-
Əlbəttə, dostum! Sənin fitri istedadına ehtiyacım var. Tezliklə qatili
həbs edib cəzalandırmaq istəyirəm. Yaxşı bəs Sahib bəyi növbəti dəfə
ifadə vermək üçün kim çağıracaq?
-
Mən onu artıq çağırmışam. Evimə gedəndə Sahibin Fərhad bəyin
evindən Səbinə ilə çıxdığını gördüm. Soruşdum ki, bu vaxt burda nə işi
var? Dedi qızının təhsilindəki geriliyi üçün Səbinə xanımdan kömək
istəyirmiş. O da razılaşıb.
Sözümü diqqətlə dinləyən Murad Bəy:
-
Demək razılaşdı!
-
Bəli.
-
Daha gecdir yoldaşlar. Yatıb dincəlmək lazımdır. Qədir sən də gecəni
mənim evimdə keçirt. Bir də yorğun niyə gedəsən?!
Təklif tam ürəyimcə idi. Çünki yorğunluqdan daha bir az da olsun ayaq
üstündə dura biləcəyimə şübhə edirdim. Odur ki, rəisin təklifini qəbul etdim.
Altıncı fəsil
Həmin gecəni Məmmədzadənin evində geçirməli oldum. Otaqlardan
birində iki yeni salınmış yataq vardı. Birində Muradlı, digərində isə mən yatdım.
Mən uzananda Muradlı cibindəki dəftərcəni yenidən çıxardıb qeydlər edirdi.
Son xatırladığım da bu idi. Bir də gözümü açanda gördüm ki, Muradlı
çarpayısında yoxdur. Gecikdiyimi düşünüb, cəld əynimi geyinib salona keçdim.
Masa ətrafında Məmmədzadə Muradlı ilə çay içirdi.
-
Sabahınız xeyir! Deyəsən yatıb qalmışam.
-
Xeyir, Qədir! Tam vaxtında qalxmısan. Əyləş, sən də bir tikə çörək ye.
Əl- üzümü yuyub mən də onlara qoşuldum. Yediyim pendir o qədər dadlı
idi ki, hələ isti təndir çörəyini demirəm. Çoxdandır təmiz yatağa, dadlı
yeməklərə həsrət idim. Axı hələ də subayam. Evdə özüm üçün nəyisə edəndə
digərini etməyə tənbəllik edirəm. Lap tezliklə evlənmək həvəsinə düşdüm.
Xəfiyyə Muradlı iştaha ilə qəlyanaltı etdiyimi görüb gülümsündü:
-
Qədir, sənin neçə yaşın var?
-
33- Qəfil sualdan təəccüblənərək cavab verdim.
-
Bəs bu yaşa kimi niyə subay gəzirsən?
Murad bəyin mənim subay olduğumu necə anladığına təəccüb etdim.
Amma polovnik-leytenant Məmmədzadə məndən daha çox təəccüb etdi. Çünki
o məni tanıdığı beş ildə bir dəfə də səliqəsiz və ya natəmiz vəziyyətdə
görməmişdi. Məhz buna görə də evli olmadığıma inana bilmirdi.
Süfrədən qalxar qalxmaz işə tələsdik. Xəfiyyə Muradlı da bizimlə gəlirdi.
Asif müəllimin maşınına əyləşib düz idarəyə yollandıq. Yolda Muradlı
Məmmədzadəyə müraciətlə dedi:
-
Mümkünsə Rüstəmi ilk şahid olaraq dindirin. Səbinə xanımı da, Sahibə
xanımı da çağırtdırın.
-
Əlbəttə niyə də olmasın!
Muradlı yolda nə düşünürdüsə də bizimlə bölüşmürdü. Sadəcə olaraq
cibindəki dəftərcəyə qeyd edərdi. Polovnik-leytenant Məmmədzadə ona çox
ümid edirdi. Daha doğrusu əmin idi ki, Muradlı qatili tez bir zamanda ifşa
edəcək. İdarəyə çatar çatmaz Muradlı Məmmədzadədən xahiş etdi ki, onun
xəfiyyə olduğunu kimsə bilməsin. Axı indi o məzuniyyətdə idi. Muradlı
dəftərçəni bağlayıb cibinə qoyanda üzündəki əminliyi açıq aydın gördüm. Hiss
etdim ki, o artıq qatilin kimliyini bilir.
Otağa daxil olan kimi masa arxasında əyləşən mayor Səfərli ayağa qalxdı.
-
Polkovnik Muradlı sizi bir daha görməyimə çox şadam.
Nə mən, nə də ki, polovnik-leytenant Məmmədzadə Səfərlinin Murad
bəyi haradan tanıdığını bilmirdik. Odur ki bu səhnəyə sadəcə tamaşa etməli
olduq. Muradlı əlini sıxan mayor Səfərliyə diqqətlə baxıb:
-
Yusif, oğul sənsən?
-
Bəli, Murad dayı mənəm.
-
Bala sən hara, bura hara?
-
Məktəbi bitirdikdən sonra təyinimi buraya göndərdilər.
Bu söhbətdən məlum oldu ki, Səfərli Muradlının dayısı qızı Xuramanın
oğludur. Yusif hələ kiçik yaşlarından Murad bəyə heyran olub, onu özünə ideal
seçibmiş. Hər zaman onun kimi bacarıqlı olmaq arzusunda olub. Müstəntiq
olmaq səbəbi də budur. Muradlı bu təsadüfi rastlaşmadan sonra daxilən Yusiflə
fəxr etdiyini anladıq. O əlini mayor Səfərlinin çiyninə astaca toxundurub:
-
Əhsən oğul! Əhsən! -dedi.
Həmin gün hava sakit olsa da, çox gözəl narın yağış yağırdı. İnsanın
ruhunu oxşayan, əsəbi insanı belə rahatlaşdıran bir yağış idi. Polkovnik Muradlı
stulunu özü ilə götürüb pəncərənin önündə əyləşdi. Məmmədzadə, mən və
mayor Səfərli öz yerlərimizdə əyləşdik. Bir az sonra qapı döyüldü. Gələn polis
zabiti idi. O şahidlərin artıq dəhlizdə olduğunu bildirdi. Mən dəhlizə çıxar çıxmaz
Sahib bəy qabağıma yüyürdü:
-
Yoldaşlar, mən gördüyüm, bildiyim hər şeyi demişəm də, yazmışam
da. Axı məni yenə niyə çağırdız? İşim başımdan aşır. Sonra çatdıra
bilməyəcəyəm.
-
Nə qədər lazımdır, o qədər də gəlib gedəcəksiz. Biz də bekar deyilik.
Oturun yerinizə. Sizi özümüz çağıracıq.
-
Yaxşı nə deyirəm, Siz bilən məsləhətdir.
Sahib yenidən dəhlizdəki stuluna əyləşdi. Lakin əlləri ilə mənə toxunanda
ovcunun içinin tərli olduğunu hiss etdim. Eşitdiyimə görə bu yalnız həyəcanlı və
ya əsəbi insanda olur. Demək Sahib nəyisə istintaqdan gizlədə bilərdi. Bəlkə də
mən səhv edirəm. Dəhlizdə Rüstəmdən başqa hər kəs vardı. Odur ki, gözləməli
olduqlarını deyib yenidən otağa qayıtdım. Rüstəmin yoxluğundan istifadə
edərək mayor Səfərli:
-
Polkovnik Muradlı, sizcə bu qara uzun plaşlı, hündür boy, enli kürəkli
orta yaşlı şəxs kim ola bilər?
-
Bunu bizə yalnız Sahib bəy deyə bilər. Lakin az sonra...
Muradlı yenidən susub cibindəki dəftərçədə nəyisə qaraladı. Elə bu
zaman qapı açıldı. Həmin polis zabiti Rüstəm bəyin gəldiyini xəbər verdi.
Rüstəm içəri girər-girməz polkovnik Məmmədzadə:
-
Keç oğul! Keç əyləş.
-
Çox sağ olun!
Zahirən arıq uca boy, sarışın, cavan oğlan, ilk baxışdan düzgünlük
tərəfdarı olduğu hiss olunurdu.Ən azından gözlərindən çoxbilmişlik yağmırdı.
Bizim bildiyimizə görə Rüstəm Cavadın yeganə dostu idi.
Dostları ilə paylaş: |