Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   52   53   54   55   56   57   58   59   60

sənədi  onun  öz  əli  ilə  yazdırmaq,  imzalatdırmaq  idi.  Səyavuş  yalan 
danışana bənzəmir. Lakin fabrikdən rahat çıxıb Vahid bəyi öldürməyə də, 
geri  qayıtmağa  da  kifayət  qədər  zamanı  vardı.  Onu  görə  biləcək  kimsə 
yox idi.  
 
Məmmədzadə  cəld  ayağa  qalxıb  masanın  üzərindəki  şəhər  telefonuna  əl 
atdı. Bir neçə rəqəmi daxil etdikdən sonra dinləməyə başladı.  
-  Alo? 
-  Salam, Xatirə xanım! 
-  Salam, Asif  məllim. Nə təərisiniz?  Qumru xanım nə təəridir? 
-  Çox sağ olun yaxşıdılar. Sizlərə salam duası var. 
-  Sizlər sağ olun. Nə əcəb sizdən? 
-  Qədirə deyiləsi sözüm vardı. Gəldisə dəstəyi ona verin. 
-  Elə  indi  gəlib.  Bir  dəyqə....-  ani  olaraq  eşidilən  xışıltını  Qədirin  səsi 
pozdu. – Alo? 
-  Eyvazov sənə sözüm var. Diqqətlə qulaq as. 
-  Buyurun! 
-  Səhər tezdən iki nəfər polis işçisi ilə Faiq bəyin evinə gedirsən. Oğlunu 
və  özünü  təcili  bura  gətirirsən.  Torpaq  işini  isə  uzatma.  Onları  məni 
təhvil  verər  verməz  gedib  fabrikin  torpaq  ərazisindən  analiz  üçün 
nümunə  alarsan.  Mənə  elə  gəlir  ki,  ekspertlər  qətl  yerindən  tapılmış 
torpaqla fabrikin ərazisindəki torpaqda uyğunluq tapacaq.  
-  Sizcə qatil Səyavuşdur? 
-  Mən  buna  əmin  deyiləm.  Hələ  ki,  qarşıda  Faiq  bəyin  ifadəsini  almaq  
durur. Deyəcəyim bu qədər. Sağ ol. 
-  Gecəniz xeyrə qalsın! 
Dəstəyi  yerinə asıb, stulunu altına çəkdi. Bu an  xatırladı ki, dostu Murad 
Muradlıya  yazacağı  məktubu  yarımçıq  halda  qoyub.Onu  davam  etməli  və 
tezliklə göndərməli idi.  Masadakı noutbukunu yandırdı. Az bir zamanda açdığı 
pəncərədə  nəhayət ki, yarımçıq məktubun tapdı. Əvvəldən oxumağa başladı: 
“Əziz dostum Murad!  Necəsən? Son məktubunda yeni bağladığın cinayət 
işindən  yazmısan.  Çox  maraqlı  və  qaranlıq  məsələyə  oxşadı.  Ən  sonda  biləndə 
ki,  qətli  məhz  erməni  mənşəli  oğulluğu  törədib  tamamilə  təəccüblənmədim.  Bu 
ermənilərin  xislətinə  uyğundur.   Bunların  təbiətində  qəddarlıq,  rəzillik, 
nankorluq həmişə özünü göstərəcək.
 
Yaxşı  indi  isə  sənin  suallarına  cavab  yazım.  Dedin  ki,  son  araşdırdığım 
cinayət  işi  ilə  bağlı  nə  isə  yazım.  Baş  üstə!  Əvvəla  ondan  başlayıb  ki,  hadisə 
hələ bu səhər məlum olub. İlk görünüşdə intihar səhnəsinə bənzəyir. Lakin mən 
intihar  olduğuna  inanmıram.  İş  ondadır  ki,  ölən  şəxs  50  yaşlı  məşhur  iş  adamı 


Vahid Zamandır. Bağ evində iş masası arxasında üz üstə stol üstündə ölmüşdür. 
Sol  əlində  Revolver  markalı  odlu  silah  vardı.  Sol  gicgahdan  aldığı  güllə 
yarasından  ölmüşdür.  Masanın  üzərində  boş  ağ  vərəq  və  mərhumun  sağ 
tərəfində  vərəq üzərində qələm vardı. İş otağında ayaq altına salınmış xalçanın 
üzərində, dəqiq qeyd etsəm tam mərhumun sol tərəfində yerdən qum tapılmışdı. 
Hal hazırda isə ekspertizanın cavabını gözləyirəm.” –məktubu oxuyan kimi son 
cümləsini  ləğv  etdi.  Beləliklə,  ardını  yazmağa  başladı.  –  Əziz  dostum  Murad! 
Ekspertizanın nəticəsinə əsasən məlum olmuşdur ki, Vahid bəyin sol əlində barıt 
izi aşkarlanmayıb. Qarşısındakı vərəq sayı əslində üç ya da artıq olubmuş. Bunu 
bizim aşkarladığımız üst vərəqdəki qələm izinin dərinliyi sübut edir. Orada məhz 
bu  həriflərin  izinə  rast  gəlinir:  “    M,s,a,m,l,n,F,o.  Bir  də  ən  dəqiq  bilinən  iz 
Vahid  bəyin  şəxsi  imzasıdır.  O  ölümdən  əvvəl  nə  isə  vacib  sənədə  qol  çəkib. 
Vahid bəy bağ evinə üç gün əvvəl gedibmiş. İki ay əvvəl Faiq adlı biznesmendən 
fabrik  almışdı.  Lakin  Həmin  sahibkar  Fabriki  geri  istəmişdi.  Vahid  bəy  də 
yeganə  qızı  olan  Qönçəyə  doğum  günü  hədiyyəsi  olaraq  fabriki  verəcəkmiş. 
Faiq bəy oğlu Fuad ilə Vahid bəyin  ölümündən üç gün əvvəl evinə gələrək hədə 
qorxu  gəlmiş,  fabriki  iki  günə  geri  satmağını  tələb  etmişdir.  Bu  mübahisə 
nəticəsində  Vahid  bəy  dodağından  zərbə  də  almışdır.  Hadisə  yerində  həmin 
yaranın  izinə  rast  gəlinmişdir.  Vahid  bəyin  dodağı  sağ  tərəfdən  azacıq 
partlamışdı.  Hasar  kənarından  da  46    ölçülü  ayaqqabı  izi  aşkar  etdik. 
Fərziyyəmizə  görə  iz  yenidir.  Və  yalnız  qatilə  məxsus  ola  bilərdi.  Vahid  bəyin 
kürəkəninin də ayaqqabı ölçüsü 46-dır. Hadisə baş verən gecə Səyavuş fabrikdə 
növbədə  olduğunu  bildirir.  Lakin  onun  gecə  saat    10-11  arası  fabrikdə  olub 
olmadığını  təsdiqləyəcək  şahid  yoxdur.  Ekspertiza  ayaqqabı  altının  cizgilərini 
hadisə  yerindən  tapılmış  ayaqqabı  izinin  cizgiləri  ilə  müqayisə  edəcək.  Fabrik 
ərazisindən  alınan  torpaq  nümunəsi  ilə  də  qətl  baş  vermiş  kabinetdən  aşkar 
olunmuş torpaq parçası ilə müqayisə olunacaq. Səhər Faiq bəy də istintaqa cəlb 
olunacaq.   
Hələlik  ki,  bu  qədər.  Hadisə  ilə  bağlı  fikirlərini  bilmək    maraqlı  olardı. 
Özünə yaxşı bax.  
Xoş istirahətlər arzusu ilə dostun Asif Məmmədzadə! 
Bununla  da  Polkovnik-leytenant  məktubunu  yekunlaşdırdı.  İki  dəqiqə 
ərzində şəxsi elektron poçtunu açıb  məktub göndər yazısını basdı. Açılmış yeni 
pəncərədə  yazmış  olduğu  və  sənədləşdirdiyi  məktubunu  həmin  pəncərə  üzərinə 
yapışdırdı.  Ünvan  sahibi  yerinə  isə  Polkovnik-leytenant  Murad  Muradlının 
elektron  ünvanını  qeyd  etdi.  Beləliklə,  internetin  bacardığı  tam  sürətlə 


məktubunu  sahibinə  yolladı.  Bu  an  yanağına  təbəssüm  qondu.  Düşündü  ki,  nə 
yaxşı  ki,  kompüteri  vaxtında  öyrənib  və  hal  -hazırda  da  internetin  bacarığından 
işində belə  istifadə edə bilir.  
Doqquzuncu fəsil 
 
 
“Ey Ulu Tanrı, mənə bir yol göstər! Məni ümidsiz qoyma! Atamın qatilini 
ifşa etməyə kömək ol. Sevimli quluna qarşı törətdiyi cinayəti cəzasız qalmasın. 
Səyavuşun  bir  günahı  varsa  bağışla.  Qəlbimdəki  şübhələrdən  məni  azad  elə. 
Amin!” 
 
Qönçə  anasından  gizli  öz  otağına  çəkilib,  dua  edirdi.  Bununla  özünü  bir 
qədər  yüngülləşmiş  hiss  etməyə  başladı.  Səyavuşdan  aldığı  zəngdən  sonra  hələ 
də  özünə  gələ  bilmirdi.  Niyə  axı  onu  saxlatdılar.  Axı  günahı  olmayan  birinin 
orada nə işi ola bilərdi. Amma yox, Səyavuş atama qıymazdı. Əli gəlməzdi. Heç 
bu barədə düşünməyə belə cəsarət etməzdi. İlahi, bu nədir? Sanki içimdə şeytan 
gəzir.  Fikirlərimə  əngəl  olur.  Normal  düşünə  bilmirəm.  Bunlar  sadəcə  istintaqa 
görədir.  Səyavuşun  polis  idarəsində  gecələyəcəyinə  başqa  açıqlaması  ola 
bilməzdi.  Niyə  də  olsun  ki?  Məgər  Səyavuş  qatildir?  Yox  inanmaram.  İnana 
bilmərəm.  Nə  olur  olsun  Səyavuşa  olan  güvənimdən,  inamımdan  dönmərəm. 
Dönə də bilmərəm. 
-  Qızım, gəlirsən? – Mətbəxdən Vəfa xanımın səsi eşidildi. 
-  Bu saat gəlirəm. 
Ayağa qalxıb gözlərinin  yaşını əllərinin  içi ilə sildi. Güzgünün qarşısında 
durdu.  Bir  anlıq  özünə  nəzər  yetirib  daxili  bir  səslə  dedi:  “Sən  hər  şeyə 
dözəcəksən!  Həqiqətin  tezliklə  aşkar  olması  naminə  dözməlisən!  ”  Bir  daha 
gözlərinin altına diqqətlə baxıb otaqdan çıxdı.  
-  Hardasan ana? 
-  Mətbəxdə.  Badımcan,  qızartmışam.  Qatıq  da  var.  Əllərini  yu  süfrəyə 
əyləş.  
-  Bu saat gəlirəm. – deyərək əlini mətbəxdəki televizorun pultuna uzatdı. 
– Görəsən bizdən nəsə göstərirlər? 
-  Gəl  əyləş  yemək  soyumadan  yeyək.  –  Vəfa  xanım  öz  yerində  əyləşib 
yeməyini boşqabına çəkdi. Sanki dünən sevimli həyat yoldaşının ölüm 
xəbərini alan insan o deyildi.  
Bir neçə kanal dolaşdıqdan sonra dalğanı bir milli kanal üzərində saxladı. 
Orada  idman  xəbərləri  gedirdi.  Qönçə  anasının  yanında  əyləşib  televizora 
baxaraq  çörəyini  yeməyə  başladı.  Atasının  yoxluğuna  inana  bilmirdi.  Lakin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə