Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   2   3   4   5   6   7   8   9   10   ...   60

 
 
 
Yeddinci fəsil 
3 il sonra... 
-- Səmra, qızım, tələs axı işə gecikirik! 
-- Gəldim, gəldim...  
  Səmra  yay  donunda  tələsərək  pilləkənlərdən  düşdü.  Bir  əli  ilə  saçını  düzəldir, 
digər  əli  ilə  çantasını  çiyninə  taxırdı.  Bəli,  Səmra  işləyirdi.  Son  üç  ildə  o  qədər 
dəyişikliklər olmuşdur ki, Səmranın həyatında. 
  Mahirlə Zərifəni elə onların toyundan görmürdü. Heç uşağı olduğunu eşidəndə 
də  soruşmamışdı  ki,  qızdır,  ya  oğlan.    Hər  gecə  yerinə  uzananda  Allaha  şükr 
edirdi ki, nə yaxşı ki, Xədicə gəldi və onu bütün olanları bilməkdə kömək oldu. 
Xədicəni  şəhərə  yola  salan  günü  Səmra  demişdi  ki,  yenidən  universitetə 
sənədlərini  vermək  istəyir.  Bu  xəbərdən  sevinən  Xədicə  ona  yola  çıxmazdan 
əvvəl  son  söz  dedi.  Hansı  ki,  Səmra  o  sözü  o  gündən  qulağında  sırğa  etmiş  və 
bir  gün  belə  olsun  unutmamışdır.  "Səmra,  atacağın  addıma  güvən,  inan,  çünki 
həyatda hər şey inamdan başlayır".  
 
   Səmra 5 ayın içində gecə gündüz bilmədən hazırlaşmışdı. İmtahanın nəticələri 
açıqlananda  sevincindən  uçurdu.  Universitetə  qəbul  olmağa  kifayət  qədər  balı 
çatmasa  da,  tibb  texnikomuna  daxil  ola  bilmişdi.  İki  il  yarım  başı  aşağı  dərsə 
gedib  gəldi.  Nə  bir  qonşuya  salam  verdi,  nə  bir  tələbə  ilə  dostluq  etdi.  Sadəcə 
özünə  güvəndi.  Özünə  inandı.  Təhsilini  bitirər-bitirməz  iş  axtarmağa  başladı. 
Bilirdi  ki,  rayonda  tibb  bacısına  ehtiyac  var.  Odur  ki,  rayondakı  bütün 
xəstəxanaları,  poliklinikaları  gəzdi.  Qapılar  onun  üzünə  bağlansa  da,  ümidini 
itirmirdi.    Bir  gün  avtobusla  şəhərə  iş  axtarmağa  gedərkən  yolda  sanki  havası 
çatmadı.  Əl  atıb  sürücüyə  dayanmağı  işarə  etdi.  Avtobus  dayanan  kimi  özünü 
yerə  atdı.  Dərindən  nəfəs  aldıqdan  sonra  qarşısında  xəstəxana  gördü.  Tərəddüd 
etmədən  xəstəxananın  həyətinə  girdi.  Bu  ruhi  xəstələrin  mualicə  olunduğu 
xəstəxana  idi.  Bu  günə  kimi  bir  dəfə  də  olsun  bu  xəstəxanaya  gəlməmişdi. 
Amma  baş  həkimin  qəbulundan  çıxdıqdan  sonra  gəlişinə  çox  sevindi.  Səmra  3 


aylıq  sınaq  müddəti  ilə  işə  götürülmüşdü.  Artıq  onun  da  öz  işi  vardı.  Anasına 
mənəvi və maddi dəstək ola biləcəyinə o qədər sevinirdi ki...  
 
     "Səmra,  sənin  marşurutun  boşdur  get  otur,  mən  isə  getdim."  Bu  sözlərdən 
sonra  Səmra  fikirlərindən  ayıldı.  Anasının  işi  daha  yaxın  olduğundan  Səmra 
marşrutla  tək  gedirdi.  Pəncərə  önündə  özünə  yer  seçib  əyləşdi.  Səmra  özünü 
xöşbəxt  hiss  edirdi.  Hər  işə  gedəndə  sanki  güllər  paltarında  yox,  yanaqlarında 
açırdı. Həyatı 3 ildir ki, öz sakit axarı ilə gedirdi ki, birdən arxadan kimsə onun 
çiyninə toxundu: 
 -- Səmra, sənsən? - titrək səslə soruşdu. 
 --  Bəli!  -deyib  arxaya  baxdı.  Gözlərinə  inana  bilmirdi.  Bu  ki,  Zərifə  idi. 
Qucağında da oğlan  uşağı. İçindəki bütün  hisslər bir anda qarışdı bir birinə. Nə 
düşünəcəyini,  nə  deyəcəyini  bilmədi.  Sevinsinmi,  yoxsa  danışdırmasınmı?, 
bilmirdi. 
 
 --  Səmra,  mən  şəhərə  gedirəm  evə.  İki  gündür  anamgildə  idim.  Hər  dəfə 
hasardan  boylanırdım  ki,  bəlkə  səni  görərəm,  amma  nə  səni,  nə  ananı 
görmürdüm. Necəsən? Həyatını necə qurmusan? 
 
   Yəni, uşaq onundur? Necə də Mahirə oxşayırdı. Fikirlərindən güclə ayılıb kəsə 
də olsa Zərifəyə cavab verdi.  
 
 --  Heç oxuyuram... Əslində  yalan deyirdi, amma  başqa çarəsi  yox  idi. Desəydi 
ki, xəstəxanada işləyirəm bilmək olmazdı, durub gələrdi sabahsı gün nəsə lazım 
olanda.  Odur ki, işlədiyini gizlətdi.  
 -- Yaxşı edirsən. Oxu sənət qadına da lazımdır.  
 Zərifənin  arxayınlığı  Səmranı  qıcıqlandırsa  da,  yenə  də  soruşdu.  Sanki 
olmayan,  yaşamadığı  bir  hadisədən  sual  verirmiş  kimi  birbaşa  Zərifənin  üzünə 
verdi sualı: 
 -- Sən necəsən? Mahirlə aran necədir?  


 Bir balaca rəngi qızarsa da Zərifə cavab verdi: 
  --  Lap  yaxşıdır.  Zakir  doğulandan  daha  bir-birimizi  anlamağa  başladıq. 
Zamanla  həyatımızı  birləşdirməyə  alışdıq.  İndi  xoşbəxtik.  Zakir  mənim 
həyatıma yaşamaq eşqi bəxş edib. Mahirə isə sənin onu bağışlamağın. İndi əl-ələ 
verib  övladımızı  böyüdürük.  Hətta  ikinci  uşaq  da  gözləyirik.  İnşallah,  o  da  sağ 
salamat doğular.  
 
  Səmra  üç  il  əvvəl  düşünsəydi  ki,  nə  vaxtsa  Zərifə  qarşısına  çıxıb  Mahirlə 
xoşbəxt  olduğunu  desə,  o  andaca  ürəyi  tab  gətirməz.  Amma  indi  hər  şey  fərqli 
idi. Sanki yaralar sağalmışdı. Daha kimsə o yaranı təzələyə bilməzdi.  
 
 --- Çox sevindim. Allah xoşbəxtliyinizi min qat artırsın. İkinci balanı da sağlam 
şəkildə dünyaya gətirəsən. İnşallah... Mən düşürəm. Özünə yaxşı bax.  
 
  Bəli,  Səmra  işinə  çatmasa  da  marşrutu  saxlatdırıb  düşdü.  Nə  Zərifənin 
sohbətlərinə qulaq asmaq,  nə də Mahir  haqda nəsə eşitmək  istəmirdi. Beləliklə, 
xəstəxanaya kimi piyada getməli oldu. 
 
           İşə  gec  gəlsə  də  tibb  bacılarından  biri  onun  yoxluğunu  kimsəyə  hiss 
etdirməmişdi.  Ona  görə  Səmra  təşəkkür  edib  əyninə  ağ  xalatını  geyindi.    Sınaq 
müddətinin bitməsinə hələ ay yarım qalırdı. İlk iş xəstələrin dərmanlarını ordakı 
tibb  bacısına  aparmaq  idi.  Səmra    bu  günə  kimi  bir  dəfə  də  olsun  xəstələrin 
arasına  girməmişdi.  Qapıdan  dərmanları  verib  gedərdi.  Tibb  bacısı  Səmradan 
dərmanları  ardınca  gətirməsini  xahiş  etdi.  O,  dərmanları  götürüb  bir-bir 
xəstələrə uzadırdı. Pəncərə önündən keçəndə tibb bacısı qışqırmağa başladı: 
 
 -- Axı nə vaxta kimi dərmandan imtina edəcəksən? İç bunu dedim.  
 
 Tibb  bacısı  əlindəki  dərmanı  hec  cürə  pəncərə  önündə  oturmuş  cavan  oğlana 
içirdə bilmirdi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə