Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

 
 "Necə  də  cavandır,  görəsən  bura  niyə  düşüb?  Yəni  o  dəli  olub?  "  Bu  suallar 
Səmranın beynində fırlanırdı ki, tibb bacısı onu çağırdı. Əlindəki dərmanı cavan 
xəstəyə onun verməyini istədi. Səmra, ilk dəfə idi ki, xəstələr arasında idi. Həm 
buna görə həyəcanlanırdı, həm də qarşısındakı yaraşıqlı oğlanın ağlını itirdiyinə 
inana bilmirdi. Əlindəki dərmanı ona yaxınlaşdırıb: 
 
  -- Bilirəm, içmək istəmirsiz. Amma bir konfet kimi baxın buna. Necə də dadlı 
görünür,  elə  deyil?  -  Səmranın  ağlına  bunlar  gəlmişdi.  Bir  də  baxdı  ki,  oğlan 
əlindəki dərmanı özü götürdü və içib stəkanı geri qaytardı. Üstəlik də "Sağolun" 
dedi. Yəni bu dəlidir ki? Səmra onun yanında özünü dəli  hesab etməyə başladı. 
Axı hansı dəli sağol deyir ki?    
 
Qapıdan  çıxanda  tibb  bacısı  onun  dərman  vermək  bacarığını  bəyəndiyini  dedi. 
İki gün sonra baş həkimdən aldığı göstərişdə xəstələrə şəxsən dərman vermək də 
var  idi.  Beləcə  günlər  keçdikcə  hər  bir  xəstəyə  necə  yaxınlaşmağı  da  öyrəndi. 
Pəncərə  önündə  oturan  oğlana  baxdıqca  fikirləşirdi:  "Axı  o  nə  düşünür? 
Həyatınımı, yoxsa onu bura atanlarımı?"   
 
Yanında  işləyən  tibb  bacısından  onun  haqqında  bəzi  məlumatlar  almışdı. 
Öyrənmişdi  ki,  45  saylı  xəstə  kimsəylə  danışmır.  Kimsəylə  ünsiyyət  qurmur. 
Tək  istəyi  pəncərə  önündə  oturmaqdır.  Səmra  gələnə  kimi  kimsənin  əlindən  
dərman  içmir,  kimsəni  yaxına  buraxmır.  Yanına  təkcə  atası  gəlib  gedir.  Amma 
atası  ilə  nəinki  danışmır,  hətta  çönüb  üzünə  də  baxmır.  Bəli,  bu  cavan  oğlan 
qəribə  idi.  Amma  içindən  bir  səs  onun  eynən  bir  zamanlar  Səmranın  yaşadığı 
kimi  mənəvi  sarsıntı  keçirdiyini  deyirdi.  Axı  bir  zamanlar  Səmra  özü  də 
kimsəylə  danışmırdı,  ancaq  təmizliklə  məşğul  olurdu.  Onu  nə  sağaltdı? 
Xədicənin  reallığı  araşdırması...  Bəli,  həqiqətləri  öyrəndikdən  sonra  həyata 
yenidən  bağılanmışdı.  "Bəlkə,  o  da  həyatındakı  həqiqətləri  bilsə,  sağalar?"  bu 
suala  hər  gün  işə  gəlib  ona  tamaşa  edərək  cavab  axtarmağa  başladı.  Bir  gün 
onun  atasını  dəhlizdə  gördü.  Səmra  yaşlı  kişiyə  yaxınlaşıb  suallarını  verdi. 
Oğlunun niyə bu halda olduğunu ətraflı bilmək istəyirdi. İnanırdı ki, ona kömək 
ola biləcək. Atası oğlunun bir zamanlar bir qızı sevdiyini dedi. İki il ərzində elə 
oldu ki, universiteti bitirib əsgər gedəsi oldu. Qayıdıb gələndə eşidib ki, sevdiyi 


qız  başqasına  ərə  gedib...    O  gündən  içinə  qapanıb  kimsəylə  dərdini  bölüşmür. 
Artiq  3  ildir  ki,  burdadır.  Psixiatrdan  başqa,  kimsəni  yaxına  buraxmırmış. 
"Həyatdan əlini üzüb daha ..." 
    Bu son cümlə Səmraya pis təsir etdi. Bir atanın övladı haqqında bunu deməsi 
necə  də  təsirli  idi.  Amma  Səmra  artıq  onun  burda  olma  səbəbini  öyrənmişdi. 
Odur  ki,  bir  an  belə  itirmədən  psixiatrin  yanına  getdi.  Bir  necə  dəqiqəlik 
söhbətdən  sonra  Səmra  həkimdən  onunla  ünsiyyət  qurmaq  üçün  icazə  aldı. 
Birinci  gündən  ona  yaxınlaşdı.  Dərmanı  eyni  cür  verib  sonra  yanından 
çəkilmədi.  
 
--  Atanı  incitmək,  deyəsən,  lap  xoşuna  gəlir?  Məgər,  yazıq  deyil,  o  boyda  kişi 
boynunu  bükə-bükə  həkimlərin  ağzını  güdür  ki,  bəlkə  ümid  olar.  Sən 
iradəsizsən!  Bilirsən,  mən  də  sənin  kimi  bir  xəyanət  yaşamışam.  Amma  bax, 
görürsən,  həyatımı  davam  edirəm.  Çünki  həyat  davam  edir.  Çünki  yaşamağa 
dəyər...  Kimlərəsə  görə  onu  niyə  yarım  qoyum  ki?  Sən  yenə  də  düşün.  Düşün 
gör axırı nə olacaq bu susmağının.  
 
    Səmra  uzun  monoloqdan sonra onun  yanından  uzaqlaşdı. Amma  hiss etdi ki, 
dediklərini anlayırdı, hətta bəzi anlarda ona elə gəldi ki, gözləri pəncərəyə deyil, 
sanki ona doğru baxırdı. Əlbəttə ki, onun sağalması üçün zaman lazım idi. Necə 
ki,  Səmraya  lazım  olmuşdu.  Birdən  anladı  ki,  həmişə  45  saylı  xəstə  deyərək 
müraciət  etsə  sağalmağına  ümid  olmaz.  Odur  ki  adını  onun  şəxsi  qovluğu 
arasından  oxudu.  "Necə?  Adı:  Saleh???  "  Səmra  gözlərinə  inana  bilmirdi. Dərk 
etməyə  çalışırdı.  "Yəni  Zərifənin  sevdiyi  Salehdir?"  Bəlkə  də  bir  təsadüfdür, 
amma yenə də dəqiqləşdirmək istəyirdi. Bir daha həkiminə gedib şəxsən Salehin 
ağzından Zərifə adı eşidib eşitmədiyini soruşdu. Bəli, Saleh elə Zərifənin sevdiyi 
Saleh imiş. "Təsadüfə bir bax. ... " Səmra heç cürə inana bilmirdi. Evdə anasına 
hər  şeyi  danışdı.  Anası  ona  məsləhət  verib  dedi  ki,  "əlindən  gələn  varsa,  et 
qızım.  Əgər  sən  olanlarla  barışmısansa,  demək  o  da  barışacaq."  Zəng  vurub 
Xədicəyə  dedi.  O  da  buna  bənzər  söz  dedi.  "Xatırlayırsan,  demişdim  ki, 
düşünmə  ki  yer  üzündə  bu  acını  çəkən  tək  sənsən,  axı  Saleh  də  eyni  acını 
yaşayırdı.  İnanıram  ki  sən  ona  öz  vaxtı  ilə  yaşadığın  hissləri  danışsan,  o  da  tək 
olmadığını anlayar. " 
 


     Hər  zamankı  kimi  Xədicə  sirrli  məsləhətini  verdi.  Səmra  qərar  verdi  ki,  nə 
olur olsun Salehə kömək edəcək. Ona həyatı yenidən sevdirəcək... Bir neçə həftə 
Səmra  Salehin  dərmanını  verdikdən  sonra  dayanıb  saatlarla  danışırdı.  Salehdən 
cavab  gəlmirdi,  amma  Səmra  hiss  edirdi  ki,  hər  gün  daha  çox  fikrini  Səmranın 
deyəcəklərinə  yönəldir.  Artıq  bir  ay  keçmişdi.  Səmra  Salehi  həyətə  təmiz  hava 
almağa aparmışdı. Saleh əslində invalid olmasa da, əlillər üçün arabada oturardı. 
Gəzintilərin  birində  Səmra  ona  əkilmiş  qızılgüldən  danışdı.  Sevgini  ona 
bənzətdiyini, tikanları  isə sınan qəlb olduğunu dedi. Əslində demək istəyirdi ki, 
sınan tək sənin qəlbin deyil. Get-gedə Səmra danışmırdı əksinə, bir başa Salehə 
unvanlanmış suallar  verirdi. Bu  nə rəngdir? Bu  hansı  güldür? Bu  yolla  istəyirdi 
ki, Saleh sağa-sola baxsın. Onun işarə etdiyi hər şeyə nəzər yetirsin. Bir gün belə 
gəzintilərin birində Səmra yenə sual verdi. Bu uçan heyvanın adını de görüm? 
   "Kəpənək"   
Bəli,  Səmra  yanılmamışdı.  Saleh  son  4  ay  ərzində  ilk  dəfədir  ki  Səmranın 
hansısa sualına cavab vermişdi. Günlər keçdikcə onun sualları artar, cavablar da 
həmçinin.  Əksər  cavablar  tam  doğru  olurdu.  Bu  da  Səmranı  daha  da 
ruhlandırırdı. 
 
 
Səkkizinci fəsil 
6 ay sonra... 
 
 Səmra  hər  gün  bağçada  Salehlə  havadan  sudan  danışardı.  Daha  Saleh 
istədiklərini dilə  gətirirdi.  Hər tərəfə baxır. Təbiəti  yenidən sevməyə başlayırdı. 
Həkimlərlə  zarafatlaşırdı.  Bəzən  Səmranı  gülüş  mərkəzinə  çevirib  bütün  tibb 
bacıları  arasında  gülüşə  səbəb  yaradardı.  Amma  Səmra  Zərifədən  bir  kəlmə  də 
demirdi. Zaman keçdikcə işə daha çox həvəslə gedirdi. Bir gün Salehlə unsiyyət 
qurmasa,  qəti  özünə  yer  tapa  bilmirdi.  Hər  gün  Salehə  yeni  bir  şey  öyrətmək 
fikri ilə getsə də, geri dönüşdə özü ondan çox şey öyrənmiş olurdu. Nəhayət bir 
səhər işə gələndə Salehi ayaqüstə gördü. Yavaş-yavaş addım ataraq yeriyirdi. Bu 
yenilik  Səmraya  çox  xoş  gəldi.  Axı  necə  aydır  onun  həyata  bağlanması  üçün 
əlindən gələni edirdi.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə