Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   52   53   54   55   56   57   58   59   60

cür  anlaya  bilmirəm.  –  Bir  anlıq  susdu.  Gözlərinin  qaraldığını  hiss 
edib, əlləri ilə üzünü tutdu. – Gözüm qaralır.  
-  Soyuq  ol  biraz.    Qönçə,  sənə  nə  oldu  ?  –  Ayağa  qalxan  Vəfa  xanım 
Qönçəyə yaxınlaşdı.  
-  Ana,  özümü  pis  hiss  edirəm.  -  Bu  an  ayağa  qalxmaq  istədi.  Lakin 
gözlənilmədən yerə yıxıldı.  
-  Qönçə? Qönçə? Nə oldu sənə qızım aç gözlərini. 
Bir  neçə  dəqiqə  sonra  gözlərini  açan  Qönçə  başı  üstündə  dayanmış  ağ 
xalatlı  həkimi  görüb  təəccübləndi.  Anladı  ki,  özündə  olmadığı  vaxt  anası 
yaxınlıqdakı tibb məntəqəsinə zəng vurub, həkim çağırıb.  
-  Ay,  başım!  –  Ayğa  qalxmaq  istəyən  Qönçə  zarıdı.  Bu  zaman  həkim 
onun çiynindən tutub yenidən uzandırdı.  
-  Ayağa qalxmaq olmaz. Siz hələ zəifsiz. Bir az dincəlmək lazımdır.  
-  Ana? 
-  Özünü necə hiss edirsən qızım? 
-  Yaxşı  deyiləm.  Başım  yaman  hərlənir.  Mədəm  də  yaxşı  deyil. 
Qaytarmaq istəyirəm.  
-  Siz  bacardığınız  qədər  həyəcandan  uzaq  olun.  –  ayağa  qalxan  həkim 
Vəfa  xanıma  baxaraq  –  siz  də  bacardığınız  qədər  xanımı  yalnız 
buraxmayın.  Bol  su  və  meyvə  tərəvəz  yesin.  Gün  ərzində  ən  az  dörd 
dəfə  qidalanmaq  lazımdır.    Bir  müddət  yataqda  uzansa  daha  rahat 
olacaq. Qazlı, rəngli içkilərdən uzaq tutun.   
-  Axı  mədəm  göynədir.  Qaytarıram.  Necə  yemək  yeyim?  –  Qönçənin 
zəif səsi eşidildi.  
-  Narahat olmayın. Əyər ilıq halda qida qəbul etsəniz qəti qaytarmazsız.  
-  Həkim,  qızım  mədəsində  nə  isə  problem  var?  Məndən  heç  nə 
gizlətməyin. – Vəfa xanım soruşdu.  
-  Yox.  Heç  bir  problem  yoxdur.  –  Ayaqqabısını  geyinən  həkim  tam 
arxayınlıqla  dedi.    -  Bu  orqanizmin  verə  bildiyi  tamamilə  təbii 
reaksiyadır.  
-  Necə məyər?  
-  İş bundadır ki, sizin qızınız hamilədir.  
-  Necə?  –  səsində  sevinc  və  fərəh  hiss  olunan  Vəfa  xanım  təəccüblə 
soruşdu.  
-  Bəli.  Sizi  və  xanımı  təbrik  edirəm.  Sağlıqla  qalın.  Dediklərimə  əməl 
etsəniz hər şey yoluna düşəcək.  
-  Çox  sağ  olun.  –  Vəfa  xanım  bunu  deyərək  həkimin  arxasından  qapını 
bağladı.  
Sevincinin  həddi  hüdudu  yox  idi.  Yataq  otağına  keçəndə  isə  Qönçənin 
yuxuya getdiyini görüb oyatmağa qıymadı.  Əllərini açıb tanrıya dua etdi.  


-  Şükürlər  olsun  sənə  İlahi!  Heyf  ki,  Vahid  bu  günü  görmədi.  Allahım, 
özün  bilən  məsləhətdir!  Bircə  balamı  qoru  başqa  heç  nə  istəmirəm. 
Qoy  övladını  sağ  salamat  həyata  gətirsin!  Ailəsinə  və  vətənə  layiqli 
övlad olsun! Amin! 
Onuncu fəsil 
 
Faiq  bəy  gözünü  Bakı  şəhərində    açmışdı.  Tamamilə  sadə  və  orta 
səviyyəli  ailədə  böyümüşdü.  Atası  müəllim,  anası  evdar  qadın  idi.    15  yaşında 
yaşıdlarından  fərqli  olaraq    Faiq  sayılıb  seçilən  varlı  iş  adamlarından  olmaq 
arzusunda  idi.  Bunun  üçün  çox  oxuyurdu.  Atasından  fizikanın  incəliklərini, 
məktəbdə  isə  referendlərdən    kimyanın,  biologiyanın  dərin  mahiyyətini 
öyrənməyə çalışırdı. O qədər təhsilə  marağı  vardı ki,  hər kəs İsabala  müəllimə 
“Deyəsən  Faiq  də  atasının  yolu  ilə  gedəcək,  müəllim  olacaq”  deyirdilər.    O  da 
oğlu  ilə  fəxr  edərdi.  Müəllim  maaşı  ilə  kifayət  qədər  yaxşı  dolana  bilmirdilər, 
lakin buna baxmayaraq  Faiqin bitib tükənməyən oxumaq həvəsini məhv etmək 
istəmirdi.  İllər  keçir.  Faiq  artıq  İnistuta  qəbul  olur.  Elə  oradaca  həyatı  tamam 
dəyişir.  Bütün  sevgisini  oxumağa  verən  Faiqi  də  sevirlər.  Yaraşığına  söz  ola 
bilməzdi.  Enli  kürək,  boynu  qalın  idmançı  oğlan  idi.  Qruplarında  belə  ona 
saatlarla  tamaşa  edən  qızlar  vardı.  Əlbəttə  bütün  bu  diqqət  hər  oğlanın  xoşuna 
gələrdi.  Eləcə  də  Faiqin.  Lakin  ona  sadəcə  baxmaqla  kifayətlənməyən  bir  qız 
vardı-Erna.  Milliyyətçə  erməni  olan  o  qız  mühazirələrdən  birində    Faiqə  sevgi 
məktubu  yazıb  göndərir.  Digər  pərəstişkarları  onun  bu  addımını  cəsarət  kimi 
qiymətləndirirlər,  amma  Faiq  bundan  xoşlanmır.  Məktubu  açar  açmaz  nə 
olduğunu anlayıb kənara qoyur. Saat yarım ərzində Erna özünə  yer tapa bilmir. 
Faiqin  ona  qarşı  olan  soyuqluğu  əsəblərinə  toxunurdu.  Növbəti  planlarını 
qurmağa  başlayır.  Diqqətini  çəkə  biləcək  geyimlər,  saç  düzümləri  edir. 
Qarşısında  ürəkdən  gülməklə  ən  azından  Faiqin  fikrini  yayındırmaq  istəyir. 
Lakin  alınmır  ki,  alınmır.  Təcrübələr  aparmağı  çox  sevən  professorlardan  biri 
növbəti  dəfə  meşəyə  getməyi  təklif  edəndə  Erna  çirkin  planlarını  cızmağa 
başlayır.  Ona  bu  işdə  iki  rəfiqəsi  də  kömək  edəcəyini  deyir.  Faiq  bu  cür 
təcrübələrdən  imtina  etməzdi.  Əksinə  çox  sevərdi.  Meşənin  yamşaşıl  talasında 
çadır qururlar. Faiqi uzaqdan izləyən Erna çadırını qurması üçün kömək istəyir. 
Faiq  də  yarım  saatlıq  iş  prosesindən  sonra  çadırı  hazır  edir.  Professor  Ernaya 
göbələk  yığmaq  üçün  meşəyə  getməsini  istəyir.  Ona  yoldaş  olaraq  elə  Faiqi 
seçir.  Bu  təsadüfən  alınsa  da  Ernanın  tam  ürəyincə  olur.  Onunla  ikilikdə  ola 
biləcəyi yerlərə tərəf addımlayır: 
--Sən göbələkləri seçə bilirsən? 


--Əlbəttə. Onları hər kəs seçə bilir. 
--Oy,  nə  yaxşı  ki,  professor  səni  mənimlə  göndərdi.  Mən  ki,  göbələkləri 
tanımıram.  Birdən  zəhərlilərini  seçərdim.  Onda  işimiz  lap  əngəl  olardı.-  deyən 
Erna ürəkdən güldü. 
--    Onda  həqiqətən  işimiz  əngəl  olardı.  Ehtiyyatlı  ol  orda  tikanlı  kol  var.-  Faiq 
Ernanın ayağını cızaraq qanadan kolu işarə etdi. 
-Ay... Çox incidir.-Erna azacıq qanayan ayağını tutub ufuldamağa başladı. 
--Səbr et. Üstümdə sarğı üçün bint var.  
--Sən necə də ehtiyyatlısan. 
--Biz ki, təbiət qoynundayıq. Burda hər şey ola bilər. Ona görə ehtiyyatlı olmaq 
lazımdır. 
--Onda  sənin  üstündə  ehtiyyatdan  bıçaq  da  olar.  Hə?  Yəni  ayı  ya  canavarla 
rastlaşsaq qorunmaq üçün. 
--Əlbəttə! Həm də ayağımda. –Faiq bir az gülümsündü.  
--Sən çox qoçaq oğlansan- Ayağını sarıyan Faiqin əlindən tutaraq dedi.  
--Sən  də  cəsarətli  qızsan.  Meşənin  dərinliyinə  qorxmadan  gəlmisən.  Həm  də 
göbələkləri tanımayaraq.- Bu zaman Faiq ürəkdən güldü. 
-- Hə sənə gülünc gəlir. Amma bax yaralanmışam.  
  Bu  kiçik  yara  sanki  Faiqin  qazılmış  quyusu  olur.  Söhbətləri  uzandıqca  uzanır. 
Faiq  get  gedə  Ernanın  şirin  dilinə  aldanır.  Erna  gah  yeriyə  bilmədiyini  bəhanə 
edərək ona qısılır, gah da elə vəziyyətdə  hərəkət edir ki, burun-buruna  durmalı 
olurlar.  Bu  kimsəsiz  meşə  içində  sanki  yalnız  ikisi  idi.  Faiq  Ernanın  tələsinə 
“düşür”.  Gözləri  və  dodaqları  ilə  Faiqin  ağlını    başından  alır.    Bir  necə  saatlıq 
yaxınlıq edirlər. Bu münasibət hər ikisinin ürəyincə olur. Faiq da necə olduğunu 
anlamasa da Ernanın ehtiraslı qucağında hər  şeyi unudur. 
  Bir  müddət  keçir.  Faiq  dərslərinə  fikrini  toplaya  bilmədiyindən  Erna  ilə 
ayrılmağı qərara alır. Bunu özünə qarşı haqsızlıq hesab edən Erna ondan intiqam 
almağı  qətiləşdirir.  İsabala  müəllimin  qarşısına  çıxıb  “Oğlunuz  namusumu 
ləkələyib.  Mənimlə  evlənməkdən  boyun  qaçırdır”  -deyir.  Bu  bir  yara  olur 
İsabala  müəllimin  sinəsində.  Çox  çalışır,  lakin  Faiqi  yola  gətirə  bilmir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə