, Səmranın da üzü gülsün....  
  Xədicə  uşaq  vaxtı  yıxıldığı  gilas  ağacından  danışırdı  ki,  birdən  hasardan  səs 
eşitdilər.  
"Səmra o nə səsdir?"   
Xədicə  diksinərək  Səmradan  bərk  yapışdı.    "Qorxma  deyəsən  biri  yolunu  səhv 
salıb".   
Bəli, hasarın başına dırmaşan Mahir idi. Qəribəsi o idi ki, Səmra onu görüb heç 
anasını  çağırmadı  da.  Əslində  Mahiri  görəndə  qulaqlarında  Zərifənin  sözləri 
cingildəməyə  başlamışdı:  "Səmra,  bir  dinlə  məni,  gör  hadisə  necə  olumuşdu..." 
Bəlkə  də  ona  görə  Səmra  Mahirin    deyəcəklərini  dinləmək  istəyirdi.  "Sən 
kimsən  burda  nə  işin  var?  Rədd  ol  xalamı  çağıracam  bu  saat."  deyən  Xədicə 
onun üstünə yeridi. "Dayan Xədicə, bu Mahirdi. Sevgimizə ləkə gətirmə deyərək 
son  dəfə    bu  hasardan  aşan  Mahir,  Zərifəni  bədbəxt  edən,  sevgimizə  ləkə 
gətirən, alçaq Mahir... " Səmra bu sözləri dedikcə gözlərindən damla damla yaş 
axmağa başladı. Sevdiyi  insanı  uzun  müddətdən sonra ilk dəfə  idi ki qarşısında 
görürdü.  Üç  ay  əvvəl  bu  rastlaşma  olsaydı,  Səmra  uçardı  sevincindən.  Amma 
indi hər şey çox qəliz idi. "Sənə qurban olum Səmra, qovma sözümü dinlə. Sənə 
dediklərim  hamısı  doğrudur.  Səni  bir  an  belə  sevmədiyim  an  olmayıb.  Sən 
mənim  tən yarımsan. Bilirəm, gözlərində daha sevgi qatiliyəm. Amma qulaq as 
mənə,  Zərifə  hər  şeyi  sənə  danışdığını  dedi.  Mən  də  istəyirəm  ki,  tamamilə  hər 
şeyi biləsən. "  
 
 Mahir  Səmranın  əllərindən  bərk  yapışdı  bütün  qəlbi  ilə  əllərini  öpüb  sinəsinə 
sıxdı.  
 "Çək  əlini  toxunma  birdə.  Sənin  buna  bir  damcı  haqqın  yoxdur.  Mənim 
xəyanətimdən  qorxan  sən  idin.  Amma  sən  özün  mənə,  sevgimizə,  arzularımıza 
elə  böyük  xəyanət  etmisən  ki,  əlimdən  tutmağa  nə  cəsarət  edirsən?  Məni 
düşünmədin,  bəs  Zərifənin  günahı  nə  idi?  Bu  qədər  ucuz  imiş  məhəbbətin,  bu 
qədər adi..."  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə