Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   48   49   50   51   52   53   54   55   ...   60

--Qönçə xanım, insan çiy süd əmib. Bu həyatdır. Hər şey olur. Amma biz 
demirik  ki,  Səyavuş  atanızı  öldürüb.  Bu  sadəcə  bir  fərziyədir.  –Məmmədzadə 
mülayim səslə dedi. 
--Bəs sizcə atamı kim öldürə bilər? 
--Biz  də  bu  sualı  sizə  veririk.  Mümkünsə  dərindən  düşünün  və  bu  qətldə 
kimdən  şübhələndiyinizi  deyin  -  Məmmədzadə  stulunu  daha  da  yaxınlaşdıraraq 
soruşdu. 
--Əslinə  qalsa  şübhələndiyim  kimsə  yoxdur.  Çünki  atamın  iş  həyatı  ilə 
bağlı  çox  şeydən  xəbərsizəm.  Lakin...-  bir  qədər  susub  gözləri  qarşısında  baş 
vermiş  hadisəni  yadına  saldı.  –  Lakin  son  görüşlərdən  birində  fikirli  olduğunu 
hiss  etmişdim.  Soruşdum  ki,  nə  olub?  Dedi  ki,  işlə  bağlı  bəzi  problemlər  var 
onlarla məşğuldur. 
--Sizcə bu nə problem ola bilərdi? – Paşazadə soruşdu. 
--Düzünü desəm maraqlanmadım. O da bir söz demədi. 
--Atanızın heç düşməni var idi? 
--Nə deyim vallah. Ola bilərdi. Axı iş adamı idi. Kimsə də ayağını dartan 
tapılardı.  Lakin  elə  birini  dəqiq  deyə  bilmərəm.  Olsa-olsa  Faiq  bəyi  misal 
göstərərdim.  O  zamanlar  ailə  qurmamışdım.  Hər  fürsət  düşdükcə  bizə  gələrdi. 
Öz oğlunu tərifləyərdi. Mən isə onun kimilərindən xoşlanmıram. Acığım tuturdu 
Faiq  bəyin  danışığına.  Hər  dəfə  danışanda  daha  çox  acığım  tuturdu.  İyrənc  bir 
insandır.  Atam  da  ondan  xoşlanmırdı.  Lakin  atam  məndən  fərqli  olaraq 
xoşlamadığı  birinə  qarşı  kobud  hərəkət  etməzdi.  Əksinə  dostundan  tanışından 
fərq qoymazdı. 
--Faiq bəy atanızın işlə bağlı tanışıdır? 
--Hə. Deyilənə görə atam ondan tikinti materialları istehsal edən fabrikini 
alıb.  O  da  o  vaxtdan  atamın  tanışı  olub.  İş  bağlılıqları  mən  bilən  qalmamışdı. 
Atam fabrikin tək sahibdi. Amma yenə də gəlib gedərdi bizə. Məni də bezdirərdi 
ki,  oğlum  Fuad  belədir  elədir.  Nəhayət  atamın  icazəsi  ilə  tezliklə  Səyavuşla 
evləndik.  O  da  toydan  sonra  bir  dəfə  də  olsun  nə  atamın  evinə,  nə  də  bizə 
gəlmədi.  Atamdan  onu  görüb  görmədiyini  soruşanda  atam  hər  zaman  gülərək 
deyərdi ki,  heç gözümə görünmür. 
--Sizincə o atanızın düşməni ola bilərdi? 


--Məncə  hə.  Əvvəla  fabriki  ürəksiz  satmışdı.  Borcu  var  imiş  banklardan 
birinə.  Bir  neçə  ay  sonra  geri  almaq  istəyəndə  də  atam  satmamışdı. 
Sonra məni oğlu üçün bəyənmişdi atam verməmişdi. Ona görə.  Əslinə 
qalsa  mənim  tanıdığım  və  bildiyim  atamdan  narazı  tək  insan  yalnız 
Faiq  bəydir.  Başqa  kimsə  gəlmir  ağlıma.  Bircə  onu  bilirəm  ki,  o  hər 
kimdirsə  öyrənsəm  bu  iki  əllərimlə  boğub  öldürəcəm  –deyən  Qönçə, 
hər iki əllərini irəliyə uzadıb yumruqlarını birləşdirərək ağladı. 
--Qönçə  xanım özünüzü ələ alın. İndi qanun  var, ədalət  var. Qatil  mütləq 
tapılacaq.  Buna  arxayın  olun.  –  yarı  əsəbi  halda  qarşısında  əyləşmiş 
gözü yaşlı Qönçəyə baxan mayor Eyvazov dilləndi. 
--Ananızla  atanız necə dolanırdılar? 
--Normal. Hər kəs kimi. Necə məyər? 
--Biz hər şeyi bilməliyik. 
--Atamla  anam  sevib  evləniblər.  Hər  zaman  onları  mehriban  görmüşəm. 
Atam  anamın  bütün  arzularını  çin  edib.  Nə  arzulayıbsa  mütləq  yerinə 
yetirib. Məsələn  moda evini atam anam üçün tikdirib. Bu onun anama 
son Qadınlar bayramı hədiyyəsi idi.   
--Qönçə xanım, siz ifadənizi imzalayıb gedin. Hələ ki, lazım olan sualları 
verdik.  Ehtiyac  olsa  bir  daha  ifadə  verməli  olacaqsız.  Hələ  ki,  yaxın 
vaxt  ərzində  şəhərdən  kənara  çıxmayın.  İndi  isə  gedə  bilərsiz.  - 
Məmmədzadə əli ilə kabinetin qapısını göstərdi. 
Qönçə  Eyvazovun  ona  doğru  uzatdığı  ifadəsinə  yüngülcə  göz  gəzdirib 
imzaladı.  Kabinetdən  çıxmazdan  əvvəl  yenidən  geri  dönüb  polkovnik-
leytenanta: 
--Sizdən çox xahiş edirəm. Tapın atamın qatilini. Ona azadlıq haramdır. 
--Arxayın  olun!  Əlimizdən  gələni  əsirgəməyəcəyik.  Qatil  mütləq  həbs 
olunacaq.  
Yeddinci fəsil 
Qönçə  çıxar-çıxmaz  Qədir  əlindəki  ifadəni  yeni  qovluğa  qoydu. 
Polkovnik-leytenant  gözucu  Hikmətə  baxıb  nə  isə  demək  istəyirdi  ki,  qapı 
döyülərək açıldı: 
--Salam! Gəlmək olar? 


--Salam, Vəfa xanım! Keçin əyləşin! – Məmmədzadə əli ilə Qönçənin bir 
dəqiqə əvvəl əyləşmiş olduğu stulu göstərdi. 
--Bilmək olar yoldaşım  nədən ölüb? 
--Qızınız sizə heç nə demədi? - təəccüblənən Qədir soruşdu? 
--Qızım elə vəziyyətdə çıxdı ki, bir kəlmə soruşa bilmədim. 
--Neçə övladınız var? 
--Bir. 
--Yoldaşınız  Vahid  Zaman  necə  insan  idi?  –  Məmmədzadə  Qədirin 
suallarını ağzında qoyub öz suallarını verməyə başladı. 
--İnsan kimi insan idi. Ən gözəl insani keyfiyyətlər vardı onda.  
--Yoldaşınızla sizin münasibətiniz necə idi? 
--Nə mənada? 
--Yəni bir -birinizlə necə dolanırdız? 
--Hamı  əri  ilə  necə  dolanırsa  elə.  Mehriban  idik.  Günümüz  xoş  keçərdi. 
Birlikdə  əylənərdik.  Nəvə  arzulayırdıq.  Vahid  mənim  bütün  istək  və 
arzularımı  həmişə  yerinə  yetirib.  Bircə  nəvə  arzum  qalıb.  Onu  isə 
görmədən  köçdü  həyatdan.  –  gözləri  dolsa  da  ağlamayan  Vəfa  xanım 
stulda  belə  şux  oturmuşdu.  Sanki  düşmən  qarşısında  əyilmək 
istəməyən əsgər idi. 
--Sizcə  yoldaşınız  nədən  ölə  bilərdi?  -  Məmmədzadə  qarşısında  əyləşmiş 
Vəfa xanıma sınayıcı sual verdi.  
--Düşünürdüm ki, bu sualıma cavabı siz verəcəksiniz.  
--Bizə sizin düşüncələrinizi bilmək maraqlıdır.  
--Vahidin  qan  təzyiqi  vardı.  Əsəbiləşəndə  təzyiqi  ya  qalxar  ya  da 
enərdi.   Ona  görə  özü  ilə  dərman  da  gəzdirərdi.  Adı  səhv  etmirəmsə 
“E” hərfi ilə başlayırdı. Lakin bu elə də ciddi xəstəlik deyildi ki, ondan 
ölə. Başqa da səbəb tapa bilmirəm. 
--İş  bundadır  ki,  Vəfa  xanım,  yoldaşınızı  öldürüblər.  –  Bunu  deyən 
Məmmədzadə düşündü ki, Vəfa xanım qəfil aldığı xəbərdən az da olsa 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə