Əziz vəndamlılar və bu səhifəyə qonaq gələn dəyərli insanlar!



Yüklə 9,63 Kb.
tarix04.11.2017
ölçüsü9,63 Kb.

Əziz vəndamlılar və bu səhifəyə qonaq gələn dəyərli insanlar!

Bir tərəfdən qloballaşma, digər tərəfdən cəmiyyətimiz daxilindəf:\_dsc0012.jpg

baş verən sosial-mənəvi deformasiyaların cərəyan etdiyi bir

zamanda özümüzü və dəyərimizi qoruyub saxlamaq həyati

zərurətə çevrilib. Biz kimik?- 3000 illik mədəniyyət tarixi ilə

fəxr etdiyimiz əsl ziyalılar ocağının bu günki sakinləriyik.

Cəmi 10 minədək əhali yaşayan bir məkanda 20 ha-dan çox

məzarlıq ərazisinin olması faktı ilə ən qədim, zəngin və öz kökü üstə bərqərar olan bir toplum kimi tariximizə silinməyən möhür vuran bir diyarın övladları- vəndamlılarıq biz!



Lakin bu gün özümüzü nə dərəcədə tanıyır, necə dəyərlləndirir və gələcəyimizi görə bilirikmi?

Ömrünün kamillik dövrünü tamamilə bu problemin həllinə həsr edən ağsaqqal ziyalımız Ənvər müəllimin alın təri və gözünün nuru ilə ərsə gətirdiyi silisilə kitablar bu baxımdan günümüzün ən dəyərli sənət əsərləri və mədəni-irsi xəzinəmizə böyük tövhədir. Bu sərvəti qorumaq, gələcək nəsillərə ötürmək və xüsusilə də elmi-texniki nəaliyyətlərin yeni imkanlarından istifadə edən (artıq, kitab oxumağa meyl göstərməyən) yeniyetmə və gənclərimiz üçün daha məqbul, oxunaqlı və maraqlı şəkildə yayımlamaq olduqca vacibdir.

Əziz dostlar! Beləcə, vendam.wordpress.com saytını yaratdıq ki, ən azından internet əsrində öz yerimizi itirməyək. Xalqımız üçün bütün ömrünü sərf etmiş, lakin müqabilində 150-200 manat pensiya alan böyük ürəkli, fədakar ziyalılarımızı - müəllimlərimizi unutmayaq! Heç olmasa, onlara yüksək mənəvi dəyərlərini başa düşdüyümüzü göstərək, xeyriyyəçi insanlarımızı camaatımıza yaxından tanış edək, savab əməllərini qiymətləndirək!

Vəndam kəndinin yetirməsi olmuş və Sovet məkanında layiqli ad qazanan, akademik Məcid Mərdanov, eləcə də hazırki cəmiyyətimizdə rəsmi elmi adı olmasa da belə, sözün əsl mənasında öz fədakar ziyalı ömrü, əməlləri ilə minlərlə şagirdi tərbiyə edib savadlandıran və həyata vəsiqə qazandıran şərəfli müəllimlərimiz – Əhməd Mirzalıyev və Ənvər Rəhimov kimi alim səviyyəli ziyalılarımızı gənclərimizə örnək edək!!!

Əziz vəndamlılar! Sizdən xahiş edirəm ki, Vəndamın dünya arenasında əlçatan olan və internet məkanına məhdudiyyətsiz “çıxış”ını təmin edən bu səhifəmizə daha da zəngin materialların yerləşdirilməsinə dəstək olasınız!

Hörmətlə,

Nurlan Aslan oğlu Bağırov

vendam.wordpress.com saytının yaradıcısı

Tel: 051 326 66 32

nurlanbagirov2002@yahoo.com



nbaghirov@rambler.ru


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə