Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   52   53   54   55   56   57   58   59   60

-  Kifayətdir.  –  polkovnik-leytenant  əlini  yuxarı  qaldırıb  –  Deyin  görək 
Vahid Zaman adlı iş adamını tanıyırdızmı? 
-  O  nə  sözdür.  Heç  Vahid  bəyi  tanımamaq  olar?  O  mənim  yaxın 
dostumdur. Mehriban adam idi.  
-  Siz onun öldüyü barədə bilirsiz? 
-  Bəli.  Bu  gün  evində  yas  verilirdi.  Orda  eşitdim  ki,  Səyavuşu 
buraxmamısız. Dünəndən  buradadı. Onun bu işdə əli var bəyəm? 
-  Orası  bizim  işimizdir.  Siz  yalnız  verilən  suallara  cavab  verin. 
Xatırladaq  ki,  verəcəyiniz  yalnış  ifadəyə  görə  məsuliyyətə  cəlb  oluna 
bilərsiniz.  
-  Bəli,  bəli.  Bu  barədə  artıq  məlumatım  var.  Siz  deyin  görək  məni  bura 
nöşün çağırmısız? 
-  Siz  avqust  ayının  4-ü  axşam  10-11  arası  harda  nə  işlə  məşğul  idiz?  - 
Məmmədzadə masa üzərindən qələmi əlinə alıb oynatmağa başladı.  
-  Bircə  deməyin  ki,  məndən  şübhə  edirsiniz.  Bu  ki,  axmaqlıqdır.  – 
ürəkdən güldü. 
-  Burada  gülməli  heç  bir  şey  yoxdur    -  polkovnik-leytenant  əsəbi  halda 
dilləndi.  
-  Üzür istəyirəm. Lakin gülməkdən başqa bir şey bacarmıram. O ki, qala 
adam öldürməyə. Biz ki, onunla dost idik. 
-  Hansı dost? Hansı dost soruşuram? – Paşazadə ayağa qalxıb qışqırdı. – 
Dost  dosta  hədə  gələr  ki,  iki  günə  fabriki  geri  satmasan  səni 
öldürəcəyəm? Buna dostluq deyirsiz? 
-  Onu kim deyir? Mən ölümlə heç kəsi hədələməmişəm.  
-  Vəfa xanım ifadəsində belə qeyd edib. Üstəlik Vahid bəyə yumuruq da 
vurmusuz.  Dodağı  sağ  tərəfdən  partlamışdı.  –  Məmmədzadə  səbrini 
boğaraq dedi. 
-  Bilirsiz,  mən  o  gecə  oğlumun  evində  idim.  Nəvəmin  ad  günü  idi.  – 
mehriban  görkəmindən  əsər  əlamət  qalmadı.  -    Qonaqlıq  verirdik.  Bir 
çox insanlar, yeri gəlsə hamısı mənim şahidim ola bilərlər. O ki, qaldı 
ölümlə hədələməyə bunu demişəm. Amma sadəcə hədə idi. Mən indiyə 
kimi cinayətə cəlb olunmamışam. Kiməsə ziyanım, zərərim dəyməyib.  
-  Necə  dəyməyib?  Bəs  Vahid  bəyin  dodağını  vurub  partlatmaq  zərər 
yetirmək deyilmi? - Eyvazov yerindən sıçradı. 
-  Düzdür.  Razıyam.  Amma  o  zərbəni  mən  yox,  oğlum  Fuad  vurub. 
Cavanlıqdır  da.  Qan  vurub  təpəsinə.    Amma  yaxşı  oğuldur.  Kimsəni 
qoymaz  mənə  artıq  hərəkət  eləsin.    O  gecə  bizim  mübahisəmizdə 
anladı  ki,  mən  haqlıyam  vurub  itələdi.  Vahid  də  pələng  kimi  cumdu 
üstümə.  Fuad  yumruqla  vurub  dodağını  partlatdı.  Bu  sadəcə  məni 
müdafiə  üçün  idi.  Əyər  buna  görə  Fuadı  ya  məni  həbs  etmək 
lazımdırsa buyurun. Qanun naminə nə lazımdırsa edin.  


 Bu zaman qapı döyüldü. Vahid bəyin xadiməsi ifadə vermək üçün gətirilmişdi. 
Asif Məmmədazadə Faiq bəyə kənardakı stulda oturmağı tapşdırdı. Xadimə işəri 
daxil olub göstərilən yerdə əyləşdi. 
-  Özünüzü təqdim edin. 
-  Əhmədova Fəxriyə Ağabala qızı. 
-  Vahid bəyi ən son harda və necə görmüsüz? 
-  Ölü görmüşəm. Yadıma düşdükcə bədənim əsir. O  boyda adam olasan 
bir gündə yox olasan. Bilirsiz necə yaxşı adam idi...Ehh hardan biləsiz 
ki, onun necə insan olduğunu bir mən bilirəm. 
-  Niyə siz?- Qədir soruşdu. 
-  Ay oğul, o kimlərə kömək etməyib ki. Mən də onlardan biri. Əlil qızım 
var  onu  yetimçiliklə  böyüdürəm.  Özünü  idarə  edə  bilmir.  Evdə  bacım 
baxır  mən  də  iş  axtarırdım.  Çox  əlləşdim  amma  işə  alan  olmurdu. 
Axırda  məcbur olub  əl açdıb diləndim.  Elə tamamilə təsadüfən  Allah 
mənimq  arşıma  çıxardı  Vahid  bəyi.    Qızıl  adamdı.  Vallah.  Məni  bağ 
evində  xadiməliyə  götürdü.  Maaşımı  da  vaxtı  vaxtında  verirdi.  Hətta 
bəzən arada da bayramda filan pul verərdi. Ya bazarlığımı edərdi. Ehh 
hanı  o  insan,  hanı?  İndi  onun  kimisi  varmı  yer  üzündə?  Çox  çətin 
çox... 
-  Fəxriyə  xanım,  siz  deyin  görək  ən  son  o  kabineti  ümumiyyətlə  evi  nə 
zaman təmizləmişdiz? 
-  Ay  oğul  xatırlamıram  ki,  amma  ölməyindən  xeylaq  qabaq 
yığışdırmışdım.  Hətta  Vahid  bəyə  zəng  edib  dedim  ki,  gələn  dəfə  gec 
gələcəm.  Qızım  xəstələnmişdi  onun  dərmanları  da  ki,  Allah 
göstərməsin  od  qiymətinədi.  Sağolsun  Vahid  bəy  mənə  həmin  günü 
işçisinin əli ilə pul yetirmişdi. O qədər ağlamışdım ki, o gecə. Nə gözəl 
insandır  deyə.  Yaman  dağ  basdı  sinəmə  onun  ölümü.  Meydini 
görəndən özümə gələ bilmirəm. Özümə bir böyük qardaş sanırdım onu. 
Allah rəhmət etsin. 
-  Yaxşı siz ifadənizi imzalyıb gedin. Lazım olsa əlaqə saxlayarıq. 
Xadimə  kabineti  tərk  etdikdən  sonra,  kənarda  oturub  gözünün  yaşını  silən  Faiq 
bəyi  yenidən  stula  dəvət  etdilər.  Az  əvvəl  xadimənin  dediklərindən 
təsirlənmişdi. Məmmədzadə suala davam etdi: 
-  Həmin gecədən sonra Vahid bəylə görüşmüsüz? 
-  Yox. Görüşməmişəm. Amma telefonla əlaqə saxlamışıq. Avqustun 3-ü 
səhər zəng etmişdi. 
-  O zəng etmişdi? 
-  Həri.  Dedi  ki,  Qönçənin  ad  gününə  fabriki  hədiyyə  eləmək  istəyir. 
Buna görə də satmaq istəmir. Halalıq istədi. Mən də Qönçəni öz balam 
kimi çox istiyirəm. – Faiq bəy əllərini havada yellədərək danışırdı.  
Bu zaman Məmmədzadə əsəbi  halda  noutbukunda elektron  poçtunu açdı. 
Ümid  edirdi  ki,  polkovnik-leytenant  Murad  Muradlı  məktubuna  cavab 
yazmışdır.  Beləcə  bəzi  qaranlıq  qalmış  məsələlərin  həllini  tapmaqda  dostunun 


köməyi  ola  bilər.  Kodu  daxil  edər  etməz  ünvanına  göndərilmiş  məktubları 
gözdən  keçirməyə  başladı.  Nəhayət  polkovnik-leytenant  Muradlının  bu  səhər  8 
də göndərdiyi məktubu gördü. Üzərindən bir dəfə basaraq açdı. Faiq bəy isə hələ 
də danışırdı: 
-  Dedim ki, ver. Halal xoşu olsun. O gündən danışmadıq. Beləcə mən də 
fabrikdən əlimi üzdüm.  
Məmmədzadə artıq ürəyində dostunun məktubunu oxuyurdu: 
 
Asif, salam! Necəsən?  
Sənin  göndərdiyin  məktubu  dönə-dönə  oxudum.  Nəhayət  qəti  fikrə  gəlib  cavab 
yazıram.  Özümü  sizlərin  yanında  təsəvvür  etdim.  Bilmirəm  Faiq  bəyin  ifadəsi 
necə olacaq. Ancaq onu deyə bilərəm ki, bu qətl yalnız onun fabrikinə görə ola 
bilərdi. Sən meyiti təsvir edərkən dedin ki, sol əlində Revolver vardı. Qələm isə 
sağ  əli  tərəfdə  masa  üzərində  imiş.  Belə  çıxır  ki,  qatil  Vahid  bəyə  sənəd 
imzaladıb. Bu an hələ qələm sahibinin əlində ikən sol tərəfdən gicgahına vurub 
öldürüb.  Qələm  əlindən    masaya  düşüb.  Qatil  solaxay  olduğundan  düşünməyib 
ki, Vahid bəy əsasən sağ əlini  işlədir. Beləcə silahı Vahid bəyin sol əlinə verib.  
 
Qısaca  bir  söz  deyə  bilərəm  qatil  solaxaydır.  Və  əyər  Vahid  bəyin 
dodağındakı  çapıqla  qətl  hadisəsini  müqayisə  etsək,  əmin  ola  bilərik  ki,  Vahid 
bəyin dodağını vurub partladan elə qatilin özüdür. 
 Vacib  sənəd  isə:  hərflərə  diqqətlə  baxanda  orada  bəzi  sözlərin  əvvəlinci 
hərfini oxumaq olur. Məsələn: M,s,a,m,l,n,F,o. 
M= “Mən”  sözü ola bilər; Digər həriflərə bənzər bir neçə söz ola bilər: “s” = 
sahib,  vəsiyyət  və.  s;  “m,l”  daha  çox  mülk,  mülkiyyət  sözlərinə  işarə  ola  bilər.  
Lakin böyük “F” hərfi ya Faiq bəyin adına ya da Fuad adına işarə ola bilərdi.  
 
İşinə azacıq da olsa köməyim dəydisə çox sevinərəm. Hələlik!” 
 
Məktubu  bitirər  bitirməz  Faiq  bəyə  ciddi  nəzərlərlə  baxdı.  Ayağa  qalxıb 
Faiq bəyə yaxınlaşdı: 
-  Dediniz ki, Fuad vurub Vahid bəyi? 
-  Necə bəyəm? 
-  Hədə qorxu gəldiyin gecə Fuad vurub Vahid bəyi? 
-  Həri! Amma məni müdafiə məqsədi ilə. 
-  Fuad hardadır? 
-  Aşağıda maşında. Dedim ifadə verib gəlirəm. Məni gözləyir. 
-  Qədir, düş aşağı. Fuadı bura gətir!  


-  Oldu! – Mayor Eyvazov kabinetdən sürətlə çıxdı.  
-  Deməli,  avqustunun  4-ü  10-11  arası  oğlunuzun  evində  olmusuz?  – 
Məmmədzadə üzünə təəccüblə baxan Faiq bəydən soruşdu. 
-  Bəli. Niyə bir də  soruşursuz? 
-  Neçə  dəfə  lazım  gəlsə  soruşacağıq.  Oğlunuz  bütün  gecəni  yanınızda 
olub? 
-  Əlbəttə. Onun qonaqları vardı. Camaatı qoyub heç yerə gedə bilməzdi.  
-  Bəlkə dəqiq düşünəsiz? Məclis saat neçədə dağıldı? 
-  Gecə Saat 12-yə qalırdı. Hər kəs evinə getdi.  
-  Demək o vaxta qədər Fuad bəy yanınızda olub? - Paşazadə polkovnik-
leytenantın nəyi dəqiqləşdirmək istədiyini anlayaraq soruşdu.  
-  Bütün  gecəni  mənim  yanımda  dayanası  deyildi  ki?  Arada  başqa 
qonaqlarla  da  salamlaşırdı.  Ayaq  yoluna  da  gedirdi.  O  gecə  bərk 
soyuqlamışdı. Yaman qaytarırdı.  
-  Qaytardanda yanında kim olurdu? 
-  Heç kəs. Kimin tox mədəsi o səhnəni götürərdi ki? 
-  Məclis keçirilən ev hardadı? – Məmmədzadə sözü dəyişdi. 
-  Sahil  bağında.  Oğluma  o  evi  mən  almışam.  –fərəhlə  əlini  sinəsinə 
qoydu. 
Bu  zaman  qapı  döyülərək  açıldı.  Qədir  yanında  gətirdiyi  enli  kürək  üzü 
təmiz qırxılmış sadə idman geyimində uca boylu 25-30 yaş arası şəxsə oturmaq 
üçün yer göstərdi. Bu Faiq bəyin yeganə oğlu Fuad idi. Məmmədzadə qarşısında 
əyləşmiş gəncə diqqətlə baxaraq: 
-  Özünüzü təqdim edin. 
-  İsayev Fuad Faiq oğlu. İdman klubunun sahibiyəm.  
-  Kifayətdir.  –  Məmmədzadə  qəfil  dilləndi.  –  Sizin  avqust  ayının  4-ü  
axşam saat 10-11 arası harda  və nə işlə məşğul idiz? 
-  Həmin günü oğlumun ad günü idi. Evimdə qonaqlarımın yanında idim. 
-  Məclis neçədə dağıldı? 
-  Gecə 12 olardı.  
-  Vahid Zamanı tanıyırsınız? - polkovnik-leytenant davam etdi. 
-  Şəxsən yox.  Amma bir dəfə atamla onlara gedəndə görüşmüşəm. 
-  Daha  doğrusu  yumruqla  vurub  dodağını  partladanda.  –  Paşazadə 
yerindən dilləndi.  
-  Atamla  mübahisə  edirdilər.  Cumdu  onu  vursun.  Mən  də  kənarda 
dayanıb  gözləməli  deyildim  ki,  buyur  vur  sənə  qurbandır.  Atama  hələ 
kimsə mənim gözlərim önündə əl qaldırmayıb. Qaldıra da bilməz.  
-  Nə  qoçaq  oğlansan  ə-ə-ə!  –  Məmmədzadə  ayağa  qalxıb  Fuadın 
yanından keçdi. Bu zaman bayaqdan əlində oynatdığı qələmini qəsdən 
yerə  atdı.  Məqsədi  Fuadın  qələmi  hansı  əli  ilə  qaldıracağını 
yoxlamaqdır. 


-  Qələminiz  düşdü.  –  Fuad  əyilərək  sol  əli  ilə  yerə  düşmüş  qələmi 
qaldırdı.  
-  Bərəkallah, həm də cəld adamsan. – Məmmədzadə ona doğru uzanmış 
sol əli qələmi götürmədən bərk sıxdı. 
-  Siz  nə  edirsiz?  –  təəccüblənə  Fuad  Məmmədzadənin  gözləri  içinə 
baxdı.  
-  Sən solaxaysan? 
-  Həri.  Dedim  axı  körpəlikdən  elədir.    –  yerindən  sıçrayan  Faiq  bəy 
təbəssümlə dilləndi. 
-  Siz  qarışmayın.  –  Məmmədzadə  hələ  də  sol  əlini  tutduğu  Fuadın 
gözləri içinə baxırdı.  
-  Bəlkə qolumu buraxasız? 
-  Buyur! İndi buraxdım. Lakin bir neçə dəqiqədən sonra uzun müddətlik 
tutacam.  –  Məmmədzadə  qarşısında  əyləşmiş  güclü  adama  diqqətlə 
baxaraq əlini onun biləyindən çəkdi. - Ayaqqabı ölçün neçədir? 
-  46. Nolub ki? Sozünüzün canını deyin. Vaxtım yoxdur. Məşqim var. – 
Əsəbi halda ayağa qalxan Fuad dilləndi. 
-  Qorxma  çox  çəkməyəcək.  Sadəcə  o  gecə  qaytarmaq  bəhanəsi  ilə 
haraya getdiyini boynuna alsan daha da tez bitirərik.  
-  Nə demək istəyirsiz? 
-  Onu demək istəyirəm ki, sən avqust ayının 4-ü axşam saat 10-11 arası 
Vahid  bəyin  şəxsi  bağ  evinə  hasardan  aşaraq  daxil  olmusan.  Vahid 
bəyin  kabinetindəki  eyvanın  açıq  olmağından  istifadə  edərək.  Evə 
daxil olmusan.  Mərhumun qarşısına  gözlənilməz anda çıxaraq, əlində 
gətirdiyin revolver markalı odlu silahla hədələmisən. İş otağına salaraq 
orada vacib sənəd imzalatdırmısan. İmzanı alan kimi soldan sol əlində 
tutduğun silahla yaxın məsafədən gicgahından atəş açaraq öldürmüsən. 
Burada  buraxdığın  bir  səhv  vardı  ki,  onu  bu  bir  neçə  gündə  aşkar 
etməmişdik.  Sən  Vahid  Zamanın  solaxay  olmadığını  unutmusan. 
Bundan  da  əlavə  hasardan  aşarkən  palçıq  üzərində  ayaqqabı  izinin 
qalacağına əhəmiyyət verməmisən.  
Polkovnik-leytenant  Məmmədzadənin  təsvir  etdiyi  ölüm  səhnəsini 
eşitmək  Fuada  heç  də  asan  olmadı.  Sanki  həmin  gecəni  yenidən  yaşayırdı. 
Başını iki əlinin arasına qoyaraq qışqırmağa başladı: 
-  Siz  heç  nə bilmirsiz. O  mənim  varis olduğum  fabrikə  yiyə çıxıb. Geri 
satmamağı cəhənnəmə qalsın, hələ üstəlik öz qızına da hədiyyə vermək 
istəyirdi. Nə etməli  idim? Get  ver. Fabrik zad istəmirəm deməli  idim? 
Əcəb  eləmişəm.  Lazım  olsaydı  yenə  öldürərdim.  Fabrik  mənimdi. 
Eşidirsiz? Mənim! 
-  Ə-ə-ə,  sən  özünü  nə  hesab  edirsən?  Fabrikin  sahibi  o  özü  idi.  Nə 
edəcəyinə də qərar o verməli idi. Sən isə bu qədər axmaqlıq eləmisən. 
–  Bayaqdan  eşitdiklərinə  inana  bilməyən  Faiq  bəy  özünü  saxlaya 


bilmədi.  –  Axmaqsan!  Axmaq!  Sən  adında  oğlum  yoxdur  mənim. 
Rədd ol gözüm görməsin səni! 
-  Susun!- Məmmədzadə əsəbi halda yerinə keçdi.- aparın bunu.  
 Paşazadə  belindəki  qandalları  Fuadın  qollarına  salaraq  kabinetdən 
çıxartdı.  Polkovnik-leytenantın  dilxor  olduğunu  anlayan  Qədir  də  kabineti  tərk 
etdi.  
Onikinci fəsil 
 
Yayın  sərin  gecələrindən  biri  idi.  Məmmədzadə  qocaman  tut  ağacının 
altında  əyləşmişdi.  Təmiz  dağ  havasını  ciyərlərinə  çəkərək  tətilin  ləzzətini 
dadırdı. O bura iki həftə əvvəl qəfildən gəlməyi qərarlaşdırmışdı. Nədənsə ailəsi 
üçün yaman darıxmışdı. Kiçik oğlu Elcanın  sabah 10 yaşı olacaqdı. Hər zaman 
olduğu  kimi  gün  doğar  doğmaz  yuxudan  ayılacaq,  soyuducuda  ad  günü  üçün 
hazırlanmış  tortdan  bir  barmaq  krem  oğurlayaraq  yeyəcək.  Bununla 
kifayətlənmədən  yatmış  olan  hər  bir  kəsi  oyatmağa  çalışacaq.  Kimsə  doğum 
günü  hədiyyəsi  verməsə  küsəcəyi  ilə  hədələyəcək.  Qızı  Selcan  isə  hər  zaman 
olduğu kimi qardaşını aldadaraq ona hədiyyə almadığını deyəcək.  
Məmmədzadə ailəsini çox sevirdi. Bəzən işdən yorğun gəlsə də yoldaşının  
övladlarının  mehriban  üzünə  baxmaq  kifayət  edər  ki,  bütün  günü  yaşadığı  əsəb 
və  yorğunluqları  unutsun.  İki  həftə  əvvəl  də  hər  zaman  olduğu  kimi  əsəbi  və 
yorğun  idi. Ani qərar verərək kəndə ailəsinin  yanına  gəldi. Hikmətlə Qədirə isə 
artıq  kənddə  olanda  zəng  vurub  müəyyən  müddət  olmayacağını  bildirmişdi. 
Üzərində  məşğul  olduğu  cinayət  işini  isə  bağlamışdı.  Qatil  hər  şeyi  etiraf  etdi. 
Səyavuş  sərbəst  buraxıldı.  Qönçə  isə  atasını  itirməsinə  baxmayaraq  həyatın 
davam etdiyini anlayırdı. Başa düşürdü ki, atası yalnız onun qəlbində yaşadıqca 
əbədi olaraq var olacaq. Onu Qönçə var olduqca yaşadacaqdı. Bir tərəfdən də iki 
həftə əvvəl aldığı sevincli xəbər onu lap göylərə qaldırmışdı. Çünki, Qönçə ana 
olmaqla yanaşı atasının və anasının ən böyük arzusunu gerçək edəcəkdi. Bundan 
böyük  sevinc  ola  da  bilməzdi.  Səyavuş  qardaşınındəstəyi  ilə  bir  gecəlik  həbsi 
unudub  həytına  davam  etdi.  Qönçə  ilə  doğulacaq  balasını  düşünməlkə  Vahid 
bəyin  yoxluğunu  pərdələməyə  çalışdı.  Vəfa  xanım  hər  zamankı  soyuqluğunu 
qoruyaraq  yenidən  “Moda  evi”nə  döndü.  Vahid  bəyin  bütün  mirası  Qönçəyə 
qaldı.    
Faiq  bəy  isə  cəmiyyətdən  uzaq  gəzməyə  başlamışdı.  Özü  ilə  tək  qalanda 
düşünərdi:  “Bütün  günah  məndədi.  Axı  mən  ölmüş  erməni  balası  ilə  evlənəndə 


bilməliydim ki, ondan törəmə ondan artıq olmayacaq. Kül mənim başıma! Anası  
xəyanət etdiyi az deyildi, bir də yetimçəsi xəyanət elədi. Zalımlar, nadanlar. Heç 
səni  görməz  olaydım  Erna!  Yerlə  yeksan  etdin  bütün  həyatımı.  Bircə  oğlum 
vardı  yer  üzündə.  Vətənimdə  vətənimin  suyu  ilə,  havası  ilə,  torpağı  ilə 
böyütdüm,  amma  nə  faydası.  Qan  ki  erməni  qanıdı.  Qanınız  kəsilsin  sizin  elə, 
qanınız! Yox olasız yer üzündən necə ki yox iydiz..” Əlbəttə bu sözləri o özünə 
deyərdi. Onu kimsə eşitməzdi, eşidən də qulaq ardına vurub “başına hava gəlib” 
deyərək keçərdi.  Yeganə oğlunun xəyanəti onu tamamilə əldən salmışdı. Fuadı 
varislikdən  məhrum  etmişdi.  Sahib  olduğu  fabrik  və  tikinti  firmasını  isə 
satmışdı.  Özü  də  uzaq  rayonlardan  birində  sahib  olduğu  villasına  köçərək 
ömrünün  son  anınadək  orada  yaşayacağına  qərar  vermişdi.  Eyni  ilə  atası  İsbala 
müəllim kimi... 
Fuad isə qətli necə törətdiyini sonradan ifadəsində qeyd etdi. Həmin gecə 
evində  ziyafət  verməsinə  baxmayaraq  tez-tez  ürəyinin  bulandığını  bəhanə 
edərək  məclisdən  uzaqlaşırmış.    Saat  11-ə  20  dəqiqə  işləmiş  bir  neçə  dəqiqəlik 
evindən uzaqlaşıb. Vahid Zamanın evindən 4 ev sonra yaşamağına baxmayaraq 
onunla  cəmi  bir  dəfə  rastlaşmışdı.  Həmin  gün  atasının  Vahid  bəylə  telefon 
danışıqlarını  eşitmişdi.  Bilirdi  ki,  Vahid  bəy  həmin  evdə  təkdir.  Əgər  ona  nəsə 
olsaydı  kimsə  xəbər  tutmazdı.  Bunun  üçün  əlini  cəld  tutmalı  idi.  Evindən 
kimsənin  gözünə  görünmədən  tələsik  çıxaraq  Vahid  bəyin  evinə  yaxınlaşdı. 
Sahibi  gözlənilmədən  vurmaq  üçün  gərək  hasarı  aşardı.  Belə  də  edir.  Ətrafın  2 
saat  əvvəl  yağmış    yay  yağışı  ilə  palçıq  olduğunu  unudaraq  hasarı  aşır.  İri 
addımlarla  hansı  pəncərənin  açıq  olduğunu  axtarmağa  başlayır.  Çox  keçmədən 
kürsülü villanın birinci mərtəbəsindəki eyvanın açıq olduğunu görür. Beləcə evə 
daxil olmağı bacarır. Vahid bəy həmin anlarda televizora baxırmış.  Fuad özü ilə 
gətirdiyi  qeydiyyatsız  revolveri  əlində  bərk  tutaraq  Vahid  bəyi  öldürməklə 
hədələyir.  Sonra  qəfil  fikrini  dəyişir.  Vahid  bəydən    şəxsi  kabinetinə  keçərək 
masa arxasında əyləşməsini tələb edir. O da elə həmin mərtəbədə özünə aid olan 
kabinetinə  keçir.  Masa  arxasına  əyləşərək  Fuadın  sonrakı  göstərişini  gözləyir. 
Bu  zaman  Fuad  intihar  “səhnəsi”-ni  qurmağı  planlaşdırır.  Gicgahından  vurulan 
güllə ilə öldürmək istəyir. Vahid bəy: 
-  Çox gözünü döymə. Vurmağa gəlmisənsə vur kişi kimi.  
-  Tələsmə  o  da  olacaq.  –  bu  zaman  Fuadın  gözü  Vahid  bəyin 
qarşısındakı  masadakı  üç  ədəd  ağ  vərəqə  sataşır.  –  Qələm  götür! 
Dediklərimi yaz! 
-  Nə  yazım?  –  soruşan  Vahid  bəy  masanın  birinci  çəkməcəsindən 
çoxdandır ki, istifadə etmədiyi qələmini götürdü.  


-  Yaz ki, “Mən Vahid Zaman sahib olduğum tikinti  fabrikini  Fuad  Faiq 
oğluna  verilməsini  vəsiyyət  edirəm.  Qızıma  və  yoldaşıma  isə  sahib 
olduğum  hər  bir  şeyi  vəsiyyət  edirəm.  İmza:  Vahid  Zaman.”  –  ani 
olaraq susduqdan sonra – İmzanı da çək! 
-  Elə bu? 
-  Bəli. Bu da sonun.  
-  Sən  nə  əclaf  insansan!  Fabrik  atanın  olub.  Onunla  da  halallaşmışam. 
Bilir ki, qızıma hədiyyə verəcəkdim.  
-  Kəs  səsini.  Əclaf  sənsən  ki,  gələcəkdə  mənim  sahib  ola  biləcəyim 
fabriki qızcığazına hədiyyə vermək istəyirsən.  
-  Alçaq! Bəs atan? Onun sənin tutduğun işdən xəbəri olarsa nə deyəcək? 
-  Heç  nə!  Heç  nə  deməyəcək.    Desə  də  sonradan  başa  düşəcək.  Çünki 
onsuz da fabrik mənim olacaqdı. Ya 10 il  sonra. Ya da indi. Yəni səni 
öldürəndən sonra. 
-  Vur! Vur deyirəm sənə axmaq! Əlindən heç nə gəlmir. Kişisənsə vur!  
Bu  zaman  güllə  açıldı.  Fuad  əlində  əsə-əsə  tutduğu  revolveri  ilə  Vahid 
zamanın  sol  gicgahından  vurdu.    Sonra  heç  nə  olmamış  kimi  cibindən  yaylıq 
çıxardaraq  silahın  üzərindən  əl  izlərini  silməyə  başladı.  İzlərini  tamamilə 
sildiyindən  əmin  olandan  sonra  silahı  Vahid  bəyin  əlinə  qoyaraq.  Masa 
üzərindəki ağ vərəqlərdən yazılı olanını götürüb cibinə qoydu. Burada olduğunu 
kimsə anlamasın deyə elə gəldiyi yolla da geri qayıtdı.  
Evində verdiyi ziyafət başa çatdıqdan sonra anladı ki, Vahid bəyi çox tez 
öldürməkdə    səhv  edib.  Gərək  ona  intihar  etdiyi  barədə  etiraf  məktubu 
yazdırardı.  Lakin  tezliklə  özü  özlüyündə    hərəkətinə  bəraət  qazandırdı.  Bu  isə 
uzun çəkmədi. Tezliklə həbs olundu. Atasının varisliyindən də, məhrum olundu. 
Üstəlik  övladlarının  gələcəyini  də  ləkələdi.  Onları  cəmiyyət  içindən 
uzaqlaşdırdı.  
-  Ata! Ata! 
-  Burdayam Elcan. – qəfil fikirdən ayılan Məmmədzadə oğlunu səslədi.  
-  Ata, qorxulu yuxu gördüm.  
-  Nə gördün? 
-  Gördüm  ki,  maşınlar  surətlə  üstümə  gəlir.  Sürücülərin  heç  birini  görə 
bilmirəm.  Mən  də  dayanmadan  qaçıram.  Çox  yoruluram.  –  sanki 
həqiqətən qaçırmış kimi göstərən Elcan atasını qucaqladı.  
-  Yaxşı.  Qorxma!  Sən  axı  kişisən.  Gedək  sən  yerinə  uzan.    – 
Məmmədzadə sevimli oğlunun başını sığallayıb evə getdi. 
Bir neçə dəqiqə sonra  yenidən həyətə çıxdı. Yayın istisi gecə də olsa  öz 
təsirini göstərirdi. Bunun üçün yuyunmağa getdi. Gecə 2-yə on dəqiqə işləyirdi. 
Məmmədzadə evə daxil olub yatağına uzandı.  


Yarım  saat  keçməmiş  cib  telefonundan  gələn  zəngə  oyandı.  Xəttin  digər 
tərəfində Qədir Eyvazov idi: 
-  Axşamınız xeyir! 
-  Hər vaxtın xeyir! Nəsə olub? 
-  Çox  pis  xəbərim  var.  Təəssüflər  olsun  ki,  istirahətinizi  yarımçıq 
qoyacaqsız. 
-  Mən  isə  Elcanın  doğum  günündə  iştirak  edə  bilməyəcəyimə 
təəssüflənirəm. Buyur eşidirəm. 
-  Şəhərdən  bir  qədər  aralıda  qəza  nəticəsində  körpüdən  düşmüş  taksi 
alışıb  yanıb.  İçində  sürücüdən  başqa  sərnişin  də  olub.  Sürücü  sağdır. 
Sərnişin isə yanıb.  
-  Necə?  –  təəccüblənmiş  Məmmədzadə  qəfil  qışqırdı.  Əllərini  alnında 
ovuşdurub  yenidən  danışmağa  başladı.  –  Qədir,  sürücünü  içəri  sal. 
Özüm də tezdən yola çıxaram. Görüşənədək.  
 
 
SON   2007-2010. 
 “Hər bir həqiqətdə bir yalan, hər bir yalanda bir həqiqət vardır.” 
Helbert. 
 
   


 
 


 
 
 
    
 
 
 
 


   
 
 
 
      
  
  
  
  
  
 
    
  
  
  
  
  
  
  
  
  
  
  


 
  
  
  
  
  
  
 
  
 
 
 
 
 
  
 
       
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə