Əziz oxucular! Bu mənim ilk kitabımdır. Yazmağa 2007-ci ildən başlamışam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/60
tarix14.06.2018
ölçüsü5,01 Kb.
#48551
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

Günlərin  bir  günündə  Salehin  atası  həkimin  kabinetindən  sevincək  çıxdı.  Gəlib 
Salehi  bərk-bərk  qucaqlayıb  bağrına  basandan  sonra:  "Artıq  evə  gedə  bilərik" 
dedi. Səmra bu xəbərdən nə qədər sevinsə də, bir o qədər kədərləndi. Kədərinin 
səbəbini  anlamırdı,  amma  onun  həyata  yenidən  bağlanmağına  və  bunda  öz 
zəhməti  olduğunu  bildiyi  üçün  sevinirdi.  Salehi  axrıncı  dəfə  elə  onunla  tanış 
olduğu  pəncərədən  gördü.  Digər  işçilər  kimi  onunla  vidalaşa  bilmədi.  Amma 
Saleh  gözləri  ilə  Səmranı  gəzirdi.  Maşına  minənə  kimi  dəfələrlə  arxaya  çönüb 
onu axtarırdı. Amma Səmra bu vidanı istəmirdi. Bilmirdi niyə, amma bilirdi ki, 
ona "Əlvida" deyə bilməyəcəkdi... 
 
6 ay sonra... 
  Səmra  hər  gün  işinə  gedir,  hər  bir  xəstəyə  xüsusi  qayğı  göstərirdi.  Onun  bu 
mərhəməti bütün xəstəxanadakı həkimləri tibb bacılarını valeh edirdi. Səmra isə 
6  ay  keçməsinə  baxmayaraq  hər  boş  olanda  Salehin  baxdığı  pəncərədən  yola 
tamaşa  edirdi.  Beynində  onu  düşünürdü.  "Görəsən  indi  necədi?  Hardadır?  Nə 
işlə məşğuldur?" Bu suallara cavab tapa bilməzdi, amma yenə də yaxşı olduğunu 
öz-özünə təkrar edərdi. Nə hisslər keçirdiyini anlamırdı. Dəfələrlə başqa xəstəyə  
"Saleh"deyirdi.  Nə  baş  verdiyini  dərk  edə  bilmirdi.  Tibb  bacıları  onun  Salehə 
vurulduğunu  aralarında  şaiə  etmişdilər.  Onun  qəlbində  baş  verənlər  hər  kəsə 
məlum  idi,  bircə  özündən  başqa.  Bir  necə  dəfə  zarafat  naminə  Səmraya 
"muştuluğumu  ver  Saleh  gəldi  ",  deyib  onun  edəcəklərini  gülüşlər  içində 
izləyirdilər. Səmranın əlləri ayağına dolaşır, gah saçını, gah üstünü təmizləyirdi. 
Halbuki  zarafat  olduğunu  anlayanda  necə  də  kədərlənirdi.  "Yəni  Saleh  daha 
xatırlamır məni?..." 
 
 Amma qəlbində inam var idi. Hiss edirdi ki, Salehi yenidən görəcək və kişi qızı 
kimi  Zərifənin  onun  sevdiyi  oğlanla  evləndiyini  deyəcək.  Amma  əfsuslar  olsun 
ki, hər gün buna inamı get gedə azalırdı.  
 
  Bir gün Səmra dayanacaqlardan birində dayanıb hər gün evə qayıtdığı marşrutu 
gözləməyə  başladı.  Qəfldən  yanında  bir  maşın  dayandı.  Səmra  ürəyində: 
"Tərbiyəsizə  bax,  yer  tapmır  maşını  saxlamağa."  deyib  üzünü  sola  çevirdi. 
Maşının qapısı çırpılanda Səmra dönüb baxdı.  


 
  Gözlərinə inana bilmirdi. Saleh burdur, aylar sonra qarşısında dayanıb. Sağlam, 
gümrah yanağında təbəssümlə, əlində də bir dəstə güllə.  
 --- Salam Səmra xanım. necəsiz?  
  Həyəcandan dili tutulsa da, başı ilə yaxşı olduğunu bildirdi. Amma qəlbi bir an 
yerində  dayanmırdı.  Bu  nə  hisslər  idi  axı?  Anlaya  bilmirdi  özünü.  Əlləri 
titrəyirdi, dili söz tutmurdu. Axı bu nə deməkdir? Saleh niyə geri qayıdıb mənə " 
Çox Sağol" demək üçün? bu an fikirlərindən qəfl ayıldı, axı Saleh ona müraciət 
edirdi: 
 
---Səmra  xanım  yaxşısız?  İndi  bilirəm,  nə  düşünürsüz.  Deyirsiz,  buna  bax  6  ay 
boyunca çox sağol deməyi unudub, indi yadına düşüb? Amma bilin ki, mən sizə 
başqa  söz  deməyə  gəlmişəm.  Bilirsiz,  Səmra  xanım,  sizin  hər  kəlməniz  mənim 
qulağımda  cingildəyir.  Gecələri,  səhərləri  sizin  həyat  sevginizlə  keçirdirəm. 
Mənə  yaşamağa  güc  vermisiz.  Səbəb  vermisiz.  İnam  vermisiz.  Sizə  təşəkkür 
etsəm  də,  azdır.  Amma  istərdim  ki,  sizi  tez-tez  görüm.  Ünsiyyətinizə  həsrət 
qoymayın məni, çox xahiş edirəm. Səmranın dili yenə söz tutmurdu, amma yenə 
də başı ilə razılıq bildirdi.  
    Bir  necə  müddət  görüşdülər.  Səmra  Salehə  həyata    olan  sevgidən  danışdıqca 
Saleh  ona  daha  çox  bağlanırdı.  Səmra  da  hər  görüşdən  sonra  sanki  qanad  açıb 
uçurdu.  Anası  hiss  edirdi  ki,  qızı  Salehə  aşiq  olub.  Həm  də  bilirdi  ki,  Saleh  də 
ona aşiqdir. Bəs bu necə eşq idi? İllər əvvəl başqası üçün döyünən ürəklər necə 
oldu birdən-birə fikrindən döndü.  
  Görüşlərin birində Saleh Səmraya çox sevdiyini və onunla evlənmək istədiyini 
dedi. Səmra bir an içində göyün yeddinci mətrəbəsinə qalxsa da, bir an içində də 
yerə düşdü.  Axı  Salehin  həqiqəti bilməyə  haqqı  vardı. Odur ki, Salehin əlindən 
tutub:  "Mən  bir  zaman  sənin  könül  verdiyin  Zərifənin  rəfiqəsi  olmuşam.  6 
yaşımdan  onunla  dostluq  etmişəm.  Üstəlik  sənin  haqqında  onun  dilindən 
eşitmişəm.  Mənim  sevdiyim  oğlanın  adı  Mahir  idi.  Hansı  ki,  indi  Zərifə  ilə 
evlidir."  Sözünə  davam  edirdi  ki,  birdən  Saleh:  "Səmra,  mən  hər  şeyi  bilirəm" 
Təəccübdən  özünə  gələ  bilməyən  Səmra  parkın  stolunda  əyləşdi.  "Necə  yəni 
bilirdin?"   


Saleh  Səmranın  yanında  oturub  əlindən  tutaraq  davam  etdi:  "Xəstəxanadan 
çıxandan  bir  həftə  sonra  Zərifəni  axtardım.  Nəhayət,  anasının  təsadüfən  qonşu 
ilə  söhbətini  eşidəndə  anladım  ki,  Mahir  adlı  biri  ilə  şəhərdə  yaşayır. 
Xəstəxanadan  çıxdığımı  eşidən  dostlarımdan  biri  mənə  dedi  ki,  bir  zamanlar 
Mahir  Zərifəni  zorladığı  üçün  evlənib.  Amma  kimsə  bunun  real  olduğunu 
bilmirdi.  Odur  ki,  getdim  Mahirin  iş  yerinə  tapdım,  ondan  olub  bitəni 
anlatmasını  istədim.  O  da  hər  şeyi  danışdı.  Sənə  olan  sevgisindən.  Qatarda 
yaşadığı axmaq yığıncaqdan və nəhayət toy günü sənin onları bağışlamağından. 
Bəli, Səmra mən bilirəm, ona görə bu 6 ayı səndən uzaqda dayanıb işə gəlişinə, 
gedişinə  tamaşa  edərdim.  Çünki  özümdən  asılı  olmayaraq  səni  bir  gün  belə 
görməsəm  havalanırdım.  Sanki  həyatım  yenidən  qaralır  kimi  gəlirdi  mənə.  Bir 
müddət  sonra  anladım  ki,  sənə  aşiq  olmuşam  bütün  qəlbimlə.  Səmra  mənə 
güvən yalvarıram." Səmra Salehə inandı. Güvəndi. Və onun təklifinə razı oldu. 
 
  
 
 
 Hal-hazırda:  
 
 Mahirlə  Zərifə  hər  şeydən  xəbərsiz  öz  aləmlərində  xoşbəxt  yaşayırlar.  İlk 
övladları  doğulandan  Zərifə  onu  bağışlamış  və  yoldaş  kimi  yaşamağa 
başlamışdı.  Mahir  daha  nə  siqaret  çəkir,  nə  də  içki  içir.  İkinci  uşağın  doğulub-
doğulmadığından  xəbər  yoxdur.  Mahirlə  Zərifə  Salehlə  Səmranın  ümumiyyətlə 
tanışlıqlarından və evlənməklərindən xəbərsizdirlər. 
 Səmra  Salehlə  evlidir.  İki  övladı  var.  Qızının  5,  oğlunun  3  yaşı  var.  Çox 
xoşbəxtdirlər.  Hər  gün  Allaha  bir-birlərini  tanıdıqları  üçün  şükr  edirlər. 
Toylarından iki ay sonra Səmra anasını da özü ilə yaşadığı evə apardı, o evi isə 
satdılar. Beləliklə, həm gözünün ağı-qarası bircə qızı ilə birlikdə, həm də sevimli 
nəvələri və qayğıkeş kürəkəni ilə bir evdə yaşayır deyə, həyatından məmnundur. 
Həyatın  tanımadığımız,  görmədiyimiz  min  üzü  vardır.  Gəlin  həyatımızın  hər 
anından  zövq  alaq.  Yaşanmış  hər  bir  tale  bir  alın  yazısıdır.  Həyat 
düşündüyümüzdən  də  gözəldir.  Yetərki,  bir  qədər  inamın  olsun.  İnam  hər 
şeydən irəli gəlir. Axı hər şey inamdan başlayır.... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə